Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə2/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   2   3   4   5   6   7   8   9   ...   402
    Bu səhifədəki naviqasiya:
  • (Yeri

 

determinist elmin təşəkkül prosesi kimi yarandı. Determinist düşüncə 



tərzini  özündə  daşıyan  insanlar  həm  yuxarıda  göstərilən  və  dünya 

antikşünaslığı  tərəfindən  bir  fakt  olaraq  artıq  çoxdan  qəbul  edilən 

mənada antik fəlsəfəyə, həm də antik elmə başlanğıc verdilər. Heç də 

təsadüfi  deyildir  ki,  ilk  yunan  filosofları  eyni  zamanda  astronom  və 

riyaziyyatçı idilər. 

Determinist elm utilitarist praktika ilə sıx bağlı idi. 

“Zəkioğlu”  nəşriyyatının  Skirbekk  və  Gilyenin  Fəlsəfə 

tarixindən  bir  qədər  əvvəl  Azərbaycan  oxucusunun  mühakiməsinə 

verdiyi  Böyük  filosofların  hekayətləri  əsərinin  müəllifi  Dürant  (Yeri 



gəlmişkən,  qeyd  edək  ki,  hər  iki  əsərin  doğma  dilimizə  tərcüməsi 

tərəfimizdən  elə  bu  nəşriyyatın  sifarişi  ilə  edilmişdir  və  sifarişlərin 

sayı  dünya  fəlsəfəsinin  ən  görkəmli  simaları  hesabına 

genişlənməkdədir.  Fürsətdən  istifadə  edib  nəşriyyata  uğurlar 

arzulamaqla  onun  Vətən  naminə  çox  dəyərli  bir  iş  gördüyünü 

xüsusi  vurğulamaq  istəyirəm)  bununla  bağlı  bir  cəhəti  də 

özünəməxsus  şəkildə  sezmişdi  ki,  riyaziyyat  mübadilənin 

mürəkkəbliyinin  artımı,  astronomiya  isə  gəmi  səyahətləri  məkanının 

genişlənməsi ılə yaranır və öz təşəkkülünü tapır

1



Skirbekk  və  Gilye  də  antik  fəlsəfənin  yaranışını  şəhərlərin, 



daha doğrusu, şəhər-dövlətlərin, polislərin yaranışı ilə bağlayır

2



Qədim  yunan  şəhərlərinin  formalaşması  və  çiçəklənməsi 

şəraitində  meydana  çıxan  dünyəvi  elm  şəhərli  üçün  səciyyəvi  olan 



determinist  instinktin,  «hər  kəs  xidmətlərinin  müqabilində  və 

xidmətlərinin 

ölçüsündə 

mükafatlandırılmalı, 

qəbahətlərinin 

müqabilində  və  qəbahətlərinin  ölçüsündə  isə  cəzalandırılmalıdır» 

instinktinin  rasionallaşdırılmasından  doğan  nəticədir.  Bu  instinkt 



həyati  materializm  prinsipi  ilə,  yəni  maddi  sərvətlərin  mənəvi 

sərvətlər  üzərində  üstünlüyü  inamı  ilə  sıx  bağlıdır.  Belə  ki,  şəhərli 

tərəfindən  həyata  keçirilən  əməl  bir  qayda  olaraq  mükafatlanma 

xatirinə  edilir  və  nəticə  etibarı  ilə  varlanmaya  xidmət  edir.  Görünür, 

elə  buna  görə  də  determinist  şəhərli  instinkti  özünün  nəzəri  ifadəsini 

təkcə  antik  elmdə  deyil,  həm  də  deterministik  fəlsəfənin  materialist 

xarakterində  də  tapırdı.  İlk  yunan  filosofları  tacir  mənşəli  olmaqla, 

təkcə determinist deyildilər, həm də materialist idilər, maddi dünyanın 

ilkinliyindən  çıxış  etməklə,  şeylərin  son  və  dəyişməz  əşyavi  əsasını 

axtarırdılar. Bu axtarışın məntiqi sonluğu isə atomizm idi. Levkipp və 

Demokrit tərəfindən yaradılan və Epikür tərəfindən geniş təsvir edilən 

                                                

1

 Dürant W. The Story of Philosophy. The lives and Opinions of Greater phi-

losophers. N. Y, 1933, p. 6 

2

 İndiki nəşr, s. 122.  



 

atomizm  təliminin  təşəkkül  prosesi  Fales-Anaksimandr-Anaksimen-



Pifaqor-Empedokl-Levkipp-Demokrit xətti  üzrə  baş  vermişdir.  Bu  da 

haqlarında yuxarıda bəhs etdiyimiz həmin adların bir hissəsi. İndi isə 

bu adların arxasında dayanan fikirləri nəzərdən keçirək. 

Qədim  yunan  fəlsəfəsinin  ilk nümayəndəsi hesab  edilən  Fales 

mifik  təfəkkürün  inkarı,  determinist  təfəkkürün  təsdiqi  və  materialist 

dünyagörüşün rasionallaşdırılması sahəsində Yunanıstanda ilk addımı 

atdı.  Lakin  onun  konsepsiyası  mifik  elementləri  də  özündə  saxladığı 

üçün  ziddiyyətlidir.  Fales  bir  tərəfdən  təsdiq  edir  ki,  dünyanın 

mahiyyətində maddi başlanğıc dayanır. O, hətta bu başlanğıcın özünü 

su  ilə  eyniləşdirərək  konkretləşdirir  də.  Digər  tərəfdən,  o  təsdiq  edir 

ki,  dünyada  hər  şey  canlıdır,  “əgər  maqnitin  ruhu  olmasaydı  dəmiri 

özünə çəkərdimi?!”- ritorik sualını verir. 

Materialist  determinizmlə  mifik  hilozoizmin  elementlərini  öz 

fəlsəfəsində  ziddiyyətli  bir  şəkildə  birləşdirən  Falesin  materializm  və 

mif arasında keçirdiyi tərəddüd onun ardıcılı olan Anaksimandrda daha 

da  dərinləşir.  Maraqlıdır  ki,  Anaksimandr  determinizmdən  daha  çox 

hilozoizmə maraq göstərir və buna görə də, Falesdən fərqli olaraq onun 

fəlsəfi  mühakimələrində  materializmin  əsaslarından  daha  çox  mifin 

əsasları  rasionallaşdırılır.  Bütün  mövcudluğun  zəminində  maddi 

başlanğıcın durduğuna Falesin inamı güclü idi. Anaksimandr isə fəlsəfi 

inam  sahibi  olmaqla  dünyanın  substansiyasında  hansısa  başlanğıcın 

durduğuna inansa da arxe adlandırdığı bu başlanğıcın maddiliyinə bir o 

qədər  də  əmin  deyildi.  Anaksimandr  bu  başlanğıcın  əbədi  və  qeyri-

məhdud olduğunu, hər şeyin bu başlanğıcdan idarə olunduğunu güman 

edir  və  onu,  hətta  ilahi  təbiətli  də  adlandırır.  Arxe  dünyanın  ilkin 

maddəsidirmi, yoxsa dünya ruhdurmu? Anaksimandr bu suala birdəfəlik 

və birmənalı cavab verməyə çətinlik çəkir. Lakin Anaksimandrın bütün 

intellektual axtarışlarının əsasını təşkil edən bu sual onun arxe ilə bağlı 

təsəvvür  və  mühakimələrini  daha  da  dərinləşdirsə  də,  onu  dönə-dönə 

həll

 

edilməz  ziddiyyətlər  burulğanına  atır.  Anaksimandr  bir  tərəfdən 



güman  edir  ki,  arxe  passiv,  amorf  qeyri-müəyyən,  dünyanın  bütün 

forma və imkanlarını öz içərisində qoruyub saxlayan olmaqla maddidir. 

Lakin  Anaksimandr,  digər  tərəfdən,  dünyanın  dövri

 

olaraq  xaos 



halından  kosmos  halına,  kosmos  halından  isə  xaos  halına  qayıtması 

haqqında  kosmosentrik  ideyanı  da  qəbul  edir.  Mifik  kosmosentrizmin 

xaosa aid etdiyi, demək olar ki, bütün cəhətlər Anaksimandrın mütləqlik 

statusu verdiyi arxedə də vardır. Mifologiyanın bizə təqdim etdiyi xaos 

əslində  maddiliyin  daşıyıcısıdır.  Əgər  Anaksimandr  tərəfindən  arxeyə 

verilmiş  xarakteristika  yuxarıda  sadalanan  passivlik,  amorfluq,  qeyri-

müəyyənlik, dünyanın bütün forma və imkanlarını öz içərisində saxlama 

əlamətləri  ilə  məhdudlaşsaydı,  onda  Anaksimandrın  özü  materialist 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə