Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə43/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   39   40   41   42   43   44   45   46   ...   58

95 
 
XVII əsrin Osmanlı-türk alimi MünəccimbaĢıya görə, Azərbaycan ġəddadi 
hökmdarı  I  Fəzl  1027-ci  ildə  Araz  çayı  üzərində  böyük  və  möhkəm  bir  körpü 
tikdirmiĢdir. MünəccimbaĢının “əsəri əzim” (böyük əsər) adlandırdığı bu körpünü 
tarixçi  V.Minorski  on  beĢ  aĢırımlı  Xudafərin  körpüsü  hesab  edir.  Ancaq  Səlcuq 
tarixçisi Səfrəddin Əli ən-Hüseyni Sultan Alp Arslanın 1068-ci il Tiflis yürüĢündən 
qayıdarkən ordusu ilə  Araz çayından “gəmisiz və  matrossuz” keçərək sağ sahildə 
olan  Laryanis  (indiki  Xudafərin  dərəsindən  cənub  tərəfdə  olan  Larcan)  kəndinə 
gəldiyini  bildirsə  də,  Xudafərində  əsaslı  körpünün  olduğu  haqda  məlumat 
verməmiĢdir.  Bütün  bu  məlumatlara  və  memarlıq-konstruktiv  xüsusiyyətlərinə 
əsaslanaraq  həm  Avropa,  həm  də  Azərbaycan  alimləri  on  beĢ  aĢırımlı  Xudafərin 
körpüsünün  XII  əsrdə  Azərbaycan  Atabəylərinin  ən  qüdrətli  çağında  indiki 
görkəmini aldığı fikrini irəli sürmüĢlər.  
Böyük  Xudafərin  körpüsünün  dayaqları  çay  yatağında  sıralanan  təbii 
qayalar  üstündə  tikildiyindən  onun  tağ  aĢırımları  müxtəlif  ölçülüdür.  AĢırımları 
qayaların təbii yer quruluĢuna uyğun atıldığı üçün körpünün planı düzxətli olmayıb 
bir qədər əyintilidir. Uzunluğu 200 metrə yaxın olan körpünün eni 4,5 metr, ən iri 
tağ  aĢırımı  10  metrdən  çox,  çay  səthindən  ən  böyük  hündürlüyü  təqribən  10 
metrdir.  Körpünün  üst  səthi  yanlara  doğru  yüngül  eniĢli  olduğundan  onun  həcmi 
mövcud relyeflə tam uyarlıqdadır.  
Böyük  körpüdə  dalğaqıranlar  yaxĢı  yonulmuĢ  daĢlardan  hörülmüĢdür. 
MüĢahidələr  göstərir  ki,  körpünün  15  aĢırımının  bütün  tağları  müsəlman  dövrü 
memarlığı  üçün  səciyyəvi  olan  sivri  formadadır  və  tağların  arxivoltları  da  ilk 
dövrdə  daĢdan  yığılmıĢdı.  Körpünün  qalan  bütün  kütləsi  isə  yonulmamıĢ  çay 
daĢından tikilmiĢdir. Üst keçid hissəsində körpü məhəccərləri biĢmiĢ kərpicdəndir. 
Tikinti  materiallarının  faktura  və  rəng uyarlığı böyük Xudafərin  körpüsünə  aydın 
və tektonik quruluĢ və özümlü bədii görkəm vermiĢdir. 
OnbeĢaĢırımlı körpü bu gün də iĢlək durumdadır. Ancaq dəfələrlə dağıntıya 
uğrayıb  təhrif  edilmiĢ  bu  qədim  abidənin  üzərində  sonrakı  dövrlərin  təmir  və 
yenidən qurma iĢlərinin izləri qabarıq görünməkdədir. Bu körpü, görünür, son dəfə 
Qacarlar dövründə - Azərbaycanın Ģimal hissəsində xanlıqların yaranması zamanı 
çox ciddi dağıntıya məruz qalmıĢdır. Tarixçi A.Bakıxanovun yazdığına görə “Ağa 
Məhəmməd  Ģah  Qacar  1795-ci  ildə  Qarabağı  fəth  etmək  istəyəndə  qarabağlı 
Ġbrahim  xanın  uçurtduğu  Xudafərin  körpüsünün  tikintisini  bərpa  etdi”.  Ġran 
tarixçisi  Z.Mənsuri  də  təsdiq  edir  ki,  Qarabağ  xanı  Ġbrahim  Xəlil  CavanĢir 
gözlənilən hücum zamanı Ağa Məhəmməd Ģah Qacarın ordusunun qarĢısını almaq 
məqsədilə  böyük  Xudafərin  körpüsünü  dağıtmıĢdır.  Müəllif  bu  hadisəylə  bağlı 
bunları da bildirmiĢdir: “ġah Xudafərin körpüsü yaxınlığında Zövrəqli (?) bir yeni 
körpünün tikilməsini və eyni zamanda dağıdılmıĢ körpünün təmir olunmasını əmr 
etdi.  CavanĢirin  adamları  körpünün  dayaqlarını  dağıda  bilmədiklərindən  yalnız 


96 
 
tağlarını  uçurtmuĢdular.  ġah  həmin  körpülərin  yenidən  ən  keyfiyyətli  tikinti 
materialları  ilə  inĢa  edilməsi  barədə  göstəriĢ  verdi”.  Xudafərin  körpüləri  1797-ci 
ildə - Ağa Məhəmməd Ģahın Qafqaza ikinci hərbi yürüĢündən öncə də dağıdılmıĢdı. 
OnbeĢaĢırımlı Xudafərin körpüsünün bu günkü vəziyyəti tarixçilərin məlumatlarını 
təsdiq  edir.  Belə  ki,  körpünün  yenidən  qurulan  tağlarında  arxivoltların  uçurulmuĢ 
üst hissələri biĢmiĢ kərpicdən yığılmıĢdır. Tağlararası hissələrdə də həmin dövrün 
təmir  iĢləri  kərpicdən  aparılmıĢdır  və  bu  yenidənqurma  iĢləri  körpünün  qədim 
hissələrindən aydın seçilir. 
Böyük  Xudafərin  körpüsündən  750  metr  qərbdə  yerləĢən  onbiraĢırımlı 
körpü  bütünlüklə  daĢdan  ucaldılmıĢ  və  yaxĢı  yonulmuĢ  əhəng    daĢları  ilə 
üzlənmiĢdir. AraĢdırıcılar (Ə.Salamzadə, K.Məmmədzadə və b.) bu körpünün XIII 
yüzilin sonlarında – Elxanilərin hakimiyyəti illərində antik körpü qalıqları üzərində 
yenidən tikildiyi fikrini irəli sürmüĢlər. Ancaq Elxani dövrü tarixçisi XIV əsrin 40-
cı  illərinəcən  baĢ  vermiĢ  mühüm  hadisələri  təsvir  etmiĢ  Həmdullah  Qəzvini 
Xudafərin  körpüsünün  VII  əsrdə  inĢa  edildiyini  vurğuladığı  halda,  Xudafərin 
keçidində  elxanilərin  hər  hansı  baĢqa  bir  körpü  tikdirmələri  haqqında  məlumat 
verməmiĢdir. 
Üç orta tağ aĢırımı salamat qalmıĢ onbiraĢırımlı körpünün bütün yan tağları 
dağıldığından el arasında onu “Sınıq körpü” də adlandırırlar. Onun uzunluğu 130 
metrə  yaxın, eni 6  metr, çay  səthindən  hündürlüyü 12  metrdir. Salamat qalmıĢ  üç 
tağ  aĢırımlarından  yalnız  orta  tağda  sivrilik  hiss  olunur.  Yan  tağların  forması 
yarımdairəyə  yaxındır.  Güclü  sahil  dayaqları,  uçuq  tağların  sudan  çıxan  əsasları 
ilkin halında bu körpünün antik abidələr kimi çox möhtəĢəm olduğuna Ģahidlik edir. 
OnbiraĢırımlı körpü də iki sahil arasında gediĢ-gəliĢin qarĢısını almaq məqsədi ilə 
uçurulmuĢ,  ancaq  böyük  körpü  kimi  bərpa  edilməmiĢdir.  AĢırımların  sayının  və 
uzunluğunun  az  olmasına  baxmayaraq  tikinti  materialı  və  memarlıq  biçimlərinə 
görə  Sınıq  körpü  antik  abidələr  kimi  uçuq  halında  da  daha  monumental  təsir 
bağıĢlayır.  1974-cü  ilin  tədqiqat  iĢləri  zamanı  hörgüsündə  oyma  naxıĢlı  dairəvi 
xonçanın  aĢkar  edilməsi  körpünün  bədii  tərtibatına  da  xüsusi  diqqət  ayrıldığının  
göstəricisidir.  
Hər  iki  körpünün  konstruktiv  sistemi  tikildikləri  dövr  üçün  ənənəvidir  – 
aĢırımların  əyrixətli  tağbəndləri  ağır  həcmli  dalğaqıran  və  möhkəm  dayaqlar 
üzərində  ucaldılıb.  Olduqca  etibarlı  olan  bu  sistem  nəticəsində  körpülər  yüzillər 
boyu  onların  üstündən  keçən  böyük  insan  kütlələrinin  və  süvari  dəstələrinin 
yaratdığı arasıkəsilməz titrəmələrə dözə bilmiĢdir. 
Dayanıqlı  konstruktiv-mühəndis  həlli  ilə  yanaĢı  Xudafərin  körpülərinin 
kifayət qədər təsirli bədii-estetik ifadəliliyi də vardır. Memarların böyük ustalığı bu 
utilitar  qurğuları  monumental  memarlıq  əsərinə  çevirə  bilmiĢdir.  Xudafərin 
körpülərinin  tarixi  missiyası  uzun  müddət  regionda  yalnız  mühüm  ticarət, 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə