bir sıra janrları yaratmış və onların regionun folklorunda
rolunu və əhəmiyyətini artırmışdır.
Regionun məişət mərasimlərində geniş yayılmış rəqs
musiqi örnəklərindən yallı və yallıbaşı mahnı-rəqs nü
munələri janr, forma xüsusiyyətlərinə görə musiqişünaslıq
baxımından təhlil olunmuşdur. Bu havalar arasında
«Hoynərə», «Qaz-qazı», «Qaleyi» rəqs nümunələri lad-
intonasiya, metroritmik, melodik və forma xüsusiyyətlərinə
görə araşdırılmışdır. Yallı havaları üçün
vokal-instru
mental və instrumental formada, ardıcıl, silsiləvi şəkildə ifa
olunma daha xarakterikdir.
Rəqs janrı nümunələri sırasında «Aman lələ», «Ağır
Qarabağı», «Qoftanı», «Tulumu», «Tulumu II» rəqs musiqi
örnəkləri instrumental rəqs janrma aid örnək kimi diqqəti
cəlb edir. Tulumun ifasından nota köçürülmüş bu havaların
nəzəri təhlilləri göstərdi ki, həmin nümunələr musiqi-
şünaslıqda tələb olunan bütün parametrlərə cavab vermək
imkanına malikdir.
Naxçıvanın musiqi folklorunun metroritmik xüsusiy
yətlərinin öyrənilməsi onlarm müxtəlif planlı olmasını üzə
çıxardı. Hər bir ritmik formulun bir emosional hal, durum
olduğunu nəzərə alsaq bölgənin folklorunun zəngin
ənənəyə söykənən ifa mədəniyyətinin, rəngarəng çeşidli
metroritmik xüsusiyyətlərinin olmasını ortaya qoydu.
Təhlillər bir daha sübut etdi ki, bölgənin folklorunda janr
xüsusiyyətlərindən asılı olaraq metroritmik formullar sadə
dən mürəkkəbə doğru dəyişir və hər bir ritmik komponent
janrın xarakterik göstəricisi kimi böyük əhəmiyyət daşıyır.
Naxçıvanın musiqi folkloru nümunələrinin musiqi
forma xüsusiyyətlərinin təhlili onlarm əsasən period,
bəzilərinin isə sadə iki hissəli formada olmalarını üzə
çıxardı. Musiqi formasının araşdırılması, eyni zamanda
bəzi havaların musiqi fikrindən və ya musiqi cümləsindən
kiçik olan motivdən, submotivdən, onlarm elementlərindən
yaranmasını da əyani olaraq göstərdi. Musiqi folkloru
nümunələrinin musiqi formasında
xoreik, yambik və
amfibraxik motivlərin elementlərindən istifadə olunması
faktı bunların qədim nümunələr olmasını bir daha təsdiq
etmiş oldu.
Naxçıvanın musiqi folkloru nümunələrinin öyrə
nilməsi və tədqiqata cəlb edilməsi prosesi bu tədqiqatla
bitmir. Əldə edilən və folklor nümunələri kimi diqqət
mərkəzində duran bir çox materiallar hələ öz tədqiqini
gözləyir. Hazırki tətqiqat işində 36 müxtəlif musiqi folkloru
örnəkləri araşdırılmışdır. Sayı qat-qat çox olan musiqi
folkloru nümunələrinin perspektivdə araşdırılması, elmi
təhlillərə cəlb edilməsi müasir elmin tələblərindən irəli
gəlir. Bölgənin musiqi folklorunun ifa üslubunun, xarak
terik forma xüsusiyyətlərinin öyrənilməsi sahəsində təd
qiqatlar davam etdirilməli və regionun «Musiqi atlası»
kimi mühüm sayılan elmi əsərlər ərsəyə gətirilməlidir.
M Ö V S Ü M - M Ə R A S İM N Ə Ğ M Ə L Ə R İN İN M Ə T N İ
Uzərliksalma mərasimi
Üzərliksən, havasan,
Min bir dərdə davasan.
Çıxdım uca bir dağa
Çox yalvardım Allaha.
-Dedi, nədir biçarə?
-Dedim, biçarəyə çarə.
-Dedi, məməli üzərlik,
Dibi kölgəli üzərlik,
Dər sal, oda çatlasm,
Yaman gözlər pırtlasın.
Bir, iki, üç, dörd, beş, altı, yeddi,
Qada-bəla bizdən getdi.
• •
Üzərliyim çırtladı,
Yaman gözlər pırtladı.
Başı börklü üzərlik,
Köməcli, köklü üzərlik.
Səni salıram bu oda,
Görsət hökmün, üzərlik.
X ırm an n əğm ələri
Yan süpürgə
Yel gəti, gəl!
Süpürgə yandı,
Yandı, oddandı.
Yanmağa tələs,
Əs, küləyim, əs!
Heydər, heydər, əsə gəl!
Yeddi xırman basa gəl!
Qırıldı oğul-uşax,
Dəsmal götü, yasa gəl!
Çətir-çətir bulut, gəl!
Uşaxları ovut, gəl!
Xırman savırır baba,
Arpa, buğda, noxut, gəl!
Heydər, əsdi su gəti!
Uşağa yuxu gəti.
Keçip çəmən-çiçəkdən,
Ətirri qoxu gəti.
Heydər gəl, ha, Heydər gəl!
Çiçəkləri hey dər, gəl!
Qardaşımın toyuna,
Ellər səni heylər, gəl.
Heydər gəl, sən haya gəl,
İsti, qızmar, yaya gəl.
Sərin çinar altında,
Kəndimizə toya gəl.
Heydər, heydər, əs gəti,
Yarpaxlara səs gəti!
Qız bacımm toyuna
Yeddi toxlu kəs gəti!
Heydər, heydər, çörək ver!
Kişilərə ürək ver.
Xırmannarı yığmağa
Sərin-sərin külək ver.
Qodu-qodu
Qodu-godu gördüyünüz varmı?
Qoduya salam verdiyiniz varmı?
Qodu gedənnən bəri
Qün üzü gördüyünüz varmı?
Qodunu atdan düşürün,
Qoduya süddü aş bişirin,
Qodu sabah gün çıxartmasa,
Vırın atdan düşürün.
X an b əzəm ə m ərasim i
iki iyid çıxdı meydana,
İkisi də bir-birindən mərdana.
Həzrəti-həmzə pirimiz,
Aradıq, tapdıq bir-birimiz.
Əl başda, diz yerdə,
Güləşəyim düz yerdə.
Dərələr axar,
Əqrəbtək çaxar.
Əlini yana sıxınca,
Zorba nəri yıxınca.
Alta düşüncə sırma,
Çox irəlidə durma.
Dəvə fəndi qutludu,
Nər oğullar umudludu.
Haqqış-haqqış,
Bərk yapış.
Əldən çıxdı,
Topuqdan yapış.
Biz deyərik maşallah,
Siz deyin bərəkallah.
Maşallah deyənin gözünə nur,
Maşallah deməyənin gözünə kül.
Dostları ilə paylaş: |