Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə52/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   48   49   50   51   52   53   54   55   ...   402

 

108 


Günəş saatlarına görə vaxtı dəqiq müəyyənləşdirənlərin birincisi idi. 

Və sonda qeyd edək ki, qarşıdan quraq, qeyri-məhsuldar ilin gəldiyini 

qabaqcadan  görərək,  Fales  malik  olduğu  zeytun  yağını  sərfəli  bir 

məqamda satmış və varlanmışdı. 

Əsərləri.  Onun  əsərləri  barədə  çox  az  şey  söyləmək 

mümkündür, onların hamısı bizə başqalarının sözləri vasitəsi ilə gəlib 

çatmışdır.  Elə  buna  görə  də,  onların  şərhi  zamanı  biz  digər 

müəlliflərin onun haqqında söylədiklərinə diqqət yetirməyə məcburuq. 

Aristotel öz Metafizikasında deyir ki, Fales o növ fəlsəfənin banisi idi 

ki, burada başlanğıc haqqında, hər bir şeyin nədən yarandığı və nəyə 

döndüyü barədə məsələlər qoyulur. Aristotel həmçinin deyir ki, Fales 

güman  edirdi  ki,  belə  bir  başlanğıc  sudur  (və  ya  mayedir).  Lakin 

dəqiq  məlum  deyildir ki, əgər  Fales  həqiqətən bunu təsdiq edibsə, o, 

nəyi  nəzərdə  tuturdu?  Bu  qeyd-şərti  nəzərə  alaraq,  biz  "Fales 

fəlsəfəsinin" rekonstruktiv şərhini verməyə çalışaq. 

 

Beləliklə,  deyirlər  ki,  Fales  təsdiq  etmişdir  ki,  "hər  bir  şey 

sudur".  Və  belə  hesab  edilir  ki,  fəlsəfə  elə  bu  müddəadan  başlayır. 

Təcrübəsiz  oxucu  düşünə  bilər  ki,  fəlsəfə  üçün  bundan  daha  uğursuz 

olan  bir  başlanğıc  tapmaq  çətindir.  O,  bu  müddəanın  tam  mənasızlıq 

olduğunu düşünərdi. Onda, məsələn, bu kitab və bu divar da borunun 

içərisində  olduğu  kimi  sudur.  Lakin  gəlin  Falesi anlamağa səy  edək. 

"Hər bir şey sudur" müddəasını ona hərfi mənada aid etmək aşkar bir 

ağılsızlıqdır. Amma bu halda Fales nəyi nəzərdə tuta bilərdi? 

Biz  Falesə  verdiyimiz  şərhi  təsvir  etməzdən  öncə  bəzi  şeyləri 

qeyd  edək,  o  şeyləri  ki,  fəlsəfənin  öyrənilməsi  zamanı  onları 

xatırlamaq  həmişə  faydalıdır.  Fəlsəfi  "cavablar"  ya  trivial,  ya  da 

absurd  ola  bilirlər.  Əgər  fəlsəfəyə  giriş  olaraq  təbiət  haqqında  və 

mövcudluğun  başlanğıcı  barədə  verilən  suallara  müxtəlif  cavabları 

oxusaq  və  öyrənsək,  onda  fəlsəfə  nəsə  qəribə  görünə  bilər.  Lakin 

"cavabı"  anlamaq  üçün,  əlbəttə  ki,  cavabını  verməyə  səy  etdiyimiz 

sualı  bilmək  gərəkdir.  Bizə  həmçinin  cavabın  əsaslandırılması  üçün 

hansı  dəlillərin  və  ya  arqumentlərin  mövcud  olduğunu  da  bilmək 

zəruridir. 

İllüstrasiya  məqsədi  ilə  kifayət  qədər  şərti  hesab  etdiyimiz 

aşağıdakı  paraleldən  istifadə  edək.  Fizikanı  öyrənən  zaman  alınmış 

nəticələrin  anlaşılması  üçün  cavabların  təsdiqinə  yönələn  hansı 

arqumentlərin  və  hansı  sualların  mövcudluğunu  daimi  olaraq 

aydınlaşdırmaq  heç  də  zəruri  deyildir.  Fizikanın  mənimsənilməsi 

əsasən bütövlükdə bu elm üçün hansı sualların və hansı arqumentlərin 

başlıca əhəmiyyət kəsb etməsi ilə tanış olmanı nəzərdə tutur. Tələbə-

fizik sualları və arqumentləri mənimsədiyi anda, sualların cavablarını 



 

109 


da öyrənə bilir. Dərsliklərdə məhz belə cavablar-nəticələr şərh olunur. 

Bu  nöqteyi-nəzərdən  fəlsəfə  fizikaya  bənzəmir.  Burada  sualların  və 

arqumentlərin  müxtəlif  tipləri  mövcuddur.  Elə  buna  görə  də,  biz  hər 

bir xüsusi halda anlamağa çalışmalıyıq ki, bizim öyrəndiyimiz filosof 

hansı məsələləri qoyur, bu və ya cavabdan ötəri hansı arqumentlərdən 

istifadə edir. Yalnız bu halda biz "cavabları" anlamağa başlaya bilərik. 

Bu  da  kifayət  deyildir.  Fizikada  da  həmçinin    məlumdur  ki, 

alınmış  nəticələr  və  ya  cavablar  hansı  qaydada  tətbiq  oluna  bilərlər. 

Belə ki, onlar bizi təbiətin müəyyən hadisələrini idarə etmək imkanları 

ilə  silahlandırır,  məsələn,  körpülərin  tikintisi  zamanı.  Amma  fəlsəfi 

cavab  nə  üçün  istifadə  oluna  bilər?  Məsələn,  əlbəttə  ki,  siyasi 

nəzəriyyəni cəmiyyətdə islahatların bir modeli kimi tətbiq etmək olar. 

Bununla  belə,  fəlsəfi  cavabdan  necə  "istifadə  etmək"  lazım  gəldiyini 

göstərmək  bir  o  qədər  də  asan  deyildir.  Əslində,  fəlsəfi  cavabların 

təyinatı  heç  də  onda  deyildir  ki,  onlar  "istifadə  oluna  bilər",  onların 

təyinatı ondadır ki, onlar bir sıra reallıqların daha yaxşı anlaşılmasına 

kömək  edir

  28


.  İstənilən  halda  biz  müxtəlif  nəticələrə  malik  olan 

müxtəlif  cavablar  haqqında  danışa  bilərik.  Elə  buna  görə  də,  yalnız 

fəlsəfi suallara bizim hansı cavabları verməyimiz prinsipial əhəmiyyət 

daşıyır. Məsələn, siyasi nəzəriyyə özünün çıxış nöqtəsi kimi fərdin və 

ya cəmiyyətin götürməsindən asılı olaraq müxtəlif nəticələrə malik ola 

bilər.  Deməli,  fəlsəfi  cavabın  hansı  nəticələrə  malik  ola  biləcəyini 

dərk etmək vacibdir. 

Fəlsəfi sualları və cavabları nəzərdən keçirərkən, dörd faktorun 

mövcudluğunu da dərk etmək zəruridir: 

1. Sual (məsələ)                     3. Cavab  

2. Arqument(lər)                    4. Nəticə(lər). 

Onların  ən  mühümü  cavabdır!  Ən  azı,  o  mənada  ki,  cavab 

yalnız qalan üç faktorun işığında mənalandırılır. 

Buna görə də, Falesin "hər şey sudur" müddəası sadə bir cavab 

olaraq  çətin  ki  özündə  çoxlu  qiymətli  informasiyanı  daşımış  olsun. 

Hərfi  mənada  bu  absurddur.  Lakin  biz  uyğun  sualı,  arqumenti  və 

nəticələri  bərpa  (rekonstruksiya)  etmək  yolu  ilə  onun  mənasının  nə 

olduğunu anlamağa səy edə bilərik. 

Təsəvvür  etmək  olar  ki,  Fales  təxminən  bu  qəbildən  olan 

suallar qarşısında qalmışdı ki, dəyişiklər zamanı daimi qalan nədir və 

müxtəliflikdə vəhdətin mənbəyi nədədir. Güman etmək olar ki, Fales 

ondan  çıxış  edirdi  ki,  dəyişikliklər  mövcuddur  və  elə  bir  element  də 

mövcuddur ki bütün dəyişikliklər zamanı daimi olaraq dəyişməz qalır. 

                                                



28

 Əksinə,  Skirbekkin  bu  fikri  ilə  razılaşmaq  çətindir.  Fəlsəfə  mənalı  həyat 

sürmə işində insanın ən böyük yardımçısıdır.  


Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə