Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə36/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   32   33   34   35   36   37   38   39   ...   402

 

74 


Həyati  materializm,  yəni  maddi  sərvətlərin  mənəvi  sərvətlərə 

nisbətən üstünlüyü instinkti şiəlikdə, nə qədər paradoksal görünsə də, 

güclüdür.  Bu  instinkt,  dünyanın  determinist  anlaşılma  sərhədlərinin 

genişləndirilməsi  ilə  ödənilir  və  yalnız  bir  müddət  deizm  prinsipi 

vasitəsi ilə ört-basdır edilir. 

Həyati  determinizmin  tarixi  təkamülü  nəzəri  determinizmin 

mütləqləşdirilməsi ilə tamamlandığı halda, həyati materializmin tarixi 

təkamülü də materializmi bir ontoloji prinsip olaraq tamamlamalıdır. 

Sünnizmdə  isə  həyati  materializm  instinkti,  şiizmdən  fərqli 

olaraq,  son  dərəcə  zəif  inkişaf  etmişdir.  Sünnizmin  bu  dünyaya 

bağlılığı  ilə  onun  həyati  materializmə  qarşı  etinasız  münasibəti 

arasındakı  ziddiyyət  öz  həllini  cəbrilik  təlimində  tapır  və  teizmdən 

panteizmə  keçidlə  ifadə  olunur.  Cəbrilik  fəlsəfəsinə  bir  qədər  sonra 

qayıdarıq. O ki, qaldı, panteizmə, panteizm Allahı dünyanın immanent 

mahiyyəti,  yəni  dünyaya  daxilən  xas  olan  mahiyyət  kimi  tanıyır. 

Panteist dünyagörüş sahibi dünyanın mütləq mahiyyətinin, Allahın bir 

zərrəsini  öz  içərisində,  öz  daxili  mahiyyətində,  öz  ürəyinin  həqiqət 

çırpıntılarında, qəlbinin haqq səsində görür və qəbul edir. 

Sünnilik də şiəlik kimi icma şüuruna və uyğun olaraq, ilkin və 

həqiqi müsəlmanlığa ziddir. Eyni zamanda, sünnilik də, şiəlik də həm 

həqiqi  cəngavər,  həm  də  həqiqi  şəhərli  dünyaduyumuna  da  müəyyən 

mənada  əksidir.  Əmir  Teymur  həqiqi  cəngavər  idi,  amma  əslində 

həqiqi  müsəlman  deyildi,  Ömər  Xəyyam  həqiqi  şəhərli  idi,  amma, 

əslində,  müsəlman  deyildi.  Belə  ki,  həqiqi  şəhərlilik  determinizm 

prinsipinin  mütləqləşdirilməsinə  istinad  etdiyindən  elmi,  həqiqi 

cəngavərlik  isə  spiritualizm  prinsipini,  Dünyanı  Dünya  Ruhundan 

çıxış  edərək  izah  etməni  mütləqləşdirdiyindən  panteizmi  öz  həqiqi 

dünyaduyumu  kimi  qəbul  edir.  Sünnilik  ilkin  müsəlmanlıqla 

panteizm,  şiəlik  isə  ilkin  müsəlmanlıqla  dünyəvi,  deterministik  elm 

arasında mövqe tutur. 

Belə  bir  məqam  diqqəti  son  dərəcə  özünə  cəlb  edir. 

Məhəmməd Peyğəmbərin elmlə bağlı bir sıra qiymətli kəlamları dillər 

əzbəridir. Peyğəmbər alimin mürəkkəbini şəhidin qanına bərabər tutsa 

da, bircə saat elmlə məşğul olmanı uzun illər ərzində ibadətlə məşğul 

olmadan daha üstün hesab etsə də, Məhəmməd Peyğəmbər tərəfindən 

təqdir və tərənnüm olunan elm və alimlik fəaliyyəti heç də determinist 

xarakter  daşımayıb,  ilahi  xarakter  daşıyır.  Bu  elm  öz  diqqətini  təbiət 

qanunlarının  dərk  olunmasına  deyil,  daha  çox  ilahi  iradənin  dərk 

olunmasına  yönəldir.  Dini  elm  dünyanı  hərəkətə  gətirən  başlanğıcı 

ilahi  iradədə,  determinist  və  ya  analitik  elm  isə  -  təbiət  qanununda 

görür.  Mirzə  Fətəli  Axundov  bu  elmlər  arasındakı  fərqi 

mənalandırarkən,  əslində,  şiəliyi  onun  məntiqi  sonluğuna  çatdırdı, 




 

75 


həqiqi  şəhərli  dünyagörüşünün  ifadəçisi  olan  determinist  (analitik) 

elmə körpü saldı. 

Şiəlik  şəhər  mədəniyyətinin  ifadəçisi  olduğundan,  onun 

hökmranlığı  şəhərlilik  ənənələrinin  kifayət  qədər  inkişaf  etdiyi  və 

üstün olduğu şəraitdə mümkündür. Şiəliyin rəsmən banisi Əli İbn Əbu 

Talibin  məğlubiyyətinin  başlıca  səbəbi  onda  idi  ki,  şəhərlərin 

çiçəklənməsi cəmiyyətdə aparıcı rol tutacaq qədər inkişaf etməmişdi. 

Köçərilik  və  müharibə  ənənələrinin  hələ  ki,  üstünlüyü  faktı 

hakimiyyətin  Əməvilərə  keçməsini  şərtləndirmişdi.  Ömərin  və  sünni 

sülaləsi  hesab  edilə  bilən  Əməvilərin  hakimiyyəti  cəngavər 

mədəniyyətinin  inkişafı  ilə,  qlobal  işğallarla,  cihadla  səciyyəvi  idi. 

YIII  əsrin  ortalarında,  Əməvi  hakimiyyətinin  sonlarına  doğru  Ərəb 

xilafətinin  ərazisi  Roma  imperiyasının  ərazisindən  daha  böyük  idi. 

Xilafət  Ərəbistanı,  İranı,  Orta  Asiyanı,  Hindistanın  Şimali-Qərbini, 

Suriyanı,  Misiri,  Fələstini,  bütün  Şimali  Afrikanı  və  Pireney 

yarımadasını əhatə edirdi. 

Şəhər mədəniyyətinin çiçəklənməsi və ön plana keçməsi ilə isə, 

şiəlik  və  onun  faktiki  himayədarı  olan  Abbasilər  müsəlman 

dünyasında  hakim  rol  oynamağa  başlayır.  Mahiyyəti  etibarı  ilə  şiə 

sülaləsi  olan  Abbasilərin  hakimiyyəti  şəhər  mədə

niyyətinin  inkişafı 

ilə, məmur ordusunun artımı ilə, sənətkarlığın və ticarətin geniş vüsət 

alması  ilə  xarakterik  idi.  Abbasilərin  hakimiyyəti  illərində  Bağdad, 

Bəsrə,  Dəməşq  və  Qahirə  kimi  iri  şəhərlərin  bütövlükdə  cəmiyyət 

həyatında həlledici rolu getdikcə daha çox artırdı. 

Şəhərli  ruhunun  xəlifə  sarayına  hakim  kəsilməsi  şəhərli  və 

cəngavər  ruhları  arasındakı  mübarizədə  cəngavər  ruhunun  bütün 

cəmiyyət  miqyasında  bir  müddət  məğlubiyyətini  şərtləndirdi.  Əgər 

cəngavər ruhunun sahibi olan Ömər bir xəlifə olaraq (634-644) haqqın 

və  ədalətin  müdafiəçisi  idisə,  dünyanın  haqqa  və  ədalətə  tabe 

etdirilməsi  yolu  ilə  onun  ləyaqətləndirilməsi  üçün  aparılan  cihadın 

başında  dururdusa,  şəhərli  ruhun  sahibi  olan  Harun  ər-Rəşid  xəlifə 

olduğu  illərdə  (786-809)  xilafət  kimi  nəhəng  imperiyanın  böyük 

problemlərindən  o  qədər  uzaq  idi  ki,  bekarçılıqdan  və  işsizlikdən 

darıxırdı, heç  bir  iş  onu  yormadığından  yuxusu  ərşə  çəkilmişdi,  eyş-

işrət məclislərı ilə, rəqslərlə, əyləncələrlə, işlə bağlı olmayan maraqlı 

söhbətlərlə,  nağıllarla  ömrünü  "xoş"  keçirmək  istəyirdi.  Xəlifəlik 

Harun ər-Rəşidin şəxsində öz həqiqi təyinatına yadlaşaraq eybəcər bir 

şəkil almışdı. Əgər xəlifə Ömər özünü müsəlman aləminin dayağı və 

himayəçisi bilirdisə, hər bir müsəlmanı özünün qardaşı hesab edirdisə, 

xəlifə  Harun  ər-Rəşid  özünü  müsəlmanların  ağası  kimi  hiss  edirdi, 

müsəlman icmasını özünün rəiyyəti bilirdi, hər bir müsəlmanı özünün 

qulu hesab edirdi, müsəlmanlarla görüşən zaman onları özü qarşısında 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə