Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə14/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   10   11   12   13   14   15   16   17   ...   402

 

30 


mövcuddur.  Aristotelin  özü  qeyd  edirdi  ki,  incəsənətin  mahiyyəti  - 

təbiətin təqlididir. İncəsənətdən alınan  ləzzət  isə  –  yamsılamaya  olan 

təbii meylin ödənilməsidir. 

Son  dərəcə  ciddi  və  özünə  qapanmış  kimi  görünən  Aristotel 

bəlkə  də  elə  bu  səbəbdəndi  ki,  təlxəkliyə  və  komikliyə  xüsusi  

əhəmiyyət  verirdi:  “Komiklik  –  heç  kəsə  əzab  verməyən  və  heç  kəs 

üçün  məhvedici  olmayan  səhv  və  eybəcərlikdir”,-  Aristotelin  öz 

sözləri  idi. 

Lakin düşünürük ki, Aristotelin sənət nəzəriyyəsi üçün başlıca 

olan  heç  də  incəsənətin  təqlidə  şamil  edilməsi  ilə  bağlı  fikir  deyildi, 

burada  əsas  cəhət  incəsənətin  təmizləyici  funksiyası  ilə  bağlı  idi. 

İncəsənətin  Aristotel  tərəfindən həm təqlid  olaraq  təqdimatı, həm  də 

təmizləyici  funksiyası  ilə  bağlı  onun  mövqeyi  Platon  ruhuna  son 

dərəcə yaxındı. Amma Aristotel bu yaxınlığı heç vaxt dilə gətirməzdi. 

Aristotel  belə  hesab  edirdi  ki,  incəsənət  gerçəkliyi,  necə 

deyərlər,  çirkabdan  təmizləyərək  təqdim  edir  və  bununla  da  insanın 

ruhunu  da  sanki  təmizləyir:  “Biz  həyatda  eybəcər  olduğu  üçün 

tamaşasından  üz  çevirdiyimiz  şeylərin  məharətlə  çəkilən  rəsminə 

böyük  heyranlıqla  tamaşa  edir,  bədii  zövq  alırıq”.  Aristotelin  bu  

mövqeyi, həmçinin musiqiyə də aiddir: «Musiqinin və mahnının təsiri 

ilə  dinləyici  psixikası  oyanır,  burada  mərhəmət,  qorxu,  entuziazm 

kimi affektlər yaranır və nəticədə, dinləyici həzzlə müşayiət olunan bir 

təmizlik və bir yüngüllük hiss edir». 

Qəribədir,  musiqi  mövzusu  ilə  bağlı  bir  məqamda  Aristotelin 

və  Platonun  mövqeləri  bir-birinə  o  qədər  yaxınlaşır  ki,  hətta  demək 

olar ki, üst-üstə düşür. «Ritm və melodiya sadə bir səs olduqları halda 

nədən  bizim  qəlb  yaşantılarımıza  bənzəyirlər»  deyərək  təəccüblənən 

Platon  kimi  Aristotel  də  yazırdı  ki,  ritm  və  melodiya  qəzəbin  və 

mülayimliyin, mərdliyin və mötədilliyin əks olunmasıdır. 

İkinci bir məqam. Platon kimi Aristotel də gözəlliyin obyektiv 

və  mütləq  olduğunu  qəbul  edir.  Amma  Aristotel  etik  dəyərləri 

mütləqləşdirən Platondan, eləcə də, Sokratdan fərqli olaraq burada bir 

mülayimlik  və  mötədillik  nümayiş  etdirir.  O,  düşünürdü  ki,  bu 

məsələdə  əksliklərin  heç  birini  mütləqləşdirmək  lazım  deyildir.  Orta 

hədd  qızıl  həddir.  Amma  estetik  rakursda  Sokratın  və  Aristotelin 

mövqeləri  arasında  son  dərəcə  oxşarlıq  da  mövcuddur.  Aristotel  də 

Sokrat  kimi  düşünürdü  ki,  canlı  təbiətdə  gözəllik  əslində 

məqsədyönlülüklə 

bağlıdır.  Platonun  və  Aristotelin  estetik 

mövqelərinin  müqayisəli  təhlili  ilə  bağlı  qeyd  edək  ki,  Aristotel 

Platondan  fərqli  olaraq  incəsənətin  mühüm  əhəmiyyət  daşıdığını 

düşünürdü, məsələn: «Poeziya tarixdən daha ciddi və daha fəlsəfidir», 

- deyirdi. 



 

31 


Platon  personalist  idi,  şəxsiyyəti  cəmiyyətdən  daha  üstün 

tuturdu.  Aristotel  isə  obyektivist  idi,  hesab  edirdi  ki,  insan  bir  siyasi 

varlıq  olaraq  cəmiyyətin  bir  hissəsidir  və  ona  uyğunlaşmalıdır. 

Aristotel belə mühakimə yürüdürdü ki, cəmiyyət və dövlət öz təbiətinə 

görə  fərddən  daha  öncədir.  Əgər  fərd  təcrid  olunmuş  bir  vəziyyətə 

düşdükdə bu vəziyyət onu tam qane edirsə, başqa fərdlərlə ünsiyyətsiz 

keçinə  bilirsə,  o  artıq  insan  deyildir,  ya  alçalaraq  heyvana,  ya  da 

yüksələrək tanrıya çevrilmişdir. 

İnsanın  yüksələrək  tanrıya  çevrilə  bilməsi  ilə  bağlı  bizim 

Aristoteldə  rastlaşdığımız  ifadə  əslində  bir  metaforadır,  insanın 

alçalaraq  heyvana  çevrilə  bilməsi  ifadəsinə  qaldıqda  isə  qeyd  etmək 

yerinə  düşərdi  ki,  canlı  orqanizmlərə  çox  böyük  maraq  göstərən 

Aristotel  insan  və  heyvan  arasında  müqayisələr  aparmağa,  onlar 

arasındakı  fərqli  və  oxşar  cəhətləri göstərməyə  meylli  idi. Platon  isə 

insanı  yaradıcı  varlıq  kimi  qəbul  etməklə,  daha  çox  onu 

ilahiləşdirməyə meylli idi. 

Bu  hal  qabarıq  olaraq  özünü  xüsusən  onda  göstərirdi  ki, 

Aristotel  cəmiyyətin  inkişafının  əsasında  personal  başlanğıcı  deyil, 

təbii  başlanğıcı  görürdü.  O,  belə  hesab  edirdi  ki,  real  olaraq  heç  bir 

cəmiyyət,  antik  mənada,-  dövlət,  adamlar  arasında  qabaqcadan 

nəzərdə tutulan razılıq əsasında meydana gəlməmişdir. Hər bir dövlət 

təbii  yolla,  tədricən  təşəkkül  tapmışdır.  Ayrı-ayrı  ailələrdən  kəndlər, 

ayrı-ayrı kəndlərdən isə dövlət yaranır. O, belə düşünürdü. 

Bununla  bağlı  olaraq  qeyd  edək  ki,  nəzəriyyə  bütün  hallarda, 

son  nəticədə  gerçəkləşdirilmək  üçün,  siyasi  nəzəriyyə  isə  təbii  ki, 

dövlət  quruculuğu  üçündür.  Filosof  siyasi  nəzəriyyəni  yaradan, 

siyasətçi onu gerçəkləşdirəndir. 

Sokratdan  başlanan  fikir  prosesinin  əsas  ideyasını  Platon 

söylədi  və  bu  ideya  Aristotel  vasitəsi  ilə  Makedoniyalı  İsgəndərə 

ötürüldü və Makedoniyalı İsgəndər tərəfindən də reallaşdırıldı. 

Belə  bir  fakt  da  nəzərdən  qaçırılmamalıdır  ki,  Makedoniyalı 

İsgəndər öz nəhəng imperiyasını qurduğu zaman Aristoteldən öz qayğı 

və himayəsini əsirgəməsə də o, Aristoteli bir məsləhətçi olaraq yaxına 

buraxmadı,  çünki  İsgəndərin  bir  hökmdar  olaraq  fəaliyyət  üslubu 

Aristotelin  bir  təbəə  olaraq  düşüncə  üslubuna  uyuşmurdu. 

Makedoniyalı  İsgəndər  qlobal  miqyaslı  müharibələr  aparırdı, 

müharibədə  azğınlığa  və  ədalətsizliyə  qarşı  mübarizə  əzminin  ən 

parlaq ifadəsini görürdü. 

Müharibə,  Aristotelə  görə,  mülkiyyət  əldə  etməkdən  ötrü  təbii 

bir  vasitə  və  qul  ovudur.  Burada Makedoniyalı İsgəndərin mövqeyi ilə 

Aristotelin  mövqeyi  arasında  ümumilik  yox  idi.  Ümumilik  daha  çox 

Makedoniyalı İsgəndərin mövqeyi ilə Platonun mövqeyi arasında vardı. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə