Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə47/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   43   44   45   46   47   48   49   50   ...   402

 

96 


zamandan  kənar  subyekti  olaraq  keçmiş  filosoflarının  yaşadıqları 

yaradıcılıq  və  güzəran  çətinliklərini  sanki  bir  daha  yaşayır.  Gilye  və 

Skirbekk  isə  onları  kənardan  müşahidə  edirlər,  lakin  öz  baxış 

bucaqları altından. 

Nils  Gilye  və  Qunnar  Skirbekk  dünya  fəlsəfəsinə  vahid  bir 

metodologiyadan çıxış edərək yanaşırlar. Görünür, bəlkə də, elə buna 

görədir ki, dünya fəlsəfəsində özünə möhkəm yer alan filosofların və 

onların  fəlsəfələrinin  təsviri  zamanı  bu  filosofların  öz  məxsusi 

anlayışları ilə  yanaşı,  bəzən  də  onlardan  da  daha  çox  müəlliflərin  öz 

məxsusi  anlayışlarından  («ümumi  əhəmiyyətə  malik  olan  dəyər», 

«özünüreferensiya»  və  «hipotetik-deduktiv  tədqiqat»  s.)  istifadə 

olunur.  Bunun  da  nəticəsində,  kitab  mövzu  üzrə  materialın 

toplanmasına  əsaslanan  adi  tədqiqatdan  daha  çox,  toplanmış 

materialın  mövzu  üzrə  yeni  tərtibatı  təəssüratını  yaradır.  Fəlsəfə 

tarixinin faktiki materialları müəllif mövqeyini ifadə etmək üçün sanki 

bir  illüstrasiya  rolunu  oynayır.  Bu  da  eyni  zamanda  ona  müəyyən 

metodologiya üzərində qurulan əsər statusunu verir. 

Bu  metodologiyanın  xüsusiyyətlərindən  biri  də  odur  ki,  Gilye 

və  Skirbekk  bir  sıra  digər  elmlərin  yaradıcılarını  fəlsəfə  tarixinə  bir 

filosof olaraq daxil edirlər. Bu da, görünür, təsadüfi deyil. Hər bir elm 

əslində fəlsəfədən doğulmuşdur. Bu səbəbdən də hər bir elmin banisi 

əslində  bir  qədər  filosofdur.  Görünür,  buna  görədir  ki,  Nyuton  da, 

Freyd  də,  Darvin  də  fəlsəfə  tarixində  öz  yerlərini  almalıdırlar, 

Skirbekk və Gilye də onların bu hüququnu həyata keçirirlər. 

Sonda onu da qeyd edək ki, həyat və fəlsəfələri bu kitabda təsvir 

olunan filosofların ən yaşlısının yaşı min illərlə ölçülür, onların ən gənc 

olanı  isə  1950-ci  ildə  anadan  olmuşdur.  O,  hətta  bu  kitabın 

müəlliflərindən  belə  gəncdir.  O,  qadındır,  özü  də  feminist,  qışqırıqçı, 

«öz  hüquqlarını  tələb  edən»,  kişilərlə  bərabər  olmasını  istəyən 

qadınlardan deyil, əksinə bütün qadın məziyyətlərini özündə daşıyan və 

bunlardan  qürur  duyan  bir  xanımdır  –  gözəl,  zərif,  mədəni,  qayğıkeş. 

Özü  də  bu  xanım  nə  Parisdə,  nə  Venesiyada,  nə  Neapolda,  nə 

Londonda, nə də Cenevrədə deyil, bizim hamımız üçün doğma görünən 

İstanbulda  boya-başa  çatmışdır.  Bu,  indi  məşhur  Amerikan  filosofu 

kimi tanınan Benhabibdir. 

İndi  isə  oxucunu  dünya  fəlsəfəsinin  Skirbekk  və  Gilye 

təqdimatı ilə baş-başa buraxırıq. 

 

Adil Əsədov,  



Nailə Əsədova 

 

 




 

97 


 

 

 

 

 

 

GİRİŞ 

 

 

Fəlsəfəni öyrənmək nəyə gərəkdir? 

Bunun bizə məlum olub-olmamasından asılı olmayaraq, fəlsəfə 

-  bizim  həyat  dünyamızın  bir  hissəsidir.  Biz  onu  elə  buna  görə  də 

lazımınca bilməliyik! 

Bu  fikri  belə  bir  nümunə  ilə  canlandıraq.  Tutaq  ki,  kimsə  iki 

əqidəyə  (və  ya,  əgər  belə  demək  daha  düzgünsə,  iki  prinsipə  və  ya 

normaya)  malikdir.  Birinciyə  uyğun  olaraq,  o,  heç  bir  kimsəni 

öldürməməlidir.  İkinciyə  uyğun  olaraq  isə,  o,  öz  vətənini  müdafiə 

etməlidir.  Bəs  belə  olduğu  təqdirdə,  müharibə  olduğu  halda  o,  nə 

etməlidir?  Çünki,  o,  bir  tərəfdən,  bir  əsgər  olaraq  adamöldürmənin 

yolverilməzliyi barədə əqidəsi ilə konfliktdə olacaqdır. Digər tərəfdən, 

silahlı qüvvələrə qoşulmaqdan imtina edərkən, o, vətənin müdafiəsi ilə 

bağlı öz borcuna xilaf çıxacaqdır. 

Bu  dilemmanı  necə  həll  etməli?  Bu  normalardan  hansısa 

digərinə  nisbətən  daha  fundamentaldırmı?  Əgər  fundamentaldırsa, 

niyə?  Düşünən  insan  anlamalıdır  ki,  silahlı  toqquşmalarda  onun 

iştirakı  və  ya  iştiraksızlığı  hansı  halda  və  hansı  dərəcədə  daha 

minimum itkilərə gətirib çıxaracaqdır və belə situasiyalarda onun edə 

biləcəyi  əməllər  onun  prinsipləri  ilə  uzlaşacaqdır.  Bu  suallara  biz  nə 

qədər dərindən nüfuz ediriksə, bir o qədər də dərindən filosofluq etmiş 

oluruq, yəni fəlsəfi bir tərzdə düşünürük. 

Biz  bunu  dərk  etsək  də,  etməsək  də,  fəlsəfi  düşüncələr  bizim 

bütün  gündəlik  həyatımıza  nüfuz  edir.  Əgər  onları  üzə  çıxarmaq  və 

dəqiqləşdirmək  ayrıca  götürülmüş  insan  tərəfindən  həyata  keçirilirsə, 

bu  fəlsəfi  düşüncələr  şəxsi  xarakter  daşımış  olur.  Lakin,  eyni 

zamanda, onlar həm də ümumi xarakter daşıyır, çünki insani dünyanın 

daha  dərin  və  vahid  anlamı  məhz  onların köməyi  ilə həyata  keçirilir. 

Bu qəbildən olan fəaliyyət öz təbiəti etibari ilə fəlsəfidir və filosofların 

müxtəlif  həyati  məsələlər  barədə  nə  düşündüklərini  və  dediklərini 

bilərək  çox  şeyi  öyrənmək  olar.  "Fəlsəfəni  öyrənmək"  elə  buna  görə 

də, zəruridir. 

Amma  bu  deyilənlərlə  bağlı  belə  bir  sual  da  yaranır:  fəlsəfə 

nəyi  öyrədə  bilər?  Məgər  müasir  elmlər  bizə  öyrənə  biləcəyimiz  hər 




 

98 


şeyi öyrətmirmi? Əgər onlar normaları və dəyərləri əsaslandıra bilmək 

gücündə  deyillərsə,  belə  halda  mövcud  qanunvericiliyə  də  istinad 

etmək  olar.  Deyək  ki,  bizim  qanunlara  görə  irqi  ayrı-seçkilik 

qadağandır. Bəs bu qadağanı fəlsəfi olaraq əsaslandırmağa dəyərmi? 

Elə  bu  andaca  növbəti  sual  yaranır.  Əgər  irqi  ayrı-seçkilik  

hüquqi  olaraq  qanuni  və  məcburi  olsaydı,  əgər  biz  onun  qanuni  bir 

qaydada  təsbit  olunduğu  cəmiyyətdə  yaşasaydıq,  bəs  onda  necə 

olardı?  Bu  suala  müsbət  cavabın  əleyhinə  olan  oxucular  irqi  ayrı-

seçkiliyi  qadağan  edən  insan  hüquqları  barədə  beynəlxalq 

müqavilələrə  istinad  edə  bilərlər.  Amma  bu  müqavilələri  tanımaq 

istəməyənlər üçün onun qanunsuz olduğunu necə əsaslandırmaq olar? 

Oxşar mühakimələri davam etdirmək və onların əsaslandırılması üçün 

bizim aydın və aşkar hesab etdiyimiz dini əqidələrə və ya fundamental 

normativ prinsiplərə də müraciət etmək olar. Lakin bu arqumentasiya 

başqa  dinə  inananlar  və  ya  başqa  prinsiplərdən  çıxış  edənlər  üçün 

ağlabatan görünəcəkmi? 

Oxşar  problemləri  həll  etmək  üçün  bilikləri  və  rəyləri  bir-

birindən fərqləndirmək zəruridir. Nəyisə bilən insanla nəyisə bildiyinə 

inanan  insan  arasındakı  fərq  ondadır  ki,  birinci  biliklərinin  həqiqi  və 

düzgün  olduğunu  əsaslandırmaq  üçün  kifayət  qədər  dəlilə  malikdir, 

amma  ikinci  isə  belə  dəlillərə  malik  deyildir.  Bu  halda  bizim 

normalarımızın  universal  olaraq  zəruri  olduğuna  nə  dərəcədə  etibar 

etmək  olar?  Bu  məsələ  bizim  normalarımızın  universallığını  təsdiq 

etmək  üçün  bizdə  kifayət  qədər  əsasın  olub-olmaması  məsələsinə 

çevrilir.  Belə  əsaslar  yalnız  şəxsi  ola  bilməz.  Əgər  əsas  ümumi 

əhəmiyyətə malikdirsə (is valid), o, bizim üçün də, mənim üçün də öz 

gücünü  saxlayır.  O,  ilkin  olaraq  kim  tərəfindən  ifadə  edilməsindən 

asılı  olmayaraq  ümumi  əhəmiyyət  daşıyır.  Bizim  nəsə  bildiyimizi 

təsdiq  etməyə  imkan  verən  əsaslar  -  onların  əleyhinə  yönələn tənqidi 

sınağa  davam  gətirə  bilən  əsaslardır.  Yalnız  o  mühakimə 

əsaslandırılmış  hesab  edilə  bilər  ki,  o,  digər  nöqteyi-nəzərləri 

dəstəkləyən insanların  azad  və açıq  sınağına  duruş  gətirə  bilir.  Bütün 

bu  deyilənlər  belə  bir  mənaya  işarə  vurur  ki,  mühakimələr  bu  məna 

daxilində  əsaslandırılmış  hesab  edilir  və  bu  məna  da  özündə  fəlsəfi 

(bizim nümunədə etik) məsələləri də ehtiva edə bilir. 

Hazırkı  dövrdə  belə  qəbul  edilmişdir  ki,  mövcud  olanla 

mövcud olmalı olan bir-birindən fərqləndirilməlidir. Bu halda, adətən, 

belə  deyirlər ki,  təbii  elmlər  yalnız mövcud  olanı  təsvir  və izah  edir, 

amma  onun  nədən  müəyyən  bir  dəyər  olduğunu  izah  edə  bilmir.  Bu 

fərq  barəsində  bəzi  izahatları  diqqətə  çatdıraq.  Məsələn,  elm  bizim 

necə  öyrəndiyimizi  təsvir  edə  bilər,  amma  niyə  öyrənməli 

olduğumuzu isə yox. Əlbəttə ki, o, belə bir suala cavab verə bilər ki, 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə