Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə32/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   28   29   30   31   32   33   34   35   ...   402

 

66 


Dünyanın  mahiyyətində  immanent  Səmavi  İradəni  görən 

dünyagörüş  aristokratik  siyasi  doktrinanın,  dünyanın  mahiyyətində 

əksinə  olaraq  transsendent  Tanrını,  Dini  görən  dünyagörüş  isə 

despotik  siyasi  doktrinanın  ontoloji  əsasını  verirdi.  Zadəgan  Səmavi 



iradənin  təcəssümüdür,  dünyanı  eybəcərliklərdən  xilas  etməyə, 

gözəlləşdirməyə,  ədalətliləşdirməyə  can  atır.  Despot  isə  transsendent 

Tanrının,  Dinin  mücəssəməsidir.  O,  bir  tərəfdən,  insanı  cəza  ilə 

hədələyərək  qorxu  altında  saxlayırsa,  digər  tərəfdən,  onu  mükafatla 

şirnikləndirərək özünə baş əyməyə, kölələşdirməyə təhrik edir. 

Qədim  yunan  filosofu  Platon  dahiyanə  olaraq  söyləmişdi  ki, 

despotun özü də kölədir. İlk baxışda mücərrəd görünən bu tezisin son 

dərəcə  aydın  şərhi  ilə  qədim  çinlilərin  Di  və  van



20

 arasındakı 

münasibətlərə 

verdikləri 

dini 


izahda 

rastlaşırıq: 

Təbəəyə 

münasibətində hökmdar olan van Diyə münasibətdə kölədir. O, Dinin 

müxtəlif  tapşırıqlarını  yerinə  yetirir  və  bunun  əvəzində  də  Didən 

mükafat alır. Van özünü nəticə etibarı ilə kölə sifətində görür, o, belə 

təsəvvür edir ki, sağ ikən Diyə vasitəli olaraq kölədir, öldükdən sonra 

isə  Dinin  bilavasitə  köləsinə  çevriləcəkdir.  Belə  ki,  rəvayətə  görə 



Dinin yaxın ətrafının funksiyalarını vanın artıq ölmüş əcdadları yerinə 

yetirirlər.  Dinin  yanında  kölə  olan  bu  əcdadlar  öz  sələflərinə  - 

fəaliyyətdə  olan  vana  münasibətdə  despotdurlar.  Din  son  dərəcə 

valehedici bir şəkildə despotizmin və köləliyin iyerarxiyasını təsvir və 

izah  edir:  Van  öz  əcdadlarını  mərhəmətə  gətirməkdən  ötrü  onlara  da 

qurban  verir,  onların  da  işinə  yarayır,  qılığına  girir,  çünki  əcdadlar 

bilavasitə  olaraq  Dinin  qılığına  girmək  və  Dini  mərhəmətə  gətirmək 

imkanına malikdirlər. 

Mo-tszının  Səmaya  olan  inamı  əslində  transsendent  Tanrıya 

olan  inam  idi.  Mo-tszının  Səma Səmavi  İradə  deyildir, əslində  yeni 

adla  adlandırılmış  Didır.  Mo-tszıda  bütün  insanlar  Dinin  bəndəsi 

olmaqla  eynidirlər,  eyni  hüquqludurlar  və  bərabərdirlər.  Onlar  bəndə 

olaraq bərabər və eyni hüquqlu olduqları kimi, təbəə olaraq da bərabər 

və  eyni  hüquqludurlar.  Konfusi  isə  Səmavi  İradə,  Həqiqətə  yaxın 

olan  insanı  -  zadəganı  -  Səmavi  İradədən,  Həqiqətdən  uzaq  olan 

insana - rəiyyətə və ya təbəəyə - qarşı qoyur. 

Mo-tszının fəlsəfi təlimi, moizm insan bərabərliyi prinsipini bir 

daha  bəyan  etməsi  ilə  və həmçinin  də  Tale  ideyası  inkar etməsi  ilə 



daosizmə  bənzəyir.  Bu,  görünür,  ondan  irəli  gəlir  ki,  moizmin  ifadə 

etdiyi şəhər mədəniyyəti nəticə etibarı ilə daosizmin ifadə etdiyi kənd 

mədəniyyətindən - icma mədəniyyətindən - törəmişdir. 

                                                



20

Vаn Çin dilindən tərcümədə hökmdar, daha doğrusu, şah mənasını verir.

 


 

67 


Əgər  konfusiçilik  şəxsində  ədalətliliyin  mücəssəməsini 

gördüyü  zadəganı  dəyərləndirirsə,  moizm,  şəxsində  praqmatizmin 

dayağını  gördüyü  hökmdarı  dəyərləndirir.  Mo-tszı  Konfusini 

hökmdarın hüquqlarını məhdudlaşdırmaq meylinə görə tənqid edərək 

onun  haqqında  yazırdı:  Konfusi  özünün  bütün  ağlını  və  biliklərini 

şərin  yayılmasına,  aşağıların  yuxarılara  qarşı  üsyan  qaldırmasına 

sərf etdi, zadəganları öyrətdi ki, hökmdarı necə öldürsünlər. 

Mo-tszının  siyasi  nəzəriyyəsi  legizm  məntiqi  sonluğa 

çatdırıldı.  Moizm hökmdar hakimiyyətinin  möhkəmləndirilməsini  bir 

zərurət  kimi  əsaslandırdı,  legizm  isə  hökmdar  hakimiyyətinin 

möhkəmləndirilməsi  üçün  konkret  bir  vasitəni  irəli  sürdü. 

Despotizmin  möhkəmləndirilməsi  məqsədi  ilə  legizm  tərəfindən  irəli 

sürülmüş  bu  vasitə  ilk  baxışda  nə  qədər  qəribə  görünsə  də  qanun 

ideyası idi. Legizm güman edirdi ki, dövləti idarə etmək üçün heç də 

konfusiçilikdə  olduğu  kimi  ədalətli  zadəgan  deyil,  mükəmməl 



qanunlar lazımdır. 

Qeyd  edək  ki,  legizmin  də  çıxış  müddəası,  moizmin  çıxış 

müddəası kimi son dərəcə müasir səslənir. Elə bu baxımdan da qədim 

çin  fəlsəfəsi  həm  də  müasirliyin  özünün  mənalandırılması  üçün 

əhəmiyyətli ola bilər. 

Legizm belə hesab edir ki, mükəmməl qanunlar olduqda hər bir 

insan  dövləti  idarə  edə  bilir

21

.  Qanun  anlayışı  altında  isə  legizm  ilk 



növbədə  mükafat  və  cəza  sistemini  nəzərdə  tutur.  Legizm 

deterministik  şəhərli  instinktini  ən  ibtidai  şəkildə  siyasiləşdirərək  hər 

bir insana ya hökmdar, ya da təbəə statusunu verir və belə bir tövsiyə 

irəli sürür ki, hər bir təbəə hökmdarın iradəsini icra etdiyi hər bir halda 

istisnasız  olaraq  mükafatlandırılmalı,  hökmdarın  iradəsinin  əksinə 

yönələn hər bir əməlinə görə isə istisnasız olaraq cəzalandırılmalıdır. 

Legizmin  tərəfdarları  əmindirlər  ki,  mükafatlandırma  həmişə 

xidmətlərin,  cəzalandırma  isə  özbaşınalığın  ölçüsündə  aparma 

hökmdar hakimiyyətini birmənalı olaraq möhkəmləndirəcəkdir. 

Legizm  əslində  bu  ölçünün  gözlənilməsini  ədalət  kimi 

qiymətləndirərək 

ədalət  anlayışının  özünü  rəiyyət  ruhuna 

uyğunlaşdıraraq  eybəcərləşdirir. Cinayət  və  cəza,  xidmət  və  mükafat 

arasındakı münasibətlərin legizm tərəfindən birmənalılaşdırılması heç 

də  əməllərin  ədalətliləşdirilməsi  məqsədilə  deyil,  xalqın  hökmdar 

                                                

21

 

Legizmin  bu  müddəası  Xruşşovun  bir  «məşhur»,  dillərdə  əzbər  olmuş  bir 

ifadəsini  xatırladır.  Stalinin  verdiyi  qanunlarla  möhkəmlənən  Sovet  dövləti 

haqqında Xruşşov belə demişdi: у нас такое государство, что им каждый 

дурак может править. 

 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə