Güney azərbaycan



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə48/58
tarix23.08.2018
ölçüsü1,24 Mb.
#63991
1   ...   44   45   46   47   48   49   50   51   ...   58
    Bu səhifədəki naviqasiya:
  • Birinci

105 
 
hələ  öz  sağlığında  aĢıq  məktəbinə  dastançılıq  ənənələrini  gətirdi.  XVI  əsrin 
sonlarında Təbriz aĢıq məktəbi həmin zəmin üzərində inkiĢaf edib zənginləĢdi. 
Burada  aĢıq  sənəti  həm  musiqi,  peĢəkar  ifaçılıq,  həm  də  dastançılıq 
sahəsində  özünün  yeni  yüksəliĢini  yaĢadı.  Təbriz  məktəbi  peĢəkar  ifaçılıq  və 
improvizatorçuluq institutu kimi qısa tarixi müddətdə Ģöhrətləndi. Bu dövr Təbriz 
məktəbinin  yaradıcılıq  ənənələrində  bir  sıra  yeni  istiqamətlər  özünü  göstərməyə 
baĢladı.  Onlardan  ən  baĢlıcası  aĢıq  Ģeirinin  özündə,  onun  məzmun  mahiyyətində, 
yaradıcılıq ənənələrində və tərənnüm çevrəsində baĢ verən keyfiyyət dəyiĢiklikləri 
idi. 
Onlar  təkcə  Təbriz  aĢıq  Ģeirini  deyil,  ümumilikdə  Azərbaycan  aĢıq  Ģeirini 
yeni  yüksəliĢ  yoluna  çıxardı.    Onu  təriqət  dəyərlərinin  tərənnümü  yönümündən 
əsaslı Ģəkildə uzaqlaĢdırıb peĢəkar ifaçılıq istiqamətinə yönəltdi. XVII əsr aĢıq Ģeiri 
sırf təbiət  və insan gözəlliklərinin tərənnümü ilə əlamətdar oldu. AĢıq dini – islamı 
və  təriqət  dəyərlərindən  uzaqlaĢıb  real  gözəlliklərin,  yüksək  mənəvi-əxlaqi 
görüĢlərin tərənnümçüsünə çevrildi. AĢıq poeziyasında ümumilikdə bütün qabaqcıl 
baxıĢ  və  görüĢlər  azad  sevgi,  insan  hüquqsuzluğu,  sevgili  uğrunda  mübarizənin 
tərənnümü  ətrafında  cəmləĢdi,  cəmiyyətin  aparıcı  dəyərlərini  özündə  əks  etdirdi. 
AĢıq Ģeiri, eləcə də müxtəlif məzmunda yaranan məhəbbət dastanları orta əsrlərdə 
artıq qəhrəmanlıq epik düĢüncəsinin həyata keçirdiyi funksiyaları üzərinə götürdü. 
Cəmiyyətdəki  mövcud  ədalətsizliklərə,  ziddiyyət  və  təzadlara  qarĢı  qılınc 
qəhrəmanlığını  lirik  düĢüncənin  kəsərli  sözü,  qüdrətli  poetik  vüsəti  əvəz  etməyə 
baĢladı.  Cəmiyyətdəki  ədalətsizliklərin  bütün  sistemini  aĢıq  yaradıcılığı  kiçik 
poetik nümunələrdən tutmuĢ iri həcmli məhəbbət dastanlarında açıb göstərdi. Orta 
əsrin milli-məiĢət həyatından baĢlamıĢ, ictimai-siyasi əhvalı, idarəçilik, dövlətçilik 
ənənələri  orta  əsr  aĢıq  yaradıcılığında  özünü  göstərməyə  baĢladı.  Elə  həmin 
qaynaqlarda idarəçiliyin sökülüb-dağılması, sinfi ziddiyyətlərin kəskinləĢməsi, orta 
əsr  azərbaycanlısının  həqiqi  vəziyyətinin  tərənnümü  özünü  göstərdi.  Qabaqcıl 
baxıĢlar, ədalətsizliklərə etiraz, ən nəhayət isə poetik nümunələrdə, xüsusilə dastan 
yaradıcılığında  xalq  içərisindən  çıxmıĢ  lirik  təbli  sənətkarların,  haqq  aĢiqlərinin 
idarəçiliyin 
ayrı-ayrı  nüfuzlu  adamları  ilə  qarĢılaĢdırılmasında  xalqın 
nümayəndələrinə  üstünlük  verilməsi  aĢıq  yaradıcılığında  mühüm  keyfiyyət 
dəyiĢiklikləri yaratdı. Xalq öz həqiqi vəziyyətinin əksini aĢıq Ģeirində tapdıqca, ona 
daha da  yaxınlaĢır, istəyirdi ki, cəmiyyətdəki əsl vəziyyəti aĢığın dili ilə dünyaya 
car  çəksin.  AĢığın  yaratdığı  bədii  dəyərlərdə  öz  etiraz  səsini  daha  ucadan 
səsləndirsin,  onu  bütün  dünyaya  yaysın.  Bu  aĢıq  yaradıcılığından  milli  intibaha 
gedən  yolun,  eyni  zamanda  aĢıq  poeziyasında  realizmin  baĢlanğıcı,  aĢıq  Ģeirində 
ictimai  məzmunun  ilk  rüĢeymi  idi.  Həyatı  bu  Ģəkildə,  real  cizgilərlə  əks  etdirmək 
“aĢıq  poeziyasının  həm  mündəricəsinin  həyatiliyində,  xalqın  mübarizəsini, 
gündəlik  həyatını,  arzularını  əks  etdirilməsində,  həm  də  lirik  qəhrəmanın  real 


106 
 
psixoloji  cizgilərlə  təsvirində,  poetik  formasının  xalqa  yaxın  olmasında  özünü 
göstərmiĢdir”  (M.İbrahimov, Göstərilən əsəri, s.13). 
XVII  əsrin  aĢıq  poeziyası  üçün  ənənəvi  yaradıcılıq  Ģifahi  poeziyadakı  bir 
sıra  təriqət  görüĢlərini  süzgəcdən  keçirib  cilaladı.  AĢıq  yaradıcılığının  ozançılıq 
zəminində  formalaĢan  ənənələrini  qəti  Ģəkildə  yekunlaĢdırdı.  Bütün  bu  kimi 
dəyərləri  özündə  əks  etdirən  sənətkarlardan  biri  də  AĢıq  Abdulla  –  Sarı  AĢıq 
(1603-1635) oldu. 
Sarı  AĢıq  ilk  gənclik  illərinə  qədər  Təbriz  aĢıq  məktəbinin  sazlı-sözlü 
Qaradağ mühitində yaĢamıĢ, uğursuz butasının arxasınca Qarabağa gəlmiĢ və əbədi 
bu torpaqda uyumalı olmuĢdur. Amma buna baxmayaraq, Sarı AĢığı heç cür Təbriz 
aĢıq məktəbindən qoparıb Göyçə məktəbinin Qaradağ mühitinə bağlamaq mümkün 
deyildir. Ona görə ki, yuxarıda qeyd edildiyi kimi, aĢıq Qaradağ mühitində boya-
baĢa  çatmıĢ,  butalanmıĢ,  qırx  gün  “YaxĢı”  deyib  çalıb  –  çağırdıqdan  sonra 
butasının arxasınca Qarabağa yola düĢmüĢdür... 
Sarı AĢıq dövrünün ustad sənətkarı kimi Əzizi, Əmani bayatısını həm forma, 
həm  də  məzmun  cəhətdən  zənginləĢdirmiĢdir.  Ondan  sonra  da  bayatı  yaradıcılığı 
davam  etmiĢ,  onun  yaratdığı  nümunələrin  böyük  qismi  zəngin  bayatı  nəhrində 
üslubunu,  məzmununu,  deyim  tərzini  dəyiĢib  baĢqalaĢmıĢ,  el  variantları  ilə 
qaynayıb  qarıĢmıĢdır.  Ona  görə  də  bu  gün  yaradıcılıqda  Sarı  AĢığın  bayatılarını 
seçib  ayırmaq  dürüstləĢdirmək  mümkün  deyildir.  Onların  bir  çoxu  Ģifahi  nitqdə 
yeddi-səkkizinci repertuar həyatını yaĢayır. Bütün bu nümunələr, xüsusilə sonuncu 
yüzillikdə  ilkinlik  deyim  formasından  qopub  Sarı  AĢıq  faciəsinin  baĢ  verdiyi 
coğrafi ərazinin adı ilə bağlanmıĢdır. AĢığın “YaxĢı-Yaman” (Məhəbbət dastanları, 
Bakı,  1977,  s.125-147) dastanı  da  elə  bu  mərhələdə  meydana  gəlmiĢ,  XVII  əsrin 
aĢıq  repertuarına  daxil  olmuĢdur.  Sarı  AĢığın  yaradıcılığı  sonrakı  mərhələdə  də 
sürətlə xalq qaynaqları ilə qaynayıb qarıĢmıĢdır. Ona görə də bu gün aĢığa məxsus 
nümunələri  seçib  qorumaq  və  xalqın  həyatı  yaradıcılığından  fərqləndirmək  çox 
vacibdir.  
Sarı  AĢığın  bayatı  yaradıcılığı  üç  mərhələdə  yaranmıĢ  və  aĢığın  həyatının 
müxtəlif dövrlərinin mərhələlərini əks etdirir. Birinci  mərhələ  -   AĢığa YaxĢının 
buta verilməsi, onun butasının arxasınca gəlmə və onu tapması dövrünü əhatə edir. 
Ġkinci  mərhələ  YaxĢını  tapıb  onunla  seviĢdiyi,  üçüncü  mərhələ  isə  YaxĢının 
vəfatından sonrakı dövrdür.  
ġəxsi  həyatındakı uğursuz  sevgidən doğan kədər  Abdulla  Qaradağlını Sarı 
AĢığa,  söz  qoĢub  saz  çalan  sənətkardan  haqq  aĢığına,  böyük  bayatı  ustasına 
çevirmiĢdir.  AĢıq  Abdulla  XVII  əsr  Təbriz  məktəbinin  müxtəlif  xalq  Ģeiri 
Ģəkillərində söz qoĢan sənətkarı kimi tanınmıĢdır. Onun bir sıra qoĢma, gəraylı və 
təcnisləri də xalq arasında yayılmıĢdır. Onların bir çox seçmə nümunələrini vaxtilə 
Salman Mumtaz çap etmiĢdir (S.Mumtaz. El şairləri, Bakı, 1935, səh.137-147). Bu 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə