Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə57/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   53   54   55   56   57   58   59   60   ...   402

 

118 


3) bu qanun əksliklərin qarşılıqlı təsirini özündə ehtiva edir

33

,  



4)  özü  də  əksliklərin  bu  qarşılıqlı  təsiri  bir  bütöv  olaraq 

harmoniyanı doğurur

34



Biz  Herakliti  belə  bir  qaydada  şərh  edə  bilərik.  Hər  şey  əks 



qüvvələrin  qarşılıqlı  təsir  qanununa  uyğun  olaraq  fasiləsiz 

dəyişikliklər  vəziyyətindədir.  Belə  ki,  məsələn  elə  bizim  öz  evimiz 

başqa  obyektdir  kimi  dəyişiklik  prosesindədir.  Dəyişikliklər  əks 

qüvvələrin 

qarşılıqlı 

təsiri 


sayəsində 

həyata 


keçirilir. 

Ümumiləşdirilmiş  şəkildə  deyilsə,  onlardan  biri  yaradıcı,  konstruktiv 

xarakter  daşıdığı  halda,  digəri,  əks  olanı  dağıdıcı,  destruktiv 

təbiətlidir. Lakin bir müddət, bir çox illər ərzində konstruktiv qüvvələr 

destruktiv  qüvvələr  üzərində  üstünlüyə  malik  olur.  Elə  buna  görə  də, 

həmin  bu  ev  həmin  bu  situasiya  müddətində  öz  mövcudluğunu 

qoruyub  saxlayacaqdır.  Amma  qüvvələr  balansı  dəyişilməyə 

məhkumdur  və  zamanın  müəyyən  bir  anında  destruktiv  qüvvələr 

üstünlük  təşkil  etməyə  başlayır.  Nəticədə,  ağırlıq  mərkəzi  dəyişir, 

dağıdıcı qüvvə öz əksliyi üzərində üstünlüyə malik olur və ev dağılır. 

Başqa cür deyilsə, Heraklit etiraz etmir ki, şeylər kifayət qədər 

uzun  müddət  mövcud  ola  bilərlər.  Lakin  bütün  keçici  şeylərin  baza 

prinsipi  -  uyğun  qüvvələr  arasında  qarşılıqlı  təsir  balansının 

saxlanılmasıdır.  Onlar  arasındakı  bu  balans  qanuna,  loqosa  uyğun 

olaraq dəyişilir. Elə buna görə də, dəyişilən şeylərin əsl substansiyası 

maddi əsas deyildir, loqosdur! 

Heraklit  üçün  loqos  -  müxtəlifliyin  gizli,  ümumi  vəhdətidir. 

Eyniyyət - bütün fərqlərdə məntiqi olaraq güman olunan budur. 

Heraklit  irsindən  bizə  miletlilərə  nisbətən  daha  çox  fraqment 

məlum  olsa  da,  onu  şərh  etmək  daha  asan  deyildir,  çünki  o,  özünü 

poetik obrazlar vasitəsi ilə ifadə edirdi. 

Fraqmentlərin  birində  (D:  90)  Heraklit  deyir  ki,  "hər  bir  şey 

oda çevrilir, od isə - hər bir şeyə, necə ki, bütün mallar qızılla, qızıl isə 

-  bütün  mallarla  dəyişdirilir".  Amma  o,  od  (yunanca,  rur)  barədə 

danışdığı  zaman  aydın  olmur  ki,  od  onun  üçün  Milet  filosoflarında 

olduğu  kimi  "ilk  başlanğıc"mı  idi  yoxsa  o,  "od"  sözündən 

                                                

33

 Baxın. fraqment D: 8: "doğulan ziddiyyət bir yerə toplayır, ayrı-ayrı musiqi 

səslərindən mükəmməl harmoniya yaranır, hər şey konflikt sayəsində baş verir 

". D: 51 fraqmenti ilə müqayisə edin: "insanlar öz-özündən ayrılanların özünə 

qayıdan harmoniya kimi necə uyğunlaşdıqlarını başa düşmürlər ".  

34

 Heraklit  təlimində, beləliklə,  "dialektika"  momentləri vardır,  bu  momentlər 

bizə Hegeli və Marksı xatırlada bilər, onların belə bir müddəası vardı ki, tarix 

əksliklərin qarşılıqlı təsiri sayəsində irəliləyir.  



 

119 


dəyişikliklərin  bir  metaforası  kimimi  istifadə  etmişdi.  Hər  iki  şərh 

mümkündür. 

Əgər biz odu ilk əsas kimi şərh ediriksə, onda təbiətin fəlsəfəsi 

və  iqtisadiyyat  arasında  əlaqənin  mövcudluğunu  güman  etmək  olar. 

Həqiqətən  də,  fəlsəfənin  ilk  əsas  anlayışı  burada  vasitəsi  ilə  bütün 

dəyişikliklərin baş verdiyi ümumi element olaraq pul, qızıl anlayışları 

ilə əlaqələndirilir. Pul, qızıl mübadilənin ümumi standartı olduğu kimi 

ilk əsas da bütün dəyişikliklərin ümumi elementi rolunda çıxış edir. 

Bəzi  alimlər  Herakliti  siyasi  baxımdan  müharibənin  tərəfdarı 

kimi  şərh  edirlər.  Buna  əsas  verən  fraqment  (D:  53)  belədir: 

«müharibə  hər  şeyin  atası  və  hər  şey  üzərində  hökmdardır".  Onun 

daha  diqqətlə  oxunulması  göstərir  ki,  Heraklitdə  söhbət  təbiətdə 

alternativ  qüvvələr  arasındakı  gərginliyin  fundamental  xarakter 

daşıması  barədədir.  Müharibə,  konflikt  (yunanca,  polemos, 

"polemika" sözü də buradandır) bu kosmoloji gərginliyin təzahürüdür. 

Həmin bu kosmoloji gərginlik isə bazis prinsipidir, başqa cür deyilsə, 

"hər şeyin atası"dır. 

Heraklit həmçinin tsiklik kainat yanğınları və bir müddət sonra 

dövrü olaraq təzədən meydana çıxan yeni dünyalar barədə da danışır. 

Bu  tsiklik  yanğınlar  və  yeni  dünyalar  ideyasına  sonralar  stoiklər  də 

müraciət edəcəklər. 

Heraklitə  alternativ  olan  mövqe  Parmenid  tərəfindən  tutulur. 

Bu,  heç  də  o  demək  deyildir  ki,  onun  üçün  belə  bir  müddəa  mütləq 

hesab  olunurdu:  "heç  nə  dəyişiklik  vəziyyətində  deyildir".  Parmenid 

təsdiq  edir  ki,  dəyişiklik  məntiqi  olaraq  qeyri-mümkündür.  Heraklit 

üçün  olduğu  kimi,  Parmenid  üçün  də  çıxış  nöqtəsini  "məntiqilik" 

təşkil  edirdi.  Onun  arqumentlərini,  görünür  ki,  aşağıdakı  qaydada 

rekonstruksiya etmək olar: 

A)   1) Mövcud olan - mövcuddur.  

           Mövcud olmayan - mövcud deyildir. 

       2) Mövcud olan – təfəkkürə yatımlıdır.  

           Mövcud olmayan - təfəkkürə yatımlı deyildir. 

B)  Dəyişiklik  ideyası  belə  bir  gümandan  çıxış  edir  ki,  nəsə 

mövcud olmağa başlayır və nəsə mövcud olmaqdan dayanır. Məsələn, 

alma  yaşıl  olmaqdan  qalaraq  qırmızı  olur.  Yaşıl  rəng  yox  olur, 

"mövcud  olmayana"  çevrilir.  Bunun  təsiri  ilə,  biz  dəyişikliyi 

təfəkkürdə  ifadə  etmək  qabiliyyətində  deyilik.  Bu  mühakimələr 

göstərir  ki,  düşüncəyə  yatmayan  dəyişiklik  yoxluğu  nəzərdə  tutur. 

Deməli, dəyişiklik məntiqi olaraq qeyri-mümkündür. 

Əlbəttə ki, bizim hər birimiz kimi həmçinin Parmenid də yaxşı 

bilirdi  ki,  bizim  hissiyyat  orqanlarımız  bizə  ən  müxtəlif  dəyişikliklər 

barədə  xəbər  verir.  Lakin  onun  qarşısında  bir  dilemma  yaranmışdı. 




Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə