Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə4/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   2   3   4   5   6   7   8   9   ...   402

 

10 


kosmosentrik  meylli  determinizmi  onun  həm  də  siyasi  doktrinasının 

əsaslandırılmasına yönəlmişdir. 

Determinizm  prinsipi  zahirən  bir-birinə  az  bənzəyən  və  bəlkə 

də  bir-birinə  tamamilə  əks  olan  iki  siyasi  doktrinanın  əsasını  təşkil 

edir.  Determinizm  prinsipi  üzərində  köklənən  həmin  bu  siyasi 

doktrinalardan  biri  demokratizm,  digəri  isə  despotizmdir.  Müasir 

dünyada  görkəmli  filosof  və  görkəmli  riyaziyyatçı  kimi  tanınan 

Pifaqorun siyasi nəzəriyyəsi, ilk baxışdan nə qədər qəribə səslənsə də, 

despotik  siyasi  doktrinanın  ifadəçisi  idi.  Pifaqor  “Hökmdarın  verdiyi 

əmrlər,  sərəncamlar  mütləq  yerinə  yetirməli,  qanunlarına  mütləq 

riayət  etməlidir,-”  deyirdi.  Pifaqor  təbiətin  izahına  münasibətdə 

determinizm  prinsipinə  söykənsə  də,  hökmdarın  kütlə  içərisindən  və 

kütlə  tərəfindən  seçilməsini  qətiyyən  istəmirdi.  Çünki  adamların  ən 

şərəflisinin  kütlə  tərəfindən  müəyyənləşdirilə  biləcəyinə  inanmırdı. 

Pifaqor  xəbərdar  edirdi:  «Hakimiyyəti  şərəfsiz  bir  insana  vermək 

ağılsızın  əlinə  qılınc  vermək  qədər  təhlükəlidir».  Şərəfli  və  şərəfsiz 

insan  arasındakı  fərq  isə  təxminən  əsl-nəcabətli  ilə,  əsl-nəcabəti 

olmayan arasındakı fərqə bərabər idi. 

Despotizm  şəhər mədəniyyətinin meydana gəldiyi, lakin aparıcı 

olmadığı,  şəhər  mədəniyyətinin  sona  qədər  formalaşmadığı  dövrlər 

üçün səciyyəvidir. Pifaqor məhz belə bir dövrün mütəfəkkiri idi. Onun 

fəlsəfəsi də, siyasi baxışları kimi şəhər mədəniyyətinin təşəkkül dövrünə 

aid  idi.  Əgər  şəhər  mədəniyyətinin  kifayət  qədər  inkişaf  etdiyi  dövrdə 

dövrün  siyasi  özünüdərki  demokratizm  formasını  kəsb  edirdisə,  onun 

təşəkkülü dövründə belə bir siyasi özünüdərk tiranizm idi. Pifaqorun da 

siyasi baxışları dövrün tiranik siyasi praktikası ilə sirli bir şəkildə olmuş 

olsa da sıx bağlı idi. 

Amma  Pifaqor  və  pifaqorçuluq  bəşərin  yaddaşında  siyasi 

tarixin  hadisəsi  olmaqdan  daha  çox,  elm  tarixinin  hadisəsi  olaraq 

qaldı,  lakin  bir  daha  xatırlatmaq  istərdik  ki,  Pifaqor  məktəbində 

deterministik  elm  materialist  fəlsəfədən  ayrılaraq  müstəqilləşdirilsə 

də, materialist fəlsəfənin özü axıra qədər deterministləşdirilmir. 



Qədim  yunan  fəlsəfəsinin  birinci,  determinist  istiqaməti  hələ 

ki,  tamamlanmadığı  bir  şəraitdə  onun  ikinci,  transsendental 



istiqaməti öz təşəkkülünə başlayır. Əgər deterministik fəlsəfi istiqamət 

şəhərli  dünyaduyumunu  rasionallaşdırırdısa,  transsendental  istiqamət 

kəndli  dünyaduyumunu  rasionallaşdırır.  Şəhərli  dünyaduyumu  indi 

olduğu  kimi  elə  onda  da,  əsasən  dünyəvi  xarakterli  idi.  Kəndli 

dünyagörüşü  də,  həmçinin  indi  olduğu  kimi  elə  onda  da  əsasən  dini 

xarakterli  idi.  Qədim  yunan  fəlsəfəsində  transsendental  istiqamət  öz 

həyatını  Ksenofanla  və  onun  şəxsində  tanrının  mifoloji-politeist 

anlaşılmasının monoteist anlaşılmasına qarşı qoyulması ilə və nəhayət, 




 

11 


bu  qarşı  qoyulmanın  monoteizmin  xeyrinə  həll  edilməsi  ilə  başlayır. 

Bəzi 


tarixi 

paralelləri 

aparaq. 

Qədim 


Çində  deterministik 

materializmin  ilk  nəzəriyyəçisi  sifəti  ilə  Mo-tszı  tərəfindən  yerinə 

yetirilən  funksiyaya  bənzər  funksiya  Qədim  Yunanıstanda  Fales 

tərəfindən yerinə yetirildi. 

İlk  yunan  filosofu  Fales  yunan  qəhrəmanlıq  mifologiyasının 

ruhuna müxalif idi. İlk Çin filosofu olan Lao-tszı da uyğun olaraq Çin 

mifologiyasının 

mahiyyətinə 

yad 

idi. 


Lakin 

cəngavərlik 

mifologiyasına  qarşı  determinist  materializmi  qoyan  Falesdən  fərqli 

olaraq 


Lao-tszı 

qəhrəmanlıq 

mifologiyasına 

qarşı 


dini 

transsendentalizmi  qoymuşdu.  Qədim  Çində  Lao-tszının  dini 

transsendentalizmin  banisi  kimi  oynadığı  rolu  Ksenofan  Qədim 

Yunanıstanda oynamışdı. Ümumən məlum olan bir müddəanı bir daha 

xatırladaq  ki,  Ksenofan  qədim  yunan  təfəkkürünün  inkişaf  tarixində 

ilk dəfə olaraq politeist tanrıların varlığını şübhə altına almış, tanrılar 

haqqındakı  ənənəvi  mifoloji  təsəvvürlərin  heç  bir  real  əsasının 

olmadığını  söyləmişdir.  Homer  və  Hesiod  insanların  mənfur  və 

ləyaqətsiz  hesab  etdikləri  əməlləri  tanrılara  aid  etdiklərindən 

Ksenofanda kəskin tənqidə məruz qalırlar. Ksenofan israrla qeyd edir 

ki,  tanrıya  Homerin  və  Hesiodun  poemalarında  rastlaşdığımız  nə 

oğurluq,  nə  xəyanət,  nə  yalan,  nə  hiyləgərlik,  nə  də  haqsızlıq  şamil 

edilə  bilməz,  tanrının  insanlar  kimi  doğulması  və  ömür  sürməsi 

haqqındakı təsəvvürlər  uydurmadır, hər  bir  xalq  özünə  oxşar  yalançı 

tanrıları  uydurur,  həbəşlərin  təsəvvürlərinə  görə  tanrılar  qara  və 

yastıburun,  frakiyalıların  tanrıları isə  kürən  və mavigözlüdürlər,  əgər 

istənilən  başqa  varlıq  da  tanrılara  inansaydı,  o  da  yəqin  ki,  onları 

özünə oxşar şəkildə təsəvvür edərdi. 

Bütün  bu  təsəvvürləri  uydurma  hesab  edən  Ksenofan  onlara 

qarşı  «həqiqi  Tanrı  haqqında  biliyi»  qoyur:  Tanrı  təkdir,  vahiddir, 

əbədi  və  dəyişməzdir,  fani  insanlara  heç  nədə  bənzəmir,  hər  şeyi 

görür,  hər  şeyi  eşidir  və  hər  şeyi  dərk  edir,  hərəkətsizdir,  fikirləri 

vasitəsi  ilə  isə  bütün  dünyanı  idarə  edir

3

.  Ksenofanda  Tanrının  özü 



hərəkətsiz olsa da, dünyanı fikirləri vasitəsi ilə hərəkətə gətirir. 

Tanrının  Ksenofan  tərəfindən  müəyyən  mənada  mütləq 

şəxsiyyət  kimi  təsviri  artıq  formalaşmış  iudaizmin  Ksenofana 

təsirindən  danışmağa  imkan  verir.  Lakin,  Tanrının  Ksenofan 

tərəfindən  dünyanın  yaradıcı  başlanğıcı  kimi  deyil,  daha  çox  onun 

idarə  olunma  başlanğıcı  kimi  təqdimatı  Ksenofanın  mifik  zəmindən 

hələ  ki,  tam  qopub  ayrılmadığını  göstərir.  Tanrını  dünyanın  yaradıcı 

                                                



3

 Ksenofanın  bütün  bu  son  mülahizələri  Quranın  İxlas  surəsinə  necə  də 

bənzəyir-A.Ə.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə