Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə59/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   55   56   57   58   59   60   61   62   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
179 
179 
«taxtamücə»  naxış  adı  işlənir  ki,  bu  sözün  2-ci  komponenti 
ümumiran mənşəlidir (2, 124). 
Qeyd:  Bu  söz  mənşəcə  fars.  müjgan,  müje  sözləri  ilə 
bağlıdır.  Müjə  sözü  qeyri-terminoloji  məqamda  hələ 
M.Füzulinin  dilində  işlənmişdir:  Müjəm  sərçeşmələr  mənzil 
qılan aşuftə məcnundur». 
Manca  «ip».  Kilvar  yaşayış  məntəqəsində  qeydə  alınmış 
bu  sözə  İran  dillərində,  eləcə  də,  tat  dilinin  digər  ləhcələrində 
təsadüf  edilməmişdir.  Misal:  Mancara  bastand  ə  qeişi,  güllü 
saxtənd  vərva.  «İpi  kəmərindən  bağlayıb,  aşağı  buraxdılar»  və 
s. 
Dağar//dəğər  –  Azərbaycan  dilinin  izahlı  lüğətində  bu 
söz aşağıdakı mənada işlənir: 1) qaramal dərisindən hazırlanan 
torba; 2) keçmişdə üzərində qaytan toxumaq üçün içi əski-üskü 
və  ya  yunlə  bərk  doldurulub  bağlanmış  meşin  yastıq.  İkinci 
məna toxuculuq leksikası ilə bağlıdır (13, 237). 
Şalabandbof  –  «Tumanbağı  toxuyan  dəzgah».  Lahıc 
ləhcəsində  qeydə  alınmışdır.  Misal:  Zeynalabdin  be  man  bə 
muzey  şalabandbofa  ruşun  do.  «Zeynalabdin  mənə  muzeydə 
tumanbağı toxuyan dəzgahı göstərdi» və s. 
Göründüyü  kimi,  bu  mürəkkəb  söz  iki  tərkib  hissəsindən 
ibarətdir.  Birinci  tərəf  şalaband  «ip»  mənasında  olub,  başqa 
İran  dillərində  cüzi  səs  fərqi  ilə  həmin  mənada  işlənir. 
Məsələn,  talış  dilində  şəlbend  «bağlamaq  üçün  alt  paltarın  bel 
hissəsinə keçirilən ip» mənasında qeydə  alınmışdır (225, 431). 
Sözün  ikinci  tərəfi  bof  «toxumaq»,  əksər  İran  dillərində 
müxtəlif fonetik variantlarda işlənir. 
Çıqrığ.  «çarx»  (cəhrədə).  Tat  ləhcələrində  eyni  mənada 
cığrığ//cığreığ fonetik variantlarında qeydə alınmışdır. 
Vara «bir tikişlik sap»; tat dilindəki var dərən «əyirmək» 
sözündən olması ehtimal olunur. 
Şubənd «eni bir santimetrə qədər olan, yundan toxunmuş 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
180 
180 
uzun çarıqbağı». (Şa/şah «şah, əsas», band/bənd «bağ») və s. 
Çoşni//çeşni.  Dialekt  və  şivələrdə  bu  söz  «şəkil,  surət» 
(Qızın çeşnisi onun yadında qalmadı – Sabirabad), «naxış» (Bu 
gəvənin  çeşnisi  yaxşıdı  –  Qazax),  «nümunə»  (Bizzə  Nabur 
xəlçələrinin  çeşnisi  var  –  Şamaxı)  mənalarında  işlənir  (ADL, 
95). Tat ləhcələrində bu söz çeşni//çoşni fonetik variantlarında 
işlənərək,  «naxış»  mənasını  bildirir  və  toxuculuqda  termin 
kimi qeydə alınır.  
Xalçaçılıqda  ümumiran  mənşəli  sözlər  çoxdur.  Həmin 
sözlərin 
böyük 
bir 
qismi 
tat 
dilinin 
xalçaçılıq 
terminologiyasında işləkliyi ilə seçilir. Simar, bədrəng, kuvan, 
dəhnə,  bazıbənd,  zinət,  aftafa,  xəkəndaz,  gülabdan,  gülabgülü, 
gül,  kasa,  fincan,  nəlbəki,  nəlbəkigülü,  şana,  noxud,  kətan, 
dəst,  çəngəl,  çıraq,  sərandaz,  muceha  və  bu  kimi  sözlər 
xalçalarda  işlənən  naxış  adlarıdır  (2,  96).  Belə  naxış  adları 
ümumişlək  leksik  qatdan  götürülmüşdür  və  onlar  daha  çox 
məişət  əşyalarının  adlarıdır.  Bu  da  təbiidir.  Xalçaya  salınan 
naxışların  bir  qismi  məişətdə  istifadə  olunan  əşyalarla  bağlı 
olmuşdur.  Bu  cür  naxışlar  ya  məişət  əşyasının  xalça  üzərində 
təsvirini  verməyə,  ya  da  məişət  əşyasına  oxşar  bəzək 
eləmentinin yaradılmasına xidmət etmişdir.  
 
Zərgərlik terminləri. 
 
Zərgərlik Azərbaycanda qədim dövrlərdə təşəkkül tapmış 
və  geniş  yayılmış sənət növlərindən biridir.  Bu sənətlə məşğul 
olanlar  qiymətli  metallardan  (qızıl,  gümüş  və  s.)  bəzək 
məmulatları, 
müxtəlif  əşyalar  hazırlamışlar.  Zərgərlik 
məmulatları  çox  vaxt  qiymətli  və  ya  yarımqiymətli  daşlar 
(mirvari,  kəhrəba,  sədəf  və  s.)  həmçinin  şüşə,  sümük  və  s.-lə 
bəzədilir.  Ən  qədim  zərgərlik  nümunələri  eramızdan  əvvəl  III 
minilliyə  aiddir.  Azərbaycan  tatları  da  bu  sənətə  aid  nümunlər 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
181 
181 
yaratmışlar. Tatların işlətdikləri bəzək, zinət əşyalarının adları 
tat  dilinin  zərgərlik  leksikasının  əsasında  durur.  Zərgərlikdə 
istifadə  olunan  alətlərsə  başqa  sənət  sahələrində  də  istifadə 
olunduğundan, 
onların 
adlarındakı 
eynilik 
qorunub 
saxlanmışdır.  
Tat dilinin zərgərlik leksikasına daxil olan sözlər, əsasən, 
ümumiran  mənşəlidir.  Eyni  zamanda  bu  dilə  Azərbaycan 
dilindən keçmiş zərgərlik terminləri də çoxluq təşkil edir. Eyni 
ərazidə  yaşamaq  eyni  və  oxşar  zinət  əşyalarından  istifadə 
etməyə  zəmin  yaratmışdır.  Nəticədə  başqa  xalqa  aid  olan  əşya 
ilə birlikdə onun adı da alınıb, istifadə edilmişdir. 
Tat  dilinin  zərgərlik  leksikasında  bilərzik,  bazubənd, 
qolbənd,  dəstinə//dasinə  sözləri  sinonim  cərgə  təşkil  edir. 
Qolbənd  sözü  türk  və  tat  dilindən  olan  sadə  sözlərin 
birləşməsindən  əmələ  gəlmiş  hibrid  mürəkkəb  termindir.  Tat 
dilində  işlənən  və  ümumiran  mənşəli  olan  dastinə/dasinə 
sözləri  yalnız  fonetik  fərqə  görə  seçilir.  Bunların  eyni 
məmulatı bildirməsi və eyni söz olması şübhə doğurmur.  
Bazubənd//bozibənd 
ümumiran 
mənşəli 
mürəkkəb 
sözdür.  Azərbaycan  dilində  alınma  söz  kimi  işlənən  qolbənd 
sözü  ilə  eyni  sözdüzəltmə  modelinə  malikdir  (bazu  «qol»  + 
bənd).  Bazabənd  qola  tanılan  qadın  bəzək  əşyasını  bildirir. 
Bundan  başqa,  bazubənd  qədimdə  döyüşçülərin  qollarına 
taxdıqları «qolçaq» mənasında da işlənmişdir (13, 182). 
Azərbaycan  klassik  ədəbiyyatında,  aşıq  yaradıcılığında 
bazubənd sözü qeydə alınmışdır: 
«Xadimələr  durar  sağü  solunda,  Cəvahir  buzubənd  iki 
qolunda»  (Nəbati).  «Qızıl  bazubəndlər  qola  yaraşır»  (Aşıq 
Ələsgər) və s. 
Qilində  tat  dilində  «boyunbağı»  mənasındadır.  Bu  söz 
Azərbaycan  dilinin  bəzi  dialektlərində  qilindənə  (Bakı)  – 
«boyunbağı»  şəklində  işlənir:  –  Qızım,  qilindənə  almışam 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə