Gülsüm Hüseynova. Tat dilinin leksikası
64
64
Uruğ-turuğ – «Nəsil, nəvə-nəticə» mənasında qeydə
alınmışdır. Məs.: Mənə uruğ-turuğman həmmeyi misgəri
sənətirə kor fidoştond. «Mənim uruğ-turuğlarımın hamısı
misgərlik sənəti ilə məşğul olmuşdur». Qədim türk dillərində
uruğ sözü «nəsil, kök» mənasında işlənmişdir (DTS, 588,
615).
Ütüg – «Zirək, diribaş» mənasında işlənir. Məs.: Bə
borekor ə dəst ütügi. «İş barədə əldən itidir». Mahmud
Kaşğirinin lüğətində bu söz ütrük formasında həmin
«kələkbaz» mənasında qeydə alınmışdır (MK, I, 102). Müq.et:
azərb. dial. ütük «diribaş».
Kəsüy – «yazıq, fağır, qəlbi sınıq (adam)». Məs: Kəsüyə
mərd ə dəmicə bərə güzət bsoxtan. «Yazıq kişi bayaqdan
burada gözləyir». M.Kaşğarinin lüğətində bu söz kesik/kezik
şəklində işlənmişdir (DTS, 302, 305). Müq.et: azər. o
kəsix’diř, gərək biz onu yoxlayaq (dan.).
Azərbaycan
dilindən
alınmaları
leksik-semantik
qruplarda birləşdirsək, onların aşağıdakı qruplarını qeyd edə
bilərik: 1. Hərbi ləvazimat və silah adları: tüfəng «tüfəng»;
qundoğ «qundaq»; quşun «qoşun»; fişəng «fişəng»; yürüş
«yürüş»; yəroğ «yaraq»; güllə «güllə»; qılınc «qılınc»;
tapançö «tapança»; 2. Məişət əşyalarının adları: qaşuğ
«qaşıq»; buşqob «boşqab»; qeyçi «qayçı»; çəkmə «çəkmə»;
icoğ «ocaq»; itoğ «otaq»; üti «ütü»; 3. Ticarət, kənd təsərrüfatı
və heyvandarlıq terminləri: tütün «tütün»; gümrüg «gömrük»;
qaçağ «qaçaq»; yeyloğ «yaylaq»; qışloq «qışlaq»; alaçığ
«alaçıq»; töylə «tövlə»; əroba «araba»; dəryoz «dəryaz»; şum
«şum»; lək «lək»; xış «xış»; küton «kotan»; 4. Heyvan və quş
adları: ürdəg «ördək»; qaz «qaz»; xuruz «xoruz»; gömiş
«camış»; dayça «dayça»; qabon «qaban»; bildirçin «bildir-
çin»; 5. Meyvə və bitki adları, onlarla bağlı söz və terminlər:
bodımcon «badımcan»; kələm «kələm»; qeysi «qaysı»; üstüüt
Gülsüm Hüseynova. Tat dilinin leksikası
65
65
«istiot»; bibər «bibər»; göyərti «göyərti»; samon «saman»; 6.
Sənət və peşə adları: qəleyçi «qalayçı»; qərəvülçi «garovulçu»;
övçi «ovçu»; meşəbəyi «meşəbəyi»; 7. Qohumluq terminləri və
onlarla bağlı sözlər: nənə «nənə»; yeznə «yeznə»; bacanağ
«bacanaq»; yengə «yengə»; bala «bala»; xala «xala»; bibi
«bibi»; əmi «əmi»; 8. Xəstəlik adları: sarılığ «sarılıq», qızılça
«qızılça».
Tat dilinin digər şivələrinin leksik xüsusiyyətləri.
Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan tatlarının
dilinin müxtəlif ləhcə və şivələrə ayrılmasında mübahisəli
məqamlar vardır və bu məsələyə münasibətdə coğrafi prinsipin
əsas götürülməsi daha məqsədəuyğundur. Belə olan halda, biz
Abşeron, Xaçmaz, Xızı, Gilvar, Məlhəm ərazilərində yaşayan
tatların dilini müvafiq olaraq Xızı ləhcəsi, Abşeron ləhcəsi və
s. adlandırmaq məcburiyyətində qalmırıq. Bu rayonlar və ya
ərazilər üzrə şivə səviyyəsində təhlil aparmaq mümkün olur.
Quba, Qonaqkənd və Lahıc ləhcələrinin leksikası
əsasında aparılmış araşdırmalardan aydın olur ki, hər ləhcədə
alınma sözlərin sayı az deyil. Alınmalar bilvasitə Azərbaycan
dilindəndir. Eyni zamanda, Azərbaycan dili vasitəsi ilə
alınmalar da çoxdur. Hansı ləhcənin söz almasından asılı
olmayaraq, alınmaların ümumi leksik xüsusiyyətində əsaslı
fərqlər müşahidə olunmur. Daha çox nəzərə çarpan cəhət
alınma sözün fonetik tərkibi ilə bağlı olur. Bu fərq alınma
sözün ləhcənin fonetik sisteminə uyğunlaşdırılmasından doğur.
Azərbaycan tatlarının dilinin fonemlər sistemi və fonetikasında
ümumiləşdirmə və normalaşdırma aparılmadığına görə, dilin
öz leksik, fonetik, eləcə də, qrammatik normaları yoxdur.
Ayrı-ayrı ləhcə və şivələrdən toplanmış sözlərin nizama
salınması, normalaşdırılması tədqiqatçının məsələyə mü-
Gülsüm Hüseynova. Tat dilinin leksikası
66
66
nasibəti ilə müəyyən olunur. Bütün bu cəhətlər ayır-ayrı
şivələr üzrə toplanmış materialların sistemləşdirilməsinə də
təsirini göstərir.
Tat dilinin leksik tərkibinin bir hissəsini müxtəlif
şivələrin özünə məxsus leksikası təşkil edir, bu isə tat
şivələrini bir-birindən fərqləndirir. Ayrı-ayrı tat şivələrindən
toplanmış materiallar əsasında müəyyən sayda spesifik söz və
terminlər qeydə alınmışdır. Tat mənşəli leksikaya daxil olan
söz və terminlər, əsasən, təsərrüfatın müəyyən sahəsi ilə
bağlıdır. Bu qəbildən olan söz və terminlərə bəzən təsərrüfatın
digər sahələrində də rast gəlmək olar. Həmin sözlərin
Azərbaycan tatlarının başqa ləhcə və şivələrində işlənməsi,
habelə onların digər İran dillərində hansı fonetik cilddə özünü
göstərməsini aydınlaşdırmaq bütövlükdə tat dilinin leksikasını
öyrənmək üçün əhəmiyyətlidir və qeyd olunan məsələ ümumi
leksik məsələlərdən əvvəl həllini tapmalıdır. Tat dilinin
Kilvar, Xaçmaz, Abşeron şivələrində qeydə alınan sözlərdən
bir qismini nəzərdən keçirək.
Pəşdə sözü Kilvar şivəsində «sonra» mənasında işlənir.
Pəsdə mərd rafte dire ye Adami niştə ustola bi səri. – «Sonra
kişi gedib görüb ki, bir adam stolun başında oturub».
Bu söz gilyan dilində «sonra» mənalı bad, badən, badha
sözləri ilə ifadə olunur; talış. peşo, puştu. vrusta, pas, dəri.
bad, kürd. paşe, fars. bad, tacik. bad, pas variantları ilə
istifadə olunur (397; 255, 301; 273, 525; RKS, 511; RPS, 490).
Göründüyü kimi, bu söz İran dillərinin çoxunda «p», az qis-
mində «b» fonemi ilə başlanır. Yalnız puştu dilində «vrusta»
variantı var. Qonaqkənd ləhcəsinə aid qısa lüğətdə bu söz qeyd
edilməmişdir. Müxtəlif İran dillərindəki fonetik variantların
müəyyən mövqelərində (anlaut, inlaut) samitlərin dəyişməsi
onlarda b-p, ş-s əvəzlənmələrinin olduğunu təsdiq edir. İran
dillərində peş «arxa», peşton «arxadan» sözləri var. Fars
Dostları ilə paylaş: |