Göz muncuğu bakı 2014



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə18/29
tarix06.02.2018
ölçüsü0,66 Mb.
#26265
1   ...   14   15   16   17   18   19   20   21   ...   29

 

56 


Yenə bir şey başa düşmədim.  

Qoca yenə fikirlərimi oxuyaraq: 

-İnsanın iki gözü olar, - dedi, -Seçilmişlərin qafasının içində üçüncü göz də var - 

bəsirət  gözü.  Bu  gözüylə  başqalarının  görmədiyini  görür.  Üçüncü  göz  o  adamların 

kəlləsinin  içindədir.  Amma  Təpəgözün  tək  gözü  alnındadır,  çöldədir.  Bu  gözlə 

dünyanın  bütün  murdarlığını  görür,  amma  bəla  ondadır  ki,  dünyanın  murdarlığına, 

Şərinə Şərlə qalib gəlmək istəyir. Yer üzündə bütün Şəri, Bəlanı törədən insanlığın 

kökünü kəsmək istəyir, bunu edəndən sonra dünyada tək qalıb, tənhalığa dözməmək 

üçün intihar etmək fikrinə düşür.  

«Əcəb işə düşdük,  - deyə düşündüm.  - Mən sirli, əfsanəvi bir varlığı görməyə 

can atırdım, bunun yerində folklorşünaslıq haqqında mühazirə dinləməli oldum». 

Bu dəfə də fikrimi oxuyub: 

-Tələsmə,  Hörmüzd,  -  dedi.  Bu  səfər  səsi  arxamdan  gəlirdi,  halbuki,  önümdə 

əyləşmişdi.  

-  Haçansa  gələcəyini  bilirdim.  Gözləyirdim.  Sənin  gözlərinin  sirri  var,  şəklinə 

baxan  kimi  gördüm  bunu.  Şəkildə  hər  şeyi  dəyişmək  olur,  amma  gözün  ifadəsi 

təkrarsızdır,  barmaq  izləri  kimi,  gözün  baxışı  da  yalnız  tək  bir  şəxsə  mənsubdur, 

başqa  heç  kəsə,  -  səs  indi  də  yan  tərəfdən  gəlirdi,  elə  bil  otağa  müxtəlif  səmtlərdə 

qoyulmuş dinamiklər vardı, Diri Babanın danışdıqları hər dəfə ayrı yandan eşidilirdi. 

Adama  elə  gəlirdi  ki,  danışan  əfsanəvi  qoca  yox,  bu  qaranlıq  hücrənin  özüdür, 

divarlarıdır, döşəməsidir, tavanıdır. Divarlar, tavan soruşurdu: 

- Dünyanın bəlası nədi?  

-Mən nə bilim, o qədərdir ki, dünyanın bəlası. 

-  Bəla  odur  ki,  dünyada  pis  göz,  yaman  göz  yaxşı  gözdən  çoxdur  və  güclüdür. 

Yaxşı gözün yüz baxışla edə bilmədiyi yaxşılığı yaman göz bir anın içinə darmadağın 

edə  bilir.  Göz  dəymək,  gözə  gətirmək,  gözdən  salmaq,  gözü  götürməmək  deyirik, 



gözü düşmək, gözüm su içmir deyirik... Göz, göz, göz... Nədən belə deyirlər? Çünki 

hamısı gözdəndi. Xeyir də, Şər də, Hörmüzd.  

-Mənə nədən Hörmüzd deyirsən, baba?  



 

57 


-Sən Hörmüzdsən, hələ özün bunu bilməsən də. İnsan özü özünü yaradır, istəsə, 

özünü  Hörmüzd  kimi,  istəsə,  Əhriman  kimi  yetişdirə  bilər.  İnsanın  içində  hər  ikisi 

var - Hörmüzd də, Əhriman da...  

Birdən başqa gözlənilməz sual verdi: 

- Allaha inanırsan?  

-Allaha?  -bilmirdim  bu  suala  necə  cavab  verim  ki,  qocanı  narazı  salmayım. 

Mənim yerimə özü cavab verdi: 

-İnanırsan, amma Allaha çoxlu sualların da var. Necə olur ki, müsəlmanların da, 

isəvilərin də, musəvilərin də qadir Allahı dünyada bu qədər ədalətsiliyə, haqsızlığa, 

zülmə  yol  verir,  yəni  şeytanın  öhdəsindən  gələ  bilmir  heç  cür?  Doğrudur,  ərənlər 

deyib  ki,  gərək  qəlbində  Allaha  o  qədər  məhəbbətin  olsun  ki,  orda  İblisə  yer 

qalmasın. Amma Şeytan, İblis kimdir ki, Allahın yaratdığı dünyada belə at oynatsın? 

Bu sualına bilirmisənmi kim səlis cavab verib?  

-Bilmirəm.  

-Hardan  biləsən...  hələ  də  qəflət  yuxusundasan.  Bəşərin  bu  ən  böyük  sorusuna 

babamız  Zərdüşt  cavab  verib.  Zərdüşt,  bax,  bu  torpaqda  basdırılmış  Nuh 

peyğəmbərin nəvəsi, mənim də uludan ulu babamdır.  

Yenə də başımdakı fikri oxuyub. 

-Yox, dəli olmamışam, - dedi. - Zərdüşt babamız öyrədir ki, dünyanı iki qüvvə 

idarə edir - Xeyir və Şər. Xeyri ya Şəri seçmək isə, insanın özündən asılıdır... Bu gün 

də dünyada Hörmüzdlə Əhriman bir-biriylə çarpışır, cəng edir. Gah o üstün çıxır, gah 

bu...  Sənin  gözündə  Hörmüzd  işığını  gördüm.  Amma  qarşına  çox  sınaqlar  çıxıb  və 

çıxacaq.  Əhriman  hər  zaman  səni  öz  tərəfinə  çəkməyə  çalışacaq.  Ta  uşaqlıqdan 

ömrün  boyu  rastlaşdığın  ədalətsizlikləri,  təhqirləri,  incikliklərini  bir-bir  yadına 

salacaq, bunların qisasını almağa təhrik edəcək səni. Amma bilməlisən ki, Şərə qarşı 

Şər üsullarıyla savaşmaq Şəri artırmaqdır... Qələbə nifrət yaradır. Məğlub öc almaq 

ehtirasıyla  yaşayır.  O  da  intiqam  alıb  qalib  gələcəksə,  bu  zənciri  heç  vədə  qırmaq 

mümkün  olmayacaq.  Hüzura  qovuşmaq  qələbədən  də,  məğlubiyyətdən  də  imtina 

etməkdi.  Birisi  döyüşdə  min  adama  qalib  gəlibsə,  başqa  birisi  yalnız  öz  üzərində 

zəfər çalıbsa, məhz odur ən böyük qalib.  




 

58 


«O məni təhqir etdi, alçaltdı, incitdi». Bu fikirləri içində saxlayan adamın kini-

küdurəti  azalmır.  Belə  fikirlərdən  azad  olan  insanın  nifrəti  bitir,  içi  asudələşir. 

Dünyada heç vaxt nifrət nifrətlə məğlub edilmir.  

Qədim  çinlilər  daha  müdrik  idilər,  deyirdilər  ki,  nə  Xeyrin,  nə  Şərin  tərəfində 

dur. Hələ Xeyirlə Şərin çarpışdığı dünyaya gəlməmişdən öncə necəydinsə onu yadına 

sal, o cür ol. Çinlilərə görə, əslində, nə Xeyir var, nə Şər. İkisi birdir.  

-Onda bəs bəd əməlləri savab işlərdən necə ayırasan, baba?  

-Qəlbinin  səsiylə.  Qəlbini  dinlə.  Doğru  seçimi  qəlbin  edəcək.  Allah  qəlbinin 

içindədi. Dədəm Qorqudu sal yadına. «Çox cahillər səni göydə arar, yerdə istər, Sən 

xud mömünlərin könlündəsən».  

Diri Baba əlini uzadıb divardan iri bir şey götürüb mənə uzatdı, baxdım ki, göz 

muncuğudu. Heç vaxt bu yekəlikdə göz muncuğu görməmişdim.  

- Evində asarsan. Zərdüşt babamızın əyyamından nəsil-nəsil gəlib mənə yetişib. 

Bu  göz  muncuğu  səni  Əhrimanın  fitnələrindən  qoruyacaq.  Sən  də  insanları 

Əhrimandan qoruyacaqsan.  

Döndüyün şəhərdə  bir  alim  var,  dünyanın  ən  qədim  xalçası  onun  əlindədi.  Bu 

xalçanın naxışlarında kainatın bütün sirləri, dünyanın əvvəli və axırı barədə  bilgilər 

toxunub. Onları da yaman gözdən qoruyacaqsan. Əshafi kəfə çıxarsan. Ondan sonra 

nə olacağını demirəm. Özün görəcəksən.  

Diri  baba  haçan  susdu,  haçan  qeybə  çəkildı,  bilmədim.  Bütün  varlığım  sanki 

müc olub qalmışdı. Otaqda bir mən idim, bir çılpaq divarlar, həsir üstündə boş qalmış 

döşəkcə, bir də öləziyən, amma hələ də sönməyən şam. Şamın işığı da titrəyib söndü. 

Göz-gözü görməyən zifiri qaranlığa qərq oldum. Birtəhər qapını tapıb çölə çıxdım. 

Çöl  də  zil  zülmət  idi.  Cecə  haçan  düşmüşdü,  yəni  doğrudanmı  bütün  günü  burda 

olmuşdum? 

Məni  bura  gətirən  yuk  maşını  da  yoxdu.  Gecə  yarısı,  bayquşlar  ulayan,  əcaib 

kölgələr dolaşan bu vahiməli yerdən necə qurtulacaqdım?  

O gündən, o gecədən neçə illər keçib, amma hələ də dəqiq deyə bilmərəm, bu 

görüş  doğrudanmı  baş  vermişdi,  ya  mənə  elə  gəlmişdi,  yaxud  da  yox,  diri  gözlü 



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə