140
Avtomobillərin TQ və CT zamanı aşağıdakı
təhlükəli və
zərərli istehsalat amilləri yaranır: hərəkət edən avtomobillər,
istehsalat avadanlığının qorunmayan hərəkətli elementləri,
otaqların avtomobillərin işlənmiş qazları ilə dolması, şöbələrdəki
texnoloji proseslərdən yaranan zəhərli tullantılar, vibrasiyalar
(titrəyişlər), səs-küy, ətraf mühitin torpağını, suyunu, atmosferini
çirkləndirə biləcək tullantılar (neft məhsulları-yanacaqlar, yağlar,
texniki mayelər;
çirklənmiş sular; turşu,qələvi və digər mayelər;
rezin materiallar, plastik kütlələr, metal tullantıları və s.), elektrik
alətləri ilə işlədikdə elektrik cərəyanı ilə zədələnmə təhlükəsi,
yanğın təhlükəsi, partlayış təhlükəsi və s.
Avtomobillərin TQ və
təmiri zamanı
təhlükəsizlik tələbləri
Dövlət Standartları, texnoloji proseslərin təşkilinin sanitar
qaydaları və istehsalat avadanlığına gigiyena tələbləri, avtomobil
nəqliyyatında əmək mühafizəsi qaydaları və yanğın təhlükəsizliyi
qaydaları ilə müəyyən olunur.
Texnoloji avadanlıq Dövlət Standartlarının tələblərinə cavab
verməlidir.
TQ və CT zonasında işlər xüsusi avadanlıqlaşdırılmış
postlarda aparılır. Avtomobil qaldırıcıda çəpləşmə olmadan
qoyulmalıdır.
İşləyənləri elektrik cərəyanı ilə zədələnmədən qorumaq üçün
qaldırıcıları «torpaqlayırlar». Təmir fəhlələrinin
avtomobilin alt
tərəfində işləməsi üçün 220V-luq fərdi işıqlanma tətbiq olunur, bu
da təhlükəsizlik vasitələri ilə təchiz olunur.
Fiziki gərginlik tələb edən sökmə-yığma işləri tərtibatlarla
yerinə yetirilir. Maye ilə dolu olan aqreqatlar əvvəlcədən boşaldılır,
yalnız sonra avtomobildən çıxarılır. Yüngül aqreqatlar və detallar
əllə daşınır, çəkisi 20 kq-dan çox olan aqreqatlar tərtibatla çıxarılır
və səyyar arabacıqlarla nəql olunur.
Yanacaq nasosu, səsboğanın boruları və digər müvafiq
elementlər mühərrik soyuduqdan sonra çıxarılır. Təmir fəhlələri saz
alət və ləvazimatlardan istifadə etməlidir. TQ və CT zonası
məcburi-sorma ventilyasiya ilə təchiz olunur.
TQ və CT zonasında, şöbələrdə bütün işçi yerlər təmiz
saxlanmalı,
detallar, avadanlıq və tərtibatlarla lazımsız yerə
yüklənməməlidir, tullantı hissələrlə zibillənməməlidir.
141
Kuzov şöbəsinin rixtovka və qaynaq zonalarında qaz, nöqtəvi
və elektrik-qövs qaynağı tətbiq olunur. Qaynaq işlərində əsas
təhlükəni görünən və infraqızmızı şüalanma, yüksək temperatur,
əriyən metal və zərərli qazlar yaradır.
Qaynaq
işləri standart üzrə, elektrik qaynağı və digər qaynaq
işləri zamanı istehsalat sanitariyası və təhlükəsizlik texnikası
qaydaları əsasında aparılır. Qaynaqçının işçi yerində stol və stul
olmalıdır. Stol yerli sorma ventilyasiya ilə təchiz olunur. Oturacaq
stulu dielektrik materialdan düzəldilir. Elektrik qaynaq
qurğularının gövdəsi «torpaqlanır».
Kuzov zonasında sağlam əmək
şəraiti yaratmaq üçün daxil
olma və xaric etmə ventilyasiyası nəzərdə tutulur. Bütün fəhlələr
xüsusi geyim və saz avadanlıqla təchiz olunmalıdır.
Diaqnostika postunda işlənmiş qazların yerli sorulması təmin
edilməlidir.
Qida sistemi çilingərinin, elektrikin, akkumulyatorçunun,
şin-vulkanizasiya çilingərinin işçi yerlərində yerli vurma və sorma
ventilyasiyası qurulmalıdır.
Rəngləmə şöbəsində zəhərli maddələr ayrılır. Buna görə də
bu şöbədə Dövlət Standartı, təhlükəsizlik texnikası normaları və
qaydaları, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası tələbləri
nəzərə alınmalıdır.
Rəng hazırlama işləri izolə edilmiş otaqda yerləşdirilir.
Qeyd olunan və digər amillər
müvafiq bölmələrdə geniş
təqdim olunur.
Dostları ilə paylaş: