Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə40/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   36   37   38   39   40   41   42   43   ...   58

89 
 
qarıĢmaqda  günahlandırırlar,  Xalq  Partiyasının  yeganə  demokratik  qüvvə  kimi 
göndərilməsi  Vladimirovun  xətası  olaraq  qəbul  edilir.  Xalq  Ġradəsi  Partiyasının 
orqanı  olan  “Raade  emruz”  qəzeti  yazırdı:  “Sovet  hakimiyyəti  Ġranın  daxili 
quruluĢundan  çox  da  razı  deyil.  Əgər  Ġran  qəzetləri  SSRĠ-nin  ictimai  quruluĢunu 
tənqid etməyə baĢlasa, bu Sovet Ġttifaqının rədd edilməsinə səbəb olar. Onun üçün 
də  Ġran  xalqı  Ġran  hökumətini  tənqid  edən  “Pravda”  qəzetindən  Ģikayət  etməkdə 
haqlıdır. “Pravda” da sovet hökumətinin siyasətini və mövqeyini əks etdirmiĢdir”. 
Bəzi  qəzetlərə  görə,  Vladimirovun  məqaləsi  sovet  əsgərlərinin  Ġrandan 
çıxarılması məsələsində Ġran hökumətinin notasına sovetlərin ilk rəsmi cavabı idi. 
Ġran  hökumətindən  narazı  və  sovetlərlə  isə  yaxĢı  münasibətdə  olan  qəzetlər 
Vladimirovun  məqaləsini  sakit  qarĢıladılar.  Onlara  görə,  bu  məqalə  Ġran 
hökumətinin  SSRĠ  ilə  qeyri-səmimi  münasibətinin,  Seyid  Rzanın  antisovet, 
təxribatçı bəyanatının sonucu idi. PiĢəvərinin redaktoru olduğu “AĢir” qəzetindəki 
bu  cümlələr  diqqəti  çəkir:  “Sovet  müəssisələri  Ġrandakı  durumdan  rahatsızdır, 
indiki  Ġran  dövlətinin  səmimi  dürüst  münasibətindən  Ģübhə  edir.  “Pravda”  BaĢ 
Naziri  “Ġranın  məĢhur  irticaçısı,  antisovet  münasibətlərin  fəal  iĢtirakçısı” 
adlandırmaqda  haqlıdır.  Onun  BaĢ  Nazir  təyin  edilməsi  və  Ġranla  sovetlər 
arasındakı dostluq münasibətləri ziddiyyət təĢkil edir. Sovet dairələri Ġranın daxili 
iĢlərindən  narahat  olmaqda  haqlıdır.  Süheylinin  istefasından  sonra  Ġran  hökuməti 
SSRĠ  ilə  qarĢılıqlı  anlaĢmalarını  aydınlaĢdırmaq  üçün  kiçik  bir  addım  belə 
atmamıĢdır”. 
Ġranın digər bir önəmli qəzeti “Keyhan” da “Pravda”nın yazdıqlarına 1943-
1944-cü 
il  seçkilərinin  demokratik  olmadığını  ifadə  edərək  haqlılıq 
qazandırmaqdadır. 
“Pravda”nın  yazdıqları  Ġran  siyasi  dairələrini  də  rahatsız  etmiĢdi.  Ġyun 
ayında  davam  edən  hökumət  böhranına  son  vermək  üçün  Məclis  dərhal 
toplanmıĢdı.  Məclis  BaĢqanı  Təbatəbai  millət  vəkillərinə  vəziyyətin  ciddiliyini, 
Sədr  əl-ƏĢrəf  hökumətinə  səs  verilməsinin  zərurətini  anlatmıĢdı.  Xalq  partiyası 
qrupundan  baĢqa  bütün  qruplar  hökumətə  səs  vermiĢ,  bu  Ģəkildə  hökumət  lazımi 
səsi  toplamıĢdı.  Məmmədrza  Ģah  BaĢ  Nazir  Sədr  əl-ƏĢrəfi  və  onun  nazirlərini 
qəbul  edib  Ġrandakı  vəziyyəti  müzakirə  etmiĢdi.  Möhsün  Sədr  hökumətinin  ilk 
addımlarından  biri  Azərbaycana  diqqəti  gücləndirmək  üçün  sovet  əleyhinə  olan 
MöhtəĢəmi Təbrizə bələdiyyə baĢçısı təyin etmək oldu. Bu qərarla Ġranın məqsədi 
Azərbaycanda  mərkəzi  hakimiyyət  tərəfdarlarını  birləĢdirmək,  Tehran  əleyhinə 
olan hərəkətləri zəiflətmək idi. 
Eyni  vaxtda  Bakıda  da  fəaliyyətlər  davam  etməkdə  idi.  Bağırov  14  iyunda 
“Güney  Azərbaycanda  iĢləri  geniĢləndirmək  üçün  sovet  səfirinin  birinci  katibi 
Dərbənd  Ģəhər  partiya  komitəsinin  keçmiĢ  katibi  Əli  Əliyev  Təbrizə  baĢ  konsul 
təyin  edilsin”  məzmununda  teleqraf  göndərmiĢdi.  Bağırov  ikinci  teleqrafında 


90 
 
Malenkovdan  Mərkəzi  Komitənin  təbliğat  və  təĢviqat  idarəsinin  rəisi 
G.F.Aleksandrovun qısa bir müddətə Bakıya göndərilməsini xahiĢ etmiĢdi. 
Hazırlanan  planlar  içərisində  Azərbaycan  Demokrat  partiyasının  və  Sovet 
Azərbaycanı  Dostlar  Cəmiyyətinin  qurulması,  parçalama  hərəkətlərinin  həyata 
keçirilməsi, əyalət qəzetlərinin, mətbuat orqanlarının təĢkili kimi məsələlər də yer 
almıĢdı.  Bir  müddət  sonra  Azərbaycan  Kommunist  Partiyası    Mərkəzi  Komitəsi 
Moskvada  qəbul  edilən  6  iyun  qərarları  çərçivəsində  avqust  ayından  baĢlayaraq 
Güney  Azərbaycanda  yaymaq  üçün  ərəb  əlifbasında  aylıq  ədəbi-ictimai 
“Azərbaycan” dərgisinin nəĢri qərara alınır. Rəsul Rza dərginin redaktoru, Mehdi 
Hüseyn  redaktor  müavini,  Səməd  Vurğun,  Mirzə  Ġbrahimov,  Əhəd  Yaqubov, 
Həsən Həsənov, Rza Quliyev redaksiya heyətinin üzvləri olmuĢlar. 1 yanvar 1946-
cı  il  tarixinə  qədər  dərgi  üçün  276  min  manat  həcmində  büdcə  ayrılmıĢdı. 
Sultanova  “Azərbaycan”  dərgisinin  vaxtında  çıxarılmasını  təmin  etmək  əmri 
verilmiĢdi. Güney Azərbaycanın “Vətən” qəzeti həmin dərginin yayılmasını təĢkil 
etməli  idi.  Avqustda  dərginin  ilk  sayı  yayımlandı.  Burada  S.Vurğunun, 
M.Ġbrahimovun, 
C.Cabbarlının, 
MəlikülĢüəra 
Baharın, 
M.Biriyanın, 
B.Azəroğlunun, Əli Fitrətin, Yəhya ġeydanın, Mirmehdi ÇavuĢinin, M.Dilbazinin, 
Mədinə 
Ələkbərzadənin, 
Nigar 
Rəfibəylinin, 
S.Rüstəmin, 
Ə.Vahidin, 
Ġ.Əfəndiyevin,  Rəsul  Rzanın,  Əvəz  Sadığın  yazıları  yer  almıĢdı.  “Azərbaycan” 
dərgisi  milli  mənfəətlər  baxımından  ən  önəmli  nəĢr  orqanı  idi.  Öncəliklə  bu 
dərginin  hər  sayında  Azərbaycanın  tarixi,  ictimai-siyasi,  mədəni,  ədəbi  həyatı 
Güney  və  Quzeyi  ilə  birlikdə  nəzərə  alınmıĢdı.  Ġkincisi,  dərgi  sovet 
Azərbaycanında hökm sürən hakim bolĢevik ideologiyasının tələblərini nəzərə alsa 
da, Azərbaycan xalqının köklü mənfəətləri, taleyi və tarixi ilə əlaqədar məsələlərə 
də  toxunurdu.  Bütöv  Vətən,  eyni  xalq,  tək  millət  kimi  ifadələr  “Azərbaycan” 
dərgisinin hər sayında yer alırdı. 1946-cı ildə Güneydə yaĢanan olaylar nəticəsində 
dərginin qapadılması hər halda təsadüf deyildi. 
Bağırov  Moskvadan  döndükdən  sonra  iyun  ayı  içində  Ġran  Xalq  Partiyası 
MK-sının üzvü, Ġran Məclisinin millət vəkili A.KambehĢi, Xalq partiyasının Təbriz 
əyalət  komitəsinin  baĢçısı  S.Pedaqani,  yazıçı  və  naĢir  H.Ə.ġəbüstəri,  “AĢir” 
qəzetinin  redaktoru  Mir  Cəfər  PiĢəvəri  gizli  Ģəkildə  Bakıya  gətirilmiĢdi.  Burada 
Azərbaycan Demokratik Partiyasına PiĢəvərinin müvəqqəti olaraq baĢqanlıq etməsi 
qərarlaĢdırılmıĢdı.  Güney  Azərbaycandakı  iĢçilərə  xəbər  göndərilərək,  Tudə 
partiyasının  ADP-yə  çevrilməsi  üçün  bir  saat  belə  dayanmamaları  tapĢırılmıĢdı.  
ADP-nin  qurulması  üçün  bəzi  problemlər  olduğu  kimi  güclü  bir  müxalifət  də 
yaranmıĢ  və  Xalq partiyası MK-sı bütün vasitələrlə  bu iĢləri  pozmağa  çalıĢmıĢdı. 
Bakı toplantısında  PiĢəvəri,  ġəbüstəri və  Pedaqaniyə  onlara  qarĢı ola  biləcək sui-
qəsd hərəkətlərinə görə Təbrizdən ayrılmamaları da qərarlaĢdırılmıĢdı. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə