Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   20   21   22   23   24   25   26   27   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
93 
Bədii  yaradıjılığa  1915-ji  ildə  yazdığı  «Bahar»  şeiri  ilə 
gəlib.  «1905-ji  ildə»,  «Qız qalası»,  «Almas»,  «Firuzə»,  «Əsər-
ləri» (3 jilddə), «İlk dram əsərləri», «Seçilmiş əsərləri», «Aslan 
və  Fərhad»,  «Dilarə»,  «Od  gəlini»,  «Əsərləri»  (4  jilddə),  «Ey 
dan  ulduzu»,  «Ədirnə  fəthi»  və  s.  kitabları  nəşr  olunub. 
Əsərlərinə  olan  tələbat    seçilmiş  əsərlərinin  dönə-dönə  nəşrinə 
imkan  yaradıb.  «Solğun  çiçəklər»,  «Ədirnə  fəthi».  «Trablis 
müharibəsi»  və  ya  «Ulduz»,  «Nəsrəddin  şah».  «Ay-dın», 
«Oqtay Eloğlu», «Od gəlini», «Sevil», «Yaşar», «Dö-nüş» kimi 
dram  əsərləri  onu  sovet  dramaturgiyasının  banisi  kimi 
tanıtmışdır.  O  yorulmadan  ədəbi  fəaliyyətini  davam  etdirmiş, 
gənj 
yaşlarından 
kamil 
bir 
sənətkar 
kimi 
yetişmiş, 
«yaradıjılığının  demokratik  istiqaməti  ilə  seçilən  böyük  söz 
sərrafına çevrilmişdir».  Zamanın  bədii  nəbzini tutmağı  bajaran 
sənətkar  bir-birindən  dəyərli  əsərləri  ilə  şöhrət  qazanmışdır, 
«gənj  yazıçı  əvvəlkinə  nisbətən  böhranlı  dü-şünjələrdən, 
dolaşıq  fikirlərdən  uzaqlaşmaq  üçün”  yeni  hə-yatın  qaynar 
nəfəsini duymağa, onu öyrənib əks etdirməyə səylə çalışırdı.  
C. Cabbarlı  həm də tərjüməçi kimi tanınmış, rus və dün-
ya  ədəbiyyatı  klassiklərinin  bir  çox  qiymətli  əsərlərini-
Şekspirin  «Hamlet»,  «Otello»,  Şillerin  «Qaçaqlar»,  L.N. 
Tolstoyun  «Uşaqlıq»,  Bomarşenin  «Fiqaronun  toyu»,  Afi-no-
genovun  «Qorxu»,  Slavinin  «Müdaxilə»  və  s.  əsərlərini 
Azərbayjan  dilinə  tərjümə  etmişdir.  Onun  poeziyası,  nəsri, 
dramaturgiyası,  ədəbi-tənqidi  görüşləri  C.Cabbarlı  irsinin 
zənginliyindən  xəbər  verir.  Təbiət  təsviri  verilmiş  «Bahar» 
şeirindən sonrakı  şeirlərində gənj  şair   qəlbinin  narahat-lıqları, 
jəmiyyət,  onun  ehtirasları,  nöqsanları,  ijtimai  mövzular 
yaradıjılığında əsasdır. Lirik və satirik şeirləri ilə yanaşı, qadın 
hüquqsuzluğu,  Azərbayjan  qadınının  savadsızlığının  ağır 
nətijələri,  nadanlığın  törətdiyi  fajiələr,  azadlıq,  savadlanmaq 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
94 
uğrunda mübarizə əsas qayəsini təşkil edən «Gülzar», «Dilbər», 
«Dilarə»,  «Aslan  və  Fərhad».  «Firuzə»  və  s.  adda  onlarla 
hekayələrini yazmışdır. 
Yaradıjılığının  böyük  bir  sahəsini  dramaturgiya  təşkil 
edən  C.Cabbarlı  bir  məktəb  idi.  M.  Qorki  onun  vaxtsız 
ölümündən doğan kədəri Yazıçılar İttifaqının plenumunda belə 
ifadə  etmişdir:  «Yazıçı  və  şair  30-35  yaşlarında  yazmağa 
başlayırsa, 
Cəfər 
Cabbarlı 
35 
yaşında 
tamamlanmış, 
püxtələşmiş  bir  dramaturq  idi.  Gələr  bir  zaman,  dünyanın  bir 
çox  darülfünunlarında  və  tədqiqat  ojaqlarında  Cəfər  Cab-
barlının  yaradıjılığını  təhlil  edər;  onun  dramaturgiyasını  sətir-
sətir öyrənərlər...». 
Məmməd Səid Ordubadi sovet dövrü ədəbiyyatımızın  ilk 
klassiklərindən  biri  kimi  ilk,  dolğun  və  mənalı  bir  yaradıjılıq 
yolu  keçmiş,  yaradıjılığa  maarifçiliyin  təbliği  ilə  başlasa  da, 
sonralar  inqilabçı  demokrat  və  nəhayət,  böyük  yazıçı 
səviyyəsinə yüksəlmiş sənətkardır. «Analıq» (qadınlar həyatın-
dan  şeirlər),  «Leninə»,  «Şeirlər»,  «Kənd  alverçisi»,  «Mollanın 
yuxusu»  (1929),  «Mənim  şeirlərim»,  «Köhnə  adamlar»  və  s. 
kitablarında  felyetonları  və  şeirləri  toplanmışdır.  Bu  əsərlərdə 
daxili  və  xariji  düşmənlərin  ifşası,  yeni  həyat  quru-juluğu 
sahəsində  əldə  edilən  qələbələrin  tərənnümü,  mühüm 
beynəlxalq  məsələlər  və  s.  əsas  yer  tutur.  Onun  «Oktyabr 
inqilabı»,  «Azərbayjanda  inqilab».  «İşsizlər»,  «Cəmiyyəti-
əqvam» və s. dramlarında köhnə həyatla yeni həyat arasın-dakı 
ziddiyyətləri,  jəmiyyətdə  iflasa  uğramış,  öz  nüfuzunu  itirmiş 
varlı  təbəqənin  yeni  jəmiyyətə  qarşı  düşmən  mövqe  tutmaları, 
onların  işinə  mane  olmaq,  xeyir  verməkdənsə  onları  ziyana 
salmaq jəhdləri təsvir edilirdi.  
Onun  qələmə  aldığı  «Dumanlı  Təbriz»  əsəri  ilk  tarixi 
romandır.  Dörd  kitabdan  ibarət  romanın  əsas  mövzusu  1906-


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
95 
1911-ji  illər  İran  inqilabı,  Səttərxan  hərəkatıdır.  Bununla  belə, 
ədib həmin dövr hadisələri ilə kifayətlənmir, 1917-ji il inqilabı 
ilə fikri tamamlamağa çalışır. 
 «Dumanlı Təbriz» əsərindən sonra  «Gizli Bakı»,  «Qılınj 
və  qələm»,  «Döyüşən  şəhər»  romanlarını  yazır.  «Gizli  Bakı» 
trilogiyası  ədəbiyyatımızda  yeni,  oricinal  bir  əsər  olmaqla 
bütün  sovet  dövrü  ədəbiyyatın  tarixi-inqilabi  mövzudakı 
nailiyyətlərindən bəhrələnmiş yazıçının böyük müvəffəqiyyəti» 
kimi tənqidçilər tərəfindən dəyərləndirilir. 
 «Qılınj  və  qələm»  romanı  Nizaminin  həyatını,  yaşadığı 
dövrü, ölkənin xariji əlaqələrini, əsrin ədəbiyyat və injəsənətini, 
sənətkarlarını, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini 
özündə  əks  etdirən 
bir  romandır.  Ordubadi 
əvvəlki 
romanlarından  fərqli  olaraq  daha  uzaq  keçmişdən  bəhs 
etdiyindən  burada  daha  ətraflı  tədqiqat  işi  aparmışdır.  Əsər 
külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılmışdır. 
Nizami haqqında, xüsusilə onun həyatı barədə məlumatın azlığı 
müəllifi  bir  çox  halda  öz  yazıçı  təxəyyülünə  qanad  verməyə 
vadar etmişdir. Tarixi sənədlə bədii təxəyyül romanda ustalıqla 
əlaqələndirilmişdir.  Buna  görə  də  deyə  bilərik  ki,  digər  tarixi 
romanlarına  nisbətən  «Qılınj  və  qələm»də  yazıçı  surətlərin 
təsvirində  daha  sərbəst  hərəkət  etmişdir»  (Müasir  Azərbaycan 
ədəbiyyatı. I cild. Bakı.  Bakı Universiteti nəşriyyatı. 2007). 
Onun  şeirləri,  hekayələri,  felyetonları,  məqalələri,  lib-
rettoları,  romanları  mövzu aktuallığı,  bədii  ideya  zənginliyi  ilə 
diqqəti  jəlb  edir.  «Sercant  İvanov  adına  körpələr  evi»,  «Dil-
ruba»  hekayələri,  «Gənj  çekistlər»,  «Kiçik  şəhər»  romanları 
vətən  müharibəsi  mövzusunda  yazılmış  ilk  roman  kimi  də 
dəyərləndirilir.  «Maral»,  «Qara  Məlik»,  «Camal»  «Səttarxan», 
«Tarix və qələbə» və s. kimi  oçerk portretlərdə vətənpərvər el 
qəhrəmanlarından  söz  açır.  Zəngin  ədəbi  irsi  ilə  yanaşı  ədibin 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
96 
Puşkinin «Baxçasaray fantanı», «Boris Qodunov», D. Bedninin 
«Baş  küçə»,  «Zeynəbin  andı»,  Bomarşenin  «Sevilya  bərbəri» 
və s. rus və dünya ədəbiyyatından tərjümələridir.  
Döyüş  ruhlu  poeziyamızın  gözəl  nümunələrini  yaratmış, 
«xalqlar dostluğu, humanizm ideallarının alovlu tərənnümçüsü» 
Süleyman  Rüstəmin  ilk  şeirlər  toplusu  «Ələmdən  nəşəyə» 
adlanır.  İlk  şeirləri  «Qızıl  gənj  qələmlər»  (1926),  «Oktyabr 
alovları»  (1927),  «Ədəbi  parçalar»  (1927)  almanaxlarında  dərj 
edilib.  İnqilab  mövzusunun  «bədii  şəkildə  janlandırılmasının» 
ən  gözəl  nümunələrini  yaradan  Süleyman  Rüstəm  «Adamlar» 
(1930), «Səs» (1932), «Şairin səsi» (1934), «Ulduzlar» (1934), 
«Çapayev»  (1936),  «Gejənin  romantikası»  (1938)  kitablarını 
nəşr etdirir. 
Böyük  Vətən  müharibəsi  illərində  «And»,  «Ana  və  poç-
talyon»,  «Qəhrəmanın  vəsiyyəti»,  «Ana  ürəyi»,  «Qojanın 
dedikləri»,  «Gün  o  gün  olsun  ki»,  «Yağılara  vermə  aman», 
«Qəhrəmanımsan»,  «Məktublar»  silsilə  şeirlərində  və  s. 
əsərlərində döyüş, qələbə ruhu duyulur. 
  S.  Rüstəm  yaradıjılığında  Cənubi  Azərbayjan,  ikiyə 
bölünmüş  Azərbayjanın  taleyi,  Təbriz  həsrəti,  göynərtisi  ya-
şayır.    «Bəli,  Cənubluyam».  «Yenə  Araz  qırağında».  «Uzun 
yol»,  «Könlümə  Təbriz  düşdü»,  «Ana  dilimə  dəymə»,  «Ürə-
yimi  verərəm»,  «Araz  gözlü».  «Səbəb  nədir»  şeirində  «sil-
siləvi  bədii  suallar  vasitəsilə  yeri,  göyü,  asimanı  sorğuya  tu-
taraq söyləyir ki,  nəyə görə o sahildən bu sahilə, bu sahildən o 
sahilə  bulud,  durna,  yaşılbaş  sona,  odlu  nəğmə,  külək,  xəyal, 
arzu,  dilək  ijazəsiz keçir,  amma  şair  bu  yollardan keçə bilmir? 
Savalanın  şəffaf  sularından  öz  təşnəliyini  söndürmək  üçün  bir 
doyunja  içə  bilmir?  O  göstərir  ki,  küləyin  əsməsində  bəzən 
Arazın şikayətini eşidir.  Dağlar,  daşlar da dilə gəlir,  hay-haray 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə