Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə46/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   42   43   44   45   46   47   48   49   ...   402

 

94 


formasıdır.  Bu  sözləri,  yəni  «ən  sərt»,  «ən  amansız»  sözlərini 

Qəzzafinin  Qərb  demokratiyasına  olan  münasibətinə  aid  etmək  daha 

düzgün  olardı.  İndi  isə  ərəb  fəlsəfəsi  ilə  bağlı  bütün  bu  deyilənləri 

yekunlaşdıraq. 

İslam fəlsəfəsində icma istiqaməti, öz mahiyyəti etibarı ilə ilkin 

müsəlmanlığın,  aristokratik  cərəyan  sünniliyin,  məşşailik  isə  şiəliyin 

ifadəsi idi.  Burada  söhbət, formal müsəlmanlıqdan,  formal  sünnilikdən 

və  formal  şiəlikdən  getməyib,  həqiqi  müsəlmanlıqdan,  həqiqi 

sünnilikdən  və  həqiqi  şiəlikdən  gedir.  Belə  ki,  həqiqi  müsəlman  öz 

iradəsini  könüllü  olaraq  Allahın  iradəsinə  tabe  edir.  Həqiqi  sünni 

özünün və başqalarının iradəsini ilahi iradəyə zorla tabe etdirir. Həqiqi 

şiə isə ilahi iradədən öz problemlərinin həlli üçün istifadə etməyə çalışır. 

İslam  fəlsəfəsi  yaranarkən  əvvəlki  fəlsəfi  ənənələrdə  özünə 

zəmin axtardı və qədim yunan fəlsəfəsinin timsalında belə bir zəmini 

tapdı.  İslam  fəlsəfəsində  icma  istiqaməti  Sokrata  və  sokratizmə, 

aristokratik  cərəyan  Platona  və  platonizmə,  praqmatik  istiqamət  isə 

Aristotelə  və  aristotelizmə  (  məşşailik)    istinad  edirdi.  Praqmatik 

cərəyan  Aristotelin  elə  güclü  təsirinə  məruz  qalmışdı  ki,  bütövlükdə 

aristotelizmə çevrilmişdi. 

Ərəb  fəlsəfəsi  ərəb  ruhunun  rasionallaşdırılmasına  və  məntiqi 

təsvirinə nail oldu. «Xaricilik - xürrəmilik - Cüneyd Bağdadi» zənciri 

üzrə təkamül edən fikir axınında bu ruhun icma təmayülü, «Mötəzilə - 

əl-Kindi – Ər-Razi - əl-Fərabi – İbn Sina - Biruni - Ömər Xəyyam – 

İbn Bəcca - İbn Rüşt - İbn Xəldun» zəncirində onun şəhərli təmayülü, 

«Əl-Qəzali - İbn Tüfeyl - Sührəvərdi - Razi Fəxrəddin – İbn əl-Ərəbi - 

əl-Vəhhab»  həlqəsində  isə  ərəb-müsəlman  ruhunun  cəngavər  və 

zadəgan təmayülü rasionallaşdırılmışdır. 

 

Bəzi yekunlar

 

 

Fəlsəfəsinin hər bir tarixi tipi bir-birini əvəz etməli olan epoxal 



dünyagörüşlərin  rasionallaşdırılmasına  olan  ehtiyacdan  doğaraq, 

onların  arasında  keçid  mərhələ  kimi  mövcud  olmuş  və  həmin 

ehtiyacın  ödənilməsi  ilə  tamamlanmışdır.  Bu  isə  öz  ifadəsini  mütləq 

bilik  modellərinin  tarixi  dinamikasında  tapmışdır.  Qədim  dövr  üçün 

mifologiya,  Orta  əsrlər  üçün  din,  Yeni  dövr  üçün  isə  nəzəri 

təbiətşünaslıq  mütləq  bilik  paradiqması  kimi  qəbul  olunduğundan, 

antik  fəlsəfə  mifologiyanın  hökmranlığından  dinin  hökmranlığına, 

Orta  əsr  fəlsəfəsi  isə  dinin  hökmranlığından  analitik  elmin 

hökmranlığına  doğru  istiqamət  götürmüşdür.  Yeni  dövr  fəlsəfəsi  isə 

bütövlükdə  klassik  elmin  istinad  etdiyi  analitik  təfəkkürü  özünün 

tədqiqat obyektinə çevirir. 



 

95 


Antik  fəlsəfənin  mövcud  olduğu  1200  il  ərzində  mifoloji 

dünyagörüş  ilə  dini  dünyagörüş  yanaşı  mövcud  olmuşlar.  Onların 

hansının  həqiqət  olduğunu  müəyyənləşdirmək  üçün  isə  onların  hər 

ikisi  rasionallaşdırılmalı  idi.  Bu  isə  fəlsəfi  bilik  sferasında  baş 

vermişdir. 

Orta əsr təfəkkürü Tanrının mütləq varlıq kimi qəbul olunması 

zəminindən  çıxış  edir,  öz  başlanğıcını  bu  mütləqləşdirmənin 

başlanğıcından götürürTanrının transsendentliyi ideyasının inkarı ilə 

başa  çatır.  Yunan  təhsilli  yəhudi  filosofu  Filonun  fəlsəfi 

arqumentasiyasına  söykənən  Avropa  teoloji  fəlsəfəsi  latın  təhsilli 

yəhudi  filosofu  Spinozanın  fəlsəfəsində  yenidən  elitar  təfəkkürə 

qovuşur.  "Tanrı"  və  "təbiət"  anlayışları  eyniləşdirilərkən,  Tanrı 

transsendent mahiyyət deyil, dünya ruhu olur

Doqmatik  dünyaduyumun  məntiqi  əsaslandırılması,  eyni 

zamanda,  milli  xüsusiyyətləri  də  özünə  ehtiva  edir.  Əgər  praqmatik 

meylli  ingilis  fəlsəfəsi  doqmatizmdən  analitizmə  körpü  salırsa

kosmosentrik təbiətli alman fəlsəfəsi elitar təfəkkürün bərpasına doğru 

istiqamət götürür. 

Yeni dövrdə Qərb mədəniyyətinin dirçəlişi və ön plana keçməsi 

onun  nəzəri  əsası  olan  analitik  təfəkkürün  Yeni  dövr  qarşısında  duran 

problemlərin  həlli  üçün  daha  yararlı  olmasından  doğduğundan,  onun 

mövcudluğundan törəyən, lakin analitik təfəkkür prinsipləri daxilində öz 

həllini tapa bilməyən problemlərin varlığı onun tənəzzülünü şərtləndirir

Analitik  təfəkkürün  qüdrəti  və  qüdrətsizliyi  məsələsi  Yeni  dövr 

fəlsəfəsinin başlıca qayəsini təşkil edir. 

İndi isə diqqəti fəlsəfə tarixinin 

Nils Gilye və Qunnar Skirbekk 

tərəfindən  təqdim  olunan  mənzərəsinin  bəzi  xüsusiyyətlərinə 

yönəldək. 

Öncə onu qeyd edək ki, 

Nils Gilye və Qunnar Skirbekk dünya 

fəlsəfi irsinə müasirliyin və müasir insanın gözü ilə baxırlar. Bununla 

da,  onlar  fəlsəfə  tarixinin  məsələn  Dürant  tərəfindən  verilən 

təqdimatından  fərqlənirlər.  Dürant  Gilyedən  və  Skirbekkdən  fərqli 

olaraq  fəlsəfi  irsə  müasir  insanın  gözü  ilə  deyil,  daha  çox  fəlsəfənin 

zamandan  kənar  subyektinin  gözü  ilə  baxır.  Gilye  və  Skirbekk  daha 

çox  müasir  dünyanın  problemləri  ilə  qayğılanırlar.  Dürant  isə  onun 

müasiri  olan  dünyanın  problemlərinin  sanki  fövqündədir.  Gilye  və 

Skirbekk  üçün  fəlsəfi  irs  onlara  kənardan  verilmiş  tədqiqat  obyekti 

kimidir.  Fəlsəfi  irs  Dürant  üçün  isə  onun  öz  daxili  yaşantılarının  bir 

ifadə  formasıdır.  Dürant  dünya  fəlsəfəsini insanlara  aşılamaqla  onları 

sanki  mənən  zənginləşdirmək  istəyir,  Gilye  və  Skirbekk  isə  dünya 

fəlsəfəsinin  köməyi  ilə  müasir  dünyanın  adi  insanının  gündəlik 

həyatını  bir  qədər  yüngülləşdirmək  istəyirlər.  Dürant  fəlsəfənin 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə