Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

80 
 
Mətbuat  S.C.PiĢəvərinin  ömrünün  sonunadək  onun  mübarizəsində  söz  silahı, 
qələm  silahı  olmuĢdur.  S.C.PiĢəvərinin  keçdiyi  mübarizə  yolunu    və  həyatını 
izləyən hər bir kəs onun mətbuatla sıx bağlılığını görə bilər. Bu mənada mətbuat, o 
cümlədən  “Ajir”  qəzeti  S.C.PiĢəvəri  həyatının  və  mübarizəsinin  bir  parçası 
olmuĢdur desək, yanılmarıq.  
Qeyd  etmək  lazımdır  ki,  “Ajir”  qəzeti  müxtəlif  yönlü    siyasi,  iqtisadi  və 
mədəni  olayları  əks  etdirən,  təbliğat  və  təĢviqat  orqanından  əlavə,  həm  də  xalqın 
mübarizəsinə  istiqamət  verən,  onu  təĢkilatlandıran  mətbuat  orqanı  olmuĢdur. 
“Ajir”in  gördüyü  mühüm  iĢlərdən  biri  də  Tehranda  azərbaycanlı  ziyalıları  və 
fəalları  öz  ətrafına  toplamaqdan  və  onların  Azərbaycanın  gələcək  taleyi  haqqında 
düĢünüb yollar axtarmağa sövq etməsi idi. Kərim KəĢavərz, Ġsmayıl ġəms, Firudin 
Ġbrahimi  Əli  Fitrət,  Məmi  Nüvəkərani  (Dehqan),  Doktor  Mirzəağa  Vəlizadə 
(Behbud)  və  s.  onlarca  bu  cür  insanlar  doktor  Salamulla  Cavidin  dediyi  kimi, 
“Ajir”  məktəbinin  yetirmələri  idilər.  Bunların  hər  biri  sonralar  “21  Azər” 
hərəkatında fəal iĢtirak etmiĢ və S.C.PiĢəvərinin yaxın silahdaĢları olmuĢlar. 
 
*** 
 
Pəhləvi  sülaləsinin  hakimiyyətdə  olduğu  illərdə  (1925-1979)  Ġran  ġura 
Məclisi  tarixində  14-cü  çağırıĢ  məclisə  seçki  kompaniyası  qədər  gərgin, 
qarĢıdurmalı, çox fraksiyalı məclis olmamıĢdı. 
14-cü  Məclisə  seçki  kompaniyası  1322-ci  il  Xordad  ayının  son  həftəsində 
(1943-cü  ilin  iyununda)  start  götürmüĢ,  1323-cü  ilin  (1944-cü  ilin)  yayında  baĢa 
çatmıĢdı.  Məclisdə  mövcud  olmuĢ  236  deputat  kürsüsü  uğrunda  800  namizəd 
iĢtirak etmiĢdir ki, bunlar da ən azı 6-7 fraksiyanı təmsil edirdilər. 
Təbriz Ģəhər əhalisinin vətənsevər və demokratik qüvvələri tərəfindən Seyid 
Cəfər PiĢəvərinin də namizədliyi 14-cü çağırıĢ ġura Məclisinə irəli sürülmüĢdü. 
S.C.PiĢəvərinin  mandatı  Məclis  vəkillərinin  toplantısında  müzakirə  olunan 
zaman  toplantıya  sədarət  etmiĢ  Əmir  Teymur  Klali  baĢda  olmaqla  Sərtipzadə, 
doktor Tahiri, Əmirnösrət Ġskəndəri, Siqətul-islami, Əli Eqbol, DəĢti, Camal Ġmami 
və  bir  neçə  nəfər  baĢqa  Ģahpərəst  deputat  S.C.PiĢəvərinin  mandatını  ləğv  etmək 
üçün  Məclisdə  deputatlar  arasında  əvəlcədən  yetərincə  təbliğat  və  pozuculuq  iĢi 
aparmıĢlar.  Onlar  iddia  edirdilər  ki,  S.C.PiĢəvəri  Təbrizdə  seçilən  zaman  guya 
orada  “ciddi  əyintilər,  qeyri-qanuni  iĢlər  olub”  və  s.  Nəticədə  bu  bəhanələrlə 
S.C.PiĢəvərinin  deputatlıq  mandatı  100  nəfərdən  əleyhinə  50,  lehinə  47  səs 
verilmiĢ, 3 nəfər bitərəf qalmaqla rədd edilmiĢdi. 
14-cü  çağırıĢ  Ġran  ġura  Məclisindəki  olaylar  S.C.PiĢəvəridə  belə  bir  fikrin 
tam  və  qəti  Ģəkildə  formalaĢmasına  inam    yaratmıĢdır  ki,  Azərbaycan  Tehrandan 
“mərhəmət”  gözləməməli,  öz  dərdlərinə  özü  əlac  etməlidir.  ġeyx  Məhəmməd 


81 
 
Xiyabaninin “Elə çıraq yandırmaq lazımdır ki, ixtiyarı öz əlimizdə olsun” sözlərini, 
özünə sərməĢq götürən S.C.PiĢəvəri azadlıq çırağını yandırmaq üçün Azərbaycana 
– Təbrizə üz döndərdi. 
Pəhləvi  hakimiyyəti  dövründə  Güney  Azərbaycandakı  vəziyyəti  diqqətlə 
izləyən və onu ürək ağrısı ilə təsvir edən S.C.PiĢəvəri “Bizi öz halımıza qoysunlar” 
adlı  məqaləsində  deyirdi:  “Azərbaycan  Tehrandan  bir  Ģey  istəyir:  onu  öz  halına 
qoysalar  kifayətdir.  Ona  imkan  versələr,  öz  əli  ilə  öz  iĢlərini  idarə  etsin,  bəsdir. 
Tehran  bizi  fələc  və  mətəl  etmiĢdir.  Göz  açmağa  yol  vermir.  Xırda  iĢ  görmək 
istəsək  nəfəsimizi  kəsir,  əl-qolumuzu  bağlayır.  Hər  gün  bir  oğrunu  ostandar, 
fərmandar ünvanı altında  əlinə böyük bir çamadan  verib üstümüzə  göndərir. Təzə 
və  iti  bir  ülgüc  ilə  min  dəfələrlə  qırxılmıĢ  baĢımızı  qırxmaqdan  utanmırlar” 
(18.s.77). 
40-cı  illərin  ortalarında  Güney  Azərbaycandakı  iqtisadi  və  sosial  durum, 
həddən artıq ağır və dözülməz olması mərkəzin buna biganə qalması Azərbaycanda 
milli qüvvələrin nifrət və qəzəbini coĢdurdu. Xalqın istək və arzusunu baĢa düĢən 
və  milli-demokratik qüvvələri vahid hədəfə  yönəltməyi bacaran yeni bir təĢkilatın 
yaranmasına  ehtiyac  duyuldu.  Ağır  mübarizə  yolu  keçmiĢ  bir  neçə  nəfər 
azərbaycanlı Tehrana – S.C.PiĢəvəri ilə məsləhətləĢməyə getdilər. S.C.PiĢəvəri özü 
bu haqda sonralar yazırdı: “...Xalqın əli ilə iĢə baĢlamaq, xalqın yumruğunun gücü 
ilə  azadlığı  təmin  etmək  –  bu  Ģüarla  mən  Təbriz  azadxahlarının  təklifi  üzrə 
Tehrandan Azərbaycana hərəkət etdim” (Yenə orada, s. 32). 
 
*** 
 
Azərbaycandakı durum, hərəkat fəallarının, azadlıq istəyən qüvvələrin istək 
və tələbi ilə PiĢəvəri 1945-ci ilin yayında həmiĢəlik olaraq Təbrizə gəlir. O, əməli 
iĢə  baĢlamamıĢdan  əvvəl  Təbrizdə  və  bölgələrdəki  (Ərdəbil,  Zəngan,  Sərab, 
Urmiya,  Xoy,  Mərənd  və  s.)  durumla,  xalqın  ruhiyyəsini,  istək  və  tələbləri  ilə  bir 
daha  yaxından  tanıĢ  olur.  Hərəkat  fəalları,  “Ajir”  “məktəb”inin  yetiĢdirdiyi 
kadrlarla,  inqilabi  mübarizə  yolunda  ağır  sınaqlardan  keçmiĢ  insanlarla, 
ağsaqqallarla,  vətənpərvər  ruhanilərlə  geniĢ  müzakirə  və  məsləhətləĢmələr  aparır. 
Bu haqda onun və silahdaĢlarının xatirələrində xeyli qeydlər və yazılar vardır. 
1945-ci  ildə  Azərbaycandakı  sosial-siyasi  və  iqtisadi  durum  elə  bir  həddə 
gəlib çatmıĢdı ki, millət rejimin zorakılığına müqavimət göstərməkdən baĢqa çıxıĢ 
yolunun qalmadığını görür. Belə bir Ģəraitdə xalqın mübarizəsinə baĢçılıq edə bilən 
və onu əsas hədəfə yönəltməyi bacaran bir təĢkilatın yaradılmasına ehtiyac duyulur. 
Belə  bir  təĢkilat  S.C.PiĢəvərinin  baĢçılığı  ilə  1945-ci  ilin  sentyabrın  3-də  (1324 
ġəhrivərin 12-si) yaradılmıĢ Azərbaycan Demokratik Firqəsi olmuĢdur. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə