Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə7/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   2   3   4   5   6   7   8   9   10   ...   402

 

16 


Yeni dövrün  maarifçiləri  tərəfindən  müzakirə  olunan  elə  bir  problem 

yoxdur  ki,  həmin  problem  sofistika  daxilində  müzakirə  edilməmiş 

olsun.  Amma  bu  dövrün  intellektual  özünüdərkində  əslində  bir 

dramatizm də yaşayırdı. Təfəkkür üslubu əsasən rasionalist xarakterli 

olan  bu  dövrdə  həmin  bu  dramatizmi  əsasən  Sofokl  ifadə  edirdi, 

Sofokl  bir  tərəfdən  bir  rasionalist  olaraq  etiraf  edirdi  ki,  insan 

qüdrətinin mənbəyi onun dərrakəsi, zəkasıdır. Sofokl vurğulaüırdı ki, 

dünya  qüdrətlilərlə  dolu  olsa  da,  dünyada  insandan  qüdrətli  heç  nə 

yoxdur.  Lakin,  digər  tərəfdən,  o,  dünyanın,  həm  də  irrasional 

başlanğıc tərəfindən də idarə olunduğunu etiraf edirdi. Edipin faciəsi 

görünür,  rasionalizm  və  irrasionalizm  arasındakı  bu  ziddiyyətdə  idi. 

Sofistlər  isə  həmin  bu  ziddiyyətə  bir  o  qədər  də  əhəmiyyət 

vermirdilər. Sofistlər cəmiyyəti hakimiyyətdən xilas etmək istəyirdilər 

və  özlərinin  bu  istəklərində  müasir  demokratik  liberalizmdən  daha 

radikal idilər. Qorgi: «İnsanlar üçün qanunun özü insan təbiətinə zidd 

olan bir tirandır», - deyirdi. 

Sofistlər  digər  tərəfdən  əməklərin  müqabilində  əmək  haqqı 

almaqla  intellektual  fəaliyyəti  muzdlu  əməyin  bir  formasına 

çevirmişdilər, öz fəaliyyətlərini əslində iqtisadi determinizm prinsipi – 

«əmək  -  əmək  haqqı»  sxemi  üzərində  qururdular.  Özlərinin  təhsil 

verməklə  ifadə  olunan  «zəhmət»lərinin  müqabilində  «zəhmət  haqqı» 

almaqla onlar demos üçün səciyyəvi olan determinist iqtisadi fəaliyyət 

prinsiplərini elmə gətirdilər. Alim sofistləşənə qədər elmin fanatiki idi, 

sofistləşərək  isə  zəhmətkeş  ziyalıya  çevrildi.  Əməl  və  əvəz  arasında 

münasibətlərin  birmənalılaşdırılmasından  çıxış  edən  sofistlər  əslində 

həyatda  da  determinist  idilər  və  praktik həyatda  determinist  olmaqla, 

həyati materializmə meylli idilər. 

Determinizm  və  materializm  şəhərli  dünyagörüşünün  şübhəsiz 

ki,  mühüm  cəhətləridir.  Lakin  nə  determinizm,  nə  də  materializm 

şəhərli fəaliyyətinin sözün tam mənasında məqsədini deyil, yalnız üsul 

və  vasitələrini  ifadə  edir.  Şəhərli  fəaliyyətinin  məqsədi  öz  ifadəsini 

daha  çox  hedonizmdə  tapır.  Şəhər  mədəniyyəti,  ümumiyyətlə,  hissi 

həzzlərə  xüsusən  meylli  olduğundan  Aristippin  və  onun  tərəfindən 

əsası  qoyulmuş  Kirena  məktəbinin  hedonistik  nəzəriyyəsi  şəhərli 

dünyaduyumunun  ən  səciyyəvi  təsvirlərindən  biri  oldu.  Əgər 

şəhərlinin dünyadan daha çox həzz alma və ağrılardan daha çox xilas 

olma istəyi onun fəaliyyətinin məqsədini təşkil edirsə, determinizm bu 

məqsədin  həyata  keçməsi  üçün  ümumi  sxemi  verir  və  həmin  sxemi 

materiya  vasitəsi  ilə  gerçəkləşdirir.  Hedonizm  determinizmin, 

determinizm isə materializmi doğurur. 

Lakin  hedonizmin,  determinizmin  və  materializmin  ontoloji 

əsasları və qnoseoloji prinsipləri nə sofistlər, nə də Aristipp tərəfindən 




 

17 


deyil,  onlardan  sonra  Demokrit,  Aristotel  və  Epikür  tərəfindən 

müəyyənləşdirildi.  Determinizmin  və  materializmin  ontoloji  əsasları 

biz  yalnız  Levkipp-Demokrit  atomistikasında,  qnoseoloji  və  idraki 

prinsiplərini  isə  Aristotel  fəlsəfəsində  tapırıq.  Lakin  bu,  sonra  baş 

verəcəkdir.  Determinizmin  və  materializmin  ontoloji,  qnoseoloji  və 

idraki prinsiplərinə Levkipp-Demokrit və Aristotel tərəfindən verilmiş 

səciyyələrin  təqdimatından  öncə  sofistikanın  özünün  təqdimatını 

tamamlayaq.  Sofistika  determinizmi  və  materializmi  fəlsəfi  əsaslar 

olmadan,  artıq  qeyd  edildiyi  kimi,  əsasən  Empedoklun  ziddiyyətli 

fəlsəfəsi zəminində təqdim edirdi. 

Sofistika  Empedokldan  onun  yalnız  materializmini  götürdü, 

kosmosentrizm  ona  əsasən  yad  idi.  Sofistlər  Dünya  Ruhunun 

mövcudluğuna  inanmırdılar,  dünyanı  gözəlləşdirən  və  nizama  salan 

varlıq haqqındakı təsəvvürləri mövhumat hesab edirdilər. Sofistikanın 

çiçəkləndiyi dövrdə, həmçinin dünyəvi elmin də ontoloji əsasları hələ 

ki, 


qəti 

olaraq 


müəyyənləşdirilmədiyindən  sofistlər  üçün, 

ümumiyyətlə, kosmoloji problematikaya biganəlik səciyyəvi idi. Eyni 

zamanda,  bu  tarixi anda  determinizmin  ontoloji  əsaslarından  doğmalı 

olan  qnoseoloji  prinsiplər  də  təbii  olaraq  hələ  ki  işlənib 

hazırlanmamışdı.  Sofistika  elə  buna  görə  də  bütün  insan  biliklərinin 

nisbi  xarakter  daşıdığını  qəbul  edirdi.  Hər  cür  biliyin  nisbi  xarakter 

daşıması  haqqında  sofist  konsepsiyanın  üç  əsas  müddəası  Qorgi 

tərəfindən  verilmişdir.  Onun  Mövcud  olmayan,  Təbiət  haqqında  adlı 

əsərində  oxuyuruq:  «Birincisi, heç nə mövcud  deyildir,  ikincisi,  əgər 

nə isə mövcuddursa, o, insan üçün dərkedilməzdir. Üçüncüsü, əgər o, 

dərk olunandırsa, onu ifadə etmək mümkün deyildir

4

. Yeri gəlmişkən, 



onu  da  qeyd  edək  ki,  Qorginin  bu  əsərinin  məzmunu  onun  adını 

müəyyənləşdirir. Belə ki, bu ad öz-özlüyündə onun sofist təbiətindən 

xəbər verir. 

Sofistikaya  xas  olan  relyativizm  Protaqorun  «İnsan  hər  şeyin 



ölçüsüdür»  tezisində  özünün  klassik  ifadəsini  tapmışdır.  Əslində, 

sofistika  elə  bu  tezisdən  başlayır.  Belə  ki,  sofistlər  öz  qarşılarına 



istənilən  müddəanın  sübut  oluna  bilməsi  imkanının  nümayiş 

etdirilməsi  vəzifəsini  qoymuşdular.  Onlar  bununla  da  heç  bir  mütləq 

həqiqətin,  ümumiyyətlə,  mümkün  olmaması  zəminindən  çıxış  etmiş 

olurdular. 

Müxtəlif  xalqların  əxlaq  və  davranış  normalarını  müqayisə 

edərkən  sofistlər  belə nəticəyə  gəlirdilər ki,  bu  davranış normalarının 

                                                

4

 Горгий. О несуществующем, или О природе. В кн. : Маковельский А. О. 

Софисты. Вып. 1. Баку, 1940, с. 29.  



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə