125
Ayədən açıq-aĢkar görünən bu üç məsələni nəzərə alsaq, o
zaman Peyğəmbərə (s) xilafət və caniĢinliklə əlaqədar vəhyin nazil
olduğunu baĢa düĢərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün
axırlarında ümmətə çatdıracağı son mühüm məsələ Ġslamın o vaxta
qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı
məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi
qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o
həzrətin canının təhlükəyə düĢəcəyi ehtimal verilən məsələ məhz
budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən
baĢqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən
uyğunlaĢmayacaq.
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir
və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaĢmır və
həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və
vilayətə etiqadlı deyillər).
***
ġƏRHLƏR
1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN
TƏFSİRİ
Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa Ģəkildə
bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin
mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri
aydınlaĢdırır.
Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost”
mənasına təfsir etməyə çalıĢsalar da
1
, müxtəlif dəlillər göstərir ki,
hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “baĢçı” və “rəhbər”
mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi
elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac
olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru
və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə
oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?!
Həm də Quranda açıq-aĢkar buyurulur ki, möminlər bir-birlərilə
1
Çünki bu sözün mənalarından biri də budur və biz də bunu qəbul edirik.
126
qardaĢdır.
1
Həmçinin baĢqa bir ayədə buyurulur: “Mömin kiĢilər və
mömin qadınlar bir-birinin dostudur!”
2
Bir sözlə, Ġslamda qardaĢlıq və müsəlmanların bir-birilə
dostluğu bu dinin aydın məsələlərindəndir. Bu Ġslamın ilk
çağlarından olmuĢ, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmiĢdir.
Bundan əlavə, dostluq və qardaĢlıq elə məsələlərdən deyil ki,
Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düĢsün.
2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min
ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi
deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuĢdur və bu sadə bir
dostluğu bəyan etməklə əsla uyğunlaĢmır. Əksinə o həzrət bununla
demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət,
ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan baĢqa bir təfsir
yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər
tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail
olmasını bir daha təsdiqləyir. Çünki ümumi Ģəkildə bütün
müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac
duyulmur.
Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər,
Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
اَٞ ًبئ١ ٕاَ٘
خإَ ِمةُِ اَٚ ءٍٓ ِمةُِ دًِّةُو ٌٝلْاِٛاَِ اَذلْاِ١اََلْاِِاَااَٚ اَذ لْاِؾاَجلْإِاَا ءٍت ٌبل١ ثاَا آَلْاِثا
:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kiĢi və
qadının mövlası oldun.”
3
Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də
belədir: “Ömər dedi:
خإَ ِمةُِ اَٚ ءٍٓ ِمةُِ دًِّةُو ٌٝلْاِٛاَِ اَٚ اَٜلا لْاِٛاَِ اَذ لْاِؾاَجلْإِاَا اَهاٌَ ًبئ١ ٕاَ٘
:
“Afərin sənə! Sən mənim və bütün mömin kiĢi və qadınların
mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası
hesab etdi.”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur:
“Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün
müsəlmanların mövlası oldun.”
1
1
“Hücurat” surəsi, ayə: 10.
2
“Tövbə” surəsi, ayə: 71.
3
“Müsnədi-Əhməd”, 4-cü cild, səh. 281. (“Fəzailul-xəmsə” kitabından
nəqlən, 1-ci cild, səh. 432.
127
“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu
təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demiĢdir.
2
Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün
böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki
“vilayət” sözü xilafətdən baĢqa bir məna daĢıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə
zəngin Ģeri bizim müddəamıza canlı bir Ģahiddir.
***
2-“QƏDĠR-XUM” HƏDĠSĠNĠ TƏSDĠQ EDƏN DĠGƏR
AYƏLƏR
“Məaric” surəsinin baĢlanğıcında buyurulur:
ط هباَعاَّلْاٌِا ٞ م مَّالله آَدِِّ ةٌع ـااَك ةُٗاٌَ اٌَلْاِ١اٌَ آَ٠و ـباَىلْاٍِدٌِّ ءٍع لااَٚ ءٍةااَناَع ث ةًٌ باٍَ اَياَتاٍَ
“Bir nəfər vaqe olacaq əzab barədə soruĢdu. O əzab kafirlərə
məxsusdur və onu dəf edə biləcək bir kimsə yoxdur. O əzab yüksək
dərəcələr sahibi olan (mələklərini göylərə qaldıran) Allah
tərəfindəndir!”
3
Bir çox təfsirçilər və hədis raviləri bu ayələrin nazil olma səbəbi
barədə belə demiĢlər:
Ġslam peyğəmbəri (s) imam Əlini (ə) “Qədir-Xum”da xəlifəliyə
seçib
(
ُهلا ٌَْ ٌَِّلَعَ ُهلا ٌَْ ُ ْنُك ْيَ
)
“Mən hər kəsin mövlasıyamsa, Əli də
onun mövlasıdır”, buyurandan sonra bu xəbər tez bir zamanda hər
tərəfə yayıldı. Münafiqlərdən olan Nöman ibn Haris Fehri
4
Peyğəmbəri-əkrəmin (s) hüzuruna gəlib dedi: “Sən bizə göstəriĢ
verdin ki, Allahın yeganəliyinə, sənin peyğəmbərliyinə Ģəhadət
verək. Biz də Ģəhadət verdik. Sonra bizə cihad, namaz, həcc və
zəkatı əmr etdin. Onları da qəbul etdik. Yenə bunlarla
kifayətlənməyib, nəhayət, bu cavanı (Əliyə (ə) iĢarə etdi) öz yerinə
caniĢin təyin edərək dedin: “Mən hər kəsin mövlasıyamsa, Əli də
1
“Tarixi-Bağdad”, 7-ci cild, səh. 290.
2
“Feyzül-qədir”, 6-cı cild, səh. 217 və “Əs-səvaiq”, səh. 107.
3
“Məaric” surəsi, ayə: 1-3.
4
Bəzi rəvayətlərdə Haris ibn Nöman, bəzilərində isə Nəzr ibn Haris adı ilə
nəql olunmuşdur.
Dostları ilə paylaş: |