Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə45/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   41   42   43   44   45   46   47   48   ...   402

 

92 


Postmonqol  dövrünün  ən  nüfuzlu  ərəb  filosofu  İbn  Xəldun 

oldu.  İbn  Xəldun  1349-cı  ildən  öz  məşhur  «Müqəddimə»sini 

tamamladığı  1375-ci  ilədək  müxtəlif  müsəlman  hakimlərinin 

saraylarında bir müşavir, vəzir olaraq xidmət etmişdir. 

«Müqəddimə»də  insanların  həyat  tərzlərinin  müxtəlifliyi 

coğrafi  mühitin  müxtəlifliyi  ilə  bağlanmışdır.  Bu  tipli  fikirlər, 

xatırladaq  ki,  b.e.ə.  Y  əsrdə  Hippokrat  tərəfindən  söylənilmişdi.  İbn 

Xəldun onları XIY əsrdə, Monteskyö XYIII əsrdə, Bokl isə XIX əsrdə 

yenidən kəşf etdilər, canlandırdılar. 

İbn  Xəldun  tərəfindən  irəli  sürülən  tərəqqi  ideyası  da  son

 

dərəcə maraqlıdır: İnsanlar əvvəlcə vəhşi olurlar, sonra tədricən təbiət 



aləmindən  ayrılır,  sosial  qrup  halını  alırlar.  Əvvəlcə  əkinçilik  və 

maldarlıqla,  sonra  isə  sənətkarlıq  və  ticarətlə  məşğul  olurlar,  elm  və 

incəsənət meydana gəlir. 

Lakin,  İbn  Xəldun  tərəqqinin  özünü  də  mütləqləşdirmir. 

Tərəqqiyə  münasibətdə  Russonun  mövqeyinə  bənzər  bir  mövqeyi  biz 

onun  məşhur  «Müqəddimə»sində  müşahidə  edirik.  «Güclü  dövlət 

hakimiyyətinin  yaranması  ilə  bəsitlik  dövrünün  bərabərliyi,  azadlığı, 

bolluğu tədricən sivilizasiya dövrünün ağalığı, bərabərsizliyi və əsarəti 

ilə  əvəz  olundu»  -  sözlərini  biz  elə  bil,  Russonun  daha  məş

hur  olan 

«İnsanlar  arasında  bərabərsizliyin  mənşəyi  haqqında  düşüncə"  (1754) 

əsərindən oxuyuruq. 

İbn  Xəldun  Avropa  tarixi  nöqteyi-nəzərindən  orta  əsr,  ərəb 

tarixi nöqteyi-nəzərindən isə, əslində Yeni dövr ərəb təfəkkürünün son 

parıltısı  oldu.  Belə  ki,  tarix  özünün  Yeni  dövrünə  şəhər 

mədəniyyətinin aparıcı mövqe kəsb etməsi ilə qədəm qoyur. 

Osmanlıların  tarix  meydanına  çıxması  və  qüdrətlənməsi  ilə 

ərəb təfəkkürü arxa plana atılır, türk təfəkkürü müsəlman dünyasının 

aparıcı  düşüncə  tərzinə  çevrilir.  Yeri  gəlmişkən  qeyd  edilməlidir  ki, 

səlcuqilər  osmanlılardan  fərqli  olaraq,  türk  təfəkkürünün  deyil,  daha 



çox  fars  təfəkkürünün  dirçəlişi  və  çiçəklənməsi  üçün  şərait 

yaratmışdılar. 

Ərəb  cəngavər ruhunun  yenidən dirçəlişi əl-Vəhhabın adı ilə, 

ərəb  şəhərli  ruhunun  yenidən  dirçəlişi  isə  Rifa  ət-Təhtəvinin  (1801-

1873) adı ilə bağlı idi. 

İslam  dünyasında  şəhərlərin  artımı  determinizm  prinsipinin 

fəaliyyət  məkanını  genişləndirirdi.  Şəhər  mədəniyyətinin  özünün 

inkişaf  meylləri  isə  determinist  və  ya  analitik  təfəkkürün  həll  etməli 

olduğu çoxsaylı problemləri üzə çıxardı. 

Lakin  müsəlman  təfəkkürünə  nisbətən  Avropa  təfəkkürü 

determinizmə  daha  çox  yatımlı  olduğundan,  Yeni  dövr  problemlərini 



 

93 


Avropa  müsəlman  dünyasına  nisbətən  daha  yaxşı  həll  etdi  və  Yeni 

dövr tarixinin aparıcı qüvvəsinə çevrildi. 

İslam  dünyası  yavaş-yavaş,  qəlpə-qəlpə  öz  siyasi  sərhədlərini 

daraldır, 

Avropanın 

müstəmləkəsinə 

yaxşı 

halda 


isə, 

yarımmüstəmləkəsinə  çevrilirdi.  Müsəlman  dünyası  özünü  qoruyub 

saxlama xatirinə Avropa elmini öyrənməli olur. Bu iş isə ilk növbədə 

maarifçilər  tərəfindən  yerinə  yetirilir.  Ərəb  maarifçilərindən  ən 

nüfuzlusu isə öncə xatırladılan Rifa ət-Təhtəvi idi. 

Lakin Rifa ət-Təhtəvi dövründə və ondan sonra da, bir çox ərəb 

mütəfəkkirləri  Avropanı,sadəcə  olaraq,  təqlid  etmədilər,  Avropa 

sivilizasiyasının  tənqidi  olaraq  mənimsənilməsinə  üstünlük  verdilər. 

Avropa  sivilizasiyasına  və  həyat  tərzinə  belə  bir  münasibəti  biz 

Liviyanın indi müasir dünyada kifayət qədər tanınan dövlət və siyasi 

xadimi  Mömər  Qəzzafinin  şəxsində  görə  bilirik.  Qəzzafinin  xüsusən 

müasir  qərb  demokratiyasına  olan  münasibəti  öz  orijinallığı  və 

kəskinliyi ilə seçilir: «İndiki şəraitdə demokratik yolla aparılan siyasi 

mübarizə fərdin, qrupun, partiyanın və ya sinfin qələbəsinə, xalqın isə 

məğlubiyyətinə  gətirib  çıxarır.  Seçicilərin  ümumi  səsinin  51%-ini 

toplamış  hər  hansı  bir  namizədin  qələbəsi  ilə  nəticələnən  siyasi 

mübarizə diktaturanın 

qurulması ilə nəticələnir. Belə halda seçicilərin 

49%-i  özlərinin  seçmədikləri  və  onlara  zorla  qəbul  edilmiş idarəetmə 

alətinin hökmü altına düşürlər. Bu isə elə diktatura deməkdir. 

Qəzzafi 

belə  hesab  edir  ki,  p

arlamentdə  xalqın  nümayəndəliyi  yalandır.  Xalq 

adından  nümayəndəlik  yoxdur.  Əhalini  seçki  dairələrinə  bölməklə 

guya  bir  deputat  seçicilərin  sayına  uyğun  olaraq  minlərlə,  yüz 

minlərlə, hətta milyonlarla adamı təmsil edir. Hər bir deputat isə başqa 

deputatlar  kimi,  xalqın  nümayəndəsi  sayılır.  Əslində  isə  əgər 

parlament  seçkilərdə  qalib  gəlmiş  bir  partiya  tərəfindən  təşkil 

edilmişsə, bu halda o, xalq parlamenti deyil, partiya parlamenti olur və 

deputat  da  xalqın  nümayəndəsi  deyil,  həmin  partiyanın  nümayəndəsi 

olur.  Xalq  kütlələri  tamamilə  deputatlardan  ayrı  düşür.  Parlamentin 

təyin etdiyi icraedici hakimiyyət orqanları xalqın hakimiyyətini deyil, 

qalib  gəlmiş  partiyanın  hakimiyyətini  təmsil  edir.  Bundan  əlavə, 

seçkili  parlament  sistemi  səs  yığmaq  üçün  təbliğata  əsaslandığına 

görə,  sözün  həqiqi  mənasında  demaqogiya  sistemidir.  Dünyaya 

məlum  olan  ən  qəddar  diktaturalar  parlament  rejimləri  şəraitində 

hökm  sürmüşlər.  Birbaşa  demokratiya  kimi  səciyyələndirilən 

referendum  isə  Qəzzafinin  nöqteyi-nəzərindən  demokratiya  adı  ilə 

yalandır. “Hə” deyənlər də”, “yox” deyənlər də, əslində öz iradələrini 

ifadə  etmirlər,  əksinə  onlar müasir  demokratiya  məfhumunun hökmü 

ilə  susdurulmuşlar.  Onlara  “hə”  və  ya  “yox”  deməkdən  başqa 

danışmağa  icazə  verilmir.  Bu  ən  sərt,  amansız  diktator  rejimi 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə