Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə24/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   20   21   22   23   24   25   26   27   ...   402

 

50 


birləşdirir.  Əgər  birinci  təbəqəni  samhidalar  təşkil  edirsə,  vedaların 

ikinci  təbəqəsi  brahmanalardan,  üçüncü  təbəqəsi  aranyakalardan  və 

nəhayət, dördüncü təbəqəsi upanişadalardan ibarətdir. Brahmanaların 

məzmununu  samhidalara  verilmiş  mifoloji  şərhlər,  ayinlərin 

zəruriliyini  əsaslandıran  dəlillər,  onların  icra  mexanizmlərini 

müəyyənləşdirən  izahlar  təşkil  edir.  Brahmana  "Brahmanın  şərhi" 

kimi başa düşülür. Aranyakalar hərfən "meşə kitabı" mənasını verir və 

evlərini  ataraq  meşələrə  çəkilmiş,  tərki  dünyalığı  özünə  həyat  tərzi 

seçmiş  zahidlər  üçün  nəsihətləri  özündə  birləşdirir.  Upanişada 

"upanişad",  yəni  müəllimin  ayaqlarının  "yanında  oturaraq"  aldığı 



bilik  mənasını  verən  söz  birləşməsidir.  Upanişadalarda  fikir  təkcə 

davranış  normalarının  qiymətləndirilməsi,  praktik 

əməllərin 

təmizlənməsi  zərurətindən  deyil,  həm  də  nəzəri-mücərrəd  təfəkkürün 

özünün  ehtiyaclarından  doğur.  İlk  upanişadalar  formal  olaraq  uyğun 

brahmanaların və aranyakaların tərkib hissəsi kimi tədris edilsələr də, 

öz  məzmununa  və  ifadə  tərzinə  görə  onlardan  köklü  surətdə 

fərqlənirlər.  Samhidaların,  brahmanaların  və  aranyakaların  ideyaları 

Upanişadalarda 

özlərinin 



nəzəri-fəlsəfi 

ifadəsini 

tapmışdır. 

Upanişadaların  sayı  ümumiyyətlə  yüzə  yaxındır.  Onlar  "köhnə"  və 

"yeni"  olmaqla  iki  qrupa  ayrılırlar.  Köhnə  upanişadalar  -  Aytareya, 

Kauşitaki, 

Çhandoqya, 

Kena, 


Katha, 

Tayttriya, 

Mayttri, 

Brihadaranyaka,  İşa,  Mundaka,  Mandukya,  Praşna  -  fəlsəfi  nöqteyi-

nəzərdən daha qiymətlidir. Onların yaradılması təxminən b.e.ə. IX-YI 

əsrlərə təsadüf edir. 

Upanişadalarda  insan,  həyat  və  ölüm,  həyatın  və  ölümün 

mənası,  kainatın  mənşəyi  və  gələcəyi  kimi  xalis  fəlsəfi  problemlərin 

qoyulması artıq öz-özlüyündə fəlsəfi təfəkkürün ehtiyaclarından xəbər 

verir.  Məsələn,  Brihadaranyakada  verilmiş  suallara  nəzər  salaq: 

"Bütün  dünyaları  və  varlıqları  birləşdirən  yolları  bilirsənmi?..  Bütün 

varlıqların  və  bütün  dünyaların  daxili  hökmdarını  tanıyırsanmı?" 

Yaxud  Mundaka  Upanişadada ümumiləşdirilmiş  fəlsəfi  biliyə  ehtiyac 

özünü  daha  qabarıq  şəkildə  büruzə  verir:  "Nəyin  dərk  olunması  ilə 

dünyada hər şey anlaşılmış olur?"

 

Upanişadalarda  artıq  xüsusi  fəlsəfi  terminologiya  mövcuddur; 



bhuta  -  element,  ünsür;  svabhava  -  şeylərin  daxili  təbiəti;  akaşa  - 

məkan;  kala  -  zaman;  sat  -  varlıq;  asat  yoxluq;  satiyam  -  həqiqət; 



dharma - qanunauyğunluq; turiya- şüur və s. 

Vedaların  digər  təbəqələrindən  fərqli  olaraq  upanişadalarda 

əsas  diqqət  kosmik  dünyanın  deyil,  insanın  mənəvi  dünyasının 

işıqlandırılmasına  verilmişdir.  Burada  kosmoqonik  problematikanın 

yerini getdikcə daha çox əxlaqi problematika tutur. 



 

51 


Upanişadaların  özündən  sonra  gələn  hind  fəlsəfəsinin 

inkişafında  mühüm  rolu  olmuşdur.  Lakin  upanişadalar  Veda 

kanonunun tərkib hissəsi idi. 

Dörd təbəqədən - samhida, brahmana, aranyaka və upanişada - 

ibarət  olan  dörd  veda  -  riqveda,  samaveda,  yacurveda,  atharvaveda  - 

bütövlükdə Veda kanonunu - ŞRUTİni - əmələ gətirir. Həm vedaların 

özləri arasında, həm də onları təşkil edən təbəqələr arasında müəyyən 

münasibətlər mövcuddur. Bu münasibətlərdə vedaların ilkin qatlarının 

- samhidaların - başqa qatlar - brahmanalar, aranyakalar, upanişadalar 

- üçün mənbə rolu oynaması diqqəti daha çox cəlb edir. Buna görə də, 

ayrılıqda  götürülmüş  hər  bir  brahmanaya,  hər  bir  aranyakaya  və  ya 

upanişadaya  bu  və  ya  digər  samhidanın  şərh  olunma  forması  kimi 

ümumi əlamət xasdır. Onların köməyi ilə ayinlərin məna və zəruriliyi, 

icra olunma mexanizmi aydınlaşdırılır. Elə bu cəhət vedaların sonrakı 

üç  qatının  ümumi  ad  altında  birləşməsini  mümkün  edir.  Məsələn, 

Riqvedanın ilkin qatına - onun samhida təbəqəsinə - yazılmış şərhlərin 

hər  ikisi  -  Aytareya  və  Kauşitaki  -  özlərində  həm  brahmananı,  həm 

aranyakanı, həm də upanişadanı birləşdirirlər. 

Aytareya  və  Kauşitaki  qədim  hind  müdriklərinin  adı  ilə 

bağlıdır.  Bu  müdriklərin  həyatı  haqqında  nəsildən-nəslə  verilmiş 

məlumat əslində əfsanələr içində ərimişsə də, özünün bir sıra həqiqət 

çalarlarını  saxlamışdır.  Bu  baxımdan  Aytareya  haqqında əfsanə  daha 

maraqlıdır.  Atasının  tanınmış  nəsildən,  çox  yəqin  ki,  arilərdən, 

anasının  isə  cəmiyyətin  rəiyyət  təbəqəsindən  olması  Aytareya  üçün 

faciəyə çevrilir. Atasının onu ləyaqətsiz bir adam bilməsi Aytareyanın 

həyatını  əsl  işgəncəyə  döndərir.  Və  nəhayət,  Yer  allahı  Mahi  onun 

anası İtaranın yalvarışlarını eşidir və Aytareyaya müdriklik bəxş edir. 

Aytareya  haqqında  əfsanə  onun  müdrikliyinin  mifoloji  izahını 

verir.  Lakin  bu  müdrikliyin  rasional  izahını  da  vermək  mümkündür: 

Aytareyanın anası və atası müxtəlif təbəqələri təmsil etməklə yanaşı, 

görünür,  həm  də  müxtəlif  təfəkkür  mexanizminə  malik  idilər. 

Aytareyanın varlığında isə iki müxtəlif təfəkkür tipi öz təbii sintezini 

tapmışdı. Ona verilmiş müdrikliyin səbəbini də yəqin ki, bu sintezdə 

axtarmaq daha düzgün olardı. 

Yenidən  Şritinin  struktur  təsvirinə  qayıdaq.  Artıq  qeyd 

edilmişdir ki, Riqvedanın ilkin qatına yazılmış şərhlərin ikisi özlərində 

həm brahmananı, həm aranyakanı, həm də upanişadanı birləşdirir. 

Eyni sözləri "qara" Yacurvedaya, daha doğrusu, onun samhida 

qatına  yazılmış  Katha  və  Tayttriya  şərhləri  haqqında  da  demək  olar. 

Lakin  bu  qanunauyğunluqdan  müəyyən  kənara  çıxmalar  da 

mövcuddur.  Məsələn,  Samavedaya  yazılmış  Pantavinşa  şərhi  ancaq 

brahmana  təbəqəsini  əhatə  edir,  Cayminiya  isə  Samavedanın 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə