K o sa - k o sa
Ay Kosa-kosa, gəlsənə,
Gəlib salam versənə,
Çömçəni doldursana,
Kosanı yola salsana.
Ay uyruğu-uyruğu,
Saqalı it quyruğu.
Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçası,
Hər yerdə düyün eylər.
Novruz-novruz bahara,
Güllər-güllər nübara,
Bağçanızda gül olsun,
Gül olsun, bülbül olsun,
Bal olmasın, yağ olsun,
Evdəkilər sağ olsun.
Xanım dursun ayağa.
Qurbanın olum, yaşıl çuxalı,
Culfalısan, yoxsa buralı?
Bağçanızda gül olsun,
Evdəkilər sağ olsun.
Xanım, ayağa dursana,
Kosaya pay versənə.
-Ay Kosa, hardan bəridi?
-Şərurdan.
-Nə gətirdin ordan?
-Alma.
-Almanı neylədin?
-Satdım.
-Pulunu neynədin?
-Öküz aldım.
-Öküzü neynədin?
Vurdum öldü.
Başın sağ olsun, Kosa,
Ərşin uzun, bez qısa,
Kəfənsiz ölməz Kosa.
Ay Kosa-kosa gəlmisən,
Lap vaxtında meydana sən.
Almayınca payını
Çəkilmə bir yana sən.
Beş yumurta payındı
Əskiyini almayasan...
Mənim Kosam oynayır,
Gör necə dingildəyir.
Ona qulaq asanm
Qulağı cingildəyir.
Mənim Kosam cannıdı,
Qolları mərcannıdı.
Qələm oynar qaşında,
Yuz əlli beş yaşmda,
Gör nə cavandı Kosam.
C an gü lü m m ərasim i
Xırda yarm dəstəsi,
Oldum yarm xəstəsi.
Yarın gəlir uzaqdan,
Əlində gül dəstəsi.
Can gülüm oldu gəl-gəl,
Gülləri soldu gəl-gəl,
Tələsmə dəli könlüm,
Dediyin oldu gəl-gəl.
Qızıl üzük bir badam,
Qızlar içində yadam.
Qəfəsdə bülbül kimi
Gah küsülü, gah şadam.
Qızıl üzüyün qaşı,
Nişana qoydum daşı,
Dost tutma, dost tutaram
Yanar ürəyin başı.
Ağ at minərəm səni,
Yorğa minərəm səni.
Məni yara yetirsən
Qardaş bilərəm səni.
Corabım doğanaqdı,
Yar qalada qonaqdı.
Gedəndə küsdürmüşəm
Gələndə bedamaqdı.
Bu yolun o üzləri
Bitibdi nərgizləri.
Oğlan qızın dərdindən
İtirib öküzləri.
Qardaş, atı səhdimi,
Nal mıxmı töhdümi.
Bacın qərib ölkədə,
Bacın fikir çəhdimi?
Arxalığın bir üzdü,
Bir astardı, bir üzdü.
• •
Uzün qoy üzüm üstə
Görən desin bir üzdü.
Çömçəxatun
Çömçəxatun nə istər?
Tanrıdan yağış istər.
Qoyunlara ot istər
Quzulara süd istər, mə-ə-ə.
Çömçəxatun nə istər?
Tanrıdan bol su istər,
Ağaclara bar-bəhər,
Çobana quzu istər, mə-ə-ə.
Əlincənin buludu,
Yetimlərin umudu,
Tanrı, bir yağış yetir,
Demilərim qurudu, mə-ə-ə.
Çömçəxcatun dağ istər,
Qoyuna yaylıq istər,
Çəmənlərə bol yağış,
Bərəkətli bağ istər, mə-ə-ə.
Çömçəxatun nə istər?
Gö}dərə bulud istər.
Mal-qaraya çoxlu süd,
Dağlarda bol ot istər, mə-ə-ə.
Çömçəxatun nə istər?
Quzulara pay istər.
Çobanlara bolca ot,
Cavanlara toy istər, mə-ə-ə.
Çömçəxatun pay istər,
Dolu-dolu çay istər,
Quzusu bol çobanlar
Pəniri lay-lay istər, mə-ə-ə.
Çömçəxatun duz istər,
Çiçək dolu düz istər,
Havaları buluddu,
Bol yağışlı yaz istər, mə-ə-ə.
Sayaçı sözləri
Candı qoyunun gəlini,
Afşara gəlməz yelini,
Hənalaym əllərini
Onu sağan qız-gəlinin.
Canım a qəmər qoyun,
Balası əmər qoyun.
Yiyən sənin ucunnan,
Qurşuyub kəmər qoyun.
Saya, saya, sayadan,
Qoyun gəlir pəyədən,
Sayaçıya pay verin
Damazlığı mayadan.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağmdan plov olar,
Quyruğundan aş, qoyun.
Nənəm, qara qaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Qaranlıq gecələrdə
Çobana yoldaş qoyun.
Ay nənəm, qızıl qoyun,
Arxaca düzül qoyun.
Əgər sənə kəm baxsam,
Əlimdən üzül, qoyun.
Yağ yağışım
Ay can, ay can, torpağım,
Odda az yan, torpağım,
indi yağış yağacaq,
Sən düş islan, torpağım.
Yarıdı torpax qupquru,
Suya saldım dupduru,
Yağ, yağışım, çoxlu yağ,
Çöllər oldu qupquru.
Torpax, qurutdum səni,
Birdən unutdum səni.
Gördüm yağış yağmıyır,
Tez suya atdım səni.
İslandın, arzu gətir,
Çaylara bol su gətir,
Qarılara çoxlu yun,
Çobana quzu gətir.
Haxıştalar
Oğlan, adın Cümşüddü, haxışta,
Gün dağlara düşübdü, haxışta.
Verdiyin qızıl üzük, haxışta,
Barmağımdan düşübdü, haxışta.
Qəbirsanmx gül aşdı, haxışta,
* •
Ölülər durdu qaşdı, haxışta,
Gedin anama deyin, haxışta,
Qızın qoşuldu qaşdı, haxışta.
Qəbirsanmx gül aşmaz, haxışta,
Ölülər durdu qaşmaz, haxışta,
Anam qızma bələddi, haxışta,
Qızı qoşulub qaşmaz, haxışta.
ilana bax, ilana, haxışta,
İlan göydə bulana, haxışta,
And içmişəm qurana, haxışta,
Gərək gedəm xuliqana, haxışta.
Arazı ayırdılar, haxışta,
Qum ilə qayırdılar, haxışta,
Mənim nə vaxtım idi, haxışta,
Yarımnan ayırdılar, haxışta.
Sandıq üstə sandığım, haxışta,
Sandığa dayandığım, haxışta,
Hayıf mənim əməyim, haxışta,
Yad oğluna yandığım, haxışta.
Pəncərənin milin çək, haxışta,
Yandır onun külün çək, haxışta,
Qohuma qız verənin, haxışta,
Əngin ayır, dilin çək, haxışta.
Istəkanm noxudu, haxışta,
Evdə qonax çoxudu, haxışta,
Qonaxlarm içində, haxışta,
Bircə yarım yoxudu, haxışta.
Ağ dəvə düzdə qaldı, haxışta,
Yükü təbrizdə qaldı, haxışta,
Oğlanı dərd apardı, haxışta,
Dərmanı qızda qaldı, haxışta.
Almanı alma, gəlin, haxışta,
Al, yerə salma, gəlin, haxışta,
Evlərdə çox söz olar, haxışta,
Ürəyinə salma, gəlin, haxışta.
Oğlan adm Əlidi, haxışta,
Qolların düyməlidi, haxışta,
• •
Ozün qəşəng oğlansan, haxışta,
Hayıf anan dəlidi, haxışta.
Dostları ilə paylaş: |