Gülsüm Hüseynova. Tat dilinin leksikası
185
185
usta» (tac. küzaqar şəklində işlənir) (164, 8), girə «dulusçuluq
üçün nəzərdə tutulan gil». Bu söz digər İran dillərindən olan
şuqnan dilində jiray, ruşan dilində ziray şəklində işlənir (312,
236, 251).
Dulusçuların istifadə etdiyi material, əsasən, xüsusi
palçıq növü olmuşdur. Bu palçığa qum və sair də qatılmışdır.
İran dillərində palçıq mənasında «tül» sözündən istifadə
olunur. Dulusçuluqda palçıq hazırlamaqla məşğul olan şəxsə
tülçi demişlər.
Dulusçuluqda
istifadə
olunan
istehsal-texnoloji
proseslər.
Mahiyyətcə
bu
proseslər
artıq xammalın
hazırlanması ilə deyil, məhz dulusçuluq məmulatının
hazırlanması ilə əlaqədardır. Məmulatın ilkin hazırlanması
zamanı «ataş» – ataş vənoran «ocaq qalamaq» bir çox
qaynaqlarda fars dilindən alınma hesab edilsə də, əslində,
nostratik söz köklərindən biridir (98, 219). Piçənə üsulu, bad
üsulu, piyə, loğana kimi proseslərdən istifadə edilmişdir.
Dulusçuluqda istifadə olunan əmək alətləri sırasına dulus
çərxı, qəlib, çərx//çəx, maha, çəxu (bıçaq), şonə (daraq),
karkar, tranc, jinə kündə, (alt kündə), penə kündə (üst kündə),
ğəlbir, kisə, zola, lok və s. daxildir. Dulus çarxları öz forma və
iş prinsiplərinə görə mürəkkəb olduğundan, avadanlıq
səciyyəsi daşıyır və bu avadanlığın öz hissələri də var.
Dulusçuluq məmulatları və onların hissələrinin adları
çoxluğu ilə seçilir. S.Ağamaliyeva dulusçuluq məmulatlarını
onların funksional təyinatına görə altı qrupa bölmüşdür: 1) su
qabları; 2) yeməyin hazırlanması və saxlanması üçün qablar;
3) süd qabları; 4) isitmə və işıqlandırma əşyaları; 5) digər
məişət əşyaları; 6) su təchizatı üçün məmulatlar.
Bölgü dulusçuluqda hazırlanan məmulatların istifadə
sahələri üzrə aparılmışdır. Dulusçuluqda hazırlanan qablar –
səhəng, səhəngçə, bardaq, qurqur, surahı, kuzə, faşır, duvaq,
Gülsüm Hüseynova. Tat dilinin leksikası
186
186
qapaq, qazan, dopu, aşsüzən, piti qabı, təndir, sərpuş, küp,
bəqqa, kasa, saxsı stəkan, qəndqabı, aftafa, nimçə, nehrə,
çalğa, badya, xeyrə, mətrət, çıraq, silbinc, oxana, lülə, çolə
qəv,
çolə
qınq/künq/kınq tatların məişətində işlədilən
əşyalardır. Onların adlarının bir qismi ümumiran mənşəli
sözlərdir. Bəzi adlar isə Azərbaycan dilindən alınmadır. Bəzi
dulusçuluq terminləri ilə bağlı təhlil verməyə çalışaq.
Dığır-dığır – «nahamar», «kələkötür» mənasında
dialektlərdə işlənir. Tat ləhcəsində bu söz dığır-dığır//düyür-
düyür variantlarında geniş işlənir. Məs.: Parçarə dığır-dığır
məni – «Parçanı dığır-dığır etmə» (Xaç.) Dulusçuluqda bəzi
hallarda qabların səthinin nahamar şəkildə tələb olunmuşdur.
Bəzi qabların spesifikasına uyğun olaraq, onların daxilind ə
nahamarlıq yaradılmışdır. Məsələn, yağ çalmaq üçün istifadə
olunan nehrənin daxilindən xüsusi düyünlər qoyulurdu ki, bu
da yağalma prosesini sürətləndirmək məqsədi daşıyırdı.
Nehrənin içi kələ-kötür olur.
Bilmə//bülmə – «nəlbəki» mənasında. Məs.: Bülmə xurd
bü. «Nəlbəki sındı». (Ab.).
Şirəng «(səhəngdən balaca, kuzədən böyük) suqabı».
Qağla «suqabı, balaca küpə». Burada qağ qədəli «kiçik»
sözü ilə bağlıdır.
Ləçə «sərnic». Tat dilində lə «küp», deməkdir, -çə
kiçiltmə bildirən şəkilçidir.
Bəqqə – «süd sağmaq üçün saxsı qab» (Q.).
Qohumluq terminləri.
Qohumluq terminləri ailənin inkişaf tarixi və nikah
münasibətlərinin formalaşması prosesi ilə bağlıdır (256, 11;
301, 127). Şübhəsiz ki, qohumluq terminləri müxtəlif xalqların
etnik mədəniyyətinin tərkib hissəsidir. Dilin qədim leksik
Gülsüm Hüseynova. Tat dilinin leksikası
187
187
laylarından birini təşkil edən və əsas lüğət fonduna daxil olan
qohumluq terminlərinin leksik-semantik xüsusiyyətlərinin təd-
qiqi bütövlükdə müəyyən dilin daşıyıısı olan bu və ya digər
xalqın
inkişaf
tarixinin
ayrı-ayrı
cəhətlərini
müəyyənləşdirməyə imkan verir. Habelə, konkret bir dilin
qohumluq
terminləri
üzərində
aparılan tarixi-etimoloji
araşdırmalar həmin dilin və eləcə də, onun aid olduğu dil
qrupunun ən qədim leksik qatlarına nüfuz etməyə, nəzəri
ümumiləşdirmələr aparmağa şərait yaradır. Bu mənada tat
dilində qohumluq terminlərinin inkişafı və formalaşmasının
araşdırılması təkcə İran dilləri konteksti ilə məhdudlaşmır.
Tarix boyunca tatların türkdilli azərbayanlıların əhatəsində və
bilavasitə
qonşuluğunda yaşaması onların dilindəki qohumluq
terminlərinin müxtəlif təsirlərə məruz qalmasına və hibrid
qohumluq terminlərinin işlənməsinə yol açmışdır.
Qohumluq
terminlərinin
əksəriyyəti
ümumiran
mənşəlidir. Mö «ana», piyər «ata», kük «oğul», kilə «qız»,
buror «qardaş», xuvar «bacı», el «uşaq», zan «arvad», zan
buror «qardşarvadı», şöxuvar «baldız», şöburar «qayın»,
xüsür «qayınana», xüsürmərd «qayınata», dumbor «kürəkən»,
xuvargil «bacılıq», bocanaq «bacanaq», yeznə «yeznə», həvü
«günü», şüvər «ər» arus//ərüs «gəlin hambocun «elti»« və s.
Tat dilində qohumluq terminləri xarakterinə görə iki
qrupa ayrılır: a) qan qohumluğu ilə bağlı terminlər; b) nikah
qohumluğu ilə bağlı terminlər.
Həmin qruplara aid bir neçə termini nəzərdən keçirək.
a) Qan qohumluğu ilə bağlı terminlər. Bu tipli terminlərin
əsas qismi İran dilləri ilə ümumilik təşkil edən sözlərdən
ibarətdir. Müəyyən hallarda tat dilinin fonetik quruluşuna
uyğun olaraq, səs əvəzlənmələri müşahidə edilir. Aşağıdakı
nümunələrə diqqət edək:
May//moy//mö «ana». Bu söz əksər İran dillərində
Dostları ilə paylaş: |