97
oğuz tayfalarındandır. Göytürklərin qərb qanadından əmələ gələn onokların varislə
ri olan peçeneqlərin VI yüzillikdə İssık gölü və Balxaş gölü ətrafında yaşadıqları
güman edilir. VIII yüzillikdə oğuzların təzyiqi ilə Qara dənizin şimalına və balkan-
lara köç etmiş, güclü dövlət qurmuşlar. Krım tatar etnoniminin və mədəniyyətinin
formalaşmasına qıpçaq tayfaları güclü təsir göstərmişdir. Qıpçaqlar X yüzilliyin
sonlarında peçeneqləri məğlub edərək Krımı və çöl rayonlarını nəzarət altına
almışlar. Onlar Qazaxıstanın cənub- qərbi, Volqa və Donun aşağı axarı və Krımın
çöl rayonları daxil olmaqla Dəşti- Qıpçaq adlanan ərazidə 200 ilə yaxın güclü
dövlət yaratmışlar. Aramsız monqol hücümları qıpçaq dövlətinə də son qoydu. Çin
giz xanın orduları 1223- cü ildə bütün qıpçaq çöllərini Rusiya, Ukrayna və Krımı
işğal etdi. Monqol imperatorluğu parçalanandan sonra dövlətin qərbində əhalisi
türklərdən ibarət Qızıl Orda yarandı. 1357- ci ildə Əmir Teymurun qoşunlarının hü
cumları nəticəsində Qızıl Orda bölündü və Krım, Kazan, Sibir, Asrtaxan, Noqay
xanlıqları meydana çıxdı. XV yüzilliyin ilk yarısında Krım- tatar dilinin təşəkkülü
prosesi başa çatdı və müstəqil inkişaf yoluna qədəm qoydu. 1475-ci ildə Krım
türklərini daxili və xarici təzyiqlərdən qorumaq məqsədi ilə Osmanlı donanmaları
bölgəyə daxil oldu. Bu dövrdə Osmanlı dövləti ilə sıx əlaqələr Krım- tatar dilinə
oğuz təsirini artırmışdır. Sonralar ( XIX yüzillikdə) İ.B.Qaspralının təşəbbüsü ilə
dildə, fikirdə, işdə birlik şüarı ilə başlayan hərəkat nəticəsində də bu dilə Türkiyə
türkcəsinin təsiri güclənmişdir. 1783- cü ildən başlanan rus işğalı dilin və mədəniy-
yətin milli zəmində inkişafının qarşısını aldı. Krım tatarlarının 1792, 1860- 63,
1874-75,1899-1902-ci illərdə leqal şəkildə Türkiyəyə, Rumuniyaya və Bolqa-
rıstana miqrasiyası başlandı. Krımda qalan əhali 1941- ci ildə alman faşistlərinin
1944- cü ildən isə yenidən rusların işğalına məruz qaldılar( 12). 1944- cü il mayın
18- də Krım tatarları Orta Asiyaya sürgün edilir. Keçən yüzilliyin 90-cı illərində
onlar vətənə qayıtmaq hüququ qazanırlar. Krım- tatar xalqı və onun dili qeyd olun-
duğu kimi, mürəkkəb şəraitdə qədim qıpçaq tayfalarının dili əsasında oğuz və kar-
luq tayfaları ilə əlaqədə formalaşmışdır.
Krım tatarları Orta Asiyaya sürgün edilənə qədər onların iki dialekti var idi:
şimal və cənub dialektləri. Şimal dialektində qıpçaq, cənub dialektində isə oğuz
xüsusiyyətləri üstünlük təşkil edirdi (2, 154). Hazırda Krım-tatar dilinin üç dialekti
vardır: 1) qıpçaq-noqay və ya şimal dialekti; 2) qıpçaq-kuman və ya orta yol
dialekti; 3) qıpçaq-oğuz və ya cənub dialekti (10,8). Ədəbi dilin koyne dialekti orta
yol və ya Bağçasaray dialektidir. Bu dialektin əsasında qıpçaq və oğuz xüsusiyyət-
ləri dayanır.
Azərbaycan və Krım-tatar dilləri arasında ümumi xüsusiyyətlər həm ədəbi
dil, həm də dialekt səviyyəsində özünü göstərir. Müasir Krım-tatar dilində
əflifbada [ə] səsi yoxdur. Bu səsin mövqeyində [e] səsi işlənir. «Tarixən Krım-
tatarların dilində [e] səsi yalnız söz köklərində, şəkilçilərdə isə [ə] səsi işlənmişdir:
məs.: menda, bizlar, yerda və s. (10, 9). Söz əvvəlində p, t, k samitləri b, d, g
samitləri ilə əvəzlə- nir. Eyni zamanda söz əvvəlində b, d, q samitləri geniş
işləkliyə malikdir: məs.: bas ma, bekmez, dam, demir, gemi və s.
98
Velyar ŋ səsi Krım-tatar dilində fonematik məna kəsb etdiyindən əlifbada
xü-susi işarəsi vardır. Bu dildə velyar ŋ səsi sözün ortasında və sonunda işlənir.
İkinci şəxs mənsubiyyət şəkilçili isimlər hallanma prosesində üçüncü şəxsdən
velyar ŋ səsinin vasitəsilə fərqlənir. Oğuz dillərində, o cumlədən də Azərbaycan
dilində tari xən bu səs mövcud olmuş, hazırda dialekt səviyyəsinə enmiş və qərb
ləhcəsində qorunub saxlanmışdır.
[w] səsi Krım-tatar sözlərində intervokal mövqedə və söz sonunda
dodaqlanan saitlərdən sonra işlənir; məs.: suw, oquw, quwus, suwarmaq (6, 48).
Qoşаdodaq, sonor və novlu [w] səsi Azərbaycan ədəbi dilində v foneminin
variasiyası kimi soözün ortasında və sonunda muşahidə edilir; məs.: həwəs, dəwə,
butow və s. (1, 114).
Bu səs qədimdən türk dillərində mövcud olmuşdur. M.Kaşğarı [w] səsinin
oğuzlara deyil, digər türklərə aid olmasını xüsusi qeyd etmişdir: «Turklərin əw
dediyi şeyə oğuzlar əv deyirlər. Türklər ova aw, oğuzlar isə av deyirlər (7, 106).
Hazırda qoşаdodaq [w] səsi Azərbaycan dilinin Zaqatala şivəsində və
Kərkuk türkmanlarının dilində mühafizə olunur; məs.: war, watan, ew, dawşan və
s. Hər iki dildə [w] səsi müstəqil fonem kimi deyil, v samitinin variantı kimi
fəaliyyət göstərir.
Azərbaycan və Krım-tatar dillərində fonetik hadisələrin eyni tipləri işləkdir:
gunnər-kunner, xannar-xannar (assimilyasiya); qaşdı, koşdu (Azərb.) – zelze-
le>zenzele (k.t.) (dissimilyasiya); əmoğlu, ikinci (Azərb.) – noldı (k.t.)
(səsduşumu); burun-burnu, boyun-boynu, qoyun-qoynu// koynu (Azərb; k.-t.)
(qapalı saitlərin duşməsi); istəkan, şıkaf, dovur (Azərb.) – urum, urus, pılan (k.-t)
(səsartımı); təcrubə>tərcumə, tərcumə>təcrumə, məşhur>məhşur (Azərb.) –
oqrenmek>orqenmek, bayram>baryam, sunnet>usnet (k.-t.) (səslərin yerdəyişmə-
si) və s.
Samit səslər türk dillərində müxtəlif şəkildə təzahür edir. Qıpcaq dillərində
karlaşma hadisəsi, oğuz dillərində isə cingiltiləşmə hadisəsi güclüdür. Krım-tatar
dili üçün karlaşma hadisəsi xarakterik olsa da, oğuz dillərində olduğu kimi
cingiltiləşmə elementləri də muşahidə olunur (k~q, t~d, b~m): qemi, qol «gol»,
qizli, dort, dinle, bin, burun, boynuz və s.
Krım-tatar dilində on bir nitq hissəsi vardır. Bunlardan 6-sı əsas (isim, sifət,
say, əvəzlik, feil, zərf), 5-i koməkci nitq hissəsidir (qoşma, bağlayıcı, ədat, kömək-
çi adlar, nida və təqlidi sözlər). İsmə xas olan kateqoriyalar kəmiyyət, hal, mənsu-
biyyət və xəbərlikdir. Xəbərlik kateqoriyası həm adları, həm də feilləri əhatə edir.
Kəmiyyət kateqoriyasının əsas ifadə vasitəsi -lar
2
şəkilçisidir. Bundan əlavə,
-lar morfemi Azərbaycan dilindəki – gil şəkilçisinin funksiyasını da yerinə yetirir;
məs.: Aydarlar «Heydər, onun ailəsi və dostları», Nirimanlar. «Nəriman və
dostları» və s. Bu xüsusiyyət Azərbaycan dilinin Dərbənd və Tabasaran şivələrində
geniş yayılmışdır; məs.: Mən getmişdim Bahadurrara və s. -gil morfeminin
əvəzinə -lar şəkilçisinin topluluq bildirməsi oğuz dilləri ilə muqayisədə qıpçaq
Dostları ilə paylaş: |