Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə56/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   52   53   54   55   56   57   58   59   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
170 
170 
tərəfi  til  şəklində  olan  zindanın  adıdır.  Çiloğ  dan  silindrik 
məmulatların  hazırlanmasında  istifadə  olunmuşdur.  İn  çiloğa 
çan  soli  kor  bəfidoştənim.  «Bu  zindanı  («çiloğu»)  neçə  ildir 
işlədirik».  Qıblasundum  əsas  zindandır,  ona  «ana  zindan» 
deyirlər.  Bə  misgəri  bütün  korhon  bə  sər  qıblasundum  dirə 
bəbiran.  «Misgərlikdə  bütün  işlər  ana  zindanın  üzərində 
görülür».  Korsundum  misin  spesifik  formaya  salınması 
məqsədilə istifadə edilən zindan növüdür.  
Tat  dilinin  misgərlik  və  dəmirçilik  terminologiyasında 
istifadə  edilən  çəkiclərin  də  çoxlu  sayda  novləri  var  və  bu 
növlərin  hər  birinin  məxsusi  adı  var.  Məsələn:  korsü  «ağzı 
dördbucaqlı    şəklində  olan  çəkic»:  Nəzər  korsürə  nayoft. 
«Nəzər  çəkici  tapmadı»;  kələ  korsü  «iri  çəkic»,  lözani  ( 
«dodaq»  və  zərən  «vurmaq»  felindən).  Metal  məmulatın  dar 
hissəsində iş görmək üçün olan aləti bildirir.  Bəstirə gərdənirə 
ve  lözani  rost  bısoxtənund.  «Güyümün  boğaz  hissəsini  bu 
alətlə düzəldirlər». 
Mis  sözünün  etimologiyası  da  maraq  doğurur.  Bu  söz  tat 
dili  və  bir  sıra  İran  dillərində  işlənir.  Türk  dillərinin 
bəzilərində  bakır  sözü  həmin  mənada  işlənir.  Bakır  türk 
dillərinin  qədim 
yazılı  abidələrində  qeydə  alınmışdır. 
H.Əsgərovun  fikrincə,  Azərbaycan  dilində  mis  sözü 
işləndiyindən,  bakır  mühafizə  edilməmişdir  (57,  90-95).  Türk 
dilləri  üçün  «mis»  anlamında  işlənmiş  ilkin  kökün  cez  (qaz), 
des  (alt),  çes  (tuv),  ciz  (tat),  ces  (başq;  çuv.)  variantlarından 
biri  olması  qənaətinə  gəlmək  mümkündür.  Qədim  türk 
lüğətində  cez  «sarı  mis»  mənasında  verilmişdir  (DTS,  260). 
Müəyyən  fonetik  əvəzlənmələrə  istinadla  mis  sözünün  bu 
kökdən yarandığını ehtimal etmək olar.  
Tat dilində, xüsusən də, onun  Lahıc ləhcəsində  misgərlik 
və  dəmirçilik  sənətinə  aid  kifayət  qədər  çox  termin  var.  Nəri 
«qalın  metalı  dartıb  uzatmaq  üçün  alət»,  lözani  «metal 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
171 
171 
məmulatın  dar  hissəsində  iş  görmək  üçün  alət»,  coz  «qayçı 
növü», 
daranoy 
«ling 
növü», 
noylülə 
«ling 
növü», 
damdamundan  «körük  basmaq»,  mola  doran  «lehimləmək», 
abiyə  «lehimləmə  növü»,    «isti  metalı  soyutmaq  üçün  su 
doldurulmuş  hovuz  və  ya  qab»,  nügoni  «təmirolunma»,   
«misgərlikdə  metalın  qızdırılıb  soyudulması  prosesi»,  tənəkə 
«misin  lay  forması»,  xəzinəliyə  qeyçi  «xəzinəli  qayçı»,  bəsti 
«güyüm»,  vəri  «güyümün  boğaza  qədərki  hissəsi»,  bin,  kəəb 
«güyümün  alt  hissəsi»,  danduna  «metalı  cilalamaq  məqsədilə 
tutmaq  üçün  dişli  alət»,  «maşa»,  düş  doran  «qaynaq  etmək», 
gom  «qaynaq  növü»,  pəstöyi    «yarımfabrikat»  və  s.  belə 
terminlərdir.  
Ayrı-ayrı xalqlar arasında iqtisadi, ictimai-siyasi və digər 
əlaqələrdə dil  əhəmiyyətli rol oynamışdır.  İqtisadi  əlaqələr bir 
xalqa  məxsus  əşya  və  məmulatların  başqa  xalqın  məişətində 
yer  almasına  şərait  yaratmışdırsa,  dil  əlaqələri  prosesində 
sənətlə  bağlı  terminlərin  bir  dildən  digərinə  keçməsi  hadisəsi 
baş  vermişdir.  Ona  görə  də  tat  dilində  işlənən  misgərlik 
terminlərinin  bir  qismi  alınma  terminlərdir.  Bu  terminlər 
Azərbaycan  dilindən  və  ya  Azərbaycan  dili  vasitəsi  ilə 
alınmışdır. Ümumiyyətlə,  tat dilinin terminoloji leksikasını üç 
qrupa ayırmaq olar: 1) mənşəcə tat dilinə məxsus terminlər; 2) 
ümumiran  mənşəli  terminlər;  3)  alınma  terminlər.  Belə  bölgü 
bütün  sənət  növlərinə 
aid  termionologiya  üçün  eyni 
olduğundan  başqa  sahələrə  aid  terminlərdən  bahs  edərkən 
terminlərin  mənşəcə  növlərə  bölgüsünü  təkrar  aparmağa 
ehtiyac qalmır və terminlərin mənşəcə növləri haqqında sonda 
qısa məlumat verməklə kifayətlənirik.  
Misgərlik  terminləri  tat  dilində  işlənən  terminlərin  bir 
hissəsidir. Məlumdur ki, terminlərlə ümumişlək sözlər arasında 
əsas  fərqlərdən  biri  leksik  vahidin  dildə  işləkliyidir. 
Terminlərin  bəziləri  dildə,  daha  doğrusu,  ünsiyyət  prosesində 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
172 
172 
az işlənirsə,  digərlərinə nitqdə tez-tez rast  gəlmək  olur.  Bu da 
daha  çox  bu  və  ya  digər  əşyanı  bildirən  adla  bağlı  olur. 
Məsələn,  misgərlərin  hazırladıqları  əşyaların  müəyyən  hissəsi 
əhalinin  məişətində  istifadə  olunduğundan,  onların  adları 
danışıqda  çox  işləkdir.  Lakin  misgərlik  alətləri  haqqında 
məlumat daha  çox bu  sahə  ilə  məşğul  olanlara aid olduğundan 
bu  sözlər  onların  dilində  və  ya  nitqində  üzə  çıxır.  «Linqvistik 
təhlil və  araşdırma prosesində  mühüm funksionallıq kəsb edən 
terminoloji  leksikanın  işlənmə  və  mənimsənilmə  texnikasının 
öyrənilməsi  gündəlik  tələbat  və  zəruri  ehtiyacdan  doğur.  Özü 
də  bu,  terminlərin  hamısına  aid  məsələ  deyildir.  Məlumdur  ki, 
terminlərin,  o  cümlədən  dilçilik  terminlərinin  əhəmiyyətli  bir 
hissəsi  ümumişlək 
xarakterə  malik  olduğundan,  onlar 
sintaqmatik mövqe  etibarı ilə sərbəst funksiya daşıyırlar»  (30, 
233).  Ə.Cavadovun  bu  fikri  müxtəlif  sənət  sahələrinə  aid 
leksikanın  işlədilməsində  də  özünü  doğruldur.  Bu  cəhət 
misgərlik  terminlərinin  işlənməsində  də  müşahidə  olunur. 
Azərbaycan  tatlarının  dilində  işlənən  misgərlik  terminlərinin 
başqa  bir  qisminə  aid  nümunələri  nəzərdən  keçirək.  Onu  da 
qeyd edək ki, misgərliklə bağlı söz və terminlər, əsasən, Lahıc 
ləhcəsinə  aiddir.  Bu  da  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
misgərliyin  Lahıcda  daha  çox  inkişaf  etməsi  və  yayılması  ilə 
bağlıdır.  
Misgərlikdə  istifadə  olunan  terminləri  üç  əsas  qrupda 
birləşdirmək  olar:  1)  misgərlikdə  istifadə  olunan  alət  və 
vasitələrin  adları;  2)  misgərlikdə  istifadə  olunan  texnoloji 
proseslərin  və  üsulların  adları;  3)  misgərlik  məmulatlarının 
adları; 4) misgərliklə bağlı digər söz və terminlər. 
Misgərlikdə  istifadə  olunan  alət  və  vasitələrin  adları. 
Bu  sənət  sahəsində  bir  sıra  alət  və  avadanlıqlardan  istifadə 
olunur.  Qeyd  olunduğu  kimi,  onlardan  bəzilərinin  müxtəlif 
növləri  var.  Aşağıda  misgərlikdə  istifadə  olunan  alətlərin 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə