Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi
təhlili
62
Azərbaycan dilində qeydə alınmayan sözlər. Tədqiqatçı birinci
qrupa
süskün, çig, ganıx//gonix, goğuş, keş, əbo, sürt, üğür,
gut, çuğ, geyğulu, səxən//səxtən, kəçü, üçüncü qrupa
gərliğaz//garinğaz, gəzğun, dördüncü qrupa
qarağaz, küngür,
sağat sözlərini daxil etmişdir (22, 69-79).
Tat dilindəki türk sözlərinin hərtərəfli araşdırılması təkcə
tat dilinin leksik tərkibini öyrənmək üçün deyil, eyni zamanda
Azərbaycan dilinin tarixi inkişafı ilə bağlı bir sıra
problemlərin aydınlaşdırılması üçün də xüsusi əhəmiyyət kəsb
edir.
Məlumdur ki, dillər arasındakı əlaqələr ədəbi dil və dia-
lekt səviyyələrində baş verir. Tarixən müxtəlif sistemli dillər
arasındakı əlaqələr daha çox dialekt səviyyəsində başlanır;
ədəbi dil səviyyəsindəki münasibətlər nisbətən sonrakı dövr-
lərdə formalaşır. Tatların Azərbaycan ərazisində müxtəlif dia-
lekt mənsubiyyətinə daxil olan coğrafi regionlarda məs-
kunlaşması onların dilində ən qədim türk tayfalarına məxsus
leksik alınmaların işlənməsinə lazımi şərait yaratmışdır. Başqa
sözlə
desək,
Azərbaycan
dili
dialekt
və
şivələrinin
təşəkkülündə oğuz və qıpçaq tayfa dillərinin təsiri bu və ya
başqa dərəcədə tat dilinə keçmiş türk sözlərinin xarakterində
də xüsusi izlər buraxmış, alınmaların tarixi-areal izoqloslar
şəklində yayılmasına şərait yaratmışdır. Bu baxımdan həmin
izoqlosların müəyyənləşdirilməsi bir sıra alınma sözlərin
mənbə dildəki ilkin fonetik və semantik formalarını dəqiqliklə
bərpa etməyə imkan verir. Tat dilinə Azərbaycan dilindən
keçmiş sözlər mənşə etibarı ilə müxtəlifdir. Azərbaycan dili
başqa dillərdən alınmaların mənimsənilməsində tat dili üçün
əsas vasitəçi rolunu oynamışdır. Təbiidir ki, Azərbaycan
dilindən alınmış, tarixi-linqvistik baxımdan diqqəti cəlb edən
bir sıra türk sözlərinin geniş planda nəzərdən keçirilməsi
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
64
nümunələr verilmişdir. Məsələn: «İçürsə firak
ağu (Şeyfi Divanı);
ağu itmişdi şerbetini («Husrev ü Şirin»); Nesihet
ağudır əvvəl, sonı
bal («Vesiyyeti-Nuşiravan»);
Ağuluyum bana
ağu katdılar (Mevlid.
«Vesiletün-necat») (139, 277). Təbii ki, sözün qədim turk sözü
olması heç bir şübhə doğurmur. Bu söz həm Azərbaycan klassik
ədəbiyyatında, həm də, müasir Azərbaycan dilində işlənir. M.P.Va-
qif, Ə.Nəbati və başqa klassiklərimizin dilində
ağı formasında təsa-
düf edilir: Aşiqə vəfalı bir həmdəm gərək, Həmdəmsiz bal yesə, ona
ağıdır (M.P.Vaqif); Məni bir məst qıl saqi, aman, ey gözlərin yağı,
Şərabın yox, gətir ağı, Qulağın niyə kar olmuş (Ə.Nəbati). Müasir
dildə daha çox poeziya nümunələrində
ağu sözünə rast gəlinir.
Azərbaycan ədəbi dilində arxaikləşərək, fars mənşəli
zəhər sözü ilə
əvəz olunmuşdur. Müasir türk dillərində, əsasən,
ağu (qumuq, qara-
çay-balkar, qaraqalpaq, tatar, karay və s.) və
ağı/ağu (türkmən, türk
(dial.) və s.) fonetik variantlarında işlənməkdədir (128, 67). Bu sözə
krım-tatar dilində
ağuv, başqırd dilində
ağıv şəkillərində təsadüf
edilir. Tədqiqatçılar qədim uyğur yazılarındakı
ağuk – «zəhərlən-
mək», qırğız dilindəki
u:k –
(
o:ğ (
ağa «zəhər»
formalarına əsaslanaraq, sözün *ağ – «zəhərlənmək» felindən
yarandığını ehtimal edirlər (128, 67).
Bu da maraqlıdır ki, qədim və orta əsrlər türk yazılı abi-
dələrində həmin leksik vahid, tat dilində olduğu kimi, daima
sonu dodaq saitli şəkilçi ilə – ağu şəklində özünü göstərir.
Bunu ən qədim dövrlərdə söz sonundakı -ğ şəkilçisinin
düşməsi ilə izah etmək mümkündür: ağığ > ağu. Sifət
düzəldən -ığ şəkilçisinin tərkibindəki «ğ» samitinin düşməsi
ilə sözün son hecasının dodaqlanan variantda işlənməsi qədim
və orta əsr yazılı abidələrindəki aru (kapu
(alu (satu («satış, alver», saru (