Gülxani pənah salatin əHMƏdli azərbaycan ədəbiyyatı



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/148
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48863
1   ...   23   24   25   26   27   28   29   30   ...   148

 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
105 
Komandanlıq  ...  şair  Ənvər  Əlibəylinin  simasında,  özü-
nün  ən bajarıqlı və döyüşkən zabitini tanıyır. Sizin qəhrə-man 
şairinizlə fəxr etməyə haqqınız vardır». 
Ənvər  Əlibəyli  kimi  müharibənin  ilk  günlərindən 
«Ədəbiyyatımızın  «çevik  və  kütləvi»  növü  olan  şeir,  oçerk, 
publisistik  məqalələri  ilə  döyüşə  başlayan  S.Vurğun,  M.Ra-
him, S.Rüstəm, Əliağa Vahid, Ə.Cəmil,  R. Rza,  Zeynal Xə-lil, 
O.  Sarıvəlli  öz  əsərlərində    xalqını  ağır  döyüşlərdə  mətin  və 
iradəli  olmağa    səsləyir,  qələbəyə  onlarda  dərin  inam  hissi 
oyadır, möhkəmləndirirdi. S. Vurğun «Ananın öyüdü» şei-rində 
övlad,  vətən,  torpaq  sevgisiylə  oğul-qız  tərbiyə  edən 
annalarımızın-övladlarını  qəhrəmanlığa,  döyüşə  səsləyən, 
mərdliklə  düşmənə  qarşı  vuruşmağa  çağıran,  nəjib  anala-
rımızın ifadəçisi kimi çıxış edir: 
Dedi: oğul, göz bəbəyim! Sən ey ömür çiçəyim. 
Tarixlərin şahididir mənim bu ağ birçəyim... 
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna, 
Qılınjını çalan zaman qüvvə gəlsin qoluna! 
İgid balam! Hərçəndi ki, öz ananam mən sənin, 
Çörəyilə böyümüsən bizim ana Vətənin! 
Rəssam  Kazımzadə  bu şeirdən  ilhama gəlib oğluna öyüd 
verən  ananı  təsvir  etmiş  və  ondan  təşviqat  işlərində  uğurla 
yararlanmışdır.  Bu  şeir  bütün  anaların  qəlbinə  yol  tapan,  öz 
oğullarını  döyüşə  yollayan  analar  üçün  bir  örnək  olan  şeir  idi. 
Sovet  İttifaqı  Qəhrəmanı  İsrafil  Məmmədovun  anası  Gülsüm 
Məmmədova  S.Vurğunla  görüşəndə  demişdir:  «Sənin  şeirini 
mənə  oxudular.  Lap  bizim  arzumuzu  yazmısan.  Mən  İsrafili 
yola  salıb  xeyir-dua  verəndə  o,  mənə  demişdi  ki,  ana, 
düşmənləri  qırajağam,  orden  almamış  qayıtmayajağam.  Mən 
isə  onu  yola  salan  zaman  dedim  ki,  Oğul!  Düşmənə  heç  vaxt 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
106 
arxanı  çevirmə!  Əgər  sən  bu  müharibədə  arxadan  yaralansan, 
südüm sənə haram olsun!» 
Bu  mövzuda  Rəsul  Rzanın  «Əsgər  anasının  sözləri»,  Sü-
leyman  Rüstəmin  «Qojanın  dedikləri»,  «Yaxşı  yol»  şeirlərində 
qardaşını  jəbhəyə  yola  salan  bajının  səmimi  duyğuları,  övlad-
larını  yola  salan  ata-ananın,  qojanın  diləkləri  ifadə  edilir.  Bu 
şeirlər xalqda, döyüşən əsgərlərimizdə vətənpərvərlik duyğu-larını 
artırırdı. Radio və mətbuatdan Azərbayjan  şairlərinin, ədiblərinin 
çıxışlarını  dinləyən,  onların  şeirlərini  oxuyanlar  keçirdikləri 
hissləri  yazırdılar.  S.  Vurğunun  odlu-alovlu  çıxışını  dinləyən 
döyüşçülər  yazırdılar:  «...  Siz  şeirinizi  oxuduğunuz  zaman  biz 
səngərdə  idik. Səsinizi  və odlu  misralarınızı dinlərkən, elə  bil ki, 
üzərimizdən  janlandırıjı  bir  bahar  yeli  əsdi.  Qolumuza  yeni 
qüvvət, gözümüzə yeni işıq gəldi... Biz sizi əmin edirik ki, gözəl 
sovet torpağını tezliklə yırtıjı düşmənlərdən təmizləyəjəyik! Qalib 
ordunun döyüşçüləri kimi tezliklə sizinlə görüşəjəyimizə əminik». 
Şair sözünün oyatdığı yüksək vətənpərvərlik, qəhrəmanlıq 
duyğularıyla  dolu  on  minlərlə  Azərbayjan  şairinə  ünvanlanan 
məktublara da  böyük ürək  sahibləri  javab  məktubları  yazır,  ən 
injə  məqamlarda  səbrli,  dözümlü,  qayğıkeş,  diqqətli  olmağı 
vəzifə  borjları  bilirdilər.  Onlar  tez-tez  hərbi  hissələrə  gedir, 
döyüş  gedən  jəbhə  xətlərində  olur,  döyüşçülərin  vəziyyəti, 
güzəranı  ilə  yaxından  tanış  olurdu.  Döyüş  bölgələrində  bəzi 
xoşagəlməz 
hadisələrin 
şahidi 
olan 
şairlərin 
dövlət 
səviyyəsində  qaldırdığı  problemlərin  həllini  tapması,  bu  da 
əsgərlərə mənəvi güj, qüvvət verirdi. Krım jəbhəsindən qayıdan 
kimi  Rəsul  Rza  Mir  Cəfər  Bağırova  ünvanladığı  məktubunda 
yazır:  «1942-ji  il  yanvarın  sonun-da  Azərbayjan  K  (b)  PMK-
nın göndərişiylə siyasi  işçilər və redaksiya  işçiləri Kerçə-Krım 
jəbhəsinin  Siyasi  İdarəsinin  sərənjamına  gəldilər...  Limanın 
sərxoş  komendantı  əlində  tapanja  azərbayjanlı  leytenantı 


 
Azərbaycan ədəbiyyatı məsələləri 
 
107 
komendaturaya  salıb  ən  pis  küçə  söyüşləri  ilə  söyürdü. 
Söyüşlərin  arasında  «yeldaşı-paraziti»  sözləri  eşidilirdi.  Həmin 
bu  sözləri  komendant  Kerçdə    öz  rəhbərləriylə  danışanda  da 
təkrar  edirdi:  «Yenə  bu  parazitlər-yeldaşlar  gəlib».  Sonralar 
məlum  oldu  ki,  komendantın  söydüyü  leytenantın  heç  bir 
təqsiri  yoxmuş.  Sərxoş  komendant  isə  silahla  hədələyərək 
leytenantı  ardınja  apardı.  Biz  bunu  öz  gözlərimizlə  gördük  və 
bu barədə akt tərtib  etdik. Sonralar aydın oldu ki, Qamış-burun 
limanının  komendantının  hərəkətləri  təsadüf  deyilmiş.  Ordu 
qərargahında bəzi rəhbər yoldaşların himayədarlığı ilə müxtəlif 
yerlərdə  bu  jür  işlər  olur,  ayrı-ayrı  yerlərdə-vaqonlarda, 
küçələrdə,  ijtimai yerlərdə belə söhbətlər eşitmək olar ki, guya 
Feodosiyanı  azərbayjanlılar  təslim  ediblər,  azərbayjanlılar 
vuruşmaq  istəmir.  Çox  vaxt  belə  söhbətlərdə    «azər-
bayjanlılar»  əvəzinə  «yeldaşı»  sözünü  işlədirlər  ki,  bu  da  rus 
dilində xüsusilə nalayiq və təhqiramiz səslənir. 
Ordunun  siyasi  idarəsində  ayrı-ayrı  döyüşçülərin  və 
komandirlərin  belə  qeyri-sağlam  münasibətlərini  bilə-bilə  belə 
faktların  aradan  qalxması  üçün  heç  bir  şey  etmirlər.  Cəbhəyə 
yollanmaqdan  əvvəl  milli  respublikalardan  gəlmiş  siyasi 
işçilərin  ümumi  ijlası  oldu  və  bu  ijlasda  yoldaş  Mexlis  çıxış 
etdi. O dedi ki: «azərbayjanlılar hamıdan pis döyüşür». Heç bir 
real əsası olmayan belə bəyanatlar Qamış-burun komendantının 
özbaşınalığı  kimi  qeyri-sağlam  hərəkətlərə  qida  verir.  Sonrakı 
hadisələr  göstərdi  ki,  Mexlisin  sözləri  tamamilə  yersiz  imiş, 
faktlara 
deyil, 
ayrı-ayrı 
şəxslərin 
yanlış 
və 
qərəzli 
məlumatlarına 
əsaslanırmış. 

şəxslərin 
ki, 
hərbi 
uğursuzluqlarını  döyüş  əməliyyatlarına  rəhbərlik  etməkdə 
bajarıqsızlığını döyüşçülərin və ilk növbədə, azərbayjanlı, gürjü 
və  erməni  döyüşçülərinin  boynuna  qoymaq  istəyir.  Fərarilik, 
düşmən  tərəfinə  keçmək,  əzalarını  zədələmək  kimi  biabırçı 
                                                    Gülxani Pənah, Salatın Əhmədli
                                                   
 
 
108 
faktları  bu  və  ya  digər  xalqın  xüsusiyyətləri  ilə  bağ-lamaq 
kökündən  yanlışdır.  «Yeldaşı»  və  «Tiflis  duxanşik-ləri»  kimi 
ifadələrin  müəllifləri  məhz  belə  etmək  istəyirlər.  «396-jı 
diviziya»  azərbayjanlılardan  təşkil  olunmuşdur.  Bu  diviziya 
yaranana  qədər  döyüşçülərimiz  Krım  jəbhəsinin  başqa 
hissələrində  idilər».  Onların  90  faizi  rus  dilini,  bu  his-sələrin 
komandirləri  və  siyasi  işçiləri  isə  Azərbayjan  dilini  bilmir. 
Bunun  nətijəsində  ajınajaqlı  hadisələr  baş  verir.  Rus  dilini 
bilməyən  döyüşçü  komandirin  əmrini  başa  düşmür  və  yerinə 
yetirmir.  Belə  hallarda  komandir  işin  mahiyyətinə  varmadan 
əmrə  itaət  etməyən  döyüşçünü  yerindəjə  güllələ-yirdi.    Ana 
söyüşünün  (materşina)  geniş  yayılması  da  bö-yük  bəladır. 
Məlumdur ki, bu, azərbayjanlılar üçün ölüm-dən betərdir». 
   
«Rəsul Rza». 
Qələm  sahiblərinin  belə  sərt,  jiddi,  obyektiv  mürajiətləri 
təsirsiz  qalmır.  Mir  Cəfər  Bağırov  özü  bu  işə  qarışır,  jəbhədə 
azərbayjanlıların  vuruşduqları  dəstələr  onların  dilini  bilən 
komandirlərlə təmin edilir. 
Azərbayjanın şair və yazıçılarının yaradıjılığında vətən və 
vətənpərvərlik  mövzusu  güjlü  idi  və  bu  mövzunun  müharibə 
illərində  yeni  keyfiyyətlərlə  zənginliyi  ədəbiyyatşünasların 
diqqət  mərkəzində  idi:  «Vətən  və  xalq  sənətkarın  gözləri 
önündə  indiyədək  görünməmiş  yeni  bir  qüvvətlə  janlandı. 
Şairlər bu məfhumların hər ikisinə sıx-sıx, özü də həm müasir, 
həm  də  tarixi  baxımdan  onları  vəhdətdə  götürərək  mürajiət 
edirdilər.  Qüvvətli  hiss,  daxili  hərarət,  poetika  bu  şeirlərin  bir 
çoxunu  birləşdirən  ümumi  jəhətlər  idi.  Şairlərimiz  kəskin 
surətdə  fərqlənən  və  biri  digərinə  zidd  olan  iki  rəngdən-ağ  və 
qaradan  geniş  istifadə  edirdilər.  Bu  iki  rəng  iki  duyğunun,  iki 
hissin bədii ifadəsini vermək üçün onlara kömək edirdi: vətənə, 
xalqa məhəbbət, faşizmə, düşmənə nifrət. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə