Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə16/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   12   13   14   15   16   17   18   19   ...   402
    Bu səhifədəki naviqasiya:
  • Epikür

 

34 


başlıca  olaraq  əsası  Platon  tərəfindən  qoyulan  məşhur  Akademiyada 

və  əsası  Aristotel  tərəfindən  qoyulan  peripatetiklər  məktəbində  – 

Likeydə  –  baş  verirdi.  Digər  bir  sıra  filosoflar  da  vardı  ki,  onlar 

Akademiyadan da, peripatetiklər məktəbindən də uzaq olmağa çalışır, 

Platonun,  Aristotelin  və  ya  hər  hansı  başqa  bir  avtoritetin  fikirlərini 

şərh  etməyi  özlərinə  əskiklik  sayır  və  mövcud  fikirlərə  tənqidi 

yanaşmağa  çalışırdılar.  Bu  tipli  filosoflar  skeptisizm  cərəyanında 

birləşirdilər.  Skeptisizm  cərəyanının  başlanğıcını  qoyan  və  onun  ən 

tipik nümayəndəsi olan Pirron idi. Pirron iddia edirdi ki, nəinki özgə 

filosofların  əsərlərində,  həmçinin  bütün  gerçəklikdə  də  heç  bir 

həqiqət, heç bir gözəllik, heç bir eybəcərlik mövcud deyildir. 

Lakin  nə  «akademiklər»,  nə  «peripatetiklər»,  nə  də 

«skeptiklər»  dövrün  ümumi  əhvali-ruhiyyəsini  əks  etdirmirdilər. 

Dövrün  ümumi  əhvali-ruhiyyəsini  daha  çox  Epikür  ifadə  edirdi. 

Çünki  dövrün  ümumi  əhvali-ruhiyyəsi  hedonist  əhvali-ruhiyyə,  yəni 

daha çox həzz almağa meylli əhvali-ruhiyyə idi. Epikür də hedonizm 

mövqeyində  duraraq  vurğulayırdı ki,  insan  bu  dünyada nə qədər  çox 

həzz alırsa, bir o qədər də xoşbəxtdir. Gözəllik də, elə fəzilət də yalnız 

zövq verdikləri halda hörmətə layiqdirlər, zövq vermədikləri halda isə 

onlarla vidalaşmaq məsləhətdir. 

Epikür cismani zövqlə yanaşı, mənəvi zövqə, bədii sənətlərdən 

alınan həzzə də xüsusi diqqət yetirirdi. O, belə hesab edirdi ki, sənətə 

münasibət  də,  həmçinin,  onun  gətirdiyi  həzz  baxımından 

müəyyənləşməlidir.  Lakin  Epikürün  fikrinə  görə,  bədii  sənətlərdən 

alınan  həzz  həddini  aşmamalıdır,  əks  halda,  məsələn,  musiqidən 

alınan həzz artıqlığı lazımsız həyəcana və narahatçılığa gətirib çıxara 

bilər. Bədii həzzin də öz həddi olmalıdır. 

Hedonizmin  qnoseoloji  prinsiplərini  özünün  prolepsis  ideyası 

ilə  müəyyənləşdirən  Epikür  onu  atomistikanın  ontoloji  əsasları  ilə 

bağlayaraq  ona  evdomonizm  xarakterini  verdi.  Demokritin  ifrat 

determinist  konsepsiyasını  bir  qədər  yumşaldaraq  həyata  qaytaran 

Epikür  Aristotel  tərəfindən  arxa  plana  atılmış  aktiv  determinizm 

nəzəriyyəsini yenidən dirçəltdi. 

Atomların düz xətt üzrə hərəkət etdiklərini ifadə edən müddəa 

Demokrit  atomistikasına  mütləq  determinizm  xarakterini  verirdi. 

Epikür  atomların  hərəkətində  spontan  kənara  çıxmaları  fərz  etməklə 

təbiətdə  insanın  iradə  azadlığına  bənzər  hadisə  üçün  yer  saxladı  və 

bununla  da  əslində  determinizmin  bir  fəlsəfi  istiqamət  kimi 

məğlubiyyətinin başlanğıcını qoydu. 

Hedonizmin  hökmran  olduğu  bu  dövr  determinist  zərurətdən 

uzaq  olduğu  kimi  haqdan  və  ədalətdən  də  çox  uzaq  idi.  İnsanların 

ürəklərində  boğulan  haqq  istəyi  isə  aristokratizmə  bir  həsrət 




 

35 


yaratmışdı  və  həmin  bu  aristokratizm  həsrəti  də  öz  ifadəsini 

stoisizmdə tapdı. 

Stoisizmin  banisi  Zenon  yıxılmaqda,  eybəcərləşməkdə,  

pozulmaqda  olan  dünyada  öz  ləyaqət  və  qürurunu  saxlaya  bilən 

insanın  təcəssümü  idi.  Stoisizm  əslində  Zenon  şəxsiyyətinin  bir 

mücəssəməsi  olaraq  formalaşmışdı.  Lakin  stoisizmin  aristokratik 

ruhunu 


yunan 

cəmiyyəti 

bütövlükdə 

qəbul 


etmədi 

və 


gerçəkləşdirmədi.  Aristokratik  potensialı  yunanlar  deyil,  romalılar 

gerçəkləşdirdilər  və  hedonist  pozğunluq  içərisində  mürgüləyən 

yunanların özlərini də işğal etdilər. 

Polibi adlı bir görkəmli yunan bu işdə romalılara, hətta kömək 

etdi.  Çünki  Polibi  aristokratizmdən  xali  olan  demokratik  azadlığı 

qəbul etmirdi, aristokratik zəmindən və dəyərlərdən qopub ayrılmayan 

azadlığı qəbul edirdi. 

Buna  görə  də  onun  demokratiya  anlamı  bir  qədər  fərqli  idi və 

bu  anlam  onun  «Demokratiya  nədir?»  sualına  verdiyi  cavabda 

konkretləşdirilmişdi:  «Çoxları  onu  anarxiya  kimi  başa  düşür.  Yəni 

kimin  ürəyi  nə  istəsə  edə  bilər.  Əslində  isə  o  dövlət  demokratik 

sayılmalıdır  ki,  onda  tanrılara  etiqad,  valideynlərə hörmət, böyüklərə 

ehtiram,  qanunlara  isə  itaət  ululardan  qalıb  və  bütün  bunlarla  yanaşı 

son həlledici söz xalqın əksəriyyətinə məxsusdur». 

Polibi,  əlbəttə  ki,  zadəgan  ruhuna  ən  çox  uyğun  gələn  dövlət 

forması olaraq aristokratiyanın əhəmiyyətini yuxarıda göründüyü kimi 

inkar  etmirdi,  lakin  bu  əhəmiyyəti  mütləqləşdirmirdi  də.  O, 

aristokratiyanın, eləcə də, demokratiyanın tarixi əhəmiyyət daşıdığını 

qeyd edir və bu əsasda da öz siyasi nəzəriyyəsini irəli sürürdü. O, belə 

hesab  edirdi  ki,  öz-özlüyündə  tam  kamil  olan  bir  dövlət  forması 

yoxdur.  Dövlət  yalnız  o  zaman  kamil  olur  ki,  bütün  dövlət 

formalarının  ən  müsbət  cəhətlərini  özündə  cəmləşdirsin.  Polibi 

düşünürdü ki, Sparta dövləti ona görə güclü idi ki, Likurq onu ilk dəfə 

məhz bu üsulla yaratmışdı. 

Polibinin  sözlərinə  görə,  təbiətin  öz  qanunlarına  uyğun  olaraq 

hakimiyyət  formaları  dəyişir,  bir-birini  əvəz  edir  və  yenidən  əvvəlki 

vəziyyətinə qayıdır. 

Bu  qanunauyğunluğu  ümumi  cizgilərdə  Polibi  təxminən  belə 

izah  edirdi:  Ayrı-ayrılıqda  öz acizliklərini hiss  edən  fərdlərin  yekcins 

kütlədə  birləşməsi  təbii  prosesdir.  Bu  zaman  öz  fiziki  gücü, 

qorxmazlığı  ilə  başqalarından  seçilən  bir nəfər  kütlənin rəhbərinə  və 

hökmdarına  çevrilir.  Beləliklə,  çar  hakimiyyəti  yaranır  və  bu  zaman 

idarə olunanlar hakimiyyəti bir nəfərə könüllü olaraq güzəştə gedirlər. 

Bu  halda  onlar  zor  və  qorxudan  daha  çox  idraka  tabe  olmuş  olurlar. 

Ali hakimiyyəti əlində saxlayıb ölkəni idarə edən şəxs isə öz xalqının 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə