88
5-ci bəndi Güney Azərbaycandakı millət vəkili seçimlərinin aĢağıdakı prinsiplərini
müəyyənləĢdirmiĢdi:
1.Dövlət və böyük torpaq sahibləri hesabına kəndlilərə torpaq payı
ayrılması və onlara uzunmüddətli
kredit verilməsi;
2.Müəssisələrdə iĢin inkiĢafı və geniĢləndirilməsi, eyni zamanda digər
ictimai vasitələrlə iĢsizliyin ləğv edilməsi;
3. ġəhərlərin gözəlləĢdirilməsi və əhalinin su ilə təmin edilməsi;
4.Sağlıqla bağlı iĢlərin yaxĢılaĢdırılması;
5.Dövlət vergilərinin 50%-dən az olmayan qisminin yerli ehtiyaclar üçün
ayrılması;
6.Milli azlıqların və tayfaların hüquq bərabərliyi, Azərbaycan, kürd, erməni,
assuri dillərində məktəblər açılması, kitab və qəzetlərin nəĢri, məhkəmə və yerli
müəssisələrin yazıĢmalarının ana dillərində aparılması, əyalət idarələrinin, buna
əsasən polis və jandarmanın yerli milli qüvvələrinin təĢkil edilməsi, əyalət, vilayət
və Ģəhər məclisləri kimi yerli idarələrin qurulması;
7.Sovet-Ġran idarələrinin köklü Ģəkildə yaxınlaĢdırılması.
Siyasi Büronun qərarında nəzərdə tutulan bir cəhət diqqəti cəlb edir:
“Güney Azərbaycanda separatçı hərəkatın fəallarının və sovetlərə tərəfdar olan
Ģəxslərin özlərini qorumaları üçün əsgəri qruplar qurulmalı və onlar xarici markalı
silahlarla silahlanmalıdır”. Qərarın bu bəndinin icrası Bağırovla Nikolay Bulqaninə
verilmiĢdi.
Qərarın digər bəndlərinə görə isə Güney Azərbaycanda mədəni təbliğat iĢini
gücləndirmək üçün Azərbaycan SSR-in Ġranla mədəni əlaqə cəmiyyəti qurulmalı;
Təbrizdə “Sovet Azərbaycanı Dostları” cəmiyyəti təsis edilməli; Azərbaycanın
bütün vilayətlərində və Gilanda bu cəmiyyətin Ģöbələri fəaliyyət göstərməli idi.
Azərbaycan KP MK-ya Ġranda yaymaq üçün Bakıda aylıq dərgi və üç yeni qəzet
nəĢr edilməsi tapĢırılmıĢdı. NəĢriyyat və Poliqrafiya Birliyinə Güney Azərbaycan
Demokrat Partiyasının mətbəə xərclərini ödəmək üçün Azərbaycan KP MK-ya üç
düz səthli makina verilməsi əmr edilmiĢdi. Ayrıca qərara görə, SSRĠ Xarici Ticarət
Komissarlığı Bakıda nəĢr ediləcək dərgi və Güney Azərbaycanda 30 min tirajla
çıxacaq qəzetlərin kağızlarını təmin etməli idi. Ġranda seçkilərin uğurla baĢa
çatması üçün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə bir milyon
manat həcmində xüsusi fond təsis edilmiĢdi.
Siyasi Bürosunun gizli qərarından üç gün sonra Vladimirovun 9 iyun
“Pravda” qəzetində 6 iyun qərarına və onun həyata keçirilməsinin ideoloji
hazırlığına həsr edilən “Ġranda mürtəce ünsürlərin fəaliyyətinin güclənməsi” adlı iri
həcmli bir məqaləsi yayımlanır, onu Tehranda nəĢr edilən “Neberd”, “Zəfər”,
“Rəhbər”, ”Dad”, “Fərman” və “Ajir” qəzetləri fars dilinə çevirərək çap edirlər.
Ġranda hökumətə yaxın olan qəzetlər isə “Pravda”nı Ġranın daxili iĢlərinə