Гуннар Скирбекк



Yüklə 8,37 Mb.
Pdf görüntüsü
səhifə66/402
tarix25.11.2017
ölçüsü8,37 Mb.
#12382
1   ...   62   63   64   65   66   67   68   69   ...   402

 

137 


A.  Şopenhauer  dörd  nəcabətli  həqiqət  haqqında  təlimin 

"pessimistik"  şərhini  vermişdir.  O,  ilk  qərb  filosofu  idi  ki,  Şərq 

müdrikliyi  ilə  sistematik  olaraq  məşğul  olmuşdu.  Şopenhauer  də 

Budda  kimi,  öz  çıxış  nöqtəsi  kimi  həyatın  əzablı  tərəfini  və 

mövcudluğun boşluğunu qəbul etmişdi. Onun fikrinə görə, canlı olan 

hər bir şey ağılsız, kor və sönməz həyat yanğısı ilə sarınmışdır. Bizim 

varlığımız,  elə  buna  görə də, qorxu  və ağrı ilə  doludur.  Narazılıq  və 

ağrı  -  bizim  başlıca  duyğularımız,  bax  budur.  Arzu  -  əbədi  həyat 

yanğısının  ödənilmə  momentində  meydana  çıxan  yalnız  keçici  bir 

illüziyadır. Həyat əzablarından xilas olmaya  yalnız həyat iradəsindən 

imtina  etmək  yolu  ilə  nail  olmaq  olar.  Bu  məsələdə  Şopenhauer 

Buddanın  yolu  ilə  gedirdi.  Şopenhauer  həyat  iradəsini  elə  ödəmək 

istəyirdi  ki,  sonrakı  əməllər  üçün  heç  bir  motiv  olmasın.  Bütün 

arzuların  susduğu  bu  son  xilas  vəziyyətini  Şopenhauer  nirvana 

anlayışının  köməyi  ilə  təsvir  edir.  Dörd  nəcabətli  həqiqət  haqqında 

təlimin  Şopenhauer  şərhi,  mümkündür  ki,  həddindən  artıq 

pessimistdir.  Buna  baxmayaraq  ki,  heç  də  istisna  deyildir  ki,  dörd 

nəcabətli  həqiqət  haqqında  təlimin  bu  şərhi  onun  məğzini 

aydınlaşdırmaqdan daha çox, tutqunlaşdırır. 

F.  Nitşe  də  Şopenhauerin  təsirini  öz  üzərində  hiss  etmiş  və 

buddizmə  Avropasayağı  bir  sima  vermişdir.  Nitşeyə  görə,  buddizmin 

idealı insanın "xeyirdən" və "şərdən" ayrılmasındadır. Nitşenin fikrinə 

görə, əzabların əleyhinə mübarizəyə buddizmin başlıca tövhəsi də elə 

bundadır.  Nitşe  öz  fəlsəfəsinə  platonik  metafizikanı  və  xristianlığı 

qəbul  etməməsi  ilə  buddizmin  müttəfiqidir

37

.  Sonda  qeyd  edək  ki, 



Şopenhauerinmi  yoxsa  Nitşeninmi  anlamının  daha  adekvat  olması 

barədə  məsələ  buddizmin  qərb  tədqiqatları  üçün  hələ  ki,  diskussion 

xarakter daşıyır. 

Buddizmdə daha bir mübahisəli məsələ - "özü olma" (the self

haqqında  təlimdir.  Fundamental  buddist  ideyalardan  biri  -  dünyanı 

şeylərin  və  ya  substansiyaların  terminləri  ilə  deyil,  proseslərin 

terminləri  ilə  düşünmək  tələbidir.  Amma  onda  biz  "özü  olma"nın  və 

yaxud  daha  dəqiq  ifadə  olunsa  -  "Mən-özüm"ün  dəyişməzliyi  barədə 

danışa bilmərik. "Özü olma" fərdinin əsasında yatan psixi substansiya 

ola  bilməz.  Buddizmə görə,  bizim hiss  etdiyimiz  -  yalnız  şüurun  cari 

və  keçici  vəziyyətlərinin  axınıdır,  bu  isə  istənilən  hər  bir  an  bizim 

fərdiliyimizin qurucusu olur. 

Buradan  çıxış  edərək,  bir  sıra  müasir  şərhçilər  Budda  ilə 

empirizmin Hyum (Hume, 1711-1776) kimi filosofları arasında oxşar 

                                                

37

 Ф.  Ницше.  Антихристианин.  Перевод  В.  Флёровой.  -  В  кн.  Ф.  Ницше. 

Сочинения. В двух томах. Т. 2. М. : Мысль, 1990. - С. 645-646.  



 

138 


cizgilər  axtarırlar.  Hyum  buddizm  ilə  tanış  olmadığı  halda,  mental 

substansiya ideyasını oxşar qaydada tənqid etmişdir (baxın. Fəsil. 15). 

Bundan  başqa,  on  doqquzuncu  əsrin  sonunda  Nitşe  də  təfəkkürün 

substansiya  terminləri  ilə  təqdim  olunmasına  qarşı  analoji  tənqidlə 

çıxış  etmişdir.  Bizim  zəmanədə  o,  gözlənilmədən  premodernist  və 

postmodernist  fəlsəfələrin  (pre-modern  and  post-modern  philosophy) 

görüş yeri oldu.  

 

Bhaqavad-qita 

 

Bhaqavad-qita  (İlahi  nəğmə)  Mahabharata  poemasının  ən 



böyük  hissələrindəndir.  O,  müasir  Hindistanda  üstünlük  təşkil  edən 

dinin  –  hinduizmin  müqəddəs  mətnindən  ibarətdir.  O,  İsa  Məsih 

zamanında  naməlum  müəllif  tərəfindən  yazılmışdır.  Bhaqavad-qita 

Arcuna  və  onun  arabaçısı  Krişna  arasında  dialoq  formasında 

yazılmışdır.  Dialoqun  gedişində  Krişna  özünü  Vişnunun  təcəssümü, 

kainatın hökmdarı, Tanrının özü kimi təqdim edir. 

Bhaqavad-qita  qərbli  oxucu  üçün  şərhlə  bağlı  bir  çox 

problemlər  törədir.  Buradakı  səhifələrin  yüzdən  çoxunda  əxlaqın  və 

reallığın  hinduizm  üçün  mərkəzi  olan  məsələləri  araşdırılır.  Onun 

fundamental  ideyası  ondadır  ki,  arzu  və  nifrət  insanın  əsl 

düşmənləridir.  Arzu  və  nifrətlə  ağırlaşdırılmamış  əməl  üçün  zəmini 

isə həqiqi anlam təmin edir. Arcuna hakimiyyəti və şöhrəti əldə etmək 

üçün  fəaliyyət  göstərmir,  ədalətli  kosmik  nizamın  qorunub 

saxlanılması  üçün  fəaliyyət  göstərir.  Bu  nizamın  saxlanılması  məhz 

fərddən asılıdır. 

 

Öz borcunu – pis də olsa – özün yerinə yetir,  



Bu, özgənin borcunu yerinə yetirməkdən daha mühüm. 

Öz borcunu yerinə yetirərək həlak olmaq gözəldir,  

Özgənin borcuna xidmət etmək isə - təhlükəli. 

 

Bu fraqment borcun (duty) hansısa ümumi etikasını ifadə etmir. 



Kasta  sistemi  dünya  nizamının  sarsılmaz  bir  hissəsi  olaraq  qalır. 

Deməli,  fərdi  borc  hər  hansı  bir  kastaya  mənsub  olma  ilə 

müəyyənləşir.  Vişnu  bu  sistemin  qanuniliyini  birmənalı  olaraq  belə 

əsaslandırır: 

"Bütün kastaları qarışdırsaydım, mən insanları məhv edərdim". 

Bhaqavad-qitanın  mərkəzi  müddəasını  xilas  olmanın  hinduist 

şərhi  təşkil  edir.  Dönə-dönə  vurğulanır  ki,  azad  olma  fərdin  öz 

əməlləri  üzərində  nəzarətini  nəzərdə  tutur,  bu  əməllər  hər  hansı  bir 

motivlə və ya arzu ilə əlaqədar olmamalıdır. 



Yüklə 8,37 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   402




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə