Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə54/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   50   51   52   53   54   55   56   57   ...   402

 

112 


söylənilən arqumentləri irəli sürərək, Fales əsaslandığından daha çox 

şeyi  təsdiq  edir.  Arqumentlər  və  mülahizələr  arasındakı  bu 

uyğunsuzluq ümumiyyətlə yunan naturfilosofları üçün xarakterikdir. 

Hətta  əgər  ən  əlverişli  şərhdə  dayansaq  belə,  aşkar  olur  ki, 

Fales  tərəfindən  yerinə  yetirildiyi  güman  olunan  düzgün  müşahidələr 

belə,  birmənalı  olaraq  onun  verdiyi  cavaba  gətirib  çıxarmamışdır. 

Buna  baxmayaraq  onun  təbiət  fəlsəfəsinin  əhəmiyyətini  danmaq  da 

mümkün deyildir. Həqiqətən də, əgər hər bir şey müxtəlif formalarda 

ifadə  olunmuş  sudursa,  baş  verən  bütün  dəyişikliklər  suyun  tabe 

olduğu qanunların köməyi ilə izah olunmalıdır. Su nəsə mistik bir şey 

deyildir.  O,  hiss  olunandır  və  bizə  tanışdır,    biz  onu  görürük,  hiss 

edirik  və  istifadə  edirik.  Su  və  onun  necə  deyərlər  davranışı  bizim 

üçün  tamamilə  əlyetəndir.  Burada  biz  müşahidə  oluna  bilən  bir  çox 

fenomenlərlə  təmasda  oluruq.  (Müasir  nöqteyi-nəzərdən,  biz  deyə 

bilərik ki, bu, elmi tədqiqatlar üçün yol açır. Belə ki, suyun müəyyən 

şəraitdə özünü necə aparması barədə bir hipotez irəli sürmək və suyun 

bu şəraitdə özünü həqiqətən belə aparmasını yoxlamaq olar. Beləliklə 

biz hipotezin gerçəkliyə uyğunluğunu sınaqdan çıxarmış olarıq. Başqa 

sözlə, su ilə bağlı bu hal eksperimental elmi tədqiqatlar üçün də əsas 

verə bilir). 

Deyilənlərdən  o  məna  alınır  ki,  təbiətdə  hər  bir  şey,  özü  də 

mütləq  mənada  hər  bir  şey,  insan  təfəkkürü  vasitəsi  ilə  dərk  oluna 

biləndir. Oxşar nəticə, şübhəsiz ki, inqilabi xarakter daşıyır. Su dəqiq 

dərk olunduğu kimi, hər bir şey də dəqiq dərk olunur. Təbiət, özünün 

dərin  fenomenlərinə  qədər  insani təfəkkürə  yatımlıdır.  Bu  fikir  mənfi 

formada  ifadə  olunduqda  isə  vurğulayır  ki,  heç  nə  mistik  və  ya 

dərkolunmaz  deyildir.  Təbiətdə  dərkolunmaz  tanrılar  və  ya  ruhlar 

üçün  yer  yoxdur.  Məhz  bu  fikir təbiətin  insan  tərəfindən  intellektual 

fəthinin başlanğıcı oldu. 

Elə buna görə də, biz Falesi birinci filosof və ya ilk alim hesab 

edirik. Ondan başlayaraq təfəkkür də özünü təkmilləşdirməyə başladı. 

Mif  çərçivəsində  olan  təfəkkürdən  (mifoloji  təfəkkürdən)  loqos 

çərçivəsində  olan  təfəkkür  (məntiqi  təfəkkür)  formalaşdı.  Fales, 

təfəkkürü  həm  mifoloji  ənənədən,  həm  də  onu  bilavasitə  hissi 

təəssüratlara bağlayan zəncirlərdən azad etdi. 

Əlbəttə  ki,  biz  həddindən  artıq  sadələşdirilmiş  sxemi  təqdim 

etdik.  Mifdən  loqosa  keçid  tarixin  müəyyən  mərhələlərində  və  ya, 

daha  konkret  deyilsə,  ilk  filosoflar  zamanında  baş  verən  analoqu 

olmayan  bir  hadisə  deyildi.  Mifoloji  və  məntiqi  məqamlar  həm 

bəşəriyyətin  tarixində,  həm  də  ayrı-ayrı  fərdlərin  həyatında  daimi 

olaraq bir-birini əvəzləyir. Mifdən loqosa keçid o vəzifələrə aiddir ki, 

onlar hər bir dövr və hər bir şəxsiyyət qarşısında daimi olaraq yaranır. 




 

113 


Çoxları hətta indi də təsdiq edirlər ki, mif yalnız ibtidai təfəkkürün dəf 

edilməli  olan  forması  deyildir, əksinə, məhz mif,  düzgün  olaraq  şərh 

olunmuş mif - idrakın həqiqi formasıdır. 

Falesin  ilk  alim  olduğunu  və  elmin  yunanlar  tərəfindən  bina 

edildiyini  güman  edərkən,  biz  təsdiq  etmirik  ki,  Fales  və  ya  digər 

yunan  müdrikləri  ayrı-ayrı  faktları  qədim  dünyanın  təhsilli 

babillilərinə və ya misirlilərinə nisbətən daha çox (həcm göstəricisinə 

görə)  bilirdilər.  Məsələnin  məğzi  ondadır  ki,  rasional  sübut  və 

nəzəriyyə anlayışlarını işləyib-hazırlamaq məhz yunanlara nəsib oldu. 

Nəzəriyyə ümumiləşdirici həqiqətin əldə olunmasını iddia edir və bu, 

sadəcə  olaraq  qeyri-məlum  bir  mövqedən  bəyan  olunmur, 

arqumentasiya yolu ilə üzə çıxarılır. Bu halda həm nəzəriyyə, həm də 

onun  köməyi  ilə  alınmış  həqiqət  kontrarqumentlərin  açıq  sınağına 

davam  gətirməlidir.  Belə  bir  dahiyanə  ideya  yunanlar  içərisində 

yaranmışdı  ki,  biliyin  yalnız  bir-birindən  təcrid  olunmuş 

fraqmentlərini  axtarmaq  lazım  deyildir.  Bu,  Babilistanda  və  Misirdə 

mifik  əsasda  olsa  da,  artıq  edilmişdi.  Yunanlar  ümumi  və  sistematik 

nəzəriyyələrin  axtarışlarına  başladılar  və  konkret  bilikləri  ümumi 

əhəmiyyətə  malik  olan  prinsiplərdən  çıxış  edərək  izah  etdilər.  Bu 

nəzəriyyələr  biliyin  ayrı-ayrı  fraqmentlərini  universal  prinsiplər 

nöqteyi-nəzərindən  əsaslandırdı.  Konkret  biliklərin  oxşar  qaydada 

alınmasının nümunəsi olaraq Pifaqor teoremi göstərilə bilər. 

Falesin  və  onun  təliminin  müzakirəsini  biz  bununla  da 

qurtaraq. Buraya yalnız onu əlavə edək ki, Falesin təlimi, ola bilsin ki, 

mifoloji  təfəkkürdən  tamamilə  azad  olunmamışdı.  O,  suyu  bir  canlı 

olaraq  və  ruha  malik  olan  bir  varlıq  olaraq  da  nəzərdən  keçirə  bildi. 

Bizə  məlum  olduğu  dərəcədə,  o,  qüvvə  və  maddə  arasında  da  fərq 

qoymamışdır.  Təbiət  (physis)  onun  üçün  öz-özünə  hərəkət  edən 

("yaşayan")  bir  varlıq  idi.  O,  ruhu  və  maddəni  də  bir-birindən 

fərqləndirməmişdir.  Fales  üçün,  "təbiət",  physis  anlayışı,  görünür  ki, 

çox geniş idi və daha çox müasir "varlıq" anlayışına uyğun gəlirdi. 

Beləliklə,  biz  fəlsəfi  sorğunun  yuxarıda  qeyd  olunmuş  dörd 

amilinin belə bir konkretləşməsinə nail olduq. 

 

 



 

Müqəddəm şərt 

Dəyişiklik mövcuddur 

1  Sual  

Bütün dəyişikliklərin daimi elementi nədir 

2  Arqumentlər  

Su və onun davranışı üzərində müşahidə 

3  Cavab  

Su bütün dəyişikliklərin daimi elementidir 

4  Nəticə  

Hər şey dərk olunandır 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə