Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə37/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   33   34   35   36   37   38   39   40   ...   402

 

76 


əyilməyə və alçalmaya məcbur edirdi. Nə Harun ər-Rəşidin özü, nə də 

onun  oğulları  -  xəlifə  əl-Əmin  (809-813)  və  xəlifə  əl-Mömin  (813-

833)  əslində  ruhən  müsəlman  deyildilər,  bunu  onların  özləri  daha 

gözəl  hiss  edirdilər.  Buna  görə  də  özlərinə  qəlbən  yaxın  olan,  şirin 

gələn,  doğma  olan  həyat  tərzinin  əsaslarını  qeyri-müsəlman 

mənbələrində axtarırdılar. Belə bir mənbə olaraq ilk növbədə ərəbdilli 

mədəniyyəti  yaradan  bütün  xalqların  -  ərəblərin,  türklərin,  farsların 

islamaqədərki  mədəni  irsi,  həmçinin  digər  şərq  xalqlarının  -  xüsusən 

hindlilərin  və  çinlilərin  mədəniyyəti  və  Suriya  vasitəsi  ilə 

mənimsənilən qədim yunan mədəniyyəti çıxış edirdi. 

IX əsrin əvvəllərində xəlifə əl-Mömünün hakimiyyəti dövründə 

Bağdadda  qeyri-müsəlman  mənbələrinin  öyrənilməsi  üçün məktəblər 

və  kitabxanalar  yaradıldı,  elmi  cəmiyyət  təsis  edildi,  tərcümə  qrupu 

təşkil olundu. Aristotelin, Platonun, Hippokratın, Evklidin, Arximedin 

Ptolemeyin  əsərləri  də  ərəb  dilinə  burada 

tərcümə  edildi.  Bağdad 

tədricən  dünyanın  bir  nömrəli  elm  mərkəzinə,  daha  doğrusu, 

deterministik elmin mərkəzinə çevrilirdi. 

Əvvəllər əsasən, müsəlman olmayanlar, yəhudilər və xristianlar 

tərəfindən  yerinə  yetirilən  bütün  bu  işlər  ərəb  zəminində  də  öz 

bəhrəsini verdi. Əl-Kindi ərəblərin ilk filosofu oldu. O, eyni zamanda, 

həndəsə,  astronomiya,  optika,  meteorologiya,  təbabət,  psixologiya, 

musiqi  ilə  məşğul  olmuş,  qədim  yunan  mədəniyyətinin  yayılmasında 

görkəmli rol oynamışdır. 

Əl-Kindinin fəlsəfi əsərləri əsasən Aristotelin şərhi ilə əlaqədar 

yazılmış,  öz  məzmunu  etibarı  ilə  məntiqi  və  qnoseoloji 

problematikaya həsr olunmuşdur. Elmi idrakın üç mərhələsi haqqında 

əl-Kindi  tərəfindən  yaradılmış  konsepsiya  müsəlman  aristotelizmi 

üçün böyük əhəmiyyətə malik idi. 

Qeyd etmək istərdik ki, elmi idrakın üç mərhələsi haqqında əl-

Kindinin  irəli  sürdüyü  konsepsiya  təkcə  müsəlman aristotelizmi  üçün 

deyil, həm  də,  ümumiyyətlə  ümumdünya  fəlsəfi  proses  üçün mühüm 

əhəmiyyət  kəsb  edirdi.  XYIII  əsr  alman  filosofu  İmmanuil  Kantın 

insanın idraki qabiliyyətləri ilə bağlı doktrinası IX əsr ərəb filosofu əl-

Kindinin  elmi  idrakın  üç  mərhələsi  haqqındakı  konsepsiyası  ilə  nə 

qədər  də  uyuşur.  Əl-Kindinin  bu  konsepsiyasında  idrakın  birinci 

mərhələsini  məntiq  və  riyaziyyat,  ikinci  mərhələsini  təbii  elmlər, 

üçüncüsünü  isə  metafizika  təşkil  edir.  Xatırladaq  ki,  İmmanuil  Kant 

da  insanın  üç  idraki  qabiliyyətindən  bəhs  edir:  hissiyyat,  dərrakə  və 

zəka.  Kant  düşünürdü  ki,  insan  hissiyyat  vasitəsi  ilə  riyaziyyatı, 

dərrakə vasitəsi ilə təbiətşünaslığı və zəka vasitəsi ilə isə metafizikanı 

yaradır. 




 

77 


Qayıdaq  ərəb  fəlsəfəsinə.  Ən-Nəzzam  müsəlman  dünyasının 

gerçəkliyini, o cümlədən siyasi gerçəkliyini yunan təfəkkürü işığında 

mənalandırmağa  çalışmış  və  səbəbdən  idi  ki,  xilafəti  onun  islami 

köklərindən  bütövlükdə  qoparıb  ayırmağa  səy  etmişdir.  Heç  də 

təsadüfi deyildir ki, Ən-Nəzzam belə hesab edirdi ki, 

dövlət işlərində 

elə heç bir dini qanun tətbiq olunmamalıdır. 

Maraqlı  bir  cəhət:  Ən-Nəzzam  bu  fikirləri  söylədiyi  zaman 

dövlət  xalqın  himayəçisi  olmaqdan  daha  çox,  onun  istismarçısı  idi. 

Ərəb fəlsəfəsi o zaman yarandı ki, xilafət müsəlman icması olmaqdan 

qalaraq  bir  ərəb  imperiyasına  çevrilmişdi,  Abbasilər  nəslinin 

genefondunda kifayət qədər fars qarışığı olsa belə. 

Bütün bunlarla yanaşı, islam mədəniyyətinin bütün mövcudluq 

dövrü ərzində müsəlman əhalinin böyük əksəriyyəti icma mədəniyyəti 

prinsiplərini  özündə  daşımaqla  ilkin  müsəlmanlığa  sadiq  olmuşdur. 

İcma  davranış  prinsipləri  burada  müstəsna  əhəmiyyətə  malik  idi. 

Müsəlman  əhalinin  əksəriyyəti  şəhərli  fərdiyyətçiliyinə  və 

praqmatizminə heç cür uyğunlaşa bilmədiklərindən şiələşmirdilər. Bu 

insanlar  eyni  zamanda,  köçəri  sərtliyinə  də  heç  cür  uyğunlaşa 

bilmədiklərindən  sünniləşmirdilər.  Müsəlmanlığın  hələ  təşəkkülü 

prosesində  qərarlaşmış  düşüncə  ənənələri  öz  mövcudluğunu  və 

qüdrətini bu insanlar üçün saxlamaqda idi. 

İslam fəlsəfəsi, əsasən həmin bu üç düşüncə axınının yataqları 

boyunca təkamül etmişdir. 

Müsəlman  cəngavər  ruhunun  fəlsəfi  özünüdərki  IX  əsr 

ərəfəsində  islam  dünyasının  ziddiyyətli  gerçəkliyi  ilə  bağlı  təşəkkül 

tapmışdı.  İslam  dünyası  daxilində  cücərən  və  qol-qanad  atan  şəhərli 

praqmatizmi  döyüşkən müsəlman ruhunu  əlbəttə  ki,  əzirdi. Cəngavər 

təbiətli müsəlman ruhu özünü dərk və ifadə etməli  və bununla da, öz 

dəyərliliyini  və  yaşama,  mövcud  olma  hüququnu  sübut  etməli  idi. 

Təəssüf  ki,  başsız  oluğuna  görə  o,  bunu  praktik  olaraq  edə  bilmirdi. 

Çünki xəlifə xilafət adlanan nəhəng sosial orqanizmin, obrazlı deyilsə, 

beyni və ürəyi deyildi, bəlkə də qanını soran bir mikrob idi. Cəngavər 

müsəlman  ruhu  öz  yaşama  haqqını  öncə  nəzəri  olaraq  sübut  etməli 

oldu. Bu vəzifəni ilkin olaraq öncə xatırladılan cəbrilik fəlsəfəsi yerinə 

yetirdi.  Cəbrilik  öz  mahiyyəti  etibarı  ilə  cəngavər  ruhunun 

rasionallaşdırılmasından  ibarət  olduğundan,  bu  ruhun  başlıca  etiqadı 

olan  Tale  kultunun  mütləqliyindən  çıxış  edirdi,  Tale  kultunun  fəlsəfi 

əsaslarını yaradırdı. 

Tale  ideyası  cəngavər  instinktlərinin  universal  izahı  olaraq 

meydana  gəlir.  Cəngavər,  ilk  növbədə,  ürəyinin  haqq  səsinə  inanan 

kəsdir.  Cəngavər  ürəyin  haqq  səsində  Talenin  hökmünü,  Səmavi 

İradəni  görür.  Tale  Dünya  İradəsinin  Dünya  və  İnsan  üzərində 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə