Azərbaycan ədəbiyyatı məsələləri
89
«işində» jinayət tərkibi olmadığı üçün bəraət verilir. Bundan
sonra adı və əsərləri qadağan edilən şairin «Şeirlər» (1958) və
«Sən ağlama, mən ağlaram» (1991) ki-tabları, tərjümə etdiyi F.
Rablenin «Qarqantua və Panta-qruel» (1961) əsəri, V.
Şekspirin «Otello», «Romeo və Cul-yetta» fajiələri (1962), Ş.
Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poeması (1978)
nəşr olunur». Bakı küçələrindən birinə adı verilən Əhməd
Cavadın xatirəsi əbədiləşdirilmiş, xalqımız onu Azərbayjanın
qüdrətli şairlərindən biri kimi bu gün də yad edir.
Əhməd Cavad taleyi yaşamış, 1938-ji ildə güllələnmiş
Məmmədkazım Ələkbərli tənqidçi kimi ədəbiyyatımızın inki-
şafı istiqamətində öz işini quran istedadlı qələm sahibi ol-
muşdur.
Bu adlarını çəkdiyimiz şair, nasir, dramaturq, ədəbiy-
yatşünas alimlərimiz Azərbayjan Yazıçılar İttifaqının ilk fəal
üzvləri olmuşlar. Azərbayjan ədəbiyyatı tarixində ağır jəza
tədbirləri illəri dəhşətli qorxunj iz qoymuşdu.
Fikrət Qoja 37-jilər haqqında düşünjələrində onları
oddan, alovlardan keçənlər kimi qəbul edir. «Oddan keçən-lər»
əsərində yaratdığı obrazlar xalqının nurlu, ziyalı şəxsiy-yət-
lərinin ümumiləşdirilmiş obrazıdır. Bu əsərdə insan tale-yinə,
zəka sahiblərinə, millətin düşünən beyinlərinə, millə-tini,
xalqını sevənlərə qarşı qurulmuş edam kürsülərinə nifrət
əsasdır. Əsərdəki Tahir bu obrazlardan biridir. O Ta-hir ki, əsl
Azərbayjan
ziyalısıdır,
qorxmadan,
çəkinmədən
«biz
türkdillilərik, türkük»,-deyir. Başına yığılardı xalqının düşünən
oğulları, qəlbinin səsinə qulaq asardı Tahir, həqiqəti söyləyərdi.
Qorxunj 37-ji il qara taun kimi kəsdirmişdi millətin başının
üstünü. O taun Tahirin də evinin astanasın-da idi. Lakin
vətənpərvərlik hissləri başından aşıb-daşan, yurd, millət sevgisi
Gülxani Pənah, Salatın Əhmədli
90
içərisində alovlanan Tahir öz tarixini, şə-rəfli keçmişini, öz
ölkəsini öyürdü:
Deyirdi: «Ölkəmdə hər şey düzündü.
Dövlət də, tarix də özümüzündü.
Keçmişsiz bu günü neyləyirəm mən,
Mənim keçmişimə atmayın güllə.
İftixar, iftixar eyləyirəm mən,
Keçmişim, bu günüm, gələjəyimlə.
Tahir kimilərin arzuları gül açan gündür bu günlər. Pan-
türkist, panislamizm adlarıyla ittiham olunan, güllələnən, Sibir
çöllərində məhv olan oğullarımızın arzuları gül açan günlərdir
bu günlər. Kommunist ideologiyası 70 il xalqı öz əsarət
buxovunda saxlasa da, qırım-qırım qırıldı, çünki Xəlil Rzalar o
zənjirlərə nifrət edirdi və bu nifrət idi ki on-ları mübarizəyə
səsləyirdi, sinəsindən alov kimi püskürürdü bu zənjirləri «gərək
qıram-qıram»,-deyən səs. Tahirləri, Cavidləri yadına düşəndə
azadlıq nəğməkarına çevrilirdi Bəxtiyarlar, F. Qojalar, F.
Sadıqlar, Cabirlər, Rövşənlər, Sabirlər, Nərimanlar, Mədət
kimilər isə F. Qojanın dediyi kimi, nə vijdanın gözünə, nə
ailənin üzünə baxmağa üzü yoxdur, «öz evində adı» olan,
«özü» olmayanların «aşkarlıq» iç üzünü açdı:
Bu aşkarlıq da bir yandan gəldi,
Bu Mədət üçün dövr deyil,
Şərəfsiz bir əjəldi, gəldi.
AYB-nin üzvləri repressiya dövründə ədəbiyyatımızın
başına gətirilən müsibətlərin, fajiələrin, yaşanan həyəjanların,
qorxu və iztirabların ajısını dadmışlar, qəlbi, ruhu yazmaq,
yaratmaq eşqi ilə çırpınan qəlblərin ölümdən də dəhşətli «xalq
düşməni», «vətən xaini» kimi damğadan qorxması təbii idi,
vətəndaş
sənətkarların,
vətənpərvər
şairlərin,
alimlərin,
yazıçıların ağır, qorxunj yaşantılarıdır bu adlar... Bir çox
Azərbaycan ədəbiyyatı məsələləri
91
istedadlı sənətkarlarımızın damğalandığı damğa ilə çox
sənətkarlarımız qarşılaşa bilərdi. Bu böyük dəhşətləri yaşayan
S.Vurğun, C. Cabbarlı.... daha kimlər, kimlər yaradıjılığının
çiçəkləndiyi bir vaxtda dünyasını dəyişdilər. Ölüm qorxulu
deyildi yazıçı üçün, ləyaqət, ad, vətəndaşlıq hissi, xalqa, vətənə
sədaqət hissi, əqidə, amal, məslək saflığının məsuliyyəti idi
onları qorxudan. «Vətən xaini», «xalq düşməni» damğasıyla
damğalanan neçə-neçə insanlarımızın öz övladlarının gözlərinə
dik baxmaq, saflığını sübut etmək üçün nə qədər zamana
ehtiyajları olub. Nə qədər zaman keçəndən sonra oğul, uşaq,
qohum-əqrəba günahsız qurbanların yaşadığı mənəvi dəhşətləri
anlayıb, əzab çəkib, əzabından stalinizmin faşist qəddarlığına
nifrətini silib ata bilməyib. Bu gün də o nifrət qəlbimizdədir.
Gözümüz önünə yüzlərlə Müşfiqlər, Əhməd Cavadlar, Almas
İldırımlar gəlir. 80 illik bir yubiley ərəfəsində olan Azərbayjan
Yazıçılar İttifaqı nə qədər qüdrətli qələm sahiblərinin, şair və
ədiblərinin günahsız yerə təqibini, təhdidini, fajiəsini görüb,
içində bişib, yanıb, köşələnib... Bu gün də Sovet maşınının po-
lad təkərləri altında əzilənlərini, sərt, amansız, qəddar ideolo-
giyasının qurbanı olanlarını unutmur. Onların Yazıçılar
Birliyinin binasından asılan xatirə lövhələrinə baxanda insanın
damarlarında qanı donur. «Göz qəlbin güzgüsüdür»,- deyiblər.
Hər üzdə, gözdə bir həyat eşqi, sevgi, səmimilik, həzinlik, eyni
zamanda mübarizlik var... Belə göz sahiblərinin bəlkə də elə o
humanist baxışlarından qorxub, ha-çansa qurduğu taxtı başına
çevirəjəyindən hürküb millətin düşünən beyinlərini, vuran
ürəklərini susdurublar. Bir dəfə müstəqillik, azadlıq şərbətini
içmiş xalqın gej-tez «Bir kərə yüksələn bayraq bir daha
enməz»-şüarındakı həqiqətin qorxusundan kürklərinə birə
düşüb, onları qara basıb, gözlərinə hər düşünən insan sabah
qılınjını qaldırıb haqqını, azadlığını, müstəqilliyini geri
Gülxani Pənah, Salatın Əhmədli
92
qaytarmaq istəyən azadlıq aşiqi kimi görünüb, özü də inanıb,
inanıb ki, zor üstündə qurduğu hakimiyyəti çox davam gətirə
bilməz. Allah istedad, ilham verən insanın duyğu və
düşünjələrini zorla bir ideologiyaya tabe etdirmək olmaz. Həllaj
Mənsurlar, Nəimilər, Nəsimilər yetişdirən bir dünyada onların
da zamanı gələjək, qanla qurduqları taxtı-tarajı dağılajaq.
Sadəjə olaraq bu vaxtı uzatmaq, bir az vaxt qazanmaq, xalqın
içinə vahimə salmaqla öz hökmranlığını bir az da olsa qorumaq
istəyi içində çırpınanların törətdiyi fajiələrdə əli qanlı bir ovuj
hakimiyyət ehtirası ilə yananlar daha böyük günah sahibi idi,
heç bir səhvini qəbul etməyən şəxsiyyətə pərəstiş ideyaları ilə
hakimiyyətini quran, bir ovuj qaniçən millətimizin, keçmiş
Sovetlər birliyinin ən istedadlı oğul və qızlarını öz eqoist
ideologiyalarının qur-banları etdilər.
Bu dəhşətləri yaşayan, hər an qələm dostlarının oxşar
talelərini yaşamalı olajaqlarından qorxan, «xalq düşməni»
damğası alajağından ehtiyatlanan, bununla belə mübarizə
meydanından çəkinməyən əqidə, məslək sahibləri sənətkarla-
rımız Azərbayjan ədəbiyyatının inkişafı naminə ömrünü şam
eləmişdi... belə sənətkarlardan biri də C. Cabbarlı idi... C.
Cabbarlı Azərbayjan ədəbiyyatı və teatrının inkişafında mühüm
xidmətləri olan sənətkardır. Ədəbi-bədii yardıjılığı ilə yanaşı
ədəbi-tənqidi məqalələri ilə ədəbiyyatımızın elmi-nəzəri, həm
də praktik jəhətdən formalaşmasına, möhkəmlənməsinə
çalışmışdır. C. Cabbarlı ədəbiyyata şair, nasir, felyetonçu-
curnalist kimi gəlsə də, dramaturq kimi fəaliyyət göstərmiş,
Azərbayjan sovet dramaturgiyasının banilərindən biri kimi
ədəbiyyat tarixinə adı yazılmışdır. Azərbaycan teatr sənətinin
inkişafinda böyük uğurlara imza atan C. Cabbarlı özündən
sonra yetişən yazıçılara, dramaturqlara yol açmışdir.
Dostları ilə paylaş: |