41
“Sufilər üçün Qərbdə Freydin və Yunqun psixoloji
nəzəriyyələri yenilik deyildi. Sufi şeyxi Əl Qəzalinin 900 il
bundan əvvəl yazdığı əsərlər göstərir ki, seks haqqında çox
sonralar Freydin gəldiyi nəticələr müsəlman alimlərinə yaxşı
məlum imiş”.
İDRİS ŞAH (XX əsr, sufizm tarixçisi),
«Sufizm» kitabından
Hələ tələbəlik illərindən Əhliman tay-tuşlarıyla oturub-durmağı xoşlamazdı.
Bəlkə, səbəb orta məktəbdə aldığı mənəvi zədələr idi. Evdə də, siniflərində də daima
pisikdirilməsi, alçaldılması, ələ salınması onda kəmlik kompleksi yaratmışdı,
insanlardan qaçırdı, adamayovuşmaz olmuşdu. Tələbəlikdə bu cəhətləri daha da
qabardı. Kurs yoldaşları arasında həmişə sıxılırdı.
Təsəllisini Mövlananın bir fikrindən alırdı. Mövlana deyirdi ki, elmi - sözlər
vasitəsiylə dərk edirsən, sənəti - qəlbinlə duyursan, tənhalığını isə, adamların içində
olanda hiss edirsən.
Deyib-gülən, zarafatlaşan, bir-birinə ərklə sataşanların arasında qaş-qabaqlı,
qara-qabaq, içinə çəkilmiş insan təsiri bağışlayırdı hamıya. Kurslarındakı qızlardan
mümkün qədər gen durmağa çalışırdı. Bəzi həddən artıq zirək oğlanların qızlarla
açıq-saçıq söhbətləri onu daha da sıxırdı. Ədəb-ərkan cızığını aşan söz
mazaxlaşmaları (kim bilir, bəlkə, bu söz mazaxlaşmalarının arxasında şəhvət
oyunları da dururdu) Əhlimanı dərin depressiyalara salırdı, rüh düşgünlüyünə
yuvarlayırdı. Kurslarında oğlanlar qızlar haqqında pıs danışardılar. Bəziləri hansısa
qızın hansısa oğlanla, hətta yaşlı kişiylə yaxın olduğundan qeybət edir, bəziləri
özlərinin hansı qadınlasa intim əlaqələrindən ağzı sulana-sulana, olanın üstunə beş
qoya-qoya danışırdı. Əhliman belə söhbətlərdən xoşlanmasa da, onları dinləməkdən
də çəkinmirdi. Oğlanlar tək öz kurslarındakı deyil, yuxarı kurslarda oxuyan qızların,
hətta cavan müəllimələrin seksual üstünlüklərini yerli-yataqlı müzakirə edirdilər.
Məhz yerli - yataqlı, yəni kimin yataqda necə davranması ayrıntılarla araşdırılırdı.
42
Hansısa qadının əzalarının ölçüləri, ekstaz və orqazm məqamları, erogen sahələri,
kimin kimlə və neçə dəfə - bu cür söhbətlər bitib tükənmirdi. Hər biri də özünü yataq
qəhrəmanı kimi qələmə verirdi. Bir gecədə neçə orqazm yaşayan və yaşadanların
sözünə inansan, fantastik rəqəm alınardı. Bu sayın fantastik olduğunu Əhliman çox-
çox sonralar başa düşdü. O vaxtlar isə, seksual təcrübəsi sıfra bərabər idi, bütün bu
erkək qürrələnmələrini həqiqət kimi qəbul edir və bunlardan məhrum olduğuna görə
özünə acıyırdı. Bu söhbətlərdən öyrənirdi ki, demə bəzi qadınlar intim anlarda
töyşüyür, bəziləri tərləyir, bəziləri şeir deyir ya mahnı oxuyur, bəzilərinin qışqırığı
ərşə çıxır. Bəziləri yaşlandıqca şəhvətə daha çox həris olurlar. Bu cavanların hamısı
özünü daha təcrübəli Don Juan sayırdı. Daha çox mübahisə etdikləri məsələ hansı
qadının döşlərinin hələ də dik qalması ya düşməsi idi.
Güzgü qabağında ya işığı keçirmədən sevişmələr, le amur de trua*
3
... bəlkə də
bilərəkdən onun yanında xüsusi bir əzazilliklə aparılan söhbətlər gecələr Əhlimanın
yuxusunu ərşə çəkirdi. Cavan, sağlam bədənini çuğlayan, əzalarını tarıma çəkən
təsəvvürlərdən və təsirlərdən qurtulmaq üçün nə edəcəyini bilmirdi, erotik
mövzulardan uzaq kitablarla qatırdı başını. Çox vaxt gecə çırağının işığında oxumağa
başladığı kitabı səhərin günəş şüaları altında bitirirdi. Tay- tuşları onun bu
qayğılarına bələd idilər və yeri gəldi - gəlmədi, fərasətsizliyini lağa qoyurdular.
Kitablar qaçmaz - deyirdilər- kitabları qocalanda oxuyarsan. Dünyanın ləzzəti
qadınların qıçlarının arasındadır. Ha. ha. ha.
Amma adi vaxtlarda ona yuxarıdan - aşağı, yüngül rişxəndlə, istehzayla
baxanların çoxu imtahan ərəfəsində Əhlimanın yardımına möhtac qalırdı. Onun
mükəmməl biliklərinə, savadına, dərs əlaçısı olduğuna yaxşı bələd idilər. İmtahana
müəllimlərdən artıq hazırladığı Sədi:- Əkbərovun imtahanından salamat çıxaq, -
dedi, - sənə əmiri sürprizim olacaq...
Fəlsəfə imtahanına Əhliman onu elə hazırladı ki, Sədi əla aldı.
-Mən sözümün ağasıyam, - dedi Sədi. Sabah axşam gəl bizə. Bizimkilər
bağdadı. Sənə boyun olduğum sürprizdən razı qalacaqsan. Amma bax, üzünü yaxşı-
yaxşı qırx, səliqəli geyin. Al, bu odekalonu da vurarsan.
3
Le amur de trua (fr.) -üçlükdə məhəbbət.
43
Səhərisi gün axşam düz 8-də Sədigilin Beşinci mikrorayondakı mənzillərinə
gəldi. Masanın üstünə bir şüşə şampan və meyvələr düzülmüşdü. Təzəcə
əyləşmişdiər ki, o biri otağın qapısı açıldı və 23-24 yaşlarında, çiyinləri açıq sarı
paltar geymiş bir qız masaya yanaşdı. Qızın şəffaf paltarının altından bikinisi aydın
görünürdü.
Sədi:
-Cikini-bikini bildik, - deyə irişdi, - içək sənin sağlığına.
İçdilər. Sonra iki qədəh də - birini Əhlimanın, birini də Sədinin sağlığına içdilər.
Sədi maqnitofonu qurub həzin bir rəqs çaldırmağa başladı.
Qız ayağa durub ərklə Əhlimanın əlindən tutdu:
-Rəqs edək?
Əhliman rəqs etməyi yaxşı bacarmırdı, amma yox deməyə utandı, ayağa durub
qollarını qızın çiyinlərinə qoydu.
Sədi telefonu götürüb harasa zəng elədi, dəstəyə: yaxşı, yaxşı, hirslənmə, indi
gətirərəm, - dedi.
Dəstəyi asıb rəqs edənlərə müraciətlə:
-Vay, vay, tamam unutmuşdum, - dedi, - atamın dərmanını aparmalıyam bağa,
kişi çıxıb özündən. Bir az yubansam, gedəndə işığı söndürüb, qapını çırparsınız.
Sədinin qapını çırpıb evdən çıxmasıyla qızın Əhlimana sıxılıb dodaqlarından
öpməyi bir oldu. Diliylə Əhlimanın dodaqlarını aralayıb dilini yalamağa başladı. Əli
şalvarının düymələrinə tərəf uzandı.
Sonrası Əhlimana yuxu kimi gəlirdi. O biri otağa haçan və necə keçmişdilər,
necə soyunub yatağa girmişdilər... Sonralar bu anları duman içində xatırlayırdı,
bəzən hətta şübhələnirdi, bütün bunlar doğrudanmı olub?
Qız təcrübəli əlləriylə, çevik bədəniylə tək özünün yox, Əhlimanın da
hərəkətlərini tənzim edirdi və elə hey: «da, da... » - deyirdi...
Sonra ləzzətin zirvəsi - birgə boşalma və rahatlıq anı. Sanki qarınlıq bir
dərinliyin içinə yuvarlanmışdı, qəşş etmiş kimiydi sanki. Yuxu bir neçə an içində
aparmışdı onu.
Səhər oyananda qız artıq yoxdu, onu durğuzmadan səssizcə çıxıb getmişdi.
Dostları ilə paylaş: |