Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə31/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   27   28   29   30   31   32   33   34   ...   402

 

64 


qarşılaşdığı problemləri həmin mənalandırma əsasında bu və ya digər 

şəkildə həll etmişdir. 

Keçmişdən  yadigar  qalan  mifoloji  obrazlar  və  bu  mifoloji 

obrazlar  fonunda  təsvir  olunan  keçmiş  Konfusi  üçün  çox  önəmli  idi. 

Konfusi  də  bir  Çin  mütəfəkkiri  olaraq  keçmişə  və  tarixə  böyük 

ehtiram  və  sevgi  ilə  yanaşırdı.  Lakin  əgər  Lao-tszı  keçmişdə  icma 

prinsiplərinin  mücəssəməsini  görürdüsə,  Konfusi  cəngavər-zadəgan 

ruhunun tarixi təcəssümünü görmək üçün keçmişə boylanırdı. 

Konfusi,  eyni  zamanda,  Lao-tszının  insan  bərabərliyi  ideyası 

üzərində qurulmuş sadə və təbii həyat tərzinə və belə bir həyat tərzinin 

onun tərəfindən fəlsəfiləşdirilməsinə qarşı özünün ideallaşdırdığı silki 

həyat tərzini qoymuşdu. 

Konfusi  və  konfusiçilər  miflərə  sarınmış  keçmişi  bir  daha 

canlandıraraq  və  tarixi  bir  daha  fəlsəfi  olaraq  mənalandıraraq  təsdiq 

etdilər  ki,  cəngavərlik  olmadan  tarix  də  mümkün  deyildir,  keçmiş 

yalnız cəngavərlik ruhunu özünə hopdurduqda tarix olur. 

Lakin cəngavər yalnız o zaman tarixin həqiqi qurucusu olur ki, 

sadəcə  olaraq,  tiran  deyil,  zadəgan  olur,  ürəyinin  haqq  səsini  aydın 

eşidə bildiyi kimi, aydın da ifadə edə bilir və bununla da öz içərisində 

duyduğu  Səmavi  İradəni  təhrif  etmədən  ifadə  edir  və təhrif  etmədən 

gerçəkləşdirir, bütün bunların nəticəsində də Dünya Nizamı bərqərar 

etmiş olur. 

Tiran  bir  cəngavər  olaraq  yalnız  ürəyinin  səsini  eşidir.  Onun 

hakimiyyətinə məhdudiyyəti də yalnız onun ürəyi qoyur. Tiran ürəyin 

haqq  səsinə  bağlılığını  saxladıqca  cəngavər  olaraq  qalır.  Ürəyin haqq 

səsinə bağlılığını itirən tiranın qeyri-məhdud hakimiyyəti onu despota 

çevirir. 

Qeyri-məhdud hakimiyyət sahibi olmaq əlaməti əsasında tiranı 

despotla  eyniləşdirmək  meyli  qeyri-dəqiqdir  və  düzgün  deyildir. 

Tiranın fəaliyyəti və hakimiyyəti ürəyin diktəsindən çıxış etdiyi halda, 

despotun  fəaliyyəti  və  hakimiyyəti  mənafe  prinsipinə  söykənir. 

Tiranın  fəaliyyəti  və  hakimiyyəti  irrasional,  despotun  fəaliyyəti  və 

hakimiyyəti  isə  rasionaldır.  Tiran  himayəçidir,  despot  isə  ağa  və 

sahibkardır. 

Tiranizm  cəngavərin  siyasi  instinktlərini  ifadə  etdiyi  halda, 

despotizm  təbəə  kütləsinin  siyasi  instinktlərini  ifadə  edir.  Despotizm 

determinist materializmin ilkin siyasi ifadəçisidir. 

Qədim Çində biz despotizmin klassik nəzəriyyələrindən biri ilə 

rastlaşırıq.  Çin  despotik  siyasi  təfəkkürü  üçün  fəlsəfi  əsasların 

başlanğıcını Mo-tszı qoydu. O, bunu özünün belə bir sadə ideyası ilə 

etdi:  İnsanlar  bərabərdir,  dövlətin  idarə  olunmasında  da  bərabər 

hüquqla iştirak  etməlidirlər.  Siyasi  fəaliyyət  üçün  yararlılıq  meyarını 




 

65 


heç  də  insanların  hansı  zümrəyə  aid  olmasında  deyil,  onların  fərdi 

qabiliyyətlərində  və  xalqa  xidmət  etmək  məramında  axtarmaq 

lazımdır. 

Mo-tszının  bu  fikirləri  xüsusən  müasir  liberal  dəyərlər 

baxımından  gözəl  səslənir.  Amma  bu  gözəl  səslənən  fikirlər 

gerçəkləşdirilərkən  eyni  ilə  gözəl  ola  biləcək  siyasi  gerçəkliyi 

yaradacaqmı? Bu suallara cavab tapmaq ümidi ilə Mo-tszını Konfusi 

və konfusiçiliklə və həm də daosizmlə müqayisə edək. 

Mo-tszı  cəngavərliyi  və  zadəgan  mədəniyyətini  ifadə  edən 

konfusiçiliyin ideya  düşməni idi.  Konfusidə  Talenin təcəssümü  olan, 

cəngavərliyin  dünyagörüş  zəmini  olan,  cəngavərə  güc  verən,  təpər 

verən,  dünyanı  nizamasalma  fəaliyyətində  zadəgana  arxa  olan, 

ədalətlilik kimi ilahi bir hissi ona bəxş edən Səmavi İradə Mo-tszıda 

determinizmin  ontoloji  dayağına  çevrilir.  Konfusi  Səmavi  İradəni 

insanın  daxilində  görür,  insan  ürəyinin  səsində  eşidir,  insana  ürəyin 

qəhrəmanlıq  çağırışına  etibarı  təlqin  edir,  ürəyin  ədalət  hissinə 

ehtiramı  tərbiyə  edir.  Mo-tszı  isə  Səmavi  İradənin  fövqəlbəşəriliyini 

bəyan  edərək,  onu  insanın  fövqündə  axtarır,  insanı  dünyanın  mütləq 

mahiyyətindən  ayıraraq  dəyərsizləşdirir.  Konfusinin  Səmavi  İradəsi 

insana qüdrət verən başlanğıc kimi, Mo-tszı Səma isə insana mükafat 

və cəza verən başlanğıc kimi qiymətləndirilir. 

Mo-tszı  Səmavi  İradənin  deterministik  təsvirini  verməklə, 

əslində  konfusiçilik  tərəfindən  arxa  plana  sıxışdırılmış  icma  mənşəli 

Di  kultunu  bərpa  edir  və  yenidən  həyata  qaytarır.  Di,  artıq  məlum 

olduğu  kimi,  qədim  Çin  dilində  Yer  mənasını  verir  və  cəngavər 

mədəniyyəti nöqteyi-nəzərindən  Yerin  ruhu  kimi,  Yerə  canlılıq  verən 

başlanğıc  kimi  qavranılır.  Cəngavər  mədəniyyəti  baxımından  Yerin 

immanent mahiyyəti kimi anlaşılan Di, icma mədəniyyəti baxımından 

nəzərdən  keçirildikdə  isə  transsendent  xarakter  alır,  Yerdən  kənar  və 

Yerin fövqündə duran Tanrı mənasını kəsb edir. 

Di  kultu  insana  bəndə  statusunu  verir.  Əgər  cəngavər  Səmavi 

İradə  kimi  dərk  etdiyi  mahiyyətdən  qüdrət  aldığına,  güc  aldığına, 

təpər  aldığına  əmindirsə,  bəndə  burada  Yerin  hökmdarı  kimi  dərk 

etdiyi  Tanrının  himayəsinə  sığındığına  əmindir.  Zadəgan  dünyanı 

ədələtliləşdirmək və gözəlləşdirmək üçün onu Səmavi İradə uyğun 

şəkildə qurur, dünyanı Səmavi İradənin mücəssəməsinə çevirir, bəndə 

isə Tanrıdan faydalanmaq üçün, onu mərhəmətə gətirməkdən ötrü ona 

səcdə  edir,  əgər  belə  demək mümkündürsə,  qılığına  girir.  Əgər Tanrı 

konfusiçilik üçün Səmavi İradə olmaqla dünyaya və insana ruh, qüdrət 

verən, dünyanı və insan həyatını həqiqiləşdirən bir başlanğıcdırsa, Di 

icma  mədəniyyəti  nöqteyi-nəzərindən  transsendent  Tanrı  olmaqla 

dünya və insan üzərində hökmranlıq edən bir başlanğıcdır. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə