Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə30/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   26   27   28   29   30   31   32   33   ...   402

 

62 


Lao-tszı  tərəfindən  yaradılan  təlim  daosizm,  bu  təlimin  şərh 

olunduğu ən ilkin və ən nüfuzlu əsər isə Dao de szin, yəni "Dao və de 

haqqında kitab" adlanır. Dao de szinin adından göründüyü kimi Lao-

tszı fəlsəfəsinin və daosizm təliminin ən mühüm ideyaları dao   de 

anlayışları vasitəsi ilə ifadə olunur. Dao Azərbaycan dilinə tərcümədə 

yol  mənasını  verir.  Çin  mənşəli  dao  sözünü  bir  qədər  geniş 

anlamaqdan  ötrü  yaxşı  olardı  ki,  o,  ərəb  mənşəli  din  sözü  ilə 

qarşılaşdırılsın.  Din  də  dao  kimi yol  deməkdir.  Maraqlıdır ki,  din  və 

dao  sözlərinin  hər  ikisi  öz  mahiyyətləri  etibarı  ilə  də  təxminən  eyni 

mənanı  ifadə  edirlər:  Dünyanın  da,  həyatın  da,  insanın  da  düzgün, 

mütləq və həqiqi yolu, yəni mövcudluq üslubu vardır, yalnız bu yolla 

gedən  insan  həqiqi  insan  ömrünü  sürmüş  olur,  yoldan  çıxan  kəsin 

ömrü  isə  həqiqi  insan  həyatı  deyildir,  nadanlığın  və  cəhalətin 

ifadəsidir. Daosizm təliminin ikinci mühüm anlayışı olan de dilimizdə 

əsasən  dini  kontekstdə  işlənən  və  yenə  də  ərəb  mənşəli  olan  halal 

anlayışına son dərəcə yaxındır. Dao və de anlayışlarının qoşalığı heç 

də  təsadüfi  deyildir.  Doğrudan  da,  düz  yolun  sahibi  olmaq ifadəsi ən 

ümumi halda halal işlər görmək, xüsusi hallarda isə halal çörək yemək 

və özgənin malında gözü olmamaq mənalarını verir. 

Daosizmin  bütün  ruhu  ilkin  islamın  ruhuna  yaxındır.  İlkin 

xristianlıq  prinsiplərinin  də,  həmçinin  daosizm  prinsiplərinə  son 

dərəcə  uyğun  olduğunu  görmək  bir  o  qədər  də  çətin  deyildir. 

Daosizmin  ideallaşdırdığı  dövlət  əsasən  icma  xarakterlidir,  burada 

insanlar  arasındakı  münasibətlər  icma  əxlaqının  prinsiplərinə 

söykənir. 

Daosizmin  halallıq  idealı,  altruizm  şəhərlinin  dünyaya  və 

dünya  malına  sahib  olmaq  instinkti  ilə  daban-dabana  ziddir.  Var-

dövlət aludəçiliyinə öz nifrəti ilə daosizm şəhərli ruhunu inkar edirdi. 

Daosizm,  eyni  zamanda,  ən  azı  onun  yaradıcısının  –  Lao-tszının 

simasında cəngavər mədəniyyətinin ruhuna da yad idi. 

Lakin,  bununla  belə,  Lao-tszı,  sadəcə,  bir  insan  olaraq 

cəngavərliyə, yüksəkliklərə və dağlara qarşı, əlbəttə ki, ehtiram hissini 

yaşayırdı.  Düzənlik  əhalisinin  dağlar  qarşısındakı  yumşaq  deyilsə 

heyranlığını  Lao-tszı  belə  təsvir  edir:  “Mən  ömrüm  boyu  elə 

nəhayətsiz bir düzənlikdə yaşamışam ki, kəndlinin ayaqlarına yapışan 

palçıqdan  başqa  nəmişliyi  xatırladan  heç  nə  olmayıb.  Əvəzində  hər 

tərəfdən  şırıltı  eşidilən,  dirilik  nəfəsi  üzümə  dəyən  bu  dağa  səcdə 

qılmaq mənim üçün nə qədər xoşdur”. 

Lao-tszının  yaşca  kiçik,  lakin  zəkaca  bəlkə  də  daha  görkəmli 

olan  müasiri  Kun-fu-tszı  və  ya  avropalılar  tərəfindən,  sonradan  isə 

ruslar  tərəfindən,  elə  bizim  də  tərəfimizdən  qəbul  ediydiyi  kimi 

Konfusi  yaşadığı  qeyri-müəyyən,  ağır  dövrün  problemlərini  həll 



 

63 


etmək  üçün  miflərdə  daşınan  və  qədimlərdə  uğurda  gerçəkləşdirilən 

cəngavər ruhunun intibahını, dirçəldilməsini lazım bilir

17



Konfusi Qədim Çində qəhrəmanlıq mifologiyasının ilkin fəlsəfi 



rasionallaşdırılmasına nail olan filosof idi. 

Konfusi  qəhrəmanlığı  və  cəsarəti  zadəganın,  qorxaqlığı  və 

ehtiyatlılığı isə kütlənin səciyyəvi cəhəti hesab edir. Konfusi bununla 

da, Lao-tszının və bütün daosizmin inkar etdiyi mübarizlik əzmini də, 

cəngavərlik  qətiyyətliliyini  də  və  on

larla  birgə  doğulan  və  həmişə 

yanaşı yaşayan Tale kultunu da öz hüquqlarında bərpa edir. 

Konfusi  ideyalarının  əks  olunduğu  Lun  Yuy  («Söhbətlər  və 



çıxışlar») adlı kitab Qədim Çində cəngavər dünyaduyumunu artıq mifik 

olaraq  deyil,  fəlsəfi  olaraq  təsvir  və  ifadə  edən,  mifin  özünü 

rasionallaşdıraraq fəlsəfiləşdirən ilk mədəniyyət abidəsi idi. Konfusinin 

öz  şagirdləri  ilə  etdiyi  söhbətlərin  və  onun  tərəfindən  söylənilmiş 

mülahizələrin  toplandığı  bu  kitab  özündən  əvvəl  yaranan  və  əslində 

mifik  təbiətli  olan  mədəniyyət  abidələrinin

18

 ruhuna  əslində  müxalif 



deyildi. Konfusinin özü qədim çin mifologiyasına bütün varlığı ilə bağlı 

idi,  o,  haqqında  indicə  bəhs  etdiyimiz  mifoloji  kitabları  yenidən 

nəzərdən  keçirərək  redaktə  etmişdi.  Lun  Yuyda  bu  mifik  kitablardan

19

 



tez-tez  iqtibas  edilir.  Konfusinin  və  konfusiçiliyin  fəlsəfi  olaraq 

mənalandırdığı hər  bir anlayış  öz ilkin ifadəsini  bu  və  ya  digər şəkildə 

həmin  mifik  təbiətli  mədəniyyət  abidələrində  tapmışdı.  Konfusiçilikdə 

fəlsəfi kateqoriya statusunu kəsb etmiş anlayışlar öz mənşəyi etibarı ilə 

mifoloji obrazlardan törəmişlər. 

Konfusiçilik  üçün  və  Konfusidən  sonrakı  Çin  fəlsəfəsi  üçün 

son  dərəcə  səciyyəvi  və  mühüm  olan  mifoloji  obrazlar  Konfusidən 

sonrakı və hətta Konfusiyə qədərki Çin gerçəkliyi üçün də son dərəcə 

səciyyəvi  və  mühüm  olmuşdur.  Çin  fəlsəfəsi həmin  obrazları  özünün 

demək  olar  ki,  bütün  tarixi  boyunca  bu  və  ya  digər  şəkildə 

mənalandırmış  və  Çin  praktik  təfəkkürü  də  Çin  gerçəkliyinin 

                                                



17

 

Ümumiyyətlə, qeyd oluna bilər ki, Çin siyasətçisi öz müasir problemlərinin 

həllini ilk növbədə öz tarixində axtarır. Tarixə inam, keçmişə rəğbət, qədimlər 

qarşısında ehtiram (qu), ümumiyyətlə, Çin siyasi təfəkkürü üçün səciyyəvidir. 

Konfusi  və  konfusiçilik  isə  konkret  olaraq  mübarizə  aparan  məmləkətlər 

dövründən  əvvəlki tarixi,  cəngavər-zadəgan ruhunun  hökmran  olduğu tarixi, 

bütün  Səmaaltının  Səmavi  İradə  əsasında,  yəni  mütləq  ədalət  zəminində 

qurulduğu  dövrü,  cəmiyyətin  ədalətin  mücəssəməsi  olduğu  eranı 

ideallaşdırdı. 

 

18

İ  szin  («Dəyişikliklər kitabı»),  Şi  szin  Nəğmələr  kitabı»),  Şu  szin  («Tarix 

kitabı»), Li szi («Adətlər haqqında qeydlər»), Çun-tsyu («Bahar və payız»). 

 

19

 

Xüsusən, Şi szindən və Şu szindən. 

 


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə