Gülsüm Hüseynova. Tat dilinin leksikası
67
67
dilində «arxadan» zərfi az poşte kimidir. Bu dildə «bel, arxa»
poşt sözü ilə ifadə olunur. Qeyd olunan sözlərin eyni əsaslı
olması «peşdə» lekseminin sırf tat mənşəli deyil, ümumiran
mənşəli söz olmasını təsdiqləyir. Təbiidir ki, tat dilinin leksi-
kasında bu söz spesifik leksem hesabında deyil. Tat dilinin
lüğət tərkibini formalaşdırarkən İran dillərinin bir çoxunda
sözün eyni və yaxın fonetik variant forması rast gələrsə, onu
ayrıca bir dilin, o cümlədən tat dilinin lüğət tərkibinin özünə
məxsus vahidi olmasını iddia etmək düzgün deyil. Bu söz İran
dillərindən hər hansı birinə aid ola bildiyi kimi, dillərin
diferensiasiyasında əvvəlki dövrdə istifadə edilmiş söz də ola
bilər.
Tousdum – «yay». Bə tousdum bağ lap pirvayı birənü. –
Yayda ora lap qiyamət olur. «Yay» mənası tat şivələrində
hamin//homin sözləri ilə də ifadə olunur. Başqa İran dillərində
«yay» mənası aşağıdakı şəkildə ifadə olunur: fars. «təbestən»
(RPS, 252), kürd. havin (KPS, 298), tacik. tobiston (TSL, 285)
talış. tovson (toson, tobiston, toboston) (TRL, 216), gilyan.
«təbəstən» (QRS, 350), puştu. «dobay», «oray», dəri.
«təbistan» (RPDS, 320). Qeyd edilən dillərin əksəriyyəti üçün
«təbistan» səciyyvidir.
Turmux – «yumurta». Tat dilinin Abşeron şivəsində
qeydə
alınmışdır.
Bu
söz
digər
tat
ləhcələrində
xayəkərq//xoyəkərg formasında işlənir. Nümunə: Bə id Novruz
turmux qırmızi musaxtim – «Novruz bayramında yumurtanı
qırmızı rəngə boyayardıq» və s.
Bu söz digər İran dillərində fars. toxm (RPS, 806), tac.
tuxm, tuxmi murğ «quş yumurtası» (TPS, 854), dəri. toxm
(RPDS, 763), talış. moğnə (moqnə), kaği moğnə «toyuq
yumurtası» (TPS, 145), gil. morğanə, tuxm (QRS, 465).
Əsasən, «tuxm» şəklində qeydə alınan bu sözün talış, gilyan
dillərində fərqli formaları vardır. Talış və gilyan dillərində
Gülsüm Hüseynova. Tat dilinin leksikası
68
68
moğnə və morğanə formalarında fonetik yaxınlıq hiss olunur.
Tat. turmux sözünün tuxm sözündən olmasını düşünmək olar.
Lakin burada «p» samitinin olması bir qədər işi çətinləşdirir.
Bizcə, Abşeron şivəsində toyuq yumurtası «turmux» adlanır.
Bunun ilkin forması, yəqinki, tuxmi murğ olmuşdur (yəni, söz
birləşməsi
sözə
çevrilmişdir). Qeyd edək ki, sözün,
informatorun tələffüz xüsusiyyətləri və toplayanın səhvi
nəticəsində təhrifi olunması da mümkündür.
Usqu – «tonqal». Bə həyat usqu müsaxandim ə səri
müşanandim. – Həyətdə tonqal yandırıb, üstündən tullanardıq.
Abşeron şivəsi üçün xarakterik olan bu söz kürd dilində agir
şəklində işlənir (KRS, 280). Həmin anlayış fars dilində atəş
(PRS, 236), puştu. or, dəridə atiş (RPS, 306), tacik dilində qul-
xan, alov, otaş sözləri ilə verilir. Talış və gilyan dillərinin
lüğətlərində tonqal sözü yoxdur. Belə olan surətdə usqu tam
başqa mənşəli söz olduğu aydınlaşır. O, tat dilinə məxsus
spesifik sözlər sırasına aid edilə bilər.
Həmsiya – «qonşu». Balaxanı tatlarının dilində qeydə
alınmışdır. Məs.: Həmsiya qunağ amara büründ bə xuneymun.
– Qonşular bizə qonaq [hərfən: bizim evə] gəlmişdilər.
Bu söz fars dilində «hamsaye» (PRS, 661), tacik.
«hamsaya» (TRS, 719), kürd. cinar, gil. «həmsoyə» və
«həmsəvar» sözləri ilə verilir (QRS, 432); talış. «hamsuə»
(225, 311), puştu. qəvənday, həmsoyə, dəri. həmsavar (RPDS,
655) şəklində qeydə alınmışdır. Müxtəlif İran dillərinin
materialları əsasında onu demək olar ki, ümumiran mənşəli
həmsoyə «qonşu» sözü, iki sözün birləşməsindən əmələ
gəlmişdir. Burada birinci komponent «həm», ikinci «so»
sözüdür. Azərbaycan dilində həmyerli mənasına uyğun gəlir.
Həmcəvar variantı həmcivar fonetik variantından inkişaf
etmişdir. Civar «yaxın yer, ətraf» ərəb dilindən alınmadır. Bu
söz Azərbaycan dilində «sərhəd», «yaxınlıq» mənalarında
Gülsüm Hüseynova. Tat dilinin leksikası
69
69
işlənmişdir. Beləliklə, aydın olur ki, «həmsiya» sözü
ümumiran mənşəlidir. Onu tat şivəsinin özünə məxsus vahid
hesab etmək düzgün olmazdı.
Vəcə – «necə». Malla Nusradin dənşi, di ki, cəmaət nə
bəstən vəcə bigrarund. – Molla Nəsrəddin baxıb gördü ki,
camaat bilmir necə keçsin. Xaçmaz şivəsi üçün səciyyəvi olan
bu söz İran dillərində müəyyən fonetik dəyişikliklə işlənir:
Fars. çənd (PRS, 632), tacik. çand (TRS, 698), kürd. çiça,
zefe, çiqaş (KRS, 622), puştu. tso, dəri çand (RPDS, 639),
gily. çənd, çand (QRS, 426). Göründüyü kimi iran dillərindən
«neçə» mənasında olan sözün fonetik variantları, demək olar
ki, eynidir. Abşeron şivəsində işlənən söz isə bunlardan heç
birinə uyğun gəlmir. Onun mənşəyi qaranlıq qalır. Fikrimizcə,
həmin söz «bə çənd» söz birləşməsi əsasında formalaşmışdır.
Çak – «yaxşı». Tat dilinin Kilvar şivəsində işlənir. Çak,
bra bu xunə, bü künc ye söz histi, ta ba dun hərşəfi puru. –
«Yaxşı, get evə, evin küncündə bir kuzə var, ağzunadək qızılla
doludur».
«Yaxşı» mənasında gilyan dilində xob, xoş, xürəm sözləri
işlənir ki, bunlar keyfiyyəti, ürəyəyatımlılığı, xarakterin
keyfiyyətini bildirmək semantikalarına görə fərqlənirlər
(QRS, 456). Puştu dilində. xu, dəri dilində isə xub sözləri
«yaxşı» mənasını ifadə edir (RPDS, 725). Fars dilində həmin
mənada xub sözü işlənir (PRS, 770). Kürd dilində pak, ere və
baş (zərf məqamında) sözündən də istifadə olunur. Yalnız talış
dilində «çok» sözü işlənir ki, bu da gilvar şivəsindəki çak sözü
ilə səsləşir. Belə hesab edirik ki, çak sözü türk mənşəlidir.
Müq.et: azərb. yaxşı. Bu söz Azərbaycan dilinin özündə alınma
olub, özbək dilindən keçmişdir.
Fülfül//fulful – «istiot». Hadi həst asti şirinə fulfül, hadi
həst asti tahlə fulful. – Söz var şirin istiot kimi, söz var acı
istiot kimi. Bu söz gily. filfil (QRS, 385), fars. felfel (PRS,
Dostları ilə paylaş: |