Gülsüm Hüseynova



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə63/80
tarix06.10.2018
ölçüsü4,4 Mb.
#72993
1   ...   59   60   61   62   63   64   65   66   ...   80

 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
191 
191 
pirzən  «qarı»,  pirmərd  «qoca  kişi»,  ayal//el  «övlad»,  elgəri 
«oğulluq,  oğulluğa  götürülmüş  uşaq»,  ayallü//elli  «uşaqlı», 
ayalgəri  «övladlığa  götürülmüş  uşaq»  və  s.  ifadə  formalarına 
da rast gəlirik. 
Qohumluq 
terminlərinin 
dildə 
işlənməsi  müxtəlif 
müraciət  formalarının  yaranmasına  şərait  yaradır.  Müraciət 
forması  kimi  bəzən  tat  dilində  mövcud  olan  qohumluq 
terminlərindən,  bəzən  fərqli  sözlərdən  istifadə  edilir.  Bu  cəhət 
qohumluq  terminlərini  kommunikativ  vəzifəsindən  irəli  gəlir. 
Buna  görə  də  qohumluq  terminləri  dildə  iki  formada  özünü 
göstərir: vokativ (bilavasitə qohuma müraciət forması kimi) və 
qohum  barəsində  bəhs  edərkən  (ümumi  şəkildə).  Tat  dilində 
vokativ  məqamda  qohumlara  müraciət  olunduqda  kişi  və 
qadınlar üçün fərqli sözlərdən istifadə olunur. Müəyən hallarda 
kişilərə və qadınlara müraciət  formalarında mürəkkəb sözlərin 
ilk  komponenti  (səciyyələndirir  söz)  eyni  olur.  Məsələn:  əssəl 
«bal»,  kələ  «böyük»,  bircə  «bircə»,  disti  «dostu»  və  s.  sözlər 
ünsiyyət prosesinə əzizləmə, nəvaziş çaları verir. 
Tat  dilində  kişilərə  və  qadınlara  məxsus  aşağıdakı 
müraciət  formaları  geniş  yayılmışdır.  Kişilərə  aid:  kələmi 
«böyük  əmi»,  kələ  dayi//doyi  «böyük  dayı»,  əssəl  əmi  «bal 
əmi», kələ baba//babo «böyük baba».  
Qadınlara  aid:  cılxıs  «qızılgıl»,  əssəl  bibi  «bal  bibi», 
bircə  xola  «bircə  xala»,  bircə  bibi  «bircə  bibi»,  hildisti  (<«hil 
+  dostu»),  xondisti//dosti  (<«xandostu»),  lumidisti  («lumu» 
dostu),  ətirdisti  (<«ətirdostu»),  bircəbodom  (<«bircəbadam») 
və s. (73, 53). 
Göründüyü  kimi,  tat  dilində  qadınlara  müraciətlə  zamanı 
istifadə  edilən  vokativ  formalarda  ətir,  rayihə,  dad  və  s.  -lə 
assosiasiya  yaradan  adlarından  istifadə  edilir,  kişilərə  aid 
müraciət  formalarında  isə,  hörmət,  nəzakət,  ailədə  böyük-
kiçiklik münasibətlərinin nəzərə alınması əsas yer tutur. 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
192 
192 
Qohumluq  terminlərinin  əksəriyyəti  ümumxalq  dilinin 
leksikasını  təşkil  edən  sözlərdir.  Bəzi  hallarda  Azərbaycan, 
ərəb  və  rus  dillərindən  alınmış  söz  və  terminlərə  də  təsadüf 
olunur. Mö «ana», piyər «ata», nənə «nənə», baba «baba», kük 
«oğul»,  kilə  «qız»,  xuvar  «bacı»,  buror  «qardaş»,  el  «uşaq», 
zan  «arvad»,  zan  buror  «qardşarvadı»,  şöxuvar  «baldız», 
şöburar  «qayın»,  xüsür  «qayınana»,  xüsürmərd  «qayınata», 
dumbor  «kürəkən»,  əmi,  dayi,  xala,  bibi,  xuvargil  «bacılıq», 
bocanaq «bacanaq», yeznə «yeznə», küdoyi «dayıoğlu», küəmi 
«əmioğlu»,  kile  dayi  «dayıqızı»,  kübibi  «bibioğlu»,  nəveəmi 
«əminəvəsi», nəvedoyi «dayı nəvəsi», həvü «günü», şüvər «ər» 
və s. 
Tat  dilinin  Lahıc  ləhcəsində  uşaq  leksikonunda  «dayı» 
mənasında  dodo  sözü  işlənir.  Məs.:  Mehdi  dodo  hər  sol  və 
Loyic umoranbi. «Mehdi dayı hər il Lahıca gəlirdi». 
Digər  İran  dillərindən  talış  dilində  bu  söz  daha  geniş 
işlənir. Talış dilində dodo sözü «böyük bacı» əsas mənasından 
əlavə  anaya,  analığa  və  s.  müraciət  zamanı  işlədilən  söz  kimi 
də qeyd olunur (225, 235). 
Digər  tat  ləhcələrində  dodo  sözünə  rast  gəlinir.  Bu  söz 
tacik  dilində  müəyyən  fonetik  dyişikliklə  mürəkkəb  qohumluq 
terminlərinin yaranmasına xidmət edir. Məs: dodarran «qayın» 
(arvadın  qardaşı),  darsur  «qayın»  (ərin  qardaşı)  və  s.  (270, 
209). 
Tat  dilinin  Lahıc  ləhcəsində  xuvargil  «bacılıq» 
mənasında  işlənir.  İran  dillərində  bu  söz  xorxənda  şəklində 
qeydə  alınmışdır  (227,  391-392).  Əfqan  dilində  «bacı» 
mənasında xor işlənir (180, 53). 
Tat  dilində  qohumluq  terminlərinin  bir  qismi  ərəb 
mənşəlidir: 
ami//amu//əmi 
«əmi», 
xalə//xolla 
«xala», 
arus//ərüs  «gəlin»,  aruslə//ərüslə  gəlinə  əzizləmə  mənasında 
müraciət,  arusəmi//ərüsəmi  «əmiarvadı»  (əsasən  Abşeron 


 
 
       Gülsüm Hüseynova. Tat dilinin leksikası  
 
 
193 
193 
tatlarının  dilində).  Məs.:  Arusəmi  medsestrə  kar  bəsaxtən 
«Əmimarvadı tibb bacısı işləyir» və s. 
Bacanağ//bacanəğ  «bacanaq».  Bütün  tat  ləhcələri  üçün 
xarakterikdir.  Bu  söz,  Azərbaycan  dilində  olduğu  kimi, 
bacıların  ərlərinin  bir-birinə  müraciət  formasıdır.  Müasir 
Azərbaycan  dilində  bacanaq  (dial.  bacanax//bacanağ)  «bacı» 
sözünə  uyğun  gəlir.  Ə.Dəmirçizadə  -anaq  və  ya  -naq 
şəkilçilərini  müqayisə  edir  (38,  44-45).  Türk  dilində  bu  sözə 
bacınak şəklində rast gəlinir (259, 152). 
Dadaşi  «ata»,  «dadaş»  mənasında  tat  dilinin  Lahıc 
ləhcəsində qeydə alınmışdır. Məs: Dadaşiman hər sol in yərərə 
koşta bısoxtanbi. «Atam (dadaşım) hər il buraları əkdirirdi» və 
s.  
Dadaş  –  Bu  söz  dialektlərdə,  o  cümlədən,  Ordubad 
dialektində  «böyük  qardaş»,  Yardımlı  şivəsində  «dayı» 
mənasında  geniş  işlənir.  Tat  dilində  bu  söz  «ata»  anlamında 
işlənir. Tat dilinin Lahıc ləhcəsində «dadaşi» forması da qeydə 
alınmışdır. Talış dilində «böyük qardaş» mənasında işlənir. Bu 
mənada 
Azərbaycan 
dilində 
də 
qeydə 
alınır. 
C.Məmmədquluzadənin  «Ölülər»  əsərində  Nazlı  qardaşı 
İsgəndərə «dadaş» deyə müraciət edir və s.  
Dadaş termini  Azərbaycan dilində kiçik bacı və qardaşın 
böyük qardaşa müraciəti kimi də işlənir (190, 17).  
Damad  –  (Ab.,  Q.,  Xaç.,  Lah.)  /  dömöd  «kürəkən». 
Umruz  damad  və  xuneyni  amarabü.  «Bu  gün  kürəkən  evimizə 
gəlmişdi» (Ab.). Damad sözü fars mənşəlidir. 
Bu  söz  Qazı  Bürhanəddinin  dilində  (29,  472),  Quba 
rayonu  şivəsində  (12,  119),  müasir  türk  dilində  (89,  126)eyni 
mənada qeydə alınmışdır. 
 
Tat dilində müxtəlif sahələrə aid terminlər. 
 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə