Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə65/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   61   62   63   64   65   66   67   68   ...   402

 

135 


Buddizm,  yeni  din  və  fəlsəfə  olaraq  Hindistanda  təqribən  o 

vaxt 


formalaşmağa  başlamışdı  ki,  Yunanıstanda  o  zaman 

sokrataqədərki  fəlsəfə  formalaşırdı.  Bu  kontekstdə  "buddist  fəlsəfə" 

ifadəsi o inamları və fəlsəfi baxışları ifadə edir ki, onlar bu və ya digər 

dərəcədə  buddizm  dininin  banisinə  Sidharta  Qautamaya  (təxminən, 

b.e.ə.  563-483)  aiddir.  Burada  biz  buddizmin  digər,  başqa 

mədəniyyətlər  daxilində  inkişaf  etdirilən  formalarını  nəzərdən 

keçirmək imkanlarına malik deyilik (buddizm Hindistanda öz aparıcı 

mövqeyini  itirdikdən  sonra  Tibetdə  və  Şərqi  Asiyada  mühüm 

əhəmiyyət kəsb etmişdir). 

Bir  çox  hind  müqəddəsləri  kimi,  Siddharta  Qautama  da  evini 

və  ailəsini  tərk  etmiş  və  bir  zahid  və  müdrik  qismində  səyahətlərə 

başlamışdır.  Bir  çox  illərin  ciddi  asketizmindən  və  özünə  əzab 

vermədən  sonra  o,  aşkar  etmişdir  ki,  insan  həyatının  fundamental 

məsələlərinə münasibətdə yenə də əvvəlki kimi tam nadanlıq (avidya

vəziyyətindədir. Elə buna görə də, o, qərara alır ki, özünə əzab vermə 

praktikası ilə qurtarsın və həyatın ənənəvi seyrinə qayıtsın. Bir müddət 

sonra Qautama özündə bir aydınlaşmanı, işıqlanmanı, nurlanmanı hiss 

edir  və  o,  bu  suallara  cavab  verə  bilən  bilik  əldə  edir.  Sonradan  o, 

Budda (Nurlanmış) adı altında tanınır. 

B.e.ə.  V  əsrdə  Hindistanın  dini  həyatında  veda  ənənəsi 

üstünlük  təşkil  edirdi,  Upanişadalar  hind  fəlsəfəsində  mühüm  yer 

tuturdu. Yeni buddist təlim qədim veda ədəbiyyatının əleyhinə kəskin 

çıxış edir, onun bütün mərasim formalarını və rituallarını inkar edirdi. 

Amma  o,  eyni  zamanda  həm  də  Upanişadaların  bəzi  hissələrinin 

tənqidi mənalandırılması idi. 

Paradoksaldır,  amma  Budda  spekulyativ  və  dini  təfəkkürə 

münasibətdə  son  dərəcə  mənfi  mövqedə  idi.  Müasir  şərhçilər  onu 

müəyyən 


anaxronizmlə 

"empirist" 

və 

"skeptik" 



kimi 

səciyyələndirirlər.  Buddaya  məxsusluğu  güman  edilən  mətnlər  onun 

sonrakı  ilahiləşdirilməsi  üçün  əsas  vermir.  Buddizmi  müəyyən 

ehtiyatla  "ateist"  din  kimi,  yəni  sistematik  teologiyası  və  ya  Tanrı 

haqqında  müəyyən  bir  təlimi  olmayan  bir  din  olaraq  da 

səciyyələndirmək olar. 

Upanişadaların bir çox fraqmentləri kimi, yeni təlim də insanın 

azad edilməsinə və ya xilasına yönəlmişdir. Azad olunma vəziyyətini 

Budda nirvana adlandırır. Bu termin bir çox hallarda mokşa termininə 

uyğun  gəlir.  Nirvanaya  nail  olmaq  istəyən  insan  Buddanın  özünün 

etdiyi  kimi  onu  bu  dünya  ilə  bağlayan  hər  bir  şeydən,  o  cümlədən 

fəlsəfi və dini təlimlərdən özünü azad etməyi öyrənməlidir. Budda bu 

tələbin  mənasını  sal  ilə  analogiyadan  istifadə  edərək  izah  etməyə 

çalışmışdır.  Təsəvvür  edək  ki,  insan  şəraitin  təsiri  altında  çayın  əks 




 

136 


sahilinə  keçməyə  məcburdur.  O,  ağac  şaxlarını  bir  yerə  toplayır, 

onların  köməyi  ilə  sal  düzəldir  və  çayı  uğurla  keçir.  Məqsədinə  nail 

olduqdan  sonra,  o,  öz-özünə  deyir  ki,  bu  sal  həqiqətən  də  yaxşı  və 

faydalıdır.  O,  qərara  alır  ki  onu  özü  ilə  götürsün  və  sonradan  öz 

başında daşıyır. Amma bir qədər sonra başa düşür ki, o, indi ona daha 

lazım  olmayan real  salı  sahildə  saxlamalıdır.  Bu  analogiyanın əxlaqı 

ondadır  ki,  yeni  təlim  sala  bənzəyir.  Salın  təyinatı  ondadır  ki,  onun 

köməyi  ilə  çayı  keçmək  və nirvanaya nail  olmaq mümkün olsun,  sal 

onun  üçün  deyildir  ki,  onu  özünlə  daşıyasan.  Fəlsəfənin  təyinatı 

barədə  oxşar  təsəvvürlər  onun  tarixində  dəfələrlə  yaranmışdır.  Bu 

təsəvvürlərə görə, fəlsəfə bir vasitədir, amma o deyildir ki, ona sahib 

olmaq sadəcə olaraq pis olmazdı. 

Buddanın  təlimi  eyni  zamanda həm  çətindir, həm  də  dərindir. 

Burada  biz  onun  əsas  müddəalarını  yalnız  sxematik  olaraq 

səciyyələndirə bilərik. Bu müddəalar «dörd nəcib həqiqət» adı altında 

məşhurdur. 

 

1)  Dünya  əzablarla  doludur.  Doğulma  -  əzab,  qocalıq  -  əzab, 



xəstəlik  və  ölüm  - əzab.  Nifrət  etdiyin  insanla  görüş  - əzab,  sevdiyin 

insanla  ayrılıq  -  əzab,  istəklərini  ödəmək  uğrunda  mübarizə  -  əzab. 

Arzulardan və ehtiraslardan azad olmayan həyat faktiki olaraq həmişə 

əzablarla çuğlaşır. Bu, əzab haqqında həqiqət adlanır. 

 

2)  insani  əzabların  səbəbi  şübhəsiz  ki  fiziki  mövcudluq 



yanğısında  və  dünyəvi  ehtirasların  illüzior  təbiətindədir.  Əgər  bu 

ehtirasların  və  illüziyaların  mənşəyini  izləsək,  məlum  olar  ki,  onlar 

instinktiv  mənşəyə  malik  olan,  hər  bir  şeyi  öz  içərisində  əridən 

arzulara  köklənmişlər.  Belə  ki,  güclü  həyat  iradəsi  üzərində  qurulan 

arzu arzu  etdiyini axtarır, hətta  əgər  bu,  bəzən  ölümün  özü olsa  belə. 

Bu, əzabların səbəbi barədə həqiqət adlanır. 

 

3)  Əgər  bütün  insani  ehtirasların  əsasında  yatan  arzu 



kənarlaşdırıla  bilirsə,  onda  ehtiras  da  ölür  və  insani  əzabların  sonu 

gəlir. Bu, əzabların kəsilməsi barədə həqiqət adlanır. 

 

4)  Arzuların  və  əzabların  olmadığı  vəziyyətə  nail  olmaq  üçün 



müəyyən  yolu  tutmaq  zəruridir.  Bu  yol  səkkiz  mərhələdən  ibarətdir, 

səkkiz hissəli həmin nəcabətli yolun mərhələləri isə bunlardır: düzgün 

anlama, düzgün nitq, düzgün təfəkkür, düzgün davranış, düzgün həyat 

tərzi,  düzgün  səy,  fikrin  düzgün  istiqaməti  və  düzgün  diqqət.  Bu  isə, 

əzabların səbəbindən xilas olmanın nəcabətli yolu barədə həqiqətdir. 

 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə