Görkəmli dilçi alim, ədib professor



Yüklə 4,33 Mb.
Pdf görüntüsü
səhifə131/158
tarix21.07.2018
ölçüsü4,33 Mb.
#57605
1   ...   127   128   129   130   131   132   133   134   ...   158

277 
 
Abreviatura  üsulu  müasir  terminologiyada  başqa  üsullara  nisbətən  az 
istifadə  olunur.  Lakin  gündən-günə  inkişaf  edən    elmi-texniki  tərəqqi  ilə  bağlı  
ixtisar  yolu  ilə  yaranan  terminlərin  sayı  da  artır.  Çoxsözlü  adlar  belə  bir  üsulun 
zəruriliyini  aşkara  çıxarmışdır.  Çünki  çoxsözlü    adların  qısa  sözlərlə  əvəz 
olunmasına böyük ehtiyac var. Abreviasiya  isə bu sahədə yeganə səmərəli yoldur. 
Abbruviaturalara üstünlük verilməsi, həm də belə bir üsulun sadəliyi, əlverişliyi ilə 
əlaqədardır. 
Ancaq  abreviaturalar    (məntiqi  cəhətdən  yanaşıldıqda  aydın  olur  ki,)  dildə  yeni 
mənalı leksik vahidlər düzəltmir, yalnız dildə əvvəlcədən mövcud olan hazır leksik 
vahidlərin  qısaldılmış  şəkildə  işlənərək,  terminin,  sözün  tələffüzünü,  işlədilməsini 
asanlaşdırır. 
Əvvəlki  illərdən  fərqli  olaraq,  yeni  dövrdə  abreviaturaların  daha  intensiv 
işləkliyi dövlət qurumları ilə yanaşı özül qurumların da  müəssisə, şirkət və siyasi 
partiyalarının çoxluğu ilə əlaqədardır. 
Müşahidələr  göstərir  ki,    müasir  abreviaturlar  da  öz  spesifikası  və 
qanunauyğunluqları  ilə  yaranmağa başlamışdır. Onların səciyyəvi əlamətlərindən 
biri budur ki, ilk öncə  xarici dillərdə  əmələ gəlir, sonradan isə   millərə  kalka və 
tərcümə  edir.    Abreviaturların    əksəriyyətində  dilimizin  daxili  qayda-qanunları 
nəzərə  alındığı  üçün  uğurlu    onlar  uğurlu    işləklik  hüququ  qazanır,  dilin  lüğət 
tərkibində özünə yer edir, bəzilərində isə  əcnəbi dil elementləri,  qanunları aparıcı 
olduğu  üçün  onlardan  məhdud  istifadə  olunur  və  vətəndaşlıq  hüququ  qazana 
bilmir. 
Qeyd  etmək  lazımdır  ki,  köhnə  quruluşla  bağlı  olan  abreviaturlar  istər-
istəməz kütləvi informasiya  vasitələrinin dilindən  yox olmağa başlamışdır. Bunun 
da  səbəbləri  vardır.  Çünki  sovet  quruluşunun  infrastrukturları  artıq  dağılmış,  bu 
quruluşun  spesifikasını  əks  etdirən  anlayış  və  məfhumlar    aradın  çıxmış  və  daha 
həmin  abreviaturlar  işlənməsinə  də  ehtiyac  qalmamışdır.  Bəzi  qısaltmalar  isə 
formal  strukturunu  dəyişmişdir.  Məsələn,  APİ  (Azərbaycan  Pedaqоji  İnstitutu) 
forması  APU  (Azərbaycan  Pedaqoji  Universiteti)  forması  ilə  əvəzlənmişdir.  Fərq 
«institut» sözünün «universitet» sözü ilə əvəz olunmasıdır. ATİ (Azərbaycan Tibb 
İnstitutu) forması ATU (Azərbaycan Tibb Universiteti) forması ilə əvəz edilmişdir 
və s. 
Yeni  abreviaturlara  hazırda  mətbuat  dilində  daha  çox  rast  gəlirik.  Bunlar 
müxtəlif sahələrlə əlaqədardır: 
1)
 
Elm  və  pedaqoji  sahələrlə  bağlı:  MMİ  -  Milli  Münasibətlər  İnstitutu, 
MEA - Milli Elmlər Akademiyası, BÖTL - Bakı Özəl Türk Litseyi, OYU - odlar 
Yurdu Universiteti, TQDK - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası  və s. 
Yuxarıdakı abreviaturların bəzilərinin yeniləşməsində «milli» sözü əsas rol 
oynamışdır. 
2)
 
Siyasi  partiyalarla,  ayrı-ayn  cəmiyyətlərlə  bağlı:  YAP  -  Yeni 
Azərbaycan  Partiyası,  VBP  -  Vətəndaş  Birliyi  Partiyası,  DİUC  -  Demokratik 
İslahatlar  Uğrunda  Cəmiyyət,  ADR  -  Azərbaycan  Demokrat  Partiyası,  AMİP  - 


278 
 
Azərbaycan Milli İstiqlal Partiyası, MAP - Müstəqil Azərbaycan Partiyası, ACİ - 
Açıq Cəmiyyət İnstitutu, ALDP - Azərbaycan Liberal Demokrat Partiyası və s. 
3)
 
Ölkələrin,  dövlətlərin  beynəlxalq  təşkilatların,  birliklə-  rin, 
nazirliklərin,  federasiyalann  adları  ilə  bağlı:  AŞ  -  Avropıı  Şurası,  BMTTŞ  - 
Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlık  Şurası,  DAHMK  -  Dünya 
Azərbaycanlılarının 
Haqlarım 
Müdalı.t 
Komitəsi, 
DAK 

Dünya 
Azərbaycanlılarınm  Konqresi,  MTN    Milli  Təhlükəsizlik  Nazirliyi,  DİN  -  Daxili 
İşlər Nazirliyi, AODII - Azərbaycan Gənc Diplomatlar Birliyi, AFF - Azərbaycan 
Futbol Federasiyası, MDB - Müstəqil Dövlətlər Birliyi. 
Bəzi  qızaltmalann  Azərbaycan  dilində  ekvivalenti  də  əmələ  gəlmişdir. 
Məsələn,  MDB  -  SNQ  abreviaturunun  Azərbaycan  dilinə  tərcümə  -  kalkalaşmış 
şəklidir. 
4)
 
Özəl  qurumlarla  bağlı:  MDTA  -  Milli  Demokratik  Qüvvələr 
Assambleyası, ÖB  - Özəl Bank, Öts  -  Özəl Təhsil sistemi, ÖMF  - Özəl Mətbuat 
Fondu, Ön - Özəl Nəşriyyat və s. 
5)
 
Maliyyə işləri ilə bağlı: MB - milli Bank MPV - Milli Pul Vahidi və s. 
6)
 
Şirkət adları: BSK - Bakı Steel Kompaniyası, «trial LTD» şirkəti və s. 
Abreviatur üsulu ilə sözyaratma bu gün çox məhsuldardır. Belə ki, qənaət 
üçün  bunların  ixtisar  formalanndan  daha  çox  istifadə  edilir.  Bəzi  abreviaturlann 
müasir  dövrdə  də  yalnız  baş  hərfləri  saxlanılmaqla  ixtisar  olunur:  YAP  -  Yeni 
Azərbaycan  Partiyası,  AXCP  -  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyası,  BDU  -  Bakı 
Dövlət Universiteti və s. 
Bəzi  abreviaturların  birinci  hecası  saxlanmaqla  ixtisar  edilir:  Azərsell, 
Türksell,  Azəneftnəşr  -  Azərbaycan  Neft  Nəşriyyatı,  Azərinformasiya  - 
Azərbaycan İnformasiyası və s. 
Qeyd  olunmalıdır  ki,  abreviaturlardan  istifadə  də  də  hazırda  pərakəndəlik 
özünü göstərməkdədir. Xarici dillərdən axıb gələn belə abreviaturların açıqlanması 
mətbuatda  verilmədən  təqdim  olunur.  Ona  görə  də  oxucu  üçün  sözün  mənası 
qaranlıq qalır. Məsələn: Türkiyədə o LTD, «Qismət» nəşriyyatı ki var, onlar çap 
eləyir (S.Əhmədli). 
Bu  cümlədəki  «LTD»  qısaltmasının  nə  demək  olduğu  aydınlaşmır.  Və 
yaxud,  «Müsavat»  qəzetinin  3  noyabr  2001-ci  il  sayında  verilmiş  ARDNS  - 
prezidenti  dövlət  qurumunu  ödəməyib.  MEH  ideyası  realdırmı?  «VR» 
ictimaiyyətlə  görüşlər  keçirir:  cümlələrində  verilmiş  qısaltmaların  mənası 
oxucuların  əksəriyyəti  üçün  anlaşılmazdır.  Abreviaturlar  boluğunda  mənanı 
bilməməkdən oxucu çaşıb qala bilir, mətn isə dərk olunmaz qalır. 
Bəzən milli dildə abreviaturlar yarandığı dildə olduğu kimi verilir. Xüsusən 
də,  telekanalların  adları  tərcümə  və  kalka  edilmədən  təqdim  olunur:  Hərə  TRT 
başlamamışdır. Fırladı o biri kanallara: NTV, ORT, ANS, ATV (S.Əhmədli). 
Yeni  yaranan  abreviaturların  qarşılığı  kalka    üsulu  ilə  əmələ  gəlir.  
Məsələn: SNQ-MDB, VVS-NNQ, VMS-NDQ və s. 


Yüklə 4,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə