156
olmamalıdır. Əgər az olarsa, onda xaric
edilən hava qəbuledici
qurğudan 6 m yüksəklikdə atmosferə buraxılmalıdır.
Əgər istehsalat sahələrində zərərli maddələr ayrılırsa və ya
ayrılan maddələr 4-cü sinif təhlükəli maddələrə aid olub, onların
havadakı konsentrasiyası işçi zona havasında HBK-nın 30%-ni
aşmırsa (məişət otaqları, çilingər-mexaniki şöbə və s.), bu sahələrdə
havanın dövr etməsi üçün sahənin öz havası istifadə edilə bilər. İş
vaxtı olmayan müddətdə havanın dövriyyəsi 3-4-cü sinif təhlükəli
maddələr ayrılan sahələrdə və 1-2-ci sinif təhlükəli maddələrin
qalması istisna olunan sahələrdə nəzərdə tutula bilər.
Bayırdan vurulan hava
elə verilməlidir ki, vurulan hava ilə
istehsalat sahəsində yaranan hava axını yerli sormaların işini
pozmasın və hava axını maneədən əks olunaraq, işçi və ya xidmət
zonasında havanın hərəkət sürəti buraxılandan yüksək olmasın.
Hava zərərli madələr ayrılan yerlərdən və ya havanın daha çox
çirkləndiyi sahələrdən xaric edilməlidir.
Qazbalon avtomobilləri xidmət
olunan sahələrdə propan-
butan qaz qarışığının sızması mümkün olduğundan, zonanın aşağı
hissəsindən havanın 2/3 miqdarının xaric edilməsi nəzərdə
tutulmalıdır. Bu həcmə döşəmədən 2 m hündürlüyündə olan yerli
sormaya və döşəmədən 0,3 m səviyyədə yerləşən ümumi mübadilə
ventilyasiya borularına daxil olan hava həcmi də daxildir. Benzin
və dizel yanacağı ilə işləyən avtomobillərə
xidmət sahələrində
zonanın yuxarısından (döşəmə səviyyəsindən 2 m-dən çox
hündürlükdə) havanın 2/3 miqdarı xaric edilməlidir.
TXS-in ayrı-ayrı istehsalat sahələrinin ventilyasiyasına
qoyulan əsas tələblər aşağıdakılardır:
Avtomobillərin saxlanması üçün sahələr, zərərli qazların
qarışdırılmasına hesablanmış, ümumi mübadiləli mexaniki vurma-
sorma ventilyasiyası ilə təchiz edilir. Vurma ventilyasiyasını hava
isidilməsi ilə birləşdirmək məsləhətdir. Havanı toplanmış axınla
əsas keçidlərə uzunluq istiqamətdə avtomobillərin radiatorlarına
vurmaq lazımdır. Sormanı avtomobillərin hansı yanacaqla
işləməsindən asılı olaraq, saxlanma zonasının yuxarı və ya
aşağısından aparmaq lazımdır.
Ventilyasiya layihə edilərkən,
zərərli qazların ayrılması azaldığı dövrlərdə, onun bir hissəsinin
ayrılması imkanının olması məqsədəuyğundur.
157
Avtomobillərin TQ və CT sahələri zərərli qazların
qarışdırılması və xaric edilməsini təmin edən,
ümumi mübadiləli
mexaniki vurma – sorma və yerli sorma ventilyasiyaları ilə təchiz
edilir. Hava, səpələnmiş axınla işçi yerinə və baxış xəndəklərinə
vurulmalıdır. Hava, 2,0 – 2,5 m/saat sürəti ilə, aşağıdakı hesabla
vurulmalıdır: xəndəyin 1 m
3
üçün – 125
m
3
/saat; xəndək girişlərinin
1 m
3
üçün – 100 m
3
/saat; keçidlərin 1 m
3
üçün – 5 m
3
/saat.
Avtomobillərin aqreqat və detallarının kaustik soda ilə yuyulma
yerləri yerli sorma ilə təchiz edilməlidir. Avtomobillərin
diaqnostika postları və ya avtomobilin mühərrikinin işləməsi zəruri
olan bu kimi postlar yerli sorma ilə təchiz edilməlidir.
Elektrik
mühərrikləri və propan-butan qarışığı xaric edən ventilyatorlar
Dostları ilə paylaş: