Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
68
könlü, dili, xasiyyəti şahidlik edə bilər» («Qutadğu biliq») (14,
71).
Buzlamac/buzlamoc «qalın yayılmış xəmirdən bişirilən
lavaş növü». Azərbaycan dili dialekt və şivələrində bozda-
mac/bozzamac/bozzamaş/bozdamaş («sac üstündə bişirilən
çörək») variantlarında işlənir (6, 64; 53, 77). Bozdamac/boz-
zamac formaları bozlamac sözündəki z samitinin yanaşı gələn l
samitinə assimilyativ təsiri nəticəsində yaranmışdır. Tat
dilində alınma sözlərdə ilk hecadakı o>u səs əvəzlənməsi
sistemli şəkildə başqa sözlərdə də özünü göstərir: qol-
tuq>qultuğ, qoç>quç, qolay>qulay, qol>qul, boğma>bugmə,
qonaq>qunağ və s. (55, 8). Bozlamac sözünə türk dilinin yazılı
abidələrində, həmçinin, dialekt və şivələrində, əsasən, bazla-
mac, bazlama, bazlambac, bazlanbac fonetik variantlarında
təsadüf edilir: Bozlamac kim, Arapça ona «hibzu’t-tabık»
derler, tabıatı kurudur (Edviye, XIV); Pişmiş koyunlar və
kaymaklar, peynirler, bazlambaclar getirdiler (Muslim, XV);
Varın imdi bu hamırları dörd dane bazlama idüp sac üzerinde
pişirin (Bektaş, XV); Her dögün gögsümün üstünde yanık
bazlamadır. Sevgi odiyle bu gögsim dahi bir kızğın sac
(«Divan-i türk-i» Basit, XVI); Dediyordim, odur derdim ilacı,
Teze soğanla yumşak bazlamacı (Güvahi, XVI) və s. (78, 471-
472; 131, 587-589).
Həmin leksik vahid «Kitabi-Dədə Qorqud»un Drezden və
Vatikan nüsxələrində azacıq dəyişikliklə bazlammac və
bazlambac şəkillərində işlənmişdir: Gəldin ol kim solduran
soldur, sapadanca yerindən örü turar, əlin-yüzin yumadın
toquz bazlammac, igən bir küvlək yoğurd gözlər toyunca tıqa-
basa yer... (53, 136-137).
Yazılı abidələrdə sözün ilk hecasının «a» saiti ilə olduğu-
nu nəzərə alaraq bazlamac formasını daha qədim hesab edirik.
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
69
Bozlamac formasının ilk hecadakı b dodaq samitinin təsiri ilə
nisbətən sonrakı dövrdə yarandığını söyləmək mümkündür.
Görkəmli türkoloqlar A.Tietze və H.Eren bazlamac/bazlama
«sac ekmeği, pide; tatlısı bol, kalın gözleme» sözünün türk dili
dialektlərində eyni zamanda pazlama, bezleme fonetik
variantlarında işləndiyini qeyd edərək, etimoloji cəhətdən türk
dialektlərində işlənən pazı «bir ekmeklik hamur topağı; yufka»
sözündən
-ma/-mac
şəkilçiləri vasitəsi ilə yarandığını
göstərmiş, pazı sözünü isə yunanca mazı «xamır» sözü ilə
əlaqələndirmişlər (57, 298-299; 133, 45). A.Tietze fikrini isbat
etmək üçün analoji şəkilçilərlə yaranmış cizlama, çalkama,
çevirme, döğme, bulamaç, çalkamaç, doğramaç, döğmeç,
tutmaç, dürmeç və s. yemək adları bildirən sözləri misal gətir-
mişdir (139). Lakin misallara diqqət etdikdə, onların hamısının
kökündə müəyyən əlamətlərlə bağlı hərəki fellərin dayandığını
təsbit etmək mümkündür: çalkamaç çalka felinə, döğmeç döğ
felinə, bulamaç bula felinə və s. bağlanır. -ma və -mac
şəkilçiləri ilə yaranmış yemək adlarının heç birisinin etimoloji
cəhətdən isim kökü ilə bağlılığı müşahidə edilmir. Başqa bir
tərəfdən, «xəmir» mənalı sözün əsasında çörək növü bildirən
leksik vahidin meydana gəlməsi semantik cəhətdən də özünü
doğrultmur. Çünki təkcə bazlamac deyil, bütün çörək növləri
xəmirdən hazırlanır. Buna görə də göstərilən etimologiya
bazlamacın çörək növü kimi özünə məxsus əlamətlərini əks
etdirə bilmir. Bizim fikrimizcə, bazlamac/bozlamac sözü səs
təqlidi yolu ilə yaranmışdır. Türkmən dilində səs təqlidi
mənşəli bazla – və bazırda – «səs çıxararaq yanmaq» felləri
vardır (119, 68). Bazlamac sözünün qədim mənaları içərisində
«yağlı xəmirdən hazırlanmış qalın lavaş növü» mənasının
üstünlük təşkil etməsini və yağlı xəmirin atəş üzərində
bişirilərkən səs çıxarmasını nəzərə alaraq, sözün etimoloji
Gülsüm Hüseynova. Тат дили лексиk fondunun genealожi təhlili
70
cəhətdən bazla – felindən yarandığını güman etmək olar:
baz+la+mac. Müq.et: cızlama «yağda bişirilən çörək növü»,
cızbız və s. Əlavə edək ki, Azərbaycanın bəzi regionlarında
eyni lavaş növünü bildirmək üçün bazlamac yerinə yanmaq
felindən yaranmış yanlama sözündən istifadə edilir.
Tülək «yunu təmizlənmiş dəri» (Lah., Q., Dəv., Xaçm.). Bu
söz tat dili şivələrində dabbaqlıq peşəsi ilə bağlı olaraq yayılmışdır
(33, 60). Talış dilində həmin söz məcazi məna kəsb edərək, «arıq,
çəlimsiz» mənası ifadə edir: Əhmədi tüləkiş kardə «Əhməd tülək
olub, yəni həddindən artıq arıqlıyıb» (24, 76). M.Kaşğarlı lüğətində
tülə – «tükünü tökmək» və tülək «dördayaqlı heyvanların tüklərini
tökməsi; qoyun qırxımı» mənalarında işlənən sözlər bilavasitə tat
dilindəki tülək sözü ilə bağlıdır. Tülək sözünün kökü tü «tük»
şəklində M.Kaşğarlı lüğətində, habelə bir sıra başqa yazılı
abidələrdə qeydə alınmışdır (42, 387; 667; 139, 3865-3867). Buna,
əsasən, sözün etimologiyasını tü+lə+k şəklində izah etmək mümkündür.
Burada -lə isimdən fel, -k isə feldən sifət düzəldən şəkilçidir. Müq.et:
kəsik, yanıq, pozuq, əzik və s.
İlk dövrlərdə sifət kimi işlənən söz daha sonra substan-
tivləşərək semantik cəhətdən tülə – «tükünü tökmək» felinə
bağlı proses adına çevrilmişdir. Tülək sözünün kökü olan tülə
– feli Azərbaycan dilinin Quba, Şamaxı, Şəki, Qax şivələrində
də «tükünü dəyişmək, tükünü tökmək (heyvan haqqında)
mənası ifadə edir (6, 392). Eyni mənalı tülə sözünə
Y.V.Çəmənzəminli və Ə.Vəliyevin əsərlərində də, təsadüf
edilir (8, 217-218).
Əmrəq//əmrag «dost», «yaxın» (Q., Qon. k.). Bu qədim
türk sözü «amraq»ın fonetik cəhətdən dəyişmiş variantıdır.
V.Aslanov bu sözün nə üçünsə «xəsis», «vurulmuş, eşqə düş-
müş» mənalarında XVII əsrə qədər işləndiyini, «amir-//əmir-»
felindən törəmə olmasını, fars dilinə keçməsini göstərmişdir (3,
Dostları ilə paylaş: |