57
qazax və özbək dilçiləri bu istilahları az-çox müvəffəqiyyətlə öz dillərinə
çeviriblər: “Hər halda ərəb istilahlarıına görə bunları daha da müvəffəqiyyət
saymaq və iləridə, bəlkə də azəri dilinin sərfi istilahlarında bu qaydaya uyaraq yeni
türkcə istilahlar yapmaq mümkündür”
3, s.172
.
Tədqiqatçının halların şəkilçiləri üzərində apardığı qeydlərdən də görünür
ki, müasir dillə müqayisədə heç bir fərqli cəhət yoxdur. Yalnız yerlik və çıxışlıq
hallarda
-ta, -tə, -tan, -tən şəkilçilərinin verilməsində müəllif samitlər ahəngini əsas
götürmüşdür: “... məf’ul fih, məf’ul ənh şəkilçiləri –da, -də və -dan, -dən olduğu
halda, sağır isə -ta, -tə, -tan, -tən olur:
it+tə, at+ta...”
3., s.138
.
Mənsubiyyət kateqoriyası. Bu kateqoriyanın əsas xüsusiyyəti odur ki,
söz öz lüğəvi mənasını və müstəqilliyini saxlaya-saxlaya şəkilçilərin köməyi ilə
özündən kənardakı şəxs və kəmiyyəti də göstərir. B.Çobanzadə mənsubluq bildirən
qrammatik şəkilçiləri də ayrıca tədqiq etmişdir. O yazır: “Türkcədə şəxslərə aid
olub, sərflərimizdə “zəmir” adlanan sözlər də hind-Avropa dillərində, məsələn,
ruscada ayrı olaraq sözlərin sonuna əlavə olunduğu zaman şəkilçi xidmətini
görürlər, yəni damardan ayrı olaraq müstəqil mənaya malik deyildirlər”
4, s.132
.
N.Dmitriyevin bu kateqoriya ilə bağlı dediklərində yuxarıdakı fikrə uyğun
gələn bir məqam var ki, o da mənsubiyyət şəkilçili sözlərdə (
evim, dəftərim...) iki
ünsürün müşahidə olunmasıdır: 1) söz köklərində ifadə olunan
əşya; 2)
mənsubiyyət şəkilçiləri ilə ifadə olunmuş
şəxs... Məsələn
, evim sözü yalnız şəxsə
aid olan münasibət anlayışını bildirir
8, с.160
Bəkir Çobanzadənin “Türk dili” kitabında bu məqam belə ifadə
olunmuşdur: “... zəmir sözlərinin özləri də
şəkilçi olaraq işlədilirlər. Bu surətdə
mən sözündən
-ım
4
,
sən sözündən
-ın
4
,
o sözündən
-ı
4
şəkilçiləri meydana gəlir”
3, s.163
.
Deməli, bu kateqoriyanın yaratdığı birləşmələr qrammatik çərçivə
prinsipinə uyğun (
mənim evim) qapalı birləşmələrdir.
Dilimizin müasir durumunda rast gəlinən
kimi, kimisi, biri, birisi,
çoxu,çoxusu kimi əvəzliklərdə kök və şəkilçi məsələsi haqqında indi də fikir
müxtəlifliyi var. Prof. Y.Seyidov bu şəkilçiləri sözlərin tərkibində daşlaşdığını
göstərir. Bəkir Çobanzadənin vaxtilə bu sözlərdəki şəkilçilər barəsində söylədiyi
fikirlər, göründüyü kimi, bu gün də öz aktuallığını saxlayıb: “Burada iki səbəb
göstərmək mümkündür: 1) Bu kibi sözlərdən bəzilərində əski şəkillərində bulunan
son saitənin təsiri qalmışdır... 2) Bəzilərində isə
- i şəkilçisi bir növ cansızlaşaraq,
damara yapışmış və bu surətlə söyləyənin zehnində saitə ilə bitən bir damar kimi
qəbul
olunaraq, -
sı şəkilçisi qəbul olunmuşdur.”
4, s.133
.
Şəxs-xəbərlik kateqoriyasının şəkli əlamətlərinin qrammatik mənası və
funksiyasında ikili xüsusiyyət var: bu şəkilçilər həm şəxs bildirir, həm də əlavə
olunduqları sözə predikativlik verir. Görkəmli alimin bu kateqoriyanın şəkilçiləri
barədə dediyi fikirlər bu gün də qəbul olunur. Lakin müasir tədqiqatlardan fərqli
olan cəhəti şəkilçilərin variantlılğında özünü göstərir. Belə ki, sözlərin şəxslər üzrə
təsrifində tədqiqatçı variantlılığı belə verir: