Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə390/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   386   387   388   389   390   391   392   393   ...   402

 

829 


müxtəlif  dekonstruktivistlər  tərəfindən  müxtəlif  cür  başa  düşülür. 

Amma  onların hamısını  müəyyən  ümumi  xüsusiyyətlər  birləşdirir ki, 

həmin  bu  xüsusiyyətlər  başqa  amillərlə  yanaşı,  onları  Qadamer 

istiqamətə, onun üçün çıxış nöqtəsini təşkil edən ənənəyə münasibətdə 

hörməti  (tənqid  qarışıq  hörməti)  qarşı  qoyur.  Əgər  Qadamerin 

"sələfləri"  Şleyermaxerə  və  Dilteyə  oxşar  hermenevtlər  idisə, 

dekonstruktivistlər üçün onların rolunda Nitşe və Freyd çıxış edirlər.  

"Radikal"  və  "konservativ"  hermenevtik  proqramların  aşkar 

əksliyinə  baxmayaraq,  onların  hər  ikisi  "müasirliyə"  (modernity) 

tənqidi olaraq yanaşır. Lakin Qadamer humanist özünüformalaşdırma 

(Bildung, formation) konsepsiyasını dəstəkləyərək, müasir cəmiyyətin 

mədəni  tənəzzülünə  qarşı  xüsusən  tənqididir.  Dekonstruktivistlər 

əksinə  olaraq,  rasionalizmin  ilk  növbədə  o  tipinə  qarşı  tənqidi 

münasibətdədirlər  ki,  onu  müasir  cəmiyyətin  özündə  deyil  və 

əsaslarında  tapırlar.  Onlar  çox  vaxt  rasionalizmi  məsələn,  təlim 

(disciplining)  və  homogenizasiya  (homogenization)  formasında 

meydana çıxan gizli və zülmkar qüvvə kimi şərh edirlər.  

İyirminci  illərdə  Qadamer  Haydeggerin  baxışları  ilə  tanış 

olmuş  və  onun  mətnlərə  verdiyi  fəlsəfi  şərhdən  xüsusən 

ilhamlanmışdır.  Qadamer  daha  erkən  tədqiqatçılar  tərəfindən  təklif 

olunan  mətnləri  sistematik  olaraq  yenidən  mənalandırmışdır.  O, 

Haydeggerin ideyalarını tarixi-fəlsəfi mətnlərin yaradıcı şərhi yolu ilə 

inkişaf  etdirmişdir,  bu  şərhin  işlənib  hazırlanması  isə  onun  öz 

proqramı  oldu.  Onun  hermenevtik  fəlsəfəsi  əsasən,  “Həqiqət  və 



metod” (Wahrheit und Methode, 1960) əsərində təsvir olunmuşdur.  

Qadamer  hermenevt  olaraq,  öz  ilhamını  Şleyermaxerdən  və 

Dilteydən  götürmüşdü  (bax.  Fəsil  19).  Şleyermaxer  vurğulayırdı  ki, 

hermenevtika  mətnin  şərhi  olaraq  mətndən  müəllifə  və  onun  həyati 

yoluna doğru yönəlməlidir. Beləliklə, mətnin spesifik hissəsini yalnız 

müəllifin bütün əsərləri küllüyatının işığında deyil, həm də onun şəxsi 

və  intellektual  həyatının,  həmçinin,  onun  həyati  layihəsinin  işığında 

anlamağa  səy  etmək  zəruridir.  Elə  buna  görə  də,  hermenevtik  dairə 

adlandırılan şey - yalnız mətndə hissənin və bütövün əlaqəsi məsələsi 

deyildir.  Mətnin  anlaşılması  yalnız  mətnin  bir  hissəsini  mətnin  bir 

bütöv  olaraq  əsasında  anlamaq  səylərinin  və  hissələrin  əsasında 

bütövü  anlamaq  səylərinin  spiralı  deyildir.  Mətnin  anlaşılması 

hermenevtik dairəyə çevrilir ki, burada da müəllifin həyatı xüsusi yer 

tutur,  özü  də  yaxşı  olardı  ki,  müəllif  həyatı  onun  "həyati  layihəsi" 

şəklində,  bir  bütöv  olaraq  bərpa  olunsun.  Amma  bu,  o  deməkdir  ki, 

mətnin  şərhi  əhəmiyyətli  dərəcədə  psixoloji  (və  ya  tarixi)  layihəyə 

çevrilir. Qadamer bu halda bir sıra qeyd-şərtləri irəli sürür.  



 

830 


Əlbəttə ki, o, mətnin əsasını formalaşdıran bir çox psixoloji və 

tarixi faktların var olduğunu inkar etmir. Amma Qadamer vurğulayır 

ki, mətn hər halda, bilavasitə və ya vasitəli olaraq nəyisə deyir, təsdiq 

edir  və  ya  fikir  yürüdür  və  əgər  biz  mətni  bir  mətn  olaraq  anlamaq 

istəyiriksə,  onda  mətnə  immanent  olan  bu  müddəaları  ciddi  olaraq 

nəzərdən  keçirməliyik.  Mətnin  anlaşılması  deməli  ki,  mətnin  təsdiq 

etdiyini  başa düşmə məsələsidir.  Beləliklə,  mətnin mənasının  anlamı 

mətnin həqiqilik iddialarının anlamı ilə birgədir.  

Əlbəttə, istisna deyildir ki, mətndə verilən məlumat zarafat da 

ola  bilər.  Deməli,  aydınlaşdırmaq  vacibdir  ki,  mətndə  hansı  növdən 

olan  mülahizələr irəli  sürülür.  Həmçinin,  o  da, mümkündür  ki,  mətn 

ümumiyyətlə,  heç  bir  mənanı  özünə  ehtiva  etmir  -  mətnin  müəllifi 

məsələn,  ağılsız  oldmuşdur.  Belə  hallarda  bizim  yanaşma 

metodumuzu  dəyişdirmək  və  hər  şeydən  öncə,  psixoloji  səbəbləri 

axtarmaq  zəruridir.  Amma  Qadamerə  görə,  bu  situasiyalar  mətnin 

nümunəvi  şərhinin  standartları  deyildir.  Adətən  biz  mətnin  nəyi 

dediyini, nəyi təsdiq etdiyini anlamağa səy edirik.  

Mətnə baş vurma, deməli ki, başqa insanın intellektual həyatına 

baş vurma məsələsi deyildir, mətnin mənasına baş vurma məsələsidir. 

Bu  halda  mətnin  mənası  mətnin  irəli  sürdüyü  "həqiqilik 

iddialarındadır" (Wahrheitsansprache). Mətni anlamaq üçün, biz onun 

həqiqətə 

yönələn 

iddialarının 

əsaslandırılmış 

olduğunu 

qiymətləndirməyə  aktiv  olaraq  səy  etməliyik.  Bu,  əlbəttə,  o  demək 

deyildir  ki,  biz  mətndə  deyilənlərlə  razılaşmalıyıq,  amma  bu  planda 

tam neytralitet də mümkün deyildir

470


.  

Əgər biz mətni anlamalıyıqsa, biz deyilənlərdən savayı, mətnin 

mənalandırılmasına  istiqamətli  bazis  yönümünə  və  onun  tərəfindən 

irəli sürülən həqiqilik iddialarına münasibətdə onun ziddiyyətsizliyinə 

malik olmalıyıq. Burada Qadamer deyir ki, biz özümüzün mətni "başa 

düşmədən əvvəlki vəziyyətimizdə" onun "mükəmməlliyini" (Vorgriff 

der Vollkom-menheit) güman edirik

471


.  

                                                



470

 O  zaman  ki,  söhbət  Qadamerin  mətnə  ilhaq  edilmiş  "həqiqilik  iddiaları" 

tezisi barədə gedir, biz Habermasın o barədə tezisini göstərə bilərik ki, bütün 

"nitq aktları" ümumi əhəmiyyətə malik olma iddiasını" irəli sürürlər. Bu halda 

qeyd  etməyə  dəyər  ki,  Habermas  bu  tezisi  hər  şeydən  öncə,  fərdlər  arasında 

qarşılıqlı  təsir kim  "nitq  aktlarına"  və  yalnız  dolayısı  olaraq  mətnlərə tətbiq 

edir.  

471

 Derridaya və Fukoya oxşar dekonstruktivistlər burada əksinə olaraq, təkid 

edirdilər  ki,  biz  "şübhənin  hermenevtikasından"  istifadə  etməliyik  və  mətnin 

daxilində ziddiyyətli və konfliktli axtarıb-tapmalıyıq.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   386   387   388   389   390   391   392   393   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə