Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə29/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   25   26   27   28   29   30   31   32   ...   402

 

60 


Yan, Tyan və Şan obrazları yuxarılardan

y

 yəni dağlardan enən, 

Səmanın  timsalı  olan,  aşağıları,  yəni  düzənlik  əhalisini  zülmdən, 

əsarətdən,  aclıqdan  xilas  edən, aşağılarda nizam  yaradan,  firavanlığı 

və əmin-amanlığı bərpa edən köçəri cəngavər tayfalarını, İn, Di və Sya 

obrazları  isə  aşağıların,  Yerin  timsalı  olan,  Səmanın  himayəsinə 

möhtac  olan, zülmə  və ədalətsizliyə  müqavimət  göstərmək  qüdrətinə 

malik olmayan və buna görə də, zülmə, ədalətsizliyə və əsarətə məruz 

qalan,  xilaskara  və  himayəçiyə  ehtiyac  duyan  oturaq,  əkinçi  kənd 

icmalarını ifadə edir. 

Köçəri tayfalar özlərinin kənd icmaları ilə birgə həyatını li kimi 

qavrayırdılar. Hər bir li özlüyündə Dünya Nizamının Yerdə təcəssümü 

olan kiçik bir dövlət idi. 

Li  -  Dünya  Nizamının  bir  ifadəsidir,  Dünya  ilə  Səmavi  İradə 

(Tyan  Sin)  arasında müvazinətdir. Cəngavər  özündə  Səmavi  İradənin 

təcəssümünü  görərək  özünü  dünyanın  mütləq  və  ilahi  ma

hiyyətinin 

daşıyıcısı  kimi,  Dünyanı  onun  həqiqi  mahiyyətinə,  mənasına 

qaytararaq  nizama  salmalı  olan  bir  qüvvə  kimi  qavrayır.  Cəngavər 

Səmavi  İradənin  təcəssümçüsü  olmaqla  Dünyanı  onun  ruhuna 

qaytararaq canlandırmalı və gözəlləşdirməlidir. 

Öz ruhundan ayrı düşən, Səmavi İradənin təcəssümçüsünə hələ 

ki,  çevrilməyən  dünyanı  tsi  anlayışı  ifadə  edir.  Tsi  qədim  hindlilərin 



mayya

  termininə  bənzəyir,  sözün  birbaşa  mənasında  isə  tsi  -  xaos, 

qarışıqlıq deməkdir. Cəngavər xaos girdabında boğulan Dünya ilə üz-

üzədir,  Dünyanı,  ilk  növbədə  isə  sosial  dünyanı,  cəmiyyəti  nizama 

salmalıdır. Dövlət yaratma missiyası onun üzərinə düşür. İdeal dövlət 

-  Linin,  Dünya  Nizamının  sosial  mücəssəməsidir.  Əgər  ideal  dövlət 

Dünya  Nizamının,  əgər  belə  demək  mümkündürsə,  nisbətən  geniş 

miqyasda  təcəssüm  olunmasıdırsa,  ideal  ailə  linin  ən  kiçik  sosial 

məkan  çərçivəsində  qərarlaşmasıdır.  Linin  bütün  dünya  miqyasında 

qərarlaşması isə Tay Tszidir. Tay Tszi dilimizə tərcümədə böyük hədd 

deməkdir. Tay Tszi hərfi tərcümə baxımından deyil, həqiqi mahiyyəti 

baxımından  qədim  yunan  təfəkkürünün  kosmos  anlayışına  bənzəyir. 



Tay Tszi də kosmos kimi dünyanın nizama düşərək gözəlləşdiyi çağdır. 

Çin  dövlətləri  iki  başlanğıcın  sintezi  nəticəsində  formalaşırdı. 

Hər bir linin yaradılmasında iki mədəniyyət tipi, iki həyat tərzi və iki 

düşüncə üslubu iştirak etdiyindən və bu lilərin adlandırılması da ikili 

xarakter  daşıyırdı,  onların  adlandırılmasına  iki  yanaşma  üsulu  vardı, 

bəzən  Çin  məmləkətləri  iki  adla  adlandırılırdı.  İlk  böyük  Çin 

məmləkətinin iki adla, Şan və İn adları ilə Şan-İn adlandırılması etnik 

özünüdərkin  ikili  xarakterindən  xəbər  verirdi.  Şan  bu  məmləkətin 

cəngavər  mədəniyyəti  nöqteyi-nəzərindən,  İn  isə  icma  mədəniyyəti 

nöqteyi-nəzərindən  səciyyələndirilməsi  idi.  Daha  dəqiq  deyilsə,  Şan 




 

61 


hakimiyyətin,  İn  isə  xalqın,  ölkənin,  vətənin  və  torpağın  adı  idi.  İn 

torpağında, İn xalqı üzərində himayəçi olan sülalənin ilk nümayəndəsi 



Şandi idi. Hətta Şandi sözünün özünün də iki tərkib hissəsi vardır: Şan 

-  yüksəklik,  Di  isə  Yer.  Şandi  Səmanın  Yer  üzərində,  dağların  vadi 

üzərində  və  ən  nəhayət,  cəngavərin  əkinçi  üzərində  himayəsinin 

təcəssümü idi. İn xalqının Səmaya inamı, Səma kultu Şandiyə və onun 

nəslinə  olan  etibar  və  inam  idi.  Şandi  və  onun nəsli 



Səmavi  İradənin 

Yer  üzərindəki  təcəssümü  kimi,  Səmanın  Yerdəki  canişini  kimi  və ən 

nəhayət, Səmanın oğlu kimi qavranılırdı. Şandi və onun nəsli Səmanın 

timsalı olaraq Yer üzərində haqqı və ədaləti gerçəkləşdirməli idi. 

Şandi  nəsli  haqqı  və  ədaləti  qoruyub  saxlamaq  qüdrətini 

itirdikcə hakimiyyətini  də itirdi.  Eyni  taleyi  sonradan  Çjou tayfası  da 

yaşadı. 

Klassik Çin fəlsəfəsi o dövrdə meydana gəldi ki, artıq Çjou da 

özünün himayəçilik qüdrətini çoxdan itirmişdi. Bu elə bir dövr idi ki, 

Çin xalqı hakimiyyətin özü üzərində artıq himayəsini deyil, zülmünü 

hiss edirdi və hakimiyyətin bu zülmündən xilas olmaq istəyirdi. 

İlk Çin filosofu hesab edilə bilən Lao-tszı icma mədəniyyətinin 

siyasi  idealına  -  kommunizmə  meylli  idi.  O,  bizə  məlum  olan 

kommunistlərin ən ilkini idi. Lao-tszı belə hesab edirdi ki, o yerdə ki, 

hakimiyyət 

böyük  müdriklərə  mənsubdur,  təbəələr  onların 

mövcudluğunu hiss etmirlər. O yerdə ki, hakimiyyət o qədər də böyük 

olmayan  müdriklərə  mənsubdur,  təbəələr  onlara  bağlı  olur  və  onları 

tərifləyir.  O  yerdə  ki,  hakimiyyət  kiçik  müdriklərə  mənsubdur, 

təbəələr  onlardan  qorxur.  O  yerdə  ki,  hakimiyyət  daha  kiçiklərə 

mənsubdur, təbəələr onlara nifrət edir. 

Lao-tszı siyasi aktivliyin əleyhdarı idi. O, belə güman edirdi ki, 

hakimiyyət  dinc  olanda  xalq  da  xoşbəxt  olur,  hakimiyyət  işgüzar 

olanda  isə,  xalq  bədbəxt  olur.  Lao-tszının  bu  kontekstdə  söylədiyi 

başqa bir fikir də öz qeyri-adiliyi ilə diqqəti cəlb edir. Nə qədər qəribə 

görünsə də, Lao-tszı belə hesab edir ki, qanunlar və qərarlar nə qədər 

çox nəşr olunursa, oğru və quldur da bir o qədər çox olur. O, özünün 

belə  bir  fikrində  israrlı  idi  ki,  hökmdarlar  hadisələrin  təbii  axarına 

müdaxilə etməməli, təbii qanunauyğunluqlara riayət etməlidirlər. 

Belə  olmadıqda  dövlətin  içində  hərc-mərclik  başlayır  və 

dövlətin  içində  hərc-mərclik  başlayanda  isə  sədaqətli  nökərlər 

meydana çıxır. 

Cəmiyyətin  təbii ahəngi  pozulduqca  sosial həyat  öz  zərifliyini 

və  gözəlliyini  itirir.  Lao-tszının  belə  bir  məşhur 

aforizmi  də  vardır. 

İnsan doğulanda zərif və zəif, öləndən sonra isə bərk və möhkəm olur. 

Bərklik  və  möhkəmlik  məhv  olmanın,  zəiflik  və  zəriflik  isə  həyatın 

başlanğıcıdır. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə