Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə43/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   39   40   41   42   43   44   45   46   ...   402

 

88 


baxımından,  müasir  dillə  daha  yığcam  olaraq  daha  dəqiq  deyilsə, 

kulturoloji  yanaşmalar  da  olmuşdur.  Əl-Cahiz  bununla  bağlı  bir  fikir 

də  irəli  sürürdü,  bu,  konkret  dilin  özündən  də  asılıdır.  Məsələn,  ərəb 

nitqi  fars  nitqindən  fərqləndiyi  üçün  ərəb  nəğmələri  spontan 

improvizisiyalı  xarakter  daşıyır,  bu  da  böyük  ilhamın  nəticəsidir.  O, 

çox  ciddi-cəhd  olmadan  yaranır.  Şair  öz  nitqinin  mövzusu  üzərində 

özünü  toplayırsa,  elə  bil,  sözlər  və  fikirlər  onun  dodaqlarında  öz-

özünə yaranır. Oxşar mövqe əl-Əzzavi tərəfindən söylənilmişdir: Nitq 

sükutdan,  şəfa  xəstəlikdən  üstün  olduğu  kimi,  mahnı  da  nitqdən 

üstündür. 

Qəzali  yazırdı

:  “Görünür,  elə  buna  görədir  ki,  təkcə  hissi 

qavrayışın və təxəyyülün predmetləri deyil, həm də ağlın predmetləri 

gözəl  ola  bilir.  Məsələn,  gözəl  xarakter,  gözəl  elm,  gözəl  həyat. 

Gözəlliyi, ümumiyyətlə isə, 

Qəzali 


ilahi kamilliyin bir ifadəçisi hesab 

edirdi.” 

Qəzalinin 

fəlsəfəsi əlbəttə ki, müəyyən dərəcədə mistik təbiətli 

idi  və  üstəlik  şüurlu  olaraq  da  peripatetizmin  rasionalizminə  qarşı 

yönəlmişdi.  Qəzali  aristotelizmə  qarşı  yönələn  «Filosofların  təkzibi» 

adlı xüsusi bir əsər də yazmışdı. Qəzalinin bu əsəri də öz növbəsində 

aristotelizm  tərəfindən  təkzib  olundu.  İbn  Rüştün  «Təkzibin  təkzibi» 

adlı  bir  kitabı  xüsusi  olaraq  bu  məsələyə  həsr  olunmuşdu.  İbn  Rüşt 

burada  Qəzali  dünyagörüşünə,  həmçinin  də,  bütövlükdə  ortodoksal 

fəlsəfəyə  qarşı  çıxmış,  dünyanın  dərk  olunması prosesində fəlsəfənin 

rolunu müdafiə etmişdir. 

Müsəlman  İspaniyasında,  Əndəlisdə  aristotelizmin  ilk  böyük 

nümayəndəsi  olan  İbn  Bəcca  (1077-1139)  da,  həmçinin  özünün 

«Tənha  adamın  tədbiri  və  ya  Zahidin  həyat  tərzi»  adlı  əsərində 

Qəzalinin  mistikasına  qarşı  rasionalizmi,  dünyəvi  elmi  və  peripatetik 

fəlsəfəni qoyurdu. 

Qərbi  aristotelizmin  nümayəndəsi  olan  İbn  Bəcca  şərqi 

aristotelizmin  nümayəndəsi  olan  İbn  Sina  kimi  dövlət  xadimi  ,  şair  , 

musiqiçi , astronom , riyaziyyatçı və təbiətşünas idi. 

Ərəb-islam  fəlsəfəsinin  başqa  bir  nümayəndəsi  artıq  qeyd 

olunduğu  kimi  İbn  Tüfeyldir.  İbn  Tüfeylin  dövrümüzə  qədər  gəlib 

çatmış yeganə əsəri isə «Yəzqan oğlu Həy» romanıdır. İbn Tüfeyl bu 

əsərində tənha adaya düşmüş insanın psixoloji yaşantılarını təsvir edir. 

İbn  Bəcca  İbn  Sinaya  bənzədilə  bildiyi  kimi,  İbn  Tüfeyl  də  əl-

Fərabiyə  bənzədilə  bilər.  İbn  Tüfeyl  əl-Fərabidə  olduğu  kimi 

aristotelizmin və platonizmin sintezinə nail olmağa çalışır. İbn Tüfeyl, 

həmçinin,  müsəlman  qərbinin  digər  peripatetiklərindən  fərqli  olaraq 

rasionalizm  prinsipinin  sosial  tətbiq məkanını  da məhdudlaşdırır.  İbn 

Tüfeylə  görə,  zəka  yalnız  seçmə  insanlara  aiddir,  xalqı  ənənəvi  dini 

ruhda tərbiyə etmək gərəkdir. 



 

89 


İbn Tüfeyl ilahiyyat həqiqətlərinin iki yolla - fəlsəfi və dini yolla 

-  əldə  olunmasını  mümkün  hesab  edir.  Fəlsəfə  əksəriyyət  üçün 

əlçatmazdır. Quran isə ilahi həqiqətləri obrazlı formada təsvir edir. Elə 

buna  görə  də,  ilahi  həqiqətlər  məhz  Quran  vasitəsi  ilə  adamların 

əksəriyyəti üçün anlaşıqlı olur. 

Qərbi  aristotelizmin  ən  böyük  nümayəndəsi  olan  İbn  Rüşt  isə 

belə  hesab  etmişdir  ki,  fəlsəfi  və  dini  həqiqətlər  bir-birindən  asılı 

olmayıb,  müstəqildirlər.  Fəlsəfədə  elə  həqiqətlər  vardır  ki,  ilahiyyat 

onları qəbul etmir və yaxud əksinə. İbn Rüştün bu müddəası sonradan 

ikili həqiqət və ya ikiqat həqiqət adlandırılmışdır. 

İbn Rüştü İbn Tüfeyldən fərqləndirən ən mühüm cəhət onda idi 

ki,  İbn  Rüşt  platonizmdən  çox  uzaq  idi.  İbn  Rüşt  antik  fəlsəfənin 

avtoritetləri  içərisindən  yalnız  Aristotelə  bağlı  idi.  Müasirləri  onun 

haqqında  yazırdılar  ki,  Aristotel  təbiəti,  İbn  Rüşt  isə  Aristoteli  izah 

etmişdir.  İbn  Rüştün  özü  yazırdı  ki,  Aristotelin  təlimi  insan  idrakının 

sərhədi  ilə  hüdudlandığından,  o,  ali  və  mütləq  həqiqətdir.  Aristotelin 

əsərlərinə  İbn  Rüşt  tərəfindən  yazılan  şərhlər  peripatetizmin  Qərbi 

Avropaya nüfuz etməsində mühüm əhəmiyyətə malik olmuşdur. 

İbn  Rüştün  ,həmçinin,  ikili  həqiqətlə  bağlı  müddəası  da 

Avropada son dərəcə məşhur idi. İkiqat həqiqət nəzəriyyəsi Avropada 

orta əsr təfəkküründən Yeni dövr təfəkkürünə keçid mərhələsində son 

dərəcə mühüm əhəmiyyətə malik olmuşdur. 

Öz  sələfləri  kimi,  həkim  və  astronom,  riyaziyyatçı  və 

hüquqşünas,  şair,  ilahiyyatçı  və  filosof  olan  İbn  Rüşt  şəhərli 

dünyagörüşünün müsəlman Avropasında sonuncu böyük nümayəndəsi 

idi.  Şəhərli  dünyagörüşünün  post-səlcuqi  məkanında  tanınmış 

nəzəriyyəçiləri isə Siracəddin Urməvi və Nəsirəddin Tusi oldu. 

XII  əsrin  sonlarına  doğru  müsəlman  ruhunun  şəhərli  yönümü 

uğurla  inkişaf  edirdi.  Lakin  bu  sözləri  müsəlman  ruhunun  cəngavər-

zadəgan  yönümü  haqqında  söyləmək  bir  qədər  çətindir.  Cəngavər 

müsəlman ruhu bu dövrdə həddindən artıq ölgünləşdiyindən müsəlman 

dünyasının  özü  xristian  mənşəli  Avropa  cəngavərlərinin  müdaxiləsinə 

məruz qaldı. 

Lakin XI əsrin sonlarından XIII əsrin sonlarına kimi Avropanın 

müsəlman  dünyasına  qarşı  səlib  yürüşləri  durğunluq  içərisində 

mürgüləyən  Qərbi  çiçəklənməkdə  olan  Şərqlə  üz-üzə  qoydu. 

Müsəlman  mədəniyyətinin  təsiri  Qərbi  Avropada  şəhər  həyatının 

inkişafını canlandırdı. Qərbdə ticarət və sənətkarlıq genişlənir, əmtəə-

pul  münasibətləri  yayılmağa  başladı.  Avropa  sənətkarları  bir  sıra 

bahalı  parçalar  toxumağı  öyrəndilər.  Natural  təsərrüfat  arxa  plana 

keçir. Bir çox texniki yeniliklər - maqnit əqrəbi, barıt, su və mexaniki 

saatlar,  kağız  -  Avropaya  müsəlman  dünyası  ilə  tanışlıq  vasitəsi  ilə 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə