Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə35/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   31   32   33   34   35   36   37   38   ...   402

 

72 


ilahi  vəhy  eksperimentdən  fərqləndiyi  qədər,  həqiqət  istəyi  rahatlıq 

istəyindən fərqləndiyi qədər, utilitarizm altuizmdən fərqləndiyi qədər, 

yəni mahiyyət etibarı ilə fərqlənirdi. 

İslamın  bu  əsrlər  ərzində  inkişaf  prosesi  isə  öz-özlüyündə 

yekcins  deyildi.  Bu  proses  bir-birindən  kifayət  qədər real əlamətlərlə 

fərqləndirilə bilən dövrlərə də ayrıla bilər. İslam ilahi iradəni zor gücü 

ilə  insanlara  qəbul  etdirdiyi  gündən  sünniləşdirildi,  ilahi  qüdrətdən 

faydalanmaq meyllərində isə şiələşdi. Müsəlmanlığın cəngavər ruhuna 

uyğunlaşdırılması onu sünniləşdirdi, şəhərli ruhuna uyğunlaşdırılması 

isə - şiələşdirdi

22



İslamın  sünniləşməsi  Məhəmməd  Peyğəmbərin  iştirakı  və 



xeyir-duası  ilə  müsəlmanların  ələ  qılınc  götürdükləri  gün  başladı. 

İslamın  şiələşməsi  isə  əslində  məkkəlilərin  zor  qarşısında  təslim 

olduqları  və  islamı  qəbul  etdikləri  gün  baş  verdi.  Məkkə  ticarətin, 

şəhər ənənələrinin  kifayət  qədər inkişaf  etdiyi  bir  məkan idi.  Şəhərli 

ruhu  ilkin  islamın  ifadə  etdiyi  icma  prinsiplərinə  yad  olduğu  üçün 

məkkəlilər  öncə  Məhəmməd  Peyğəmbəri  nəinki  Allahın  bir  rəsulu 

olaraq qəbul etmirdilər, hətta onu hər cür sıxıntılara məruz qoymaqdan 

belə  çəkinmirdilər.  Məkkəlilər  islamı  yalnız  o  halda  qəbul  etdilər  ki, 

axirət,  daha  doğrusu  əvəz  (əcr)  ideyasını  islamın  özül  müddəasına 

çevirdilər. 

Sünnilikdə  axirət  dünyasına  maraq  son  dərəcə  zəifdir.  Onun 

diqqət  mərkəzində  axirət  dünyasından  daha  çox  bu  dünya  dayanır. 

Sünnilik,  bu  dünyadakı  ləyaqətli  həyatı  bu  dünyadakı  ləyaqətsiz 

həyata  qarşı  qoyur  və  dini  ləyaqətli  həyatın  əxlaqı  kimi  qəbul  edir. 

Burada  Məhəmməd  Peyğəmbər  ləyaqətlilik  idealı  kimi  təqdim  edilir, 

onun  dünyəvi  təbiətli  olduğu  qəbul  edilir, axirət  dünyası  ilə  əlaqələri 

arxa  planda  qalır.  Şiəlikdə  isə  məhz  bu  əlaqələr  ön  plana  çıxarılır. 

                                                



22

 Yeri gəlmişkən qeyd oluna bilər ki, islamın tarixi təkamülündə olduğu kimi 

xristianlığın  da  tarixi  inkişaf  prosesində  dini  şüur  sosial  təşkilatlamanın 

xarakterinə uyğunlaşmışdır. İcma şüurunun beləcə iki istiqamətdə özgələşməsi 

Avropada  da  müşahidə  olunmuşdur.  Alman  sosioloqu  Maks  Veber 

protestantizmin  burjua  xristianlığı  olduğu  ideyasını  irəli  sürmüşdür  və  bu 

ideyanın  geniş  məntiqi  mənzərəsini  vermişdir.  Veberin  fikrincə,  xristianlığın 

burjualaşması  isə  onu  protestantizmə  çevirmişdir.  Lakin,  burjua  mənşəli 

olduğunu, burjua mühitində tərbiyə aldığını, burjuanın bütün instinktlərinə və 

dəyərlərinə yaxın olduğunu dönə-dönə xatırladan Veberin diqqəti xristianlığın 

katolisizm  və  ortodoksiya  (provoslavye)  kimi  digər  iri  təriqətləri  cəlb 

etmədiyindən  onun  konsepsiyası  tamamlanmamış  qalmışdır.  Əlavə  etmək 

lazım gəlir ki,  əgər  xristianlığın burjualaşması onu  protestantizmə  çevirdisə, 

cəngavərliyin  xristianlaşdırılması  öz  ifadəsini  xristianlığın  katolikləşməsində 

tapmışdır. İslamın da tarixində oxşar dini təkamül nəzərə çarpır.  


 

73 


Şiəlikdə  Məhəmməd  Peyğəmbər  axirət  dünyasının  bu  dünyadakı 

təcəssümü kimi təqdim olunur, özü də bu təqdimat təkcə Məhəmməd 

Peyğəmbərin özünə deyil, onun bütün nəslinə aid edilir. Şiəliyin axirət 

dünyasına  olan  marağı,  ilk  növbədə  şəhər  mədəniyyətinin  “hər  kəs 

yaxşı  əməllərinə  görə  mükafatlandırılmalı,  pis  əməllərinə  görə 

cəzalandırılmalıdır”  idealı  ilə  bağlıdır.  Bu  idealda  aşkar  ifadə  olunan 

həyati  determinizm  elmin  istinad  etdiyi  nəzəri  determinizmdən,  yəni 

səbəb  və  nəticə  arasındakı  münasibətlərin  birmənalılığı  prinsipindən 

daha fundamentaldır və nəzəri determinizmin real zəminini təşkil edir. 

Şiəlik  bu  dünya  ilə  axirət  dünyasının  münasibətlərini  əməl  və  əvəz 

dünyalarının münasibətləri kimi qəbul etdiyindən Peyğəmbər nəslinin 

müqəddəsləşdirilməsi  ilə  əvəz  (əcr)  təkcə  axirət  xarakterli  olmayıb, 

həm də dünyəvi səciyyə daşımağa başlayır. 

Bu  hal  şəhər  mədəniyyətinə  və  onun  əsasında  yatan  analitik 

təfəkkürə təhtəlşüur olaraq xas olan determinizm instinktini müəyyən 

qədər rasionallaşdırır və dünyəviləşdirir. Determinizm şiəlikdən fərqli 

olaraq sünnizmin ruhuna yaddır. Burada mükafatlanma xatirinə edilən 

əməl və eyni zamanda, cəzalandırılma qorxusundan edilən əməlsizlik 

əslində  təqdir  olunmur.  Ləyaqətli  həyat  əxlaqının  təcəssümü  kimi 

qəbul edilən hekayətlər (Sünnə) sünnilikdə, Peyğəmbər nəslinin axirət 

dünyası  ilə  bağlılığını  əks  etdirən  rəvayətlər  (Əxbar)  isə  şiizimdə 

mütləqlik  statusunu  kəsb  edir.  Şiəlik  Allahı  Peyğəmbər  nəslinin 

vasitəsi  ilə  insanlara  yardımçı  olmağa  çağırır,  sünnilik  insanları 

müsəlman əxlaqına tabe etdirməklə ləyaqətləndirməyə səy göstərir. 

Əməl  və əcr  arasındakı  birmənalı  münasibətlər, ümumiyyətlə, 

təsir və əks-təsir arasındakı birmənalı münasibətlərin xüsusi halı kimi 

qavranıldıqca isə şiəlik teizmdən deizmə doğru təkamül edir. 

Teizm  ilkin  müsəlmanlığın  ifadəçisidir.  Teizm  üçün  Allahın 

transsendental anlaşılması səciyyəvidir: Allah mütləq olaraq dünyanın 

sərhədləri  xaricindədir,  mütləq  olaraq  dünyadan  kənardır,  dünyanın 

fövqündədir.  Allah  vahiddir,  təkdir,  mütləqdir,  əbədidir,  əzəlidir, 

yaradılmayan  və  yaradandır,  qüdrətlidir.  Allah  istənilən  dünyaları 

yaratmaq,  idarə  etmək  və  məhv  etmək  qüdrətinə  malikdir,  mütləq 

olan,  əzəli  olan,  əbədi  olan  yalnız  Allahdır,  Allahdan  başqa  hər  şey 

onun  yaradıcılıq  məhsuludur,  fanidir.  Deizmdə  isə  Allah  dünyanın 

yaradıcı  başlanğıcı  kimi  qəbul  edilsə  də,  dünyanın  bilavasitə  idarə 

olunması Allahdan daha çox, qanunlara şamil edilir. Deizm belə hesab 

edir ki, Allah dünyanı yaradarkən onu idarə edən dəyişməz qanunları 

da  yaratmışdır  və  dünyanı  bilavasitə  idarə  edən  Allahın  indiki  anda 

fəaliyyət  göstərən  aktual  iradəsi  deyil,  vaxtilə  yaratdığı  prinsiplərdir, 

qanunlardır.  Deizm  birbaşa  və  ya  dolayısı  yolla  materializmlə 

çuğlaşır. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə