Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə53/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   49   50   51   52   53   54   55   56   ...   402

 

110 


O,  kainatın  "inşaat  blokudur".  Oxşar  "daimi  elementi"  adətən  ilk 

başlanğıc  (Urstoff)

29

,  yəni  "çıxış  materialı",  "ilkin  material" 



adlandırırlar. Bu, elə bir "ilkin material"dır (yunanca, arche) ki, dünya 

ondan qurulmuşdur. 

Fales,  başqaları  kimi,  sudan  yaranan  və  suda  yox  olan  çoxlu 

şeyləri  müşahidə  etmişdi.  Su  buxara  və  buza  çevrilir.  Balıqlar  suda 

doğulurlar  və  sonra  burada  da  ölürlər.  Çoxlu  şeylər, məsələn  duz  və 

bal,  suda  əriyirlər.  Bundan da daha  çox  deyilsə,  su həyatın  özü  üçün 

zəruridir. Bu və oxşar sadə müşahidələr Falesi belə bir nəticəyə gətirib 

çıxara bilərdi ki, su elə bir fundamental elementdir ki, dəyişikliklər və 

çevrilmələr zamanı daimi qalır. 

Yuxarıda nəzərdən keçirilən məsələlər və müşahidələr belə bir 

gümanın  məntiqi  olduğunu  təsdiq  edir  ki,  Fales  suyun,  müasir  dillə 

deyilsə,  iki  vəziyyəti  ilə  əməliyyat  aparmışdır:  "adi"  maye 

vəziyyətində olan su və transformasiyaya uğradılmış vəziyyətdə, yəni 

buz,  buxar,  balıqlar,  torpaq,  ağaclar  və  adi  vəziyyətdə  su  hesab 

edilməyən bütün digər şəkillərdə olan su. Su qismən differensasiyaya 

uğramamış  ilkin  başlanğıc  şəklində  (maye  su)  və  qismən 

differensasiyaya uğramış obyektlər (qalan hər bir şey) mövcuddur. 

Beləliklə,  kainatın  quruluşu  və  şeylərin  dəyişmələri  əbədi 

dövran şəklində təsəvvür edilə bilər. 

 

su differensasiyaya uğramış şəkildə 



şeylər 

ilk əsas 

su differensasiyaya uğramamış vəziyyətdə 

 

Beləliklə,  Falesin  nəzərdən  keçirilən  müddəasının  ehtimal 



olunan  şərhinin  məğzi  qısaca  olaraq  belə  bir  düsturla  ifadə  olunur: 

bütün digər obyektlər sudan yaranır və suya çevrilirlər. Qeyd edək ki, 

digər şərhlər də əlbəttə ki mümkündür. 

Biz  təsdiq  etmirik  ki,  Fales  əslində  dəqiq  ifadə  olunmuş 

sualdan  başlamış,  sonradan  arqumentlərin  axtarışına  girişmiş  və  daha 

sonra da cavaba gəlib yetişmişdir. Biz belə bir qərar verə bilmərik ki, 

onun  üçün  ilkin  olan  nə  olmuşdur.  Biz  yalnız  Fales  fəlsəfənin 

mümkün daxili əlaqəsini rekonstruksiya etmək üçün səy edirik. 

Belə bir şərhdən çıxış edərək təsdiq etmək olar ki: 

                                                



29

 İngilis  mətnində istifadə  olunan  Urstoff  termini norveç və  alman dillərində 

sadə  maddə  mənasını  verir.  Onun  latın  analoqu  -  substantia  termini,  yunan 

analoqu isə - hypokeimenon terminidir. Onun hərfi mənası isə - mübtədadır.  


 

111 


1)  Fales  kainatın  fundamental  "inşaat  blokunun"  nədən  ibarət 

olması barədə məsələ qoymuşdur. Substansiya (ilk başlanğıc) təbiətdə 

dəyişməz  elementdir  və  müxtəliflikdə  vahidlikdir.  Substansiya 

problemi  bu  vaxtdan  başlayaraq  yunan  fəlsəfənin  fundamental 

problemlərindən biri oldu; 

2)  Dəyişikliyin  hansı  qaydada  baş  verməsi  barədə  suala  Fales 

dolayı  yolla  cavab  vermişdir: ilk  əsas  (su)  bir  vəziyyətdən başqasına 

çevrilir.  Dəyişikliklər  problemi  də  həmçinin  yunan  fəlsəfənin 

fundamental problemlərindən birinə çevrildi. 

Yuxarıda  nəzərdən  keçirilən  məsələlər  və  arqumentlər  eyni 

zamanda  həm  fəlsəfi  və  həm  də  təbii-elmi  xarakter  daşıyır.  Fales, 

beləliklə,  eyni  zamanda  həm  təbiətşünas  və  həm  də  filosof  kimi  çıxış 

edir.  Amma  ki,  biz  təbiətşünaslıq  termini  altında  fəlsəfənin  əksinə 

olduğu halda nəyi başa düşürük? 

Bununla  bağlı  olaraq  aşağıdakıları  qeyd  edək.  Fəlsəfəni 

fəaliyyətin  digər  başqa  dörd  növündən  fərqləndirmək  zəruridir:  zərif 

sənətlərdən, 

eksperimental 

elmlərdən, 

formal 


elmlərdən 

və 


teologiyadan.  Bu  növlərin  hər  hansı  biri  ilə  nə  qədər  sıx  bağlı 

olmasından asılı olmayaraq o, bu növlərin hər hansı biri ilə uzlaşmır. 

İncəsənətdən  fərqli  olaraq  fəlsəfə  bir  sıra  müddəalar  irəli  sürür  ki, 

onlar  müəyyən  mənada  həqiqi  və  ya  yalan  ola  bilərlər.  Fəlsəfə 

təcrübədən  eksperimental  elmlərin  (fizika,  psixologiya)  asılı  olduğu 

mənada  asılı  deyildir.  Fəlsəfə  formal  elmlərdən  (məntiqdən, 

riyaziyyatdan)  fərqli  olaraq  öz  müqəddəm  şərtləri  (prinsipləri) 

üzərində düşünür, onları tədqiq etməyə və legitimləşdirməyə səy edir. 

Fəlsəfə  teologiya  ilə  müqayisədə  gümanların  fiksasiya  olunmuş 

çoxluğuna malik  deyildir.  Məsələn,  buna misal  olaraq  vəhy  üzərində 

qurulmuş  o  ehkamları  göstərmək  olar  ki,  onlardan  doktrinal 

mülahizələr  xatirinə  imtina  etmək  mümkün  deyildir,  baxmayaraq  ki, 

elə fəlsəfə də gümanların müəyyən formalarına malikdir və onlardan, 

yəqin ki, heç bir zaman imtina edə bilməyəcəkdir. 

Fales  öz  arqumentlərini  təcrübədə  əhəmiyyətli  dərəcədə 

əsaslandırır  və  elə  buna  görə  də  onu  həmçinin  "təbiətşünas"  da 

adlandırmaq  olar.  Amma  o,  təbiət  barədə  bir  bütöv  olaraq  məsələ 

qaldırdığı üçün, həmçinin "filosof" da hesab edilə bilər. Qeyd edək ki, 

fəlsəfənin və təbiətşünaslığın ayrılması Falesin dövründə deyil, yalnız 

Yeni  dövrdə  baş  verir.  Hətta  Nyuton  da  XVII  əsrin  sonunda  fizikanı 

"natural fəlsəfə" (philosophia naturalis) adlandırırdı. 

Amma,  Falesi  təbiətşünas  və  ya  filosof  hesab  etməyimizdən 

asılı  olmayaraq,  onun  cavabı  və  arqumentləri  arasında  uyğunsuzluq 

göz  qarşısındadır.  Onun  tərəfindən  verilmiş  cavab  müəyyən  mənada 

öz  miqyasına  görə  arqumentləri  geridə  buraxır!  Başqa  cür  deyilsə, 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə